Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


ORTA ƏSR AZƏRBAYCAN ŞƏHƏRLƏRİ



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə3/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   2   3   4   5   6   7   8   9   ...   50

ORTA ƏSR AZƏRBAYCAN ŞƏHƏRLƏRİ 

Hesab  edirik  ki,  mövzuya  Azərbaycan  sözünün  etimoloji  izahı  ilə  giriş  etmək  yerinə 

düşəcəkdir. Dəqiq səbəbini müəyyənləşdirmək çətindir, amma nədən ötrüsə ölkəmizdə 

nəşr  olunan  tarix  dərsliklərində  və  tədqiqat  əsərlərində  tarixçilərimiz  məmləkətimizin 

adının  etimoloji  izahını  ‚Atropatena‛  və  bunun  törəmə  kəlmələriylə  izah  etməyə 

çalışırlar.  Bu  gün  ali  məktəblərdə  Azərbaycan  tarixi  fənni  üzrə  dərslik  kimi  istifadə 

edilən  kitabın  16-18-ci  səhifələrində  ‚Andirpatianu,  Andarpataian,  Aturpatakan, 

Atrpatakan,  Adirpatyan,  Adərpatyan‛  və  s.  bənzər  formalarda  yazılan  terminlər 

oxucunun  zehnində  istər-istəməz  çaşqınlıq,  müəmma  meydana  gətirir.  Bu  müəmma 

daha sonra şübhəyə və inamsızlığa da çevrilə bilir. ‚Atropatena‛ Atropata məxsus olan 

yer, ‚Atropat‛ sözü isə ‚atr‛ (od, atəş) və ‚pat‛ (başçı) kimi izah olunur. Mən burada 

müəllif  və  əsər  adı  qeyd  etmək  istəmirəm,  amma  maraqlananlar  mövzu  ilə  bağlı 

kitabların  böyük  əksəriyyətində  eyni  mülahizəyə  rast  gələ  bilərlər.  Azərbaycan 

kəlməsinin  izahı  asan  ikən  tarixçilərimizin,  rus  şərqşünas  və  tarixçilərinin  təsirindən 

çıxa  bilməyərək, özlərini  belə  çətinə  salmalarını  anlamaq  olmur.  V.  Bartold yazırdı  ki, 

‚İskəndərdən  sonra  irsi  mülk  olaraq  Atropatın  sərəncamına  onun  keçmişdə  sahib 

olduğu  vilayətin  bir  hissəsi  verilmişdi.  Beləcə  öz  adını  Atropatdan  götürmüş  ‚Kiçik 

Midiya‛nı,  yunanlar  Atropatena,  ermənilər  Atrpatakan  adlandırmış  və  buradan 

Azərbaycan  yaranmışdır.  Bu  sözün  başqa  bir  mənasını  axtarmaq  üçün  heç  bir  əsas 

yoxdur.  O  cümlədən  Qafqaz  və  İran  Azərbaycanının  qədim  atəşpərəstlik  və  Zərdüşt 

dini  ilə  əlaqəsi  olması  barədə  heç  bir  tarixi  məlumat  yoxdur‛

12

.  Göründüyü  kimi 



möhtərəm akademik ‚bu sözün başqa bir mənasını axtarmaq üçün heç bir əsas yoxdur‛ 

deməklə  sadəcə  elmdə  yolverilməz  olan  ehkamçılığa  getməmişdir.  O,  bunu  etməklə 

həm  də  ‚Azərbaycan‛  adının  Makedoniyalı  İsgəndərdən  o  tərəfə  əslinin  və  kökünün 

olmadığını  isbat  etməyə  çalışmış,  hətta  bu  adın  yaranmasında  ermənicədəki 

‚Atrpatakan‛ın da ‚müstəsna‛ rolunu vurğulamışdı. Halbuki irəlidə görəcəyimiz kimi 

Azərbaycan  adının  tarixi  ən  az  Nuh  (×)  tufanı  qədər  qədimdir.  Məlum  olduğu  kimi 

Nuh tufanı barədə ən qədim dastan olan Qılqameş dastanında da məlumata rast gəlinir. 

Təəssüf  doğuran  xüsus  budur  ki,  tarixçilərimiz  (o  cümlədən  coğrafiyaşünaslarımız, 

                                                 

12

 Vasiliy BARTOLD, Soçineniya, C. II/1, s. 776, Moskva 1963. 



mədəniyyətşünaslarımız  və  digərləri)  rus  akademikin  bu  ‚tövsiyə‛sinə  ciddi  şəkildə 

əməl etmişdilər. ‚Azərabad‛ sözünü ‚Atropat‛ formasına salıb yunanlaşdırmaq, hətta 

erməniləşdirmək  nəyə  lazımdır?  ‚Azərbaycan‛  sözü  üç  kəlmənin  birləşməsindən 

yedana gəlməkdədir, ‚azər‛, ‚bad və ya  abad‛ və ‚gan‛. İndi bu sözlərin ayrı ayrılıqda 

hansı  mənaları  ifadə  etdiyinə  baxaq.  ‚Azər‛  məlum  olduğu  kimi  pəhləvi  dilində  ‚od, 

atəş‛  mənasını  ifadə  edir.  Bundan  başqa  ‚azər‛ 

[

نلآ


]

  və  ya  ‚azar‛ 

[

نالآ


]

  qədim  süryani 

təqvimində  ilin  6-cı  və  müasir  İran  təqvimində  isə  9-cu  aya  verilən  addır.  İslam  dini 

ədəbiyyatında  İbrahim  (×)  peyğəmbərin  atası  kimi  tanınan  ‚Azər‛  ilə  Azərbaycan 

sözündəki ‚Azər‛i qarışdırmamaq lazımdır. Çünki əvvəla yazılışları fərqilidir, birincisi 

‚azər‛ 


[

نوآ


]

,  ikincisi  isə  ‚ažər‛ 

[

نلآ


]

    kimi  yazılır.    Sonra,  İbrahim  (×)  peyğəmbərin 

atasının  adı  olan  ‚Azər‛  yəhudi  dini  ədəbiyyatında  əslində  ‚Athar‛  və  *ח ַר ֶּת  /  ח ַר ָּת

‚Terah‛  kimi  qeyd  olunur.  Bu  da  ibranicədən  tərcümələr  vaxtı  ərəbcələşərək  ‚Azər‛ 

formasına düşmüşdür.  

‚Azərbad‛ 

[

قاتنلآ


]

 və ya ‚Azərabad‛ 

[

قاتانلآ


]

 kəlmələri  isə məcusilərin (zərdüştilərin)  ali 

din xadimlərinə verilən ad idi. Mirxond (1433-1498) öz əsərində Azərbad Mahrəspənd 

adlı bir şəxs haqqında söz açaraq onun azərbaycanlı Zərdüştün

13

 30-cu nəsldən nəvəsi 



olduğunu,  Sasani  şahlarından  II  Şapurun  (309-379)  hakimiyyəti  dövründə  yaşadığını 

qeyd etmişdir

14

. Azərbad Mahrəspənd məhv olmuş Avestanı toplayıb təkmilləşdirməyə 



çalışmış şəxs kimi tanınmışdı

15

. Əbu Reyhan əl-Biruni isə öz əsərində Babil möbidi olan 



başqa  bir  Azərbad  haqqında  məlumat  verməkdədir

16

.  Məhəmmədəli  Tərbiyət  də  əl-



Biruniyə  istinadən  əsərində  bu  şəxs  haqqında  ətraflı  məlumat  verir

17

.  Buradan  belə 



nəticə çıxarmaq olar ki, ‚Azərbad‛ və ya ‚Azərabad‛ dini titulu daşıyan şəxslər ən az 

Zərdüştdən  (e.ə.  628-551)  etibarən  mövcud  olmuşdurlar.  Hətta  ehtimal  ki,  bu  titulu 

daşıyan din xadimləri hələ Zərdüştdən əvvəl də fəaliyyət göstərmişdilər. ‚Azərbaycan‛ 

adını  açıqlayarkən  ‚Azər‛  sözünün  pəhləvi  dilində  od,  atəş  mənasını  ifadə  etdiyini 

                                                 

13

  əl-Məs’udi  Zərdüştün  azərbaycanlı  olduğunu  qeyd  etmişdir.  Bax:  Mürucü’z-Zəhəb,  C.  I,  s.  153. 



[

 ٖت دشقانو ٚٗئ

قشنٞت

...


ٕاع٤تنلأ َٛأ ٖٓ

]

. Bir çox müasir tədqiqatçı da Zərdüştün azərbaycanlı olduğunu bildirmişdir. Bu barədə ətraflı 



məlumat üçün bax: Abdulla FAZİLİ, Atropatena er.əv. IV-er. VII əsri, s. 166, Bakı 1992. 

14

  Hamidəddin  Muhəmməd  ibn  Xondşah  MİRXOND,  History  of  the  Early  Kings  of  Persia,  (Trc.  D.  Shea),  s.  279-280, 



London 1832. 

15

 FAZİLİ, həmin əsər, s. 166. 



16

  Əbu  Reyhan  Muhəmməd  ibn  Əhməd  əl-BİRUNİ  əl-Xarəzmi,  Asarü’l-Baqiyə  əni’l-Qüruni’l-Xaliyə,  s.  216,  Leipzig 

1878. 

17

 Danişməndan, s. 153. 



bildirən  Yaqut  əl-Həməvi,  Azərbadın  Nuh  (vəfatı  e.ə.  2892)  peyğəmbərin  kötükcəsi 

olduğunu  yazır

18

.  IX-X  əsrlərdə  yaşamış  coğrafiyaşünas  alim  İbn  Fəqih  də  Nuh  (×) 



peyğəmbərin  nəvəsi  əl-Əsvədin  nəvəsinin  adının  Azərbad  olduğunu  yazır

19

.  Yaqut  əl-



Həməvi ilə İbn Fəqihin verdiyi bu məlumatın doğru olma ehtimalı böyükdür. Belə ki, 

od zərdüştilikdən əvvəl də bir sıra paqan dinlərdə ehtiramla yanaşılan, bəzən isə ibadət 

edilən bir obyekt olmuşdur. Hətta səmavi dinlərdə də buna misal ola biləcək hadisələr 

var. Musa peyğəmbərin (×) gecənin qaranlığında yanan odu görərək ona yaxınlaşması 

və  orada  Allahla  danışması  barədə  həm  yəhudi

20

,  həm  də  İslam  dini  mənbələrində



21

 

məlumat  verilir.  Məhəmmədəli  Tərbiyət  tarixi  mənbələrə  istinad  edərək  azərbaycanlı 



Zərdüştün ibrani qövmünə mənsub peyğəmbərlərdən İlyasın (×) əshabından olduğunu 

bildirmişdir

22

. Bütün bunlara istinadən ‚Azərbad‛ və ya ‚Azərabad‛ adlanan zərdüşti 



din xadimlərinin hələ çox qədim zamanlardan bəri mövcud olduqlarını söyləyə bilərik. 

Hətta İslam dininin yaranmasından çox sonra, Abbasilər dövründə də bu titulu daşıyan 

zərdüşti din xadimləri mövcud olmuşdular

23

.  



‚Gan‛  və  ya  ‚qan‛  isə  yer,  ölkə,  məmləkət  mənasını  ifadə  edir.  Sonu  ‚gan‛,  ‚qan‛la 

bitən  bir  sıra  yaşayış  məntəqəsinin  adını  çəkmək olar. Məsələn  Beyləqan,  Mərdəkan

24



Nəməngan



25

,  Uruzqan

26

,  Şebergan



27

  və  s.  Beləcə  zərdüşti  məbədinin  (və  ya  din 

xadimlərinin) ölkəsi mənasını ifadə edən ‚Azərbadgan‛ 

[

ٕاگقاتنلآ



]

  və ya ‚Azərabadgan‛ 

[

ٕاگقاتانلآ



]

 kəlməsi meydana çıxmışdır. Məlum olduğu kimi ‚Azərabadgan‛ sözü pəhləvi 

dilində  həmçinin  zərdüşti  məbədi,  atəşkədə  mənasını  ifadə  edir

28

.  ‚Azərbadgan‛ın 



‚Azərbaycan‛a çevrilməsi isə ərəb dilində ‚g‛ səsinin mövcud olmaması ilə əlaqəlidir. 

                                                 

18

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. 



[

ّلاٍُا ٚ٤ِػ غٞٗ ٖت ّاٌ ٖت قٌٞلأا ٖت ٕاه٣ئ ٖت لاتنلأت جأٍٓ ٕاع٤تنلأ

 ....

 نلأ َت َ٤هٝ



ح٣ِٜٞلُات ناُ٘ا ٌْا

]

 



19

 Əhməd ibn Muhəmməd İBN FƏQİH əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885. 

20

 Bax: Tövrat, Xüruc, III/1-13. 



21

 Bax: Qur’ani-Kərim, Taha surəsi, 10-cu ayə və sonrası. 

22

 Danişməndan, s. 152. 



23

  Bax:  Əbü’l-Həsən  Əli  əl-MƏS’UDİ,  Tənbih  və’l-İşraf,  s.  30,  Beyrut  1981.  Həmçinin  bax:  Berthold  SPULER,  Vierter 



Band Iranistik Zweiter Abschnitt Literatur, s. 44, Leiden 1968. 

24

 ‚Gan‛ və ya ‚qan‛ sonluğu bəzən ‚kan‛ formasına düşə bilir.  



25

 Naməngan-Özbəkistanın Fərqanə vilayətində şəhərdir.  

26

 Uruzqan-Əfqanıstanın eyni adlı vilayətində şəhərdir. 



27

  Şebergan və ya Şaburgan-Əfqanıstanın şimalında şəhərdir. 

28

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 81. Həmçinin bax: Mehmet KANAR, Büyük Farsça-Türkçe Sözlük, s. 



18, İstanbul 1993. 

Bu səbəbdən orta əsr ərəbdilli tarixi mənbələrdə Azərbadgan 

[

ٕاگقاتنلآ



]

 sözü Azərbadcan 

[

ٕاظقاتنلآ



]

 

, daha sonra isə Azərbaycan 



[

ٕاع٤تنلآ


]

 kimi yazılmışdı.  

Burada  əsasən  haqqında  bioqrafik  məlumat  verəcəyimizi  şəxslərin  mənsub  olduqları 

şəhərlər  haqqında  qısa  məlumat  verməklə  kifayətlənəcəyik.  Bunlardan  ilki  Ani 

şəhəridir. Ani Azərbaycanın şimali-qərbində, Arranın qərbində, Arpaçayın sol sahilində 

yerləşən qala-şəhər idi. Bu gün Türkiyə respublikasının Qars vilayətində, Ocaqlı kəndi 

yaxınlığında  yerləşən  Ani  xarabalıqlarının  tarixi  çox  qədim  zamanlara  gedib  çıxır. 

Anidə  ilk  arxeoloji  qazıntılar  1892-1917-ci  illərdə  N.  Marr,  daha  sonra  1965-ci  ildə 

Kamal  Balkan  və  1989-2005-ci  illərdə  Beyhan  Karamağaralı  tərəfindən  aparılmışdır. 

Qazıntılar  vaxtı  Azərbaycan  mədəniyyətinin  bariz  cizgilərini  özündə  ehtiva  edən  çox 

sayıda tapıntı əldə edilmişdir.  

Ani  özünün  möhkəm  qala  divarları  və  istehkamları  ilə  Ərməniyyə  ilə  Arran  arasında 

sərhəd  zastavası  rolunu  oynamışdı.  İbnü’l-Əsir  1162-ci  ilin  yay  aylarında  gürcülərin 

Aniyə 


 

[

٠ٗآ



]

    hücumu  haqqında  məlumat  verərkən  Aninin  Arranın  şəhərlərindən  biri 

olduğunu  qeyd  etmişdir

29

.  Anidə  aşkar  edilmiş  böyük  bir  atəşgahın  qalıntıları  da  bu 



şəhərin qədim Azərbaycan şəhəri olduğunu göstərir. Qalıntıların e.ə. I-IV əsrlərə aid bir 

atəşpərəstlik  məbədinə  aid  olduğu  güman  edilir.  Şəhər  430-646-cı  illər  arasında 

Sasanilərin  hakimiyyəti  altında  olmuşdur.  646-cı  ildə  isə  fəth  edilərək  xilafətə 

birləşdirilmişdi.  X  əsrin  ortalarında  Abbasilərin  zəifləməsi  fonunda  xilafət 

ərazisində müstəqil dövlətlərin meydana gəlmişdi. Erməni Baqratuni sülaləsi də 

regionda  güclənməyə  başlamışdı.  966-cı  ildə  Baqratuni  çarı  III  Aşot  Anini  zəbt 

edərək  şəhərin  qala  divarlarını  möhkəmlətmiş  və  Ani  erməni  çar lığının 

mərkəzinə  çevrilmişdi.  Daha  sonra  şəhər  qısa  müddətə  də  olsa  Bizansın  əlinə 

keçmişdi. Böyük Səlcuqlu sultanı Alp Arslanın Qafqaza hərbi yürüşü vaxtı 1064 -

cü  ildə Ani yenidən fəth edilərək Düveyn Şəddadi əmiri I Əbü’l -Əsvar Şavurun 

(1049-1067)  idarəsinə  verilmişdi.  Yaşlı  Əbü’l-Əsvar  oğlu  Mənuçöhr  bəyi  (1064-

1118)  Ani  hakimliyinə  təyin  etmişdi

30

.  Azərbaycan  Atabəylərinin  (1136-1225) 



hakimiyyəti  dövründə  Ani  bir  neçə  dəfə  gürcü  çarları  tərəfindən  işğal  edilmiş, 

                                                 

29

 İzzəddin Əli İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, (Trc. A. Ağırakça-Özaydın A), C. XI, s. 228, İstanbul 1987. 



 

[

ٕا ّنا قلات ٖٓ ٢ٗآ ح٘٣كٓ ٠ُا اٝناٌٝ



]

 

30



 Ani haqqında ətraflı məlumat üçün bax: 

http://www.ani.gov.tr/tarihce.asp; http://www.kars.gov.tr/trz_ani.htm



lakin  geri  alınmışdı.  XVII  əsrin  əvvəllərinə  qədər  əsasən  Azərbaycan 

hökmdarlarının  idarəsi  altında  olmuş  Ani  1605-ci  ildə  baş  vermiş  zəlzələ 

nəticəsində  dağılmış,  həyat  üçün  əlverişsiz  vəziyyətə  düşdüyü  üçün  əhali 

tərəfindən tərk edilmişdi.   

Farsca  ‚bad‛  (külək)  və  ‚kuh‛  (dağ)  sözlərini  birləşməsindən  meydana  gələn,  küləkli 

dağ mənasını ifadə edən Bakı şəhərinin adına orta əsr mənbələrində ‚Baku‛, ‚Bakuh‛, 

‚Bakuyə‛  formasında  yazılışları  ilə  rast  gəlinir.  X  əsr  müəllifi  Şəmsəddin  əl-Məqdisi 

Arran  haqqında  məlumat  verərkən  Bakının  gölün  (Xəzər  dənizi-E.N)  sahilində, 

regionun girişində mövcud olduğunu qeyd edir

31

. Bakı hələ orta əsrlərdən etibarən nefti 



ilə  tanınırdı.  Yaqut  əl-Həməvi  və  Zəkəriyyə  Qəzvini  Bakının  Şirvan  Dərbəndi 

yaxınlığında  yerləşdiyini,  burada  gündəlik  icarə  haqqı  1000  dirhəm  olan  neft 

quyusunun  mövcud  olması  barədə  məlumat  vermişdilər

32

.  Rəşidəddin  Bakuvi  də 



Bakıdakı neft quyuları haqqında məlumat verir. O, Bakının neft yataqlarından gündəlik 

200 dəvə yükü neft hasil olunduğunu yazır

33

Hüdudü’l-Aləm müəllifi isə Bakıdan hasil 



olan neftin ixrac olunduğunu qeyd edir

34

. Ə. Bakuvi bakılıların suiti dərisindən tuluqlar 



hazırlayaraq  hasil  edilən  nefti  bu  tuluqlarda  başqa  ölkələrə  göndərdiklərini  yazır.  O, 

həmçinin  Bakının  möhkəm  qala  divarları  ilə  əhatə  olunduğunu  qeyd  edir.  Müəllif  iki 

qaladan bəhs edərək bunlardan birinin ləpədöyəndə olduğunu və moğolların onu zəbt 

edə bilmədiklərini yazır

35

. Güman ki, müəllif Qız qalasını yaxud qalıqları indi su altında 



olan Səbail qalasını nəzərdə tutmuşdur.  

Bakı  orta  əsrlərdə  nefti  ilə  yanaşı  liman  şəhəri  olması  ilə  tanınmışdı.  Həmin  dövrdə 

Xəzər dənizi hərbiləşməmiş, belə demək mümkünsə, sülh dənizi idi. Belə ki, mənbələr 

bu  dənizdə  sadəcə  ticarət  və  balıqçı  gəmilərinin  üzdüyünü  qeyd  edirlər.  Güman  ki, 

Xəzər  dənizi  müsəlman  ölkələri  ilə  əhatə  olunduğu  üçün  bu  qonşu  dövlətlər  orada 

hərbi donanma saxlamağa ehtiyac hiss etməmişdilər. Xilafətlə uzun illər boyu müharibə 

vəziyyətində olan Xəzər xaqanlığı isə hərbi donanmaya malik deyildi. Bu səbəbdən də 

                                                 

31

Şəmsəddin Muhəmməd əl-Bəşşari əl-MƏQDİSİ, Əhsənü’t-Təqasim fi Mərifəti’l-Əqalim, s. 185, Tehran 2006. 



[

ًٙٞات


 :

 ٠ِػ


ْ٤ِهلإا ضهك ٟكؼئ ٢ٛ جه٤ؽثُا

]

 



32

Şihabəddin Yaqut ibn Abdullah ər-Rumi əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s.351, Beyrut (trz); QƏZVİNİ, Asarü’l-



Bilad, s. 565. 

[

ٚ٣ًٞات



...

ْٛنق قُأ ّٞ٣ ًَ ٢ك اٜرُاثه ؾِثذ حٔ٤ظػ ػلٗ ٖ٤ػ ٚ٤ك 

]

 

33



 Təlxisü’l-Asar, s. 117. 

34

 Hüdudü’l-Aləm, s. 123. 



35

 BAKUVİ, Təlxisü’l-Asar, s. 117. 



istər  Azərbaycan,  istərsə  də  Xəzər  sahilindəki  digər  müsəlman  dövlətlər  əsrlər  boyu 

Xəzərdən  gələ  biləcək  hər  hansı  bir  hərbi  təhlükə  gözləməmişdilər.  Lakin  914-cü  ildə 

ruslar Xəzər dənizindəki bu əmin-amanlığı pozmuşdular. Əvvəllər 15-20 ticarət gəmisi 

ilə  Azərbaycan,  orta  Asiya  və  İranın  limanlarına  səfər  edən  rus  tacirləri  bu  yerləri, 

oradakı  şəhərləri,  yolları,  bu  ölkələrin  zənginliklərini  öyrənmə  fürsəti  əldə  etmişdilər. 

914-cü  ildə  500  gəminin  hər  birində  100  nəfər  olmaqla  50  mindən  çox  rus  əsgəri 

Xəzərsahili vilayətlərə qəfil hücum etmişdilər. Həmin vaxt Xəzər dənizinə tökülən İdil 

(Volqa)  çayı  Xəzər  xaqanlığının  nəzarətində  olduğu  üçün  ruslar  xaqanın  icazəsi  ilə 

gəmilərini Xəzər dənizinə endirə bilirdilər. Bunun müqabilində isə onlar talan etdikləri 

qənimət  mallarının  yarısını  xaqana  verməyi  vəd  edirdilər.  Həmin  il  Gilan,  Deyləm, 

Təbəristan sahillərinə qəfil hücum edən ruslar yaşayış məntəqələrini zəbt edərək talan 

edir,  əhalini  əsir  götürürdülər.  Yusif  ibn  Əbu’s-Sac  ordusunu  səfərbər  edərək  ruslarla 

vuruşmuş,  lakin  istənilən  nəticəni  əldə  edə  bilməmişdi

36

.  Ruslar  qarət  etdikləri  mallar 



və  əsirlərlə  Abşeron  yaxınlığındakı  adalara  çəkilmişdilər.  Şirvanşah  Əli  ibn  Heysəm 

əsgərlərini qayıqlara mindirərək həmin adalara hücum etmişdi. Lakin bu dəniz döyüşü 

rusların qələbəsi ilə bitmişdi. Bir neçə ay bu adalarda qalan rusların dənizdə quldurluq 

etmələri səbəbiylə Xəzər dənizindəki ticarət iflasa uğramışdı. Nəhayət onlar gəmilərinə 

minib  Xəzər  dənizinin  şimalına  yollanmışdılar.  Xəzər  xaqanlığına  çatanda  xaqanın 

ordusunda  xidmət  edən  muzdlu  müsəlman  əsgərlər  ruslarla  vuruşmaq  üçün  səfərbər 

oldular.  Məs’udi  öz  əsərində  bu  hərbiçiləri  ‚əl-Larisiyyə‛ 

[

ح٤ٌنلاُا



]

  adlandırır

37

.  Akad. 



Nailə  Vəlixanlının  fikrinə  görə  bunlar  xarəzmli  müsəlmanlar  idilər

38

.  Onlar  xaqana 



‚müsəlman  qardaşlarımıza  hücum  edib  onların  qanını  tökmüş,  qadınları  və  uşaqları 

alçaltmış  bu  milləti  bizim  öhdəmizə  burax‛

39

  deyərək  ruslarla  vuruşmaq  niyyətində 



olduqlarını bildirdilər. Xaqan onları bu fikirlərindən daşındırmaq istəsə də bacarmadı, 

çünki özü də onlardan çəkinirdi. Lakin Xəzər xaqanı rusları ölkəsindəki müsəlmanların 

onlarla  vuruşmaq  üçün  hazırlaşdıqları  barədə  xəbərdar  etdi.  15  min  yaxşı  silahlanmış 

süvari  əl-larisi  ruslara  hücum  etdilər.  Ruslar  gəmilərdən  sahilə  çıxıb  onlarla  döyüşə 

                                                 

36

 Nailə VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 88, Bakı 1993. 



37

  Əbü’l-Həsən  Əli  əl-MƏS’UDİ,  Mürucü’z-Zəhəb  və  Mə’adini’l-Cəvhər,  (Nşr.  M.M.  Əbdülhəmid),  C.  I,  s.  79,  Beyrut 

1973. 

38

 VƏLİXANLI, həmin əsər, s. 88. 



39

 MƏS’UDİ, Mürucü’z-Zəhəb, C. I, s. 79-80. 

[

١نانمُاٝ ءاٍُ٘ا اٞثٌٝ ،ءآكُا اٌٞلٌٝ ،ٖ٤ٍُِٔٔا ا٘ٗاٞـئ قلات ٠ِػ اٝناؿأ كوك ّٞوُا ءلاإٛٝ اََِِّ٘ـ



]

 


girişdilər. Üç gün davam edən döyüş müsəlmanların qələbəsi ilə bitdi. Azərbaycan və 

İrandan  sağ  qayıda  bilmiş  30  min  rusun  sadəcə  5  mini  əl-larisilərin  qılıncından  canını 

qurtara bilmişdi. 25 minə yaxını isə öldürülmüş və dənizdə batırılmışdı. 5 min nəfər isə 

gəmiləri  ilə  Volqa  boyunca  şimala  üzərək  burtasların  ölkəsinə  (indiki  Çuvaşiya)  daxil 

olmuşdular.  Burtaslar  onlara  hücum  edib  ağır  itgi  verdirmişdilər.  Onların  geri 

qalanlarını isə müsəlman bulğarlar qılıncdan keçirmişdilər

40

. 938-ci ildə ruslar 38 gəmi 



ilə  yenidən  Bakı  sahillərinə  hücum  etmişdilər.  Şirvanşah  Mənuçöhr  ibn  Yəzidin  səyi 

nəticəsində  onların  Kür  çayı  ilə  ölkənin  içərilərinə  doğru  soxulmaq  cəhdinin  qarşısı 

alınmışdı.  

Orta  əsrlər  Azərbaycan  şəhərlərinin  ən  əhəmiyyətlilərindən  biri  də  Bərdə  şəhəri  idi. 

Mənbələrdə  ‚Partava‛,  ‚Firuzabad‛,  ‚Bərdə‛  adları  ilə  şöhrət  tapmış  bu  şəhər 

Tərtərçayın sol sahilində,  30 km

2

 ərazidə yerləşmişdi



41

. Həmidullah Qəzvini Bərdənin 

Makedoniyalı  İsgəndər  tərəfindən  salındığını,  şah  I  Qubadın  isə  şəhəri  əsaslı  şəkildə 

təmir  etdiyini  yazır

42

.  Yaqut  əl-Həməvi  Bərdə  şəhərinin  əsasının  Sasani  şahı  I  Qubad 



(488-531)  tərəfindən  qoyulduğunu  yazır.  Şəhərin  isə  farsca  ‚bərdə‛-qul,  kölə 

[

ٙقهت



]

  və 


‚dar‛-sahib,  malik 

[

ناق



]

  sözlərinin  birləşməsindən  meyadan  gəlmiş  ‚Bərdədar‛ 

kəlməsindən törədiyini qeyd edir

43

. Qasım Hacıyev öz əsərində Yaqut əl-Həməvinin bu 



fikri ilə razılaşmadığını qeyd etmişdir

44

. Ərəbdilli mənbələrdə şəhərin adı bəzən 



[

حػلهت


]

 

Bərza’ə, bəzən də 



[

حػقهت


]

 Bərda’ə  formasında  yazılır.  Bu da ərəb dilində ‚yəhər‛ və ya 

‚palan‛ mənasını ifadə edir

45

. Belə görünür ki, Bərdə adının etimoloji baxımdan dəqiq 



izah etmək xeyli çətindir. Çünki bu şəhərin adı müxtəlif dillərdə qələmə alınmış tarixi 

mənbələrdə  müxtəlif  cür  yazılmışdır,  bu  səbəbdən  də  bir-birindən  çox  fərqli  mənalar 

ortaya çıxmaqdadır.     

                                                 

40

 MƏS’UDİ, Mürucü’z-Zəhəb, C. I, s. 79-80; VƏLİXANLI, həmin əsər, s. 89. 



41

 Rəşid GÖYÜŞOV, Azərbaycan Arxeologiyası, s. 131, Bakı 1983. 

42

 Nüzhətü’l-Qülub, s. 92.  



43

 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 270. 

[

٢ثٍُا غظٞٓ ح٤ٌنالُات ٙا٘ؼٓٝ ناق ٙقهت بهؼٓ حػلهت



]

 

44



 Qasım HACIYEV, Bərdə Şəhəri, Coğrafi, Siyasi və Mədəni Tarixi, s. 24-25, Bakı 2008. 

45

 Bax: Mevlüt SARI, Arapça-Türkçe Lugat, s. 86, İstanbul 1982. Həmçinin bax: X. K. BARANOV, Arabsko-Russkiy Slovar



s. 65, Moskva 2007. 

Bərdə  647-ci  ilin  yayında  Salman  ibn  Rəbiə  əl-Bahilinin  (ا)  əmrindəki  xilafət  orduları 

tərəfindən  fəth  edilmişdi

46

.  Əməvilərin  dövründə  xilafət  canişinləri  Bərdə  şəhərində 



yaşayır, Arranla yanaşı Ərməniyyəni də buradan idarə edirdilər. İnzibati idarə mərkəzi 

olmaqla  yanaşı,  ölkədaxili  və  beynəlxalq  ticarət  yolları  üzərində  yerləşməsi  xilafət 

dövründə Bərdənin sürətlə inkişaf edərək Azərbaycanın ən böyük iqtisadi, mədəni və 

elm mərkəzlərinə çevrilməsi üçün əlverişli zəmin hazırlamışdı. İrəlidə görəcəyimiz kimi 

bu  şəhərdə  bütün  İslam  dünyasında  şöhrət  tapmış  çox  sayıda  alim  yetişmişdi.  Bu  da 

onu göstərir ki, Bərdə VII-X əsrlərdə Azərbaycanın, eləcə də xilafətin ən böyük elmi və 

dini  mərkəzlərindən  biri  olmuşdur.  əl-İstəxri  Bərdə  haqqında  ‚Bərdə  şəhəri  həqiqətən 

çox böyük şəhərdir‛ deyərək onun Dərbənd və Tiflislə birlikdə Arranın ən böyük şəhəri 

olduğunu qeyd etmişdir

47

. İbn Hövqəl isə onu ‚Arranın anası‛ adlandırmış, Bərdənin, 



İsfəhan və Reydən sonra, regionun ən böyük şəhəri olduğunu bildirmişdi

48

. Şəmsəddin 



əl-Məqdisi  (947-990)  Bərdəni  bu  yerlərin  Bağdadı  adlandırmışdı

49

.  Həmin  dövrdə 



Bərdənin  əhalisi  100  mindən  çox  idi.  Şəhərdə  4  böyük  bazar,  ayrıca  sənətkar 

məhəllələri, bir neçə hamam, məscid, mədrəsə kimi çoxlu dini, ictimai binalar mövcud 

olmuşdu

50

.  Bərdə  xilafət  dövründə,  Babü’l-Əbvab  (Dərbənd)  və  Yəzdiyyə  (Şamaxı)  ilə 



birlikdə,  zərbxananın  fəaliyyət  göstərdiyi  regionun  üçüncü  şəhəri  idi

51

.  Bərdə 



zərbxanasında  qızıl,  gümüş  və  mis  pullar  kəsilirdi

52

.  Əməvilər  dövründə  Arranda 



kəsilən  ən  qədim  pul  h.  89-cu  (707-708)  il  tarixli  gümüş  dirhəmdir

53

.  Son  Əməvi 



hökmdarı  II  Mərvan  ibn  Muhəmməd  (744-750)  şahzadəlik  illərində  şərqi  Anadolu  və 

Azərbaycan canişini olaraq Bərdədə yaşamışdı. O, burada Xəzər xaqanlığı  ilə aparılan 

müharibələrdə  aktiv  iştirak  etmişdi

54

.  Səid  ibn  Süleym  və  Əli  ibn  İsa  ibn  Mahanın 



Arranın idarə edilməsində göstərdikləri uğursuzluqdan sonra Harun ər-Rəşid (786-809) 

Yəzid ibn Məzyəd əş-Şeybanini Arran və Ərməniyyə valisi təyin etmişdi. Bərdəyə gələn 

                                                 

46

  Əbü’l-Abbas  Əhməd  ibn  Yəhya  BƏLAZURİ,  Fütuhü’l-Büldan,  (Nşr.  A.  ət-Təbba),  s.  285-287,  Beyrut  1987;  İBNü’l-



Ə’SƏM, Fəthlər Kitabı, s. 9. 

47

 İSTƏXRİ, Məsalik, s. 67, 73. 



[

 اًاكظ جه٤ثً ح٘٣كٓ اٜٗاك حػلهت آأٝ

]

  

48



 Əbü’l-Qasım Muhəmməd İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 337, Leiden 1939. 

[

ٕا ّهُا ُّّا ٠ٜك حػلهت ح٘٣كٓٝ



...

 ٝ ماهؼُا ٖ٤ت ٌٖ٣ ُْٝ

 ٕاٜثصا ٝ ٟ ّهُا كؼت ٕارٌهثغ

اٜ٘ٓ هثًأ ح٘٣كٓ

]

 

49



 MƏQDİSİ, Əhsənü’t-Təqasim, s. 185. 

[

حػلهت



 ...

ْ٤ِهلإا امٛ قاكـت ٢ٛ

]

 

50



 GÖYÜŞOV, həmin əsər, s. 131-132. 

51

 BÜNYADOV, həmin əsər, s. 148; GÖYÜŞOV, həmin əsər, s. 132. 



52

 GÖYÜŞOV, həmin əsər, s. 132. 

53

 BÜNYADOV, həmin əsər, s. 148. 



54

 BÜNYADOV, həmin əsər, s. 110; ARTAMONOV, həmin əsər, s. 219-224. 



Yəzid  ibn  Məzyəd  buradakı  inzibati-idari  və  iqtisadi  işləri  yoluna  qoymuşdu

55

.  Bu 



tarixdən  sonra  Arran  onun  nəslindən  olan  Məzyədilər  sülaləsi  tərəfindən  idarə 

olunmuş,  Bərdə  isə  bu  sülalənin  paytaxt  şəhərinə  çevrilmişdi.  VIII-X  əsrlər  Bərdənin 

çiçəklənmə  dövrü  olmuşdur

56

.  Xilafətin  zəifləyib  mərkəzdənqaçma  meyllərinin  ardığı 



dövrdə  Bərdə  Azərbaycan  Sacilər  dövlətinin  (889-942)  mərkəzi  şəhərlərindən  birinə 

çevrilmişdi.  Muhəmməd  ibn  Əbu’s-Sacın  (889-901)  dövründə  Bərdə  şəhəri  ölkənin 

inzibati  mərkəzi  olaraq  inkişaf  etmişdi

57

.  Salarilərin  (942-981)  hakimiyyətinin  ilk 



illərində isə Bərdə özünün ən fəlakətli günlərini yaşamış, 944-cü il Bərdə tarixinə ağır və 

müsibətli  illərdən  biri  kimi  daxil  olmuşdu

58

.  X  əsrin  birinci  yarısında  bir  neçə  dəfə 



Azərbaycan torpaqlarına basqın edən ruslar 944-cü ildə Xəzər xaqanının izni ilə Volqa 

çayından Xəzər dənizinə keçirdikləri gəmiləri ilə Azərbaycan sahillərinə yanaşmış, Kür 

çayı  ilə  üzərək  Bərdə  şəhərinə  yaxınlaşmışdılar.  Salarilərin  Bərdə  valisinin  əmri 

altındakı  5000-dən  çox  əsgər  gəmilərindən  enən  ruslara  hücum  etmişdilər.  İbn 

Miskəveyh yazır ki, ‚onlar (şəhər müdafiəçiləri-E.N) ruslar barədə yanılmışdılar, onları 

yunan və ermənilər kimi zənn etmişidlər‛

59

. İbn Miskəveyhin yazdığından anlaşıldığına 



görə  bir-iki  qılınc  zərbəsindən  sonra  onların  da  yunan  və  ermənilər  kimi  arxalarını 

dönüb 


qaçacağını 

zənn 


etmiş 

şəhər 


müdafiəçiləri 

düşməni 


lazımınca 

qiymətləndirmədikləri üçün özlərinə arxayın olmuş, döyüşdən əvvəl zəruri hazırlıq və 

planlaşdırmanı aparmamışdılar. Bu səbəbdəndir ki, hücumu cəmi bir saat davam etdirə 

bilmiş,  rusların  güclü  əks  hücumu  qarşısında  Bərdəyə  tərəf  qaçmağa  məcbur 

olmuşdular.  Sadəcə  ordudakı  deyləmli  əsgərlər  geri  çəkilməyərək  hamısı  şəhid  olana 

qədər  vuruşmuşdular

60

.  Ruslar  müdafiəsiz  qalan  Bərdəyə  daxil  olandan  sonra  şəhərin 



istehkamlarında  möhkəmlənmişdilər.  İbnü’l-Əsir  rusların  dinc  əhaliyə  aman  verərək 

                                                 

55

 İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 65. 



56

 VIII-X əsrlər Bərdə şəhərinin tarixi barədə ətraflı məlumat üçün bax: HACIYEV, Bərdə Şəhəri, s. 85-109. 

57

 VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 85; HACIYEV, Bərdə Şəhəri, s. 111. 



58

 VƏLİXANLI, həmin əsər, s. 85. 

59

 Əbu Əli Muhəmməd ibn Muhəmməd İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, (Trc. H. Amedroz), C. V, s. 68, London 



1921. İbn Miskəveyhin belə bir müqayisə etməsini rusların fiziki cəhətdən yunan və ermənilərdən fərqlənməsindən 

irəli  gəlirdiyini  təxmin  etmək  olar.  Ərəb  səyyah  İbn  Fəzlan  da  Volqa  çayı  sahillərində  ilk  dəfə  rusları  görəndə 

heyrətlənmişdi.  O,  ‚onlardan  daha  iri  insan  görməmişdim.  Hər  biri  xurma  ağacı  kimi  ucaboy,  sarışın  və  sağlam 

insanlar idi‛ deyə yazır. Bax: Səyahətnamə, (Nşr. R. Şeşen), s. 68-69, İstanbul 1995. 

60

 Yenə orada



onlara  toxunmayacaqlarına  dair  söz  verdiyini  yazır

61

.  Müəllif  qeyd  edir  ki,  buna 



baxmayaraq bərdəlilər şəhərin rusların əlində qalması ilə heç cür razılaşa bilmir, tez-tez 

təkbir nərələri ilə onlara hücum edirdilər. Hətta silahsız olanlar da işğalçılara daş ataraq 

mübarizə  aparırdılar.  İşğalçılar  xalqı  müqavimət  göstərmək  əzmindən  daşındırmağa 

çalışmanın  faydasız  olduğunu  görüb  bərdəlilərdən  üç  gün  ərzində  şəhəri  tərk 

etmələrini tələb etdilər. Lakin onların əksəriyyətinin Bərdəni tərk etmədiyini görüb dinc 

əhaliyə  hücum  etdilər.  Onlar  əhalinin  tamamına  yaxınını  qırıb  mallarını  talan  etmiş, 

qadın və uşaqları isə əsir götürmüşdülər. Bu vaxt ətraf əyalətlərdən toplanan könüllülər 

də Bərdəyə gəlib dörd bir tərəfdən ruslara hücum edirdilər

62

. Salari hömdarı Mərzuban 



ibn  Muhəmməd  30  minlik  ordusu  ilə  aylarla  Bərdəni  işğaldan  azad  etmək  üçün 

vuruşmuş,  ruslara  ağır  itgi  verdirmişdi.  Lakin  Bərdə  qalasında  möhkəmlənmiş  rusları 

heç  cür  oradan  sıxışdırıb  çıxarmaq  mümkün  olmamışdı

63

.  Bu  vaxt  Salari  Mərzuban 



Mosul hakiminin Səlmasa hücum etdiyi xəbərini alaraq rusların Bərdədə mühasirəsini 

davam etdirmək üçün burada 4000 əsgər qoyaraq özü orudunun əsas hissəsi ilə ölkənin 

cənubuna  üz  tutmuşdu.  945-ci  ilin  isti  yay  günlərində  rusların  arasında  yayılan 

yoluxucu  xəstəlik  onların  bir  çoxunun  qırılmasına  səbəb  olmuşdu.  Nəhayət  ruslardan 

sağ  qalanlar  aldıqları  əsir  və  qənimətlərlə  avqustun  12-də  Bərdəni  tərk  edib  gəldikləri 

yolla  geri  qayıtmışdılar

64

.  Mosul  hakimi  ölkənin  cənubuna  basqın  etməsəydi  bəlkə  də 



işğalçıları tamamən məhv etmək mümkün olardı. Bu hadisədən sonra Bərdə şəhəri bir 

daha  dirçəlib  əvvəlki  ehtişamına  qayıda  bilmədi.  X  əsrin  ikinci  yarısından  etibarən 

Gəncə  əhəmiyyət  qazanaraq  Azərbaycanın  şimalındakı  ən  böyük  siyasi,  iqtisadi  və 

mədəniyyət mərkəzinə çevrilməyə başlamışdı.    

Orda  əsrlərdə  Azərbaycanın  şimalındakı  mühüm  şəhərlərdən  biri  də  Bərdic  idi. 

Mənbələrin verdiyi məlumatdan məlum olur ki, Bərdic Bərdədən 14 fərsəx aralıda, Kür 

çayı sahilində mövcud olmuşdu

65

. Yaqut əl-Həməvi Kür çayının bu şəhəri əhatə etdiyini 



yazır

66

.  14  fərsəxin  79,59  km-ə  bərabər  olduğunu



67

  nəzərə  alaraq  Bərdicin  Kür  çayının 

                                                 

61

 İBNü'l-ƏSİR, Kamil fi't-Tarix, C. VIII, s. 350-351. 



62

 Yenə orada

63

 İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, C. V, s. 72. 



64

 MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 281, Bakı 1994. 

65

 İBNü’l-ƏSİR, Lübab, C. I, s. 136; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 269.  



66

 Yenə orada

[

هٜٗ ٢ك اٜت ػ٤ؽ٣ ءأُاٝ



...

هٌُا


]

 


Kürdəmirlə  İmişli  rayonları  ərazisinə  düşən  hissəsində  mövcud  olduğunu  söyləyə 

bilərik. Güman ki, Bərdic Kür çayı üzərindəki liman şəhəri idi.  Hüdudü’l-Aləm müəllifi 

Bərdicin  rifah  və  nemətlər  şəhəri  olduğunu  yazır

68

.  Bərdə,  Beyləqan  kimi  Arranın 



mərkəzi və qərb şəhərləri Kür çayı vasitəsi ilə dəniz ticarəti ilə məşğul olduğunu təxmin 

etmək  olar.  Çünki  İbn  Hövqəl  Kürün  böyük  və  gəmilərin  üzməsi  üçün  əlverişli  çay 

olduğunu qeyd edir

69

. Bundan başqa əgər rusların böyük bir ordunu gəmilərlə Bərdəyə 



qədər  daşıya  bilməsini  nəzərə  alaraq  Bərdicin  Kür  çayı  üzərində  ticarət  mərkəzi  və 

liman şəhəri olduğunu söyləyə bilərik. 

Bir zamanlar kiçik bir qəsəbə olan Bərzənd Abbasi xəlifələrindən Mö’təsimin (833-842) 

hakimiyyəti  illərində  qazandığı  hərbi-strateji  əhəmiyyət  sayəsində  böyük  şəhərə 

çevrilmişdi.  Mö’təsimin  əmri  ilə  Babəkin  başçılığı  altındakı  xürrəmi  qiyamını  yatıran 

orduya baş komandan təyin edilən Afşin Heydər ibn Kavus Bərzəndi özünə iqamətgah 

seçmişdi

70

.  Bu  haqda  məlumat  verən  Yaqut  əl-Həməvi  Bərzəndin  Tiflis  yaxınlığında 



yerləşən  bir  yaşayış  məntəqəsi  olduğunu  qeyd  etmişdir

71

.  Görəsən  müəllifi  nə 



yanıltmışdı?  Bir  zamanlar  Tiflis  ətrafında  da  eyni  adlı  yaşayış  məntəqəsinin  mövcud 

olması  yoxsa  başqa  bir  səbəb?  Əbdülkərim  əs-Səm’ani  Bərzəndin  Tiflis  yaxınlığında 

olduğunu zənn etdiyini qeyd edərək bu mövzuda tərəddüd etdiyini biruzə vermişdi

72



Bu yanılmanın səbəbi məlum deyil, amma Bərzənd şəhərinin indiki Yardımlı rayondan 

qərbdə,  Talış  dağlarının  ətəklərində  yerləşdiyi  məlumdur.  İbn  Xordadbeh  Ərdəbildən 

Xuşş  şəhərinə  8  fərsəx  (45,48  km),  Xuşşdan  Bərzəndə  6  fərsəx  (34,11  km)  məsafə 

olduğunu  qeyd  edir

73

.  Deməli  Bərzənd  Ərdəbildən  təqribən  80  km  şimali-qərbdə 



yerləşirdi.  Bu  gün  cənubi  Azərbaycanda  kiçik  bir  kənd  olan  Bərzənd  ehtimal  ki,  öz 

əhəmiyyətini elə xürrəmi üsyanı yatırılandan sonrakı  illərdə  itirməyə başlamışdı. Belə 

                                                                                                                                                             

67

 1 ərəb fərsəxi=5685 m. 



68

ANONİM, Hüdudü’l-Aləm minə’l-Məşriq ilə’l-Məğrib, (Nşr. Y. əl-Hadi), 123, Qahirə 1999. 

[

حٔؼٗ خال جهٓاػ حٛىٗ ح٘٣كٓ



]

 

69



 Surətü’l-Ərz, s. 345. 

70

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 461;YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 273; Əhməd ibn Muhəmməd İBN FƏQİH 



əl-Həmədani, Kitabü'l-Büldan, (Nşr. M. De Goeje), s. 284, Leiden 1885. 

71

 Yenə orada



[

كٗوهت


 ...

ً٤ِلذ ٢ؼاٞٗ ٖٓ كِت

]

 

72



 Əbu Səid Əbdülkərim ibn Muhəmməd əs-SƏM’ANİ, Kitabü’l-Ənsab, (Nşr. A. əl-Barudi), C. I, s. 215, Beyrut 1988. 

[

كٗوهت



...

 

ً٤ِلذ ٢ؼاٞٗ ٖٓ اٜٗأ ٢٘ظٝ



]

 

73



 İBN XORDADBEH, Məsalik, s. 38 

ki,  XIII-XIV  əsrlərdə  yaşamış  Həmidullah  Qəzvini  artıq  Bərzəndin  əhəmiyyət  kəsb 

etməyən kiçik bir kənd olduğunu qeyd etmişdir

74

.   



İbn  Xordadbeh  (öl.  912)  Sasani  şahı  Firuz  oğlu  I  Qubadın  Bərdə  və  Qəbələ  ilə  yanaşı 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin