Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə6/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   2   3   4   5   6   7   8   9   ...   50

 ٰ 

]

190



,  bu  diyarda  yetişmiş  tanınmış  şəxsiyyətlərin  isə  Nəşəvi 

[

١ٞشٗ



]

  nisbəsi  ilə  tanındığını  görürük.  Onu  da  qeyd  edək  ki,  klassik  ərəb 

coğrafiyaşünaslarının  əsərlərində  şəhərin  adı  Naxçıvan  kimi  qeyd  olunur,  vilayət  isə 

Bəsfürrəcan  kimi  tanınırdı.  Sonrakı  əsrlərdə  isə  Nəxcuvan 

[

ٕاٞعفٗ


]

,  Nəqcuvan 

[

ٕاٞعوٗ


]

                                                 



183

  Mu’cəmü’l-Büldan,  C.  VI,  368.  ‚Miyan‛    sözü  pəhləvi  dilində  ‚orta,  ara,  iç‛  mənalarını  ifadə  edir.  Bax:  Mehmet 

KANAR, Büyük Farsça-Türkçe Sözlük, s. 631, İstanbul 1993. 

; S. KLEVTSOVA, Russko-Persidskiy Slovar, s. 663, Tehran 1374. 

184

 BARTOLD, ‚Azerbaycan ve Ermenistan‛. 



185

 Əhsənü’t-Təqasim, s. 190. 

186

 Məsalikü’l-Məmalik, s. 76. 



187

 Nüzhətü'l-Qülub, s. 88. 

188

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 274. 



189

 Nüzhətü'l-Qülub, s. 90. 

190

 İBN XORDADBEH, Məsalik, s. 82; İSTƏŞRİ, Məsalik, s. 76; BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 247. 



Nəqşuvan 

[

ٕاٞشوٗ



]

  formasında  da  yazıldığının  da  şahidi  oluruq.  Belə  fərqli  yazılışların 

meydada  çıxmasının  əsas  səbəbi  fikrimizcə  ərəb  dilində  ‚ç‛  səsinin  və  hərfinin 

olmaması,  həmçinin  şəhərin  adının  bir  qədər  uzun  olmasıdır.  Bu  səbəbdən  də  ərəb 

müəlliflər şəhərin adını tələffüz etdikləri kimi, ‚Nəşəva‛ formasında qeyd etmişdilər.  

Naxçıvan  Həbib  ibn  Məsləmə  əl-Fıhrinin  (ا)  başçılıq  etdiyi  xilafət  ordusu  tərəfindən 

döyüşsüz  fəth  olunaraq  xilafətə  birləşdirilmişdi.  Həbib  ibn  Məsləmə  ilə  Naxçıvan 

ağsaqqalları  arasında  əhdnamə  bağlanmışdı.  Əhməd  əl-Bəlazuri  bu  əhdnamənin, 

yuxarıda  haqqında  danışdığınız,  Düveynlə  bağlananla  eyni  şərtləri  ehtiva  etdiyini 

yazır


191

.  Yaqut  əl-Həməvi  deyir:  ‚Nəşəva...Azərbaycanda  şəhərdir.  Bəzilərinə  görə  isə 

Arranın  Ərməniyyə  ilə  həmsərhəd  olan  şəhəridir.  Xalq  arasında  Naxcuvan  və  ya 

Naqcuvan da deyirlər...‛

192

. Əbdürrəşid Bakuvi yazır: ‚Naqcuvan...divarları və içqalası 



(əhmədək-E.N)  olan  Azərbaycanda  gözəl  şəhərdir.  Şəhər  düzənliyin  ortasında  yüksək 

yerdə  bina  olunub.  Bu  yerdən  Araz  çayı  görünür.  Bağlı-bostanlı,  meşəli,  meyvəli  və 

çörəkli  yerdir.  Havası  təmiz,  suyu  şirindir...‛

193


.  Əcaibü’d-Dünya  müəllifi  isə  yazır: 

‚Deyilənlərə  görə  Sən’ada  (Yəmən-E.N)  üzümün  70  çeşidi  yetişir.  Fəqət  Naxçıvanda 

yetişən  ləzzətli  və  zərərsiz  üzüm  kimisi  heç  yerdə  yoxdur.  Nə  qədər  yeyilsə  də  zərəri 

olmur‛


194

.  


Naxçıvan orta əsrlərdə ən parlaq günlərini Azərbaycan Atabəyləri dövündə yaşamışdı. 

Eldənizli hökmdarları şəhərin abadlığı, iqtisadi, ictimai, elmi və mədəni tərəqqisi üçün 

böyük işlər görmüşdülər. Bu dövrdə Naxçıvanda bir sıra mühüm əhəmiyyətli binalar, o 

cümlədən  elm  ocaqları,  mədrəsələr  tikilib  istifadəyə  verilmişdi.  Adak.  Z.  Bünyadov 

Naxçıvanın  Eldənizlilər  dövründəki  həyatı  barədə  ətraflı  tədqiqat  aparmışdır

195


Azərbaycanın  bir  sıra  şəhərləri  kimi  Naxçıvan  da  moğol  işğalı  vaxtı  çoxsaylı  insan 

tələfatı  ilə  müşayət  olunmuş  ağır  dağıntıya  və  tənəzzülə  məruz  qalmışdı.  Lakin 

Həmidullah Qəzvinin verdiyi məlumatlardan moğol işğalının ardınca gələn Elxanilərin 

hakimiyyəti  illərində  Naxçıvanın,  ətrafındakı  Əcnan,  Ordubad,  Azad  və  Maku  kimi 

yaşayış məntəqələri ilə birlikdə, dirçəldiyi və yenidən abadlaşdığı məlum olur. Müəllif 

                                                 

191


 BƏLAZURİ, Fütuhü’l-Büldan s. 247. Ətraflı məlumat üçün bax: NƏSİROV, Raşidi Xəlifələr....s. 75-76. 

192


 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. VI, s. 421, 437. 

193


 Əbdürrəşid ibn Saleh əl-BAKUVİ, Təlxisü’l-Asar və Əcaibü’l-Məlikü’l-Qəhhar, (Trc. Z. Bünyadov), s. 132, Bakı 1992. 

194


 Əcaibü’d-Dünya, s. 101. 

195


 BÜNYADOV, Azərbaycan Atabəyləri..., s. 189-193.  

Naxçıvan  sözünü  ‚Nəqşi-cahan‛,  yəni  aləmin  naxışı  kimi  izah  edir  və  bu  yerin 

əhalisinin  şafi’i  məzhəbində  olduqlarını  qeyd  edir

196

.  H.  Qəzvini  Naxçıvandakı 



binaların  böyük  əksəriyyətinin  bişmiş  kərpicdən  inşa  ediliyini,  Naxçıvan  yaxınlığında 

Əlincə,  Təğmar,  Fəğan  və  Sürmari  kimi  möhkəm  qalaların  yerləşdiyini  qeyd  edir. 

Qəzvini  həmçinin  Azad  qəsəbəsi  sakinlərinin  kobud  və  qəddar  təbiətli  olduqlarını 

yazır


197

.  XIII  əsrdə  yaşamış  tanınmış  sufi  şeyxi  Əvhədəddin  Kirmani  də  Naxçıvanda 

səfərdə ikən, şeyx olduğu bilinmədiyi üçün, bir neçə dəfə möhkəmcə döyülmüşdü. Onu 

döyənlər  şeyx  olduğunu  biləndən  sonra  dərin  peşmançılıq  hiss  etmiş  və  onun  müridi 

olmuşdular

198


.  Əcaibü’d-Dünya  müəllifi  isə  XIII  əsrdə  Naxçıvan  haqqında  yazır:  ‚Bu 

Azərbaycandakı böyük və rifah içindəki şəhərlərdən biridir. Hündürlükdə mövqe tutub 

və güclü istehkamlarla əhatə olunub. Naxçıvanda çoxlu saraylar, imarətlər və eyvanlar 

var.  Şəhərin  yaxınlığındakı  qalada  mədrəsə,  məscid  və  minarə  var.  Qalanın  içində 

həmçinin  bulaq  var.  Buradakı  bütün  binalar  bişmiş  kərpic  və  kəcdən  inşa  edilmişdir. 

İmarətlərin  çoxu  üç  və  dörd  mərtəbəlidir  və  qəsri  xatırladırlar.  Sünni  və  şafi’i 

məzhəbində  olan  Naxçıvan  əhalisi  yaraşıqlı  və  xoşxasiyyətli  insanlardır.  Onlar  cəsur, 

İslam  uğrunda  vuruşan,  sərrast  ox  atan,  qonaqpərvər  və  nitq  söyləməkdə 

mahirdirlər‛

199


Orta  əsr  ərəbdilli  müəlliflərin  əsərlərində  rast  gəlinməsə  də  XIV  əsr  müəllifi 

Həmidullah  Qəzvini  öz  əsərində  Qarabağ  və  onunla  Azərbaycanın  digər  yaşayış 

məntəqələri  arasındakı  məsafələr  haqqında  məlumat  verir

200

.  Bu  da  onu  göstərir  ki, 



artıq XIII-XIV əsrlərdə Qarabağ adı coğrafi məkan kimi tarix və coğrafiya kitablarında 

qeyd  olunmağa  başlamışdı.  V.  Bartold  moğol  işğalından  sonrakı  dövrdən  etibarən 

Arranın  cənub  hissəsinin  türkcə  Qarabağ  adı  ilə  tanınmağa  başladığını  yazır

201


.  Çar 

Rusiyasının  işğalından  sonrakı  dövrlərdə  Qarabağın  tarixiylə  bağlı  əsərlər  yazan 

azrbaycanlı  müəlliflər  coğrafi  məkan  kimi  Qarabağın  hüdudları  haqqında  məlumat 

vermişdirlər.  Mirzə  Camal  Cavanşir  yazır:  ‚Qədim  tarix  kitablarının  yazdığına  görə 

                                                 

196


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 90-91. 

197


 Yenə orada

198


 Muhəmməd SİVASİ, Mənaqibi-şeyx Əvhədəddini-Kirmani, s. 132, Tehran 1369 

199


 Əcaibü’d-Dünya, s. 244. 

200


 Nüzhətü’l-Qülub, s. 173-174. 

201


 Soçineniya, C. III, s. 335. 

Qarabağ  vilayətinin  sərhəddi  belədir:  cənub  tərəfdən  Xudafərin  körpüsündən  Sınıq 

körpüyə  qədər-(sərhəd)  Araz  çayıdır.  İnki  Sınıq  körpü  Qazax, Şəmsəddin  və  Dəmirçi-

Həsənli  camaatı  arasındadır  və  Rusiya  dövləti  məmurları  onu  rus  istilahilə  Krasnıy 

most,  yəni  Qızıl  körpü  (Qırmızı  körpü-E.N)  adlandırırlar.  Şərq  tərəfdən  (sərhəd)  Kür 

çayıdır  ki,  Cavad  kəndindən  Araz  çayına  qovuşaraq  gedib  Xəzər  dənizinə  tökülür. 

Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə-E.N) sərhəddi Kür çayına qədər-Goran 

çayıdır və Kür çayı çox yerdən keçib Araz çayına çatır. Qərb tərəfdən Kuşbək, Salvartı 

və  Ərikli  adlanan  uca  Qarabağ  dağlarıdır‛

202

.  Mir  Mehdi  Xəzani,  Rzaqulu  bəy  Mirzə 



Camal oğlu kimi müəlliflər də Qarabağın hüdudlarını yuxarıda göstərildiyi kimi qeyd 

etmişdirlər

203

.  Göründüyü  kimi  Qarabağın  şərq  və  cənub  sərhədləri  qədim  Arranın 



sərhədləri  ilə  demək  olar  ki,  eynidir.  Yəni  Kür  və  Araz  çayları  həm  orta  əsrlərdə 

Arranın, həm də yaxın çağda Qarabağın təbii hüdudu olmuşdular. Lakin şimal və qərb 

sərhədlərində bir qədər dəyişiklik var. Bəylərbəyi Ziyadoğlunun 1736-cı ildə Nadirqulu 

xanın  Muğanda  şah  elan  edilməsinə  qarşı  çıxması  səbəbilə  Nadir  şah  (1736-1747) 

Borçalı  mahalını  Gəncə  bəylərbəyliyindən  alıb  gürcü  Kartli-Kaxeti  çarlığına  peşkəş 

etmişdi. Bundan sonra da Arranın Xrami çayından şimalda qalan torpaqları Gürcüstan 

ərazisi  kimi  tanınmağa  başlamışdı.  Bir  vaxtlar  Araz  çayının  mənbəyinə  qədər  uzanan 

Arranın  qərb  sərhədləri  isə  təqribən  indiki  Azərbaycan-Ermənistan  sərhəddini  təşkil 

edən dağ silsilələrinə qədər geriləmişdi. Buradan belə nəticə çıxara bilərik ki, Arranda 

müsəlman  əhalinin  sıx  yaşadığı  hissə  Qarabağ  adı  ilə  tanınmağa  başamışdı.  Xristian 

əhalinin daha sıx yaşadığı qərbi Arran torpaqları isə Qarabağa aid edilməmişdir. Keçən 

əsrlər ərzində qriqoryanlaşdırma və erməniləşdirmə prosesi sayəsində Arranın xristian 

əhalisi  erməniləşməyə  məruz  qalmışdı.  XIX  əsrin  ilk  rübündə  cənubi  Qafqazı  işğalı 

etdikdən  sonra  Rusiya  İran  və  Osmanlı  dövlətləri  ərazisindəki  erməniləri  kütləvi 

şəkildə  Azərbaycanın  şimal-qərb  bölgələrinə,  İrəvan,  Naxçıvan  və  Qarabağa 

köçürmüşdü.  Məqsəd  İran  və  Osmanlı  sərhədlərində  Rusiya  imperyasının  etimad 

göstərdiyi  xristian  əhalinin  sayca  çoxluğunu  təmin  etmək  idi.  Türkmənçay 

müqaviləsinin (10 fevral 1928) bağlandığı il sadəcə may ayında 8000 erməni ailəsi qərbi 

                                                 

202


 MÜŞTƏRƏK, Qarabağnamələr, C. I, s. 107-108, Bakı 1989.  

203


 MÜŞTƏRƏK, Qarabağnamələr, C. II, s. 98-99, 205-206, Bakı 1991. 

Azərbaycana  köçürülmüşdü

204


.  Rus  işğalının  ilk  7  ilində  köçürmə  siyasəti  nəticəsində 

ermənilərin qərbi Azərbaycandakı sayı 57,226 nəfərə çatdırılmışdı

205

. Buna baxmayaraq 



qərbi  Arranda  müsəlman  türklər  hər  zaman  əhalinin  böyük  əksəriyyətini  təşkil 

etmişdilər. XIX əsrin birinci yarısında cəmi 11,463 əhalisi olan İrəvanın Şaqar, Təpəbaşı 

və  Dəmirbulaq  səmtlərində  7,331  müsəlman  türk,  2,369  yerli  erməni,  1,715  İrandan 

köçürülmüş  erməni,  45  Anadoludan  köçürülmşü  erməni,  3  nəfər  isə  qeyri  millətin 

nümayəndəsi  yaşayırdı

206


.  Sonrakı  dövrlərdə  şərqi  Arranın  dağlıq  hissəsi  dağlıq 

Qarabağ, düzənlik hissəsi isə aran Qarabağ adı ilə tanınmağa başlamışdı.  

Haqqında  IX-X  əsr  müəlliflərinin  məlumat  verdikləri  Səlmas  Azərbaycanın  qərbində, 

Anadolu  torpaqları  ilə  səmsərhəd  ərazidə  yerləşir.  Səlmas,  Xoy  ilə  birlikdə, 

Azərbaycanda  İslamın  ilk  qəbul  edildiyi  şəhərdir.  639-cu  ildə  Van  gölü  ətrafındakı 

Ərməniyyə torpaqlarının fəth edən İyaz ibn Ğənəm (ا) bir müddət sonra Xoy və Səlmas 

şəhərlərini  də  ələ  keçirmişdi.  əl-Vaqidi  (747-823)  yazır  ki,  az  bir  qismi  istisna  olmaqla 

Xoy və  Səlmas  əhalisi  İslamı  qəbul  etmiş  və  bu  dini  öyrənmək  üçün  müsəlmanlardan 

müəllimlər  istəmişdilər

207


.  IX-X  əsr  coğrafiyaşünas  və  səyyahları  Səlmas  haqqında, 

ətraflı olmasa da, məlumat verirlər. Görünür bu dövrdə Səlmas elə də böyük olmayan, 

ölkənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamayan şəhər idi. XIII əsr 

müəllifi  Yaqut  əl-Həməvi  isə  Səlmasın  moğol  işğalçıları  tərəfindən  demək  olar  ki, 

tamamilə  dağıldıldığını  bildirir

208


.  Həmidullah  Qəzvininin  verdiyi  məlumatlardan 

Elxanilərin  hakimilyəti  illərində  Səlmasın  dirçələrək  abadlaşdığını  öyrənirik.  Müəllif 

şəhərin dağılmış qala divarlarının Elxanilərin vəziri Tacəddin Əlişah Təbrizi tərəfindən 

bərpa  edildiyini  və  Səlmasın  qala  divarlarının  uzunluğunun  8000  addım  (6,43  km) 

olduğunu  yazır.  O,  Səlmas  əhalisinin  qatı  dindar  sünni  olduqlarını  yazır

209


.  Müəllif 

həmçinin  səlmaslılarla  qonşuluqda  yaşayan  kürdlər  arasında  uzun  zamandan  bəri 

davam edən düşmənçilik və müharibənin olduğunu qeyd edir. Düşmənçiliyin nəsldən 

                                                 

204

 Sergey QLİNKA, Opisaniye Pereseleniya Armyan Azerbaydjanskix v Predelı Rossii, s. 92, Moskva 1831. 



205

 İvan ŞOPEN, İstoriçeskiy Pamyatnik Sostoyaniya Armyanskoy Oblasti v Epoxu Yeyo Prisoyedineniya k Rossiyskoy İmperii

s. 539-540, St.Peterburq 1852. 

206


 ŞOPEN, həmin əsər, s. 543-546. 

207


 Əbu Abdullah Muhəmməd ibn Ömər əl-VAQİDİ, Fütuhü’ş-Şam, (Nşr. Ə. Əbdürrəhman), C. II, s. 169, Beyrut 1997. 

[

ِّْٜٗٞٔؼ٣ اًلااظن ٖ٤ٍُِٔٔا ٖٓ سؼؼتٝ  َ٤ِوُا لائ اِٜٛأ ٌِْأك ضنلأا يِذ ٢ِؼ٣ آٝ يأٌِ ٝ ٟٞـ ٠ُا ضا٤ػ سؼتٝ



]

. Bu haqda daha ətraflı məlumat 

üçün bax: NƏSİROV, Raşidi Xəlifələr..., s. 51-52. 

208


 Mu’cəmü’l-Büldan, C. V, s. 234. 

209


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87.  

nəslə  ötürülməsi  səbəbiylə  bu  iki  icmanı  barışdırmaq  mümkün  olmamışdır

210


.  H. 

Qəzvini Səlması taxılı və meyvə-tərəvəzi bol olan yer kimi təsvir etmişdir

211

. Ə. Bakuvi 



də Səlmasın bol taxılı və balı olduğunu yazır

212


.  

Sərab  şəhərinin  adının  mənbələrdə  daha  çox  ‚Sərav‛  və  ya  ‚Sərəv‛  kimi  yazıldığının 

şahidi  oluruq.  Yaqut  əl-Həməvi  öz  əsərində  bu  şəhərin  Ərdəbil  mahalında  olduğunu 

qeyd edir. Müəllif Sərabın Təbrizlə Ərdəbil arasında yerləşdiyini, Ərdəbildən Səraba üç 

günlük  yol  olduğunu  bildirir

213

.  Səm’ani  də  öz  əsərində  ‚Sərəv‛  adlı  yaşayış 



məntəqəsinin  iki  ayrı  yerdə  mövcud  olduğunu  qeyd  edir.  Müəllif  bunlardan  birinin 

İranın Mazəndaran vilayətində, digəri isə Azərbaycanın Ərdəbil vilayətində olduğunu 

yazır və bu şəhərdə bir çox mühəddisin yetişdiyini bildirir

214


. 1221-ci ilin yay aylarında 

moğolların hücumuna uğrayan Sərab ağır dağıntı və insan tələfatına məruz qalmışdı

215



Elxanilərin hakimiyyəti dövründə isə Sərab orta böyüklükdə şəhər idi. Sərab ətrafında 



100-ə yaxın kənd var idi. Bu torpaqlarda yüksək keyfiyyətli taxıl yetişirdi

216


.  

Kiçik  bir  qəsəbə  olan  Sücas  haqqında  mənbələrdə  çox  az  məlumat  var.  Yaqut  əl-

Həməvi bu qəsəbənin Azərbaycanın şəhərlərindən biri olduğunu və Həmədanla Əbhər 

arasında  yerləşdiyini  yazır

217

.  Bu  kiçik  şəhərdən  bir  çox  məşhur  alim  və  ədib,  o 



cümlədən tanınmış sufi şeyxi Rüknəddin Sücasi (öl. 1211) çıxmışdı. 

Sücas kimi Sührəvərd də mənbələrdə adına az rast gəlinən, lakin yetişdirdiyi mümtaz 

şəxsiyyətlərlə  məşhur  olmuş  kiçik  bir  şəhər  idi.  Sührəvərd  Zəncan  ətrafında  yerləşən 

qəsəbələrdən  biri  idi.  əl-İstəxri  Sührəvərdin  Azərbaycanın  sərhədyanı  qəsəbələrindən 

biri  və  Zəncandan  3  fərsəx  (17  km)  aralı  olduğunu  yazır

218


.  Həmçinin  Zəkəriyya 

Qəzvini,  İbnü’l-Əsir  və  Yaqut  əl-Həməvi  də  Sührəvərdin  Zəncan  yaxınlığında 

yerləşdiyini qeyd edirlər

219


.  

                                                 

210

 Yenə orada. 



211

 Yenə orada. 

212

 BAKUVİ, Təlxisü’l-Asar, s. 96. 



213

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. IV, s. 66-67. 

214

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 381. 



215

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 338. 

216

 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 87-88. 



217

 Mu’cəmü’l-Büldan, C. IV, s. 49. 

218

 Məsalikü’l-Məmalik, s. 77, 79. 



219

Zəkəriyya  Muhəmməd  əl-QƏZVİNİ,  Asarü’l-Bilad  və  Əxbarü’l-İbad,  (Nşr.  S.M.Şahmuradi),  s.  380,  Tehran  1373.; 

İBNü’l-ƏSİR, Lübab, C. II, s. 157; YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. IV, s. 167. 


Bu  gün  artıq  Azərbaycanda  inzibati  ərazi  vahidi  olan  Şabran  şəhəri  haqqında 

mənbələrin  xülasəsinə  keçməmişdən  əvvəl  bu  oykonimin  etimoloji  izahına  çalışaq. 

Məlum  olduğu  kimi  bu  məsələ  hətta  Azərbaycan  parlamentində  də  gündəmə 

gətirilmiş, lakin qənaətbəxş bir izah ortaya qoyulmamışdı. Bu coğrafi adın fars mənşəli 

olduğu söylənir, lakin hansı mənanı ifadə etdiyi dilə gətirilmirdi. Şabran adını ‚şəb‛ və 

‚ran‛,  güya  gecə  və  məkan  sözlərinin  birləşməsindən  törəyib  ‚gecələmə  yeri‛  kimi 

əlaqəsiz  bir  izahla  məsələnin  üzərindən  ötmyə  çalışanlar  da  olmuşdur.  Üstəlik  bunu 

edən  şəxs  farsca  ‚şəb‛in  qaranlıq  mənasını  ifadə  etdiyini  də  qeyd  etmişdir.  Bu  elmi 

işçinin  fars  dilindən  xəbəri  olmadığı  açıq-aşkar  görünür.  Belə  olmasaydı  məqaləsinin 

adını  ‚Qaranlıq  Məkan‛  qoymazdı.  Farsca  ‚şəb‛  gecə  deməkdir,  qaranlıq  isə 

[

ي٣ناذ


]

 

‚tarik‛dir. Bundan başqa şəhərin adı mənbələrdə ‚Şəbran‛ deyil, ‚Şabran‛ kimi yazılır. 



Həmçinin  ‚ran‛  sözü  farscada  məkan  deyil,  qıç,  bud  mənasını,  jarqonda  isə  burada 

yaza bilməycəyimiz başqa bir mənanı da ifadə edir. Belə mülahizələr yürütmədən əvvəl 

heç olmasa açıb lüğətə baxmaq lazımdır. 

Elə isə nə deməkdir Şabran? Məlum olduğu kimi Azərbaycan və Arran şah I Şapurun 

(241-272)  hakimiyyəti  dövründə  işğal  edilərək  Sasani  imperiyasının  tərkibinə 

qatılmışdır

220

.  Ümumiyyətlə  Sasani  imperiyasının  ərazisi  adı  çəkilən  şahın  dövründə 



işğallar hesabına xeyli genişləndirilmişdir. Bu səbəbdən də şah I Şapurun adı ilə bir sıra 

toponimlərin  bağlı  olduğu  görünür.  Məsələn  Əfqanıstandakı  Şebergan  (Şapurgan), 

İrandakı  Cündşapur,  Nişapur  kimi  toponimlər  bu  hökmdarın  adı  ilə  bağlıdır.  Ərəb 

dilində  ‚p‛  səsi  olmadığı  üçün  ərəbdilli  mənbələrdə  Nişapurun-Nişabur, 

Cündşapurun-Cündşabur  kimi  yazıldığının  şahidi  oluruq.  O  cümlədən  Şabran,  daha 

dəqiq  desək  Şaburan 

[

ٕانٞتاش


]

  da  farsca  Şapuranın 

[

ٕانٞپاش


]

    ərəbcələşmiş  formasından 

başqa  bir  şey  deyil.  Erməni  salnaməçisi  Kirakosun  əsərində  bu  şəhərin  adı  məhz 

‚Şaporan‛ kimi qeyd olunmuşdur

221

. ‚Şapur‛ sözünün sonuna cəm şəkilçisi ‚an‛ əlavə 



edilməklə  ‚Şapurlar‛  sözü  düzəlmişdir.  Lakin  ola  bilsin  ki,  buradakı  ‚Şapur‛  şah  I 

Şapurun adı ilə bağlı olmasın. Çünki Şapur sözünün özü də ‚şah‛ (hökmdar) və ‚pur‛ 

(oğul)  sözlərinin  birləşməsindən  meydana  gəlib.  Belədə  şəhərin  adı  ‚şah  oğulları‛ 

                                                 

220

 MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 173. 



221

 QANZAKETSİ, İstoriya Armenii, 135. 



mənasını  ifadə  edəcəkdir.  Lakin  bəzi  mənbələrdə  bu  şəhərin  adının  Şavuran  kimi 

yazıldığını  da  görürük.  Şavur  isə  Şapurun  deformasiyaya  uğramış  şəklidir.  Məlum 

olduğu  kimi  tarixdə  Şavur  adlı  tanınmış  şəxslər  də  olmuşdur,  məsələn  Şəddadi  əmiri 

Əbü’l-Əsvar  I  Şavur  (1049-1067)  kimi.  Bu  səbəbdən  də  şəhərin  adının  I  Şapurla  bağlı 

olması daha ağılabatandır.  

əl-Bəlazuri  (IX-X  əsrlər)  Şabran  və  Masqut  şəhərlərinin  Sasani  şahı  Ənuşirvan 

tərəfindən bina edildiyini yazır

222


. İbn Xordadbeh (X) də eyni məlumatı verir

223


. Məqdisi 

(X  əsr)  isə  Şabranın  möhkəm  qala  divarlarına  malik  olmayan,  xristianların  üstünlük 

təşkil  etdiyi  şəhər  olduğunu  qeyd  etmişdir

224


.  Düşünürük  ki,  Məqdisi  bir  qədər 

yanılmışdır.  Şabranda  nə  vaxtsa  xristianların  üstünlük  təşkil  etməsini  söyləmək 

çətindir.  Belə  ki,  şəhərin  əhalisi  farsdilli  və  İslamdan  əvvəl  atəşpərəst  olduqları  üçün 

xristian əhalinin burada çoxluq təşkil etməsi mümkün deyil. Şabran haqqında ən geniş 

məlumatı  vermiş  Övliya  Çələbinin  qeydlərində  buna  işarə  ola  biləcək  bir  kəlmə  belə 

yoxdur.  Bir  zamanlar  hakim  din  olsaydı  xristianlıq  bir  neçə  əsrdə  izsiz-soraqsız  bu 

şəhərdən  yox  ola  bilməzdi.  əl-İdrisi  (1100-1165)  də  Arranın  şəhərlərini  sadalayarkən 

bunların  arasından  Şabranın  da  adını  çəkir

225

.  əl-İstəxri  (X  əsr)  də  Şabranın  Arrandakı 



şəhərlərdən  biri  olduğunu  bildirir.  O,  həmçinin  Şabranın  dəniz  sahilində  kiçik  qala 

divarları  ilə  əhatə  olunmuş  şəhər  olduğunu,  bu  şəhərin  bir  çox  nahiyəsinin, 

yaxınlıqdakı  dağların  isə  məhsuldar  torpaqlara  sahib  olduğunu  yazır

226


.    Yaqut  əl-

Həməvi (XIII əsr) də Şabranın Ənuşirvan tərəfindən inşa edildiyini, Dərbəndlə Şabran 

arasında  20  fərsəx  (113,7  km)  məsafə  olduğunu  yazır

227


.  Müasir  ölçmə  texnologiyaları 

isə  Dərbəndlə  Şabran  xarabalıqları  arasında  cəmi  100  km,  yəni  17,5  fərsəx  olduğunu 

göstərir.  Şəmsəddin  Diməşqdi  də  Şabranın  Xəzər  dənizi  sahilində  yerləşən  və  təməli 

Ənuşirvan  tərəfindən  qoyulmuş  şəhər  olduğunu  bildirir

228

.  Həmidullah  Qəzvini 



Şabranın şah Ənuşirvan tərəfindən bina edildiyini, bu yerin isti və suyunun həzm üçün 

                                                 

222

 Fütuhü’l-Büldan, C. I, s. 205. ػوٍٓ ح٘٣كٓٝ 



 ]

 

[



ٕاهتاشُا ٠٘ثك لاثه ٖت ٟهًٍ ٕاٝهش ٞٗأ . Masqutun indiki Xaçmaz rayonu ərazisindəki 

Müşkür olduğu güman edilir.  

223

 Məsalikü’l-Məmalik, s. 90. 



[

ػوٍٓ ح٘٣كٓٝ ٕاهتاشُا ح٘٣كٓ ٢٘ت يِٓ أُ لاثه ٖت ٕاٝهشٞٗأ ٕاًٝ

]

 

224



 Əhsənü’t-Təqasim, s. 185. 

[

ٕاهتاش



 :

كؼ يأن ٟناصُِ٘ اٜ٤ك حثِـُا ٖصؼ لات

]

 

225



 Şərif Əbü’l-Həsən Muhəmməd əl-İDRİSİ, Nüzhətü’l-Müştaq fi İxtiraqi’l-Afaq, s. 34-35, Riyad 1989. 

226


 İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 67. 

227


 Mu'cəmü'l-Büldan, C. IV, s. 182.  

228


 DİMƏŞQİ, Nüzhətü’d-Dehr, s. 189. 

zərərli  olduğunu  yazır

229


.  Övliya  Çələbi  isə  aşağıda  qeyd  edəcəyimiz  kimi  bunun  tam 

əksini yazır. H. Qəzvini həmçinin qeyd edir ki, Şabranda keyfiyyətli taxıl və digər dənli 

bitkilər  yetişir

230


.  Hüdudü’l-Aləm  müəllifi  bu  şəhərin  adını  Şavuran 

[

ٕانٝاش



]

  kimi  qeyd 

edərək  burada  əldə  edilən  məhəng  daşının  ixrac  olunduğunu  yazır

231


.    Bu  əsərin 

naməlum  müəllifi  həmçinin  qeyd  edir  ki,  Şabran,  Dərbənd  və  Bakı  Xursan 

[

ٕاٌهـ


]

 

vilayətinin şəhərləridir



232

. Əbdürrəşid Bakuvi və Sadiq İsfəhani Şabranın Babü’l-Əbvab 

(Dərbənd)  nahiyəsində  şəhər  olduğunu  və  çahi-Bijənin  də  burada  olduğunu 

bildirirlər

233

.  Çahi-Bijən,  yəni  Bijənin  quyusu  Firdovsinin  ‚Şahnamə‛sində  də  qeyd 



olunan qədim İran əsatirindəki bir istilahdır. Bu əsatirə görə İran şahı Keyxosrov Turan 

məmləkətinə  sərkərdə  Bijəni  ordu  ilə  göndərmiş,  Bijən  Turan  hökmdarı  Əfrasiyabın 

(Alp  Ər  Tunqa)  qızı  Mənijəni  görüb  ona  aşiq  olmuşdu.  Bu  səbəbdən  də  Əfrasiyabın 

qəzəbinə  tuş  gəlmiş  və  bir  quyuya  atılaraq  7  il  orada  qalmışdı.  Nəhayət  Rüstəmi-Zal 

gəlib onu bu quyudan xilas etmişdi. Böyük ehtimalla bu iki müəllif yanılmışdılar. Bijən 

quyusu  adı  ilə  məşhur  olan  zindan  Şabranda  deyil,  Uyğurstandakı  Qaraqorum 

şəhərində idi.  

Daha  əvvəl  yazdığımız  kimi  Şabran  haqqında  ən  geniş  məlumat  verən  mənbə  Övliya 

Çələbinin  (1611-1672)  ‚Səyahətnamə‛sidir.  Müəllif  yazır:  ‚Əvsafi-Şaburan:  Şirvan 

vilayəti  hökmündə  müzəyyən  (bəzədilmiş,  gözəl-E.N)  bir  şəhərdir.  Lakin  Dəmirqapı 

vilayətinə  aid  edilir.  Qədim  zamanlarda  İsfəndiyar  şah  tərəfindən  bina  edilmişdir. 

Sonra Hülagü moğolu gəlib şəhəri yerlə yeksan edib, əhalisini qırıb evlərini yıxmışdır. 

Sonra  şəhər  yenidən  bərpa  edilmişdi.  Nəhayət  sultan  III  Muradın  (1574-1595)    vəziri 

Özdəmiroğlu Osman paşa Dərbəndi fəth edərkən Şaburan əhalisi də ona itaət etmiş və 

bu  şəhər  sancaqbəyliyi  məzkəzi  olmuşdu....Havasına  və  suyuna  görə  Təbrizdən  sonra 

İranda mədh olunan şəhər budur. Şabran şəhəri yetmiş məhəllədən ibarətdir və orada 

yetmiş mehrab (məscid) var. Məşhur cameləri (cümə məscidləri) bunlardır: Toxmaq xan 

came,  Əfşar  xan  came  və  Uzun  Həsən  came.  Uzun  Həsən  camenin  misli  bərabəri  heç 

                                                 

229


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 93-94. 

230


 Yenə orada 

231


 ANONİM, Hüdudü’l-Aləm, s. 123. 

232


  Yenə  orada.  Sözü  gedən  Xursan  vilayəti  Xorasanın  deformasiyaya  uğramış  forması  ola  bilər.  Çünki  Dağıstanın 

cənubundakı  Təbərsəran  (indiki  adı  ilə  Tabasaran)  vilayəti  Təbəristanın  təhrifə  uğramış  formasıdır.  Bu  haqda  A. 

Bakıxanov da yazmışdır. Bax: Gülistani-İrəm, s. 24. 

233


 BAKUVİ, Təlxisü’l-Asar, s. 125; İSFƏHANİ, Geographical Works, s. 108.  

yerdə  yoxdur.  Hətta  Özdəmiroğlu  Osman  paşa  hər  cümə  günü  böyük  bir  dəstə  ilə 

Dərbənddən  gəlib  burada  ibadət  edərmiş.  Bu  qədim  ibadətgahın  divarları  buqələmun 

dərisi  kimi  rəngdən  rəngə  bürünür.  Mərmərlərindəki  oyma  naxışlar  isə  hətta 

memarlıqda  mahir  olanları  heyrətə  salır.  Şəhər  Müskür  vadisində  məhsuldar  bir 

məkanda mövcuddur. Şabranın 7 nahiyəsi var və hər biri bir səyyarənin (planet) adı ilə 

adlandırılmışdır‛

234

.   


Bu gün xarabalıqları Şabran rayonunun Şahnəzərli kəndi yaxınlığında, Şabrançayın iki 

sahilində  təqribən  40-50  hektardan  çox  sahəni  əhatə  edən  qədim  Şabranın

235

  indiyə 



qədər  cəmi  4,5  km

2

  sahəsində  arxeoloji  qazıntılar  aparılmışdır



236

.  Şəhərin  XVIII  əsrə 

qədər intensiv yaşayış məskəni olduğu məlum olmuşdur

237


. Azərbaycanda IX əsrə aid 

edilən  kanalizasiya  sistemi  ilk  dəfə  Şabranda  açılmışdır.  Şərqin  ən  böyük 

zərbxanalarından biri məzh Şabranda yerləşmişdi

238


. XIV-XV əsrlərdə bu zərbxanalarda 

mis və gümüş pullar zərb olunurdu

239

.  


Orta əsrlərdə Azərbaycanda Firuzqubad  və ya Firuzabad adı ilə tanınan iki şəhər var 

idi.  Bunlardan  biri  Azərbaycanın  cənubunda  Xalxal  şəhərindən  1  fərsəx  (5,68  km) 

aralıda,  digəri  isə  Babü’l-Əbvab  (Dərbənd)  mahalında  yerləşirdi

240


.  Dərbənd 

yaxınlığındakı  qala  daha  çox  Firuzqubad  kimi  şöhrət  tapmışdı.  Vaxt  ötdükcə 

‚Firuzqubad‛  adı  qısalaraq  ‚Quba‛  formasını  almışdı.  İbn  Xordadbehin  (öl.  912) 

əsərində Firuzqubad şəhərinin adına rast gəlirik, müəllif şəhərin adını Ləkz vilayəti ilə 

yanaşı çəkir

241


. Həmidullah Qəzvini Firuzqubadı gözəl iqlimli, çoxlu gözəl yerləri olan 

məkan  kimi  təsvir  etmişdi

242

.  Yaqut  əl-Həməvi  Firuzqubad  qalasını  şah  Ənuşirvanın 



tikdirdiyini  və  şəhərin  onun  atası  Firuz  oğlu  I  Qubadın  (488-531)  şəhərəfinə 

adlandırıldığını  yazır

243

.  Düşünürük  ki,  indiki  Quba  və  Qusar  rayonları  ərazisində  bir 



deyil, bir neçə qala və qəsr mövcud olmuşdur. Çünki ‚Qusar‛ adının da ərəbcə ‚qəsr‛  

                                                 

234

 Mehmed Zılli ibn Dərviş ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, (Nşr. Ə. Cəvdət), C. II, s. 305, İstanbul 1314. 



235

 GÖYÜŞOV, həmin əsər, s. 142. 

236

  Tarix  DOSTİYEV,  ‚Orta  Əsr  Şabran  Şəhərinin  Arxeoloji  Təqdimatının  Bə’zi  Nəticələri‛,  Azərbaycan 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin