Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə7/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   2   3   4   5   6   7   8   9   10   ...   50

Arxeologiyası, C. I, S. 3-4, Bakı 1999, ss. 60-72. 

237


 GÖYÜŞOV, həmin əsər, s. 142; DOSTİYEV, həmin məqalə

238


 GÖYÜŞOV, həmin əsər, s. 142. 

239


 DOSTİYEV, həmin məqalə

240


 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. V, s. 286. 

241


 İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 39.  

242


 Nüzhətü’l-Qülub, s. 93. 

243


 Mu’cəm, C. V, s. 286. Həmiçinin bax: MİNORSKİY, İstoriya Şirvana i Derbenta X-XI vekov, s. 214. 

[

هصه


]

sözünün  cəm  forması  olan,  qəsrlər  mənasını  ifadə  edən  ‚qisar‛ 

 

[

ناَصِه



]

sözündən 

törəmiş  olması  ehtimalı  böyükdür.  Qusar  sözünün  ən  hündür,  son  hədd  mənasındakı 

‚qusarə‛dən 

 

244


[

ٟ َناَصُه

]

  meydana  gəlmiş  olması  da  mümkündür.  Çünki  regionda  ən 



hündür relyefə malik yaşayış məntəqəsi Qusardır. 

     


Bu  gün  Xaçmaz  şəhərindən  14  km  şərqdə,  Xəzər  dənizi  sahilində  yerləşən  Niyazabad 

bir  zamanlar  Xəzər  dənizinin  qərb  sahilindəki  ən  mühüm  limanlardan  biri  idi. 

Azərbaycanın  cənubundan  başlayan  ticarət  yolu  bu  liman  şəhərindən  keçərək 

Dərbəndə çatırdı

245

. XVIII əsrin birinci yarısında rus səyyahları da Azərbaycana səyahət 



edərkən  bu  liman  şəhərinə  gəlmiş,  gündəliklərində  Niyazabadı  ətraflı  təsvir 

etmişdilər

246

.  Türk  səyyahı  Övliya  Çələbi  (XVII  əsr)  bu  şəhər  haqqında  təfsilatlı 



məlumat  verir.  Müəllif  yazır:  ‚Əvsafi-şəhri-Niyazabad:  Şirvan  hüdudundadır. 

Yəzdigərd  şah  tərəfindən  bina  edilmişdir.  Qədim  zamanlarda  böyük  şəhər  imiş.  Hələ 

də  mövcud  olan  binaları  bir  vaxtların  ehtişamından  xəbər  verir.  Moğollar,  sonra  da 

dağıstanlı qumuq, qaytaq və.s tayfalar buraya hücum edib təxrib etmişdirlər. Sultan III 

Muradın  böyük  komandanı  Qoca  Fərhad  paşa  bu  şəhərdə  qışlamış,  sonra  ordusu  ilə 

Şirvan  tərəfə  hərəkət  etməmişdən  əvvəl  Niyazabad  qalasını  təmir  etdirmişdi.  Bura 

Dağıstanla  Şirvan  arasındadır.  Şəhərdə  qırx  məhəllə  və  qırx  minbər  (məscid)  var. 

Şəhərdə  cümə  camesi,  karvansaray,  hamam  və  bazar  var.  Niyazabad  ayrıca 

sultanlıqdır,  minə  qədər  nökəri  (əsgəri-N.Ə),  on  iki  hakimi  var.  Şəhərin  kələntəri 

Niyazabadda 6000

247

 bağ-bağçalı evin olduğunu deyir. Abad, gözəlləri çox, əkinə yararlı 



torpaqları  bol  olan  yerdir.  Lakin  şəhərin  ortasındakı  qala  divarları  xarabadır.  Belə 

məhsuldar,  ab-havası  lətif  yerdə  qalanın  olması  çox  vacib  ikən  uçub  dağılmışdır. 

Niyazabadda  xacə  Əhməd  Yəsəvinin  nəslindən  olan  Əfşar  babanın  türbəsi  var. 

Əcəmlərin  bu  şəxsin  təriqətinə  inam  və  ehtiramları  vardır.  Belə  ki,  buradakı  təkyədə 

yüzdən  çox  füqəra  (dərviş-E.N)  var.  Təkyədə  gələn  gedənə  yemək  verilir.  Bu  şəhərin 

əhalisi hənəfi məzhəbindədir‛

248

.  


                                                 

244


 Bax: BARANOV, Arabsko-Russkiy Slovar, s. 641. Həmçinin bax: SARI, Arapça-Türkçe Lugat, s. 1233. 

245


 Vaqif PİRİYEV, Azərbaycanın Tarixi-Siyasi Coğrafiyası, s. 33, Bakı 2006. 

246


 Elçin QARAYEV, Azərbaycan XVIII Əsr Rus və Qərbi Avropa Səyyahlarının Təsvirində, s. 22-23, Bakı 2005. 

247


 Əgər təqribən hər evdə 5 nəfərin yaşadığını nəzərə alsaq XVII əsrdə Niyazabadın 30 mindən çox əhalisi olan orta 

böyüklükdə bir şəhər olduğunu söyləyə bilərik. 

248

 ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, C. II, s. 292-293. 



Arxeoloji  qazıntılar  vaxtı  aşkar  edilən  zəngin  maddi  mədəniyyət  nümunələri 

göstərmişdir  ki,    Şamaxı  şəhərinin  yerində  hələ  antik  dövrdən  bəri  yaşayış  məskəni 

olmuşdur. VIII-XI əsrlərdə Şamaxı Yəzidiyyə adı ilə və Şirvanşahların inzibati mərkəzi 

kimi məşhur olmuşdu

249

. Abbasilərin Şirvan canişini Əbu Tahir Yəzid ibn Muhəmməd 



əş-Şeybani  h.  306-cı  (918)  ildə  Şirvan  torpağında  Yəzidiyyə  şəhərini  saldırmışdı

250


.  Bu 

dövrdə  Yəzidiyyə  özünün  sikkə  zərbxanası  ilə  məşhur  olmuş,  eyni  zamanda  ‚darü’l-

mülk‛, yəni paytaxt şəhəri kimi şöhrət tapmışdı. XII əsrdə Şamaxıda təxminən 100 minə 

yaxın  əhali  yaşamışdı

251

.  Orta  əsrlərdə  Şamaxı  yetişdirdiyi  elm,  mədəniyyət,  dövlət 



xadimləri, sənətkarlarla yanaşı əhalisinin  igidliyi və mərdiliyi  ilə  də məşhur olmuşdu. 

İbnü’l-Əsir  1221-ci  ildə  moğolların  Şamaxıya  hücumu  təsvir  edərkən  yazır:  ‚Moğollar 

dəvə, inək, keçi, qoyun və.s heyvan leşlərini, bunlarla birlikdə öldürdükləri insanların 

cəsədlərin  üst-üstə  yığıb  müqavimət  göstərən  Şamaxı  qalasının  divarlarını  aşmağa 

çalışmışdılar. Şəhər əhalisi bu döyüşlərdə ciddi müqavimət göstərmiş, üç gün  şiddətli 

və qanlı döyüşlər getmişdi. Çətin vəziyyətə düşən şəhər müdafiəçiləri ‚istənilən halda 

bu  işin  axırında  ölüm  var  və  qılınc  boynumuza  dirənəcək,  ən  yaxşısı  səbrlə  düşmənə 

müqavimət  göstərib  şərəfimizlə  ölək‛  deyərək  moğollarla  vuruşmağa  davam 

etmişdilər. Nəhayət moğollar qılınc gücünə Şamaxını ələ keçirə bilmişdilər. Şamaxının 

işğalı ağır insan itkisi və talanla müşayət olunmuşdu

252

.        



Orta  əsr  mənbələrində  Şirvan  həm  vilayət  həm  də  şəhər  adı  kimi  qeyd  olunmuşdur. 

Coğrafi  məkan  olaraq  Şirvan  adı  ilə  daha  çox  Arranın  Kür  çayından  şimalda  qalan 

qismi nəzərdə tutulmuşdur. A. Bakıxanov Şirvan vilayətinin hüdudlarını təsvir edərkən 

yazır:  ‚Şirvan  vilayəti,  şərq  tərəfdən  Xəzər  dənizi  ilə,  cənub-qərbdən  onu  Muğan  və 

Ermənistan  (Arran-E.N)  vilayətlərindən  ayıran  Kür  çayı  ilə,  şimal-qərbdən  Qanıq 

(Alazan)  çayı  ilə,  İlisu  nahiyəsindən  keçən  qeyri-müəyyən  xətlə,  Qafqaz  sıradağları, 

Kürə  və  Təbərsəran  nahiyələrini  Qaziqumuq  və  Qaytaq  məmləkətlərindən  ayıran  dağ 

silsiləsi ilə və oradan da, Dərvaq çayı yatağından onun Xəzər dənizinə qovuşduğu yerə 

                                                 

249


 GÖYÜŞOV, həmin əsər, s. 136-137. 

250


 AŞURBƏYLİ, həmin əsər, s. 100. 

251


 GÖYÜŞOV, həmin əsər, s. 137. 

252


 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. XII, s. 340. 

qədər  uzanan  sahə  ilə  məhduddur‛

253


.  Bu  vilayətin  ayrı-ayrı  şəhərlərindən  yetişən 

alimlər,  irəlidə  görəcəyəmiz  kimi,    Şirvani  nisbəsi  ilə  tanınmışdılar.  Yuxarıda  qeyd 

etdiyimiz kimi mənbələrdə Şirvan adı həm də şəhər adı kimi qeyd olunmuşdur. İstəxri, 

İbn  Hövqəl,  Zəkəriyyə  Qəzvini  və  Məqdisi  kimi  orta  əsr  coğrafiyaşünasları  öz 

əsərlərində Şirvan şəhərinin adını çəkirlər. Şəmsəddin əl-Məqdisi Bərdicdən Şamaxılya 

2  mərhələ  (90,96  km),  Şamaxıdan  Şirvan  şəhərinə  3  mərhələ  (136,44  km),  Şirvandan 

Layicana  2  mərhələ,  oradan  da  Samur  çayı  üzərindəki  körpüyə  2  mərhələ  məsafə 

olduğunu  yazır

254

.  Həmçinin  İbn  Hövqəl,  əl-İdrisi  və  əl-İstəxri  də  eyni  məlumatı 



verirlər

255


.  Buradan  Şirvan  şəhərinin  Şamaxıdan  şimal-şərq  istiqamətində,  Şamaxı  ilə 

Şabran arasında olduğunu təxmin etmək olar. Samur çayının 90 km cənubu tam qədim 

Gilgilçay səddinin olduğu yerə, indiki Siyəzən rayonu ərazisinə düşür. Ehtimal ki, orta 

əsr  müəlliflərinin  Layican  dedikləri  şəhər,  güman  edildiyi  kimi  indiki  İsmayıllı 

rayonundakı  Lahıc  kəndi  deyil

256


,  Gilgilçay  səddi  üzərində  yaşayış  məntəqəsi  idi. 

Hüdudü’l-Aləm  müəllifi  də  Şirvan,  Xursan  və  Leyzanın  (Layican)  adını  yanaşı  çəkərək 

bunların  ayrı-ayrı  hökmdarlar  tərəfindən  idarə  olunduğunu  qeyd  edir

257

.  Məlum 



olduğu kimi Xursan vilayəti Şabran və ətraf ərazilərə verilən ad idi. Mənbədə adlarının 

birgə qeyd edilməsi bu üç ərazi vahidinin yanaşı olduqlarını söyləməyə əsas verir. Ən 

əsası  isə  İdrisi,  İbn  Hövqəl,  İstəxri  və  Məqdisi  kimi  orta  əsr  coğrafiyaşünaslarının 

qeydlərinə  istinadən  deyə  bilərik  ki,  Layicanın  indiki  Lahıc  kəndi  ilə  heç  bir  əlaqəsi 

yoxdur. Ən azından ona görə ki, Şamaxıdan Samur körpüsünə getmək üçün şimal-qərb 

deyil,  şimal-şərq  istiqamətinə  getmək  lazımdır.  Lahıc  kəndinin  mövcud  olduğu 

İsmayıllı  rayonu  isə  Şamaxının  şimal-qərbindədir.  Belə  olan  halda  Gilgilçay  səddi 

üzərindəki  Layicanın  90  km  cənubu  da  Bakı  şəhəri  civarına  təsadüf  edir.  Karvan 

yollarının,  zərurət  olmadığı  müddətcə,  çətin  keçilən  dağlıq  ərazilərdən  deyil  düzənlik 

yerlərdən  keçdiyini  nəzərə  alaraq  Samur  körpüsündən  Şamaxıya  ancaq  Xəzər  sahili 

yolla  gedildiyini  deyə  bilərik.  Belə  olan  halda  Samur  körpüsünün  4  mərhələ  (182  km) 

                                                 

253

 Gülüstani-İrəm, s. 13 



254

 Əhsənü’t-Təqasim, s. 188. 

[

 ٕاٝهش ٠ُئ ْش ٖ٤رِؼهٓ ح٤ـأشُا ٠ُئ ط٣قهت ٖٓ



3

اف٣لا ٠ُئ ْش َؼاهٓ 

ٕ

ٖ٤رِؼهٓ نٌٞٔ هٍظ ٠ُئ ْش ٖ٤رِؼهٓ 



]

 

255



 İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 238; İDRİSİ, Nüzhətü’l-Müştaq, s. 35; İbrahim ibn Muhəmməd İSTƏXRİ, Məsalikü’l-

Məmalik, s. 76, Leiden 1927. 

256


  Orta  əsr  mənbələrindəki  Lahicanın  (və  ya  Leyzanın)  indiki  Lahıc  kəndi  ilə  əlaqələndirilməsi  barədə  bax: 

MİNORSKİY, həmin əsər, s. 33; AŞURBƏYLİ, həmin əsər, s. 98. 

257

 Hüdudü’l-Aləm, s. 123. 



cənubu,  artıq  qeyd  etdiyimiz  kimi,  Bakı  şəhəri  civarına  təsadüf  edir.  Məqdisinin 

əsərində  həm  Bakı,  həm  də  Şirvan  şəhərlərinin  adını  çəkməsi

258

  bunların  eyni  şəhər 



olmadığını  deməyə  əsas  verir.  Güman  ki,  Şirvan  şəhəri  Bakı  yaxınlığında  mövcud 

olmuşdur.  



Asarü’l-Bilad müəllifi şah I Xosov Ənuşirvanın bu məmləkəti tikib abadlaşdırdığı üçün 

onun  adı  ilə,  Şirvan  adlandırıldığını  qeyd  etmişdir

259

.  Əbdürrəşid  Bakuvi  yazır:  ‚Onu 



(Şirvanı-E.N)  Əbuşirəvan  abadlaşdırıb  və  nahiyə  onun  adını  daşıyır‛

260


.  A.  Bakıxanov 

da  Şirvanı  Sasani  şahı  I  Xosrov  Ənuşirvanın  bina  etdiyini,  bu  səbəbdən  şəhərin  onun 

adı  ilə  tanındığını  qeyd  edir

261


.  Müəllif  həmçinin  yazır:  ‚Bəziləri  deyirlər  ki,  Şirvanın 

əsli Şirvand, yəni şir olan yer olub, sonra Şirvan olmuşdur‛

262

. V. Minorskiy də bənzər 



bir ehtimalı dilə gətirmişdi

263


. S. Aşurbəyli də V. Minorskinin bu fikrini daha ağılabatan 

hesab  etmiş,  hətta  Şirvanın  ‚süd  ölkəsi‛  mənasını  ifadə  edə  bilmə  ehtimalını  da  qeyd 

etmişdir

264


.  Bunları  əlbəttə  ki,  bir  ehtimal  olaraq  irəli  sürmək  mümkündür.  Lakin 

unutmamaq  lazımdır  ki,  farscada  yerinə  görə  həm  süd,  həm  də  aslan  mənasını  ifadə 

edən  ‚şir‛ 

[

ه٤ش



]

  sözü  ‚Şirvan‛ın 

[

ٕاٝهش


]

  birinci  hecası  ilə  tamam  fərqli  yazılır.  Yəni 

‚Şirvan‛ı  şir  və  ya  süd  ölkəsi  kimi  mənalarla  əlaqələndirmək  üçün 

[

َ



١

ٕاٝن


]

    kimi 

yazmaq lazımdır. Belədə vurğu ikinci deyil, birinci hecaya düşəcəkdir. Halbuki orta əsr 

mənbələrinin demək olar ki, heç birində Şirvan sözünün bu cür yazılışına rast gəlinmir. 

Demək ki, V. Minorskinin ehtimalı heç də ağılabatan deyil. Ənuşirvan 

[

ٕاٝهشٞٗأ



]

 sözü isə 

bütün orta əsr ərəb və farsdilli mənbələrdə tam Şirvana uyğun formada yazılır. 

Xilafət ordularının Azərbaycana ilk yürüşləri zamanı kiçik bir kənd olan Təbriz sonrakı 

əsrlərdə  Azərbaycanın  iri  şəhərlərindən  birinə  çevrilmişdi.  Abbasilər  dövründə 

Azərbaycana  köçürülüb  məskunlaşdırılmış  ərəb  əl-Əzd  qəbiləsinə  mənsub  Rəvvad 

ibnü’l-Müsənna əl-Əzdi xəlifə Əbu Cə’fər Mənsur (754-775) tərəfindən Təbrizdən Bəzzə 

qədər olan əraziyə hakim təyin edilmişdi. Rəvvadın oğlu Vəcna kiçik yaşayış məntəqəsi 

olan  Təbrizdə  müxtəlif  binalar  və  şəhərin  ətrafında  istehkamlar  tikdirmişdi.  Onun 

                                                 

258

 Əhsənü’t-Təqasim, s. 28, 185. 



259

 QƏZVİNİ, Asarü’l-Bilad, s. 588. 

260

 BAKUVİ, Təlxisü’l-Asar, s. 125. 



261

 Gülüstani-İrəm, s. 13. 

262

 Yenə orada. 



263

 MİNORSKİY, həmin əsər, s. 34. 

264

 AŞURBƏYLİ, həmin əsər, s. 18. 



nəslindən  olan  Ə’la  ibn  Əhməd  ər-Rəvvadi  əl-Əzdi  isə  Təbriz  ətrafında  möhkəm  qala 

divarları  inşa  etdirmişdi.  IX  əsrin  birinci  yarısında  xürrəmi  üsyanı  vaxtı  Muhəmməd 

ibn  Bəis  əl-Əzdi  sahib  olduğu  qala  və  istehkamları,  o  cümlədən    Təbriz  və  Şahi 

qalalarını,  Babəkə  təslim  etmişdi

265

.  Xilafətin  xürrəmi  üsyanını  yatırmaqda  əzmli 



olduğunu  görən  Muhəmməd  ibn  Bəis  837-ci  ildə  Babəkin  bir  qrup  silahdaşını  təşkil 

etdiyi  ziyafətdə  yaxalayıb  Bağdada  göndərmişdi

266

.  Bu  hadisədən  sonra  xürrəmilər 



ardıcıl  olaraq  məğlubiyyətə  uğramışdılar

267


.  859-cu  ildə  baş  verən  şiddətli  zəlzələ 

Təbrizi  xarabalığa  çevirmişdi.  Lakin  Tezliklə  xəlifə  Mütəvəkkilin  (847-861)  əmri  ilə 

Təbriz yenidən bərpa olunmuşdu

268


. 1042-ci ildə baş vermiş zəlzələ nəticəsində Təbrizin 

bir  hissəsi  dağılmış,  40-50  min  nəfər  həlak  olmuşdu.  Əbu  Mənsur  Vəhsudan  ibn 

Məhəmməd  ər-Rəvvadi  əl-Əzdi  Təbrizin  yenidən  bərpa  edilib  əvvəlki  ehtişamını 

qaytarmaq üçün böyük səy göstərmişdi

269

. Böyük Səlcuqluların hakimiyyəti illərində də 



Təbriz  bu  oğuz  imperatorluğunun  böyük  və  abad  şəhərlərindən  biri  olmuşdu.  Orta 

əsrlərdə Təbriz şəhəri özünün ən parlaq və ehtişamlı günlərini şübhəsiz ki, Azərbaycan 

Atabəylərinin hakimiyyəti illərində yaşamışdı. Eldənizlərin darü’l-mülkü, yəni paytaxtı 

olan  Təbriz  bu  dövrdə  müsəlman  şərqinin  elm,  mədəniyyət,  sənət  və  ticarət 

mərkəzlərindən  biri  idi

270


.  Elxanilərdən  Mahmud  Qazan  xanın  (1295-1304)  əmri  ilə 

Təbrizin müdafiə sistemi yenilənmiş, şəhəri əhatə edən qala divarları genişləndirilərək 

yenidən  inşa  edilmişdi.  Əvvəllər  şəhəri  əhatə  edən  qala  divarlarının  uzunluğu  6000 

addım  idisə,  Mahmud  Qazan  xanın  inşa  etdirdiyi  qala  divarlarının  uzunluğu  25.000 

addıma  bərabər  idi

271


.  Moğol  hücumları  vaxtı  bacarıqlı  dövlət  xadimi  Şəmsəddin 

Tuğrayinin səyi nəticəsində dağıntı və qətliamdan xilas olan Təbriz XIV əsrdə tatarların 

təxribatına  məruz  qalmışdı.  Qızıl  Orda  hökmdarı  Toxtamış  xanın  ordusu  4  yanvar 

1386-cı  ildə  Təbrizə  hücum  etmiş,  lakin  əhalinin  ciddi  müqavimətinə  rast  gələrək 

hücumu  dayandırmışdı.  Əldə  edilmiş  sazişə  əsasən  Təbriz  əhalisi  250  tümən  qızıl  pul 

ödəyəcək  və  Toxtamış  xan  ordusunu  şəhərdən  uzaqlaşdıracaqdı.  Toxtamış  xan  şəhər 

                                                 

265


 Vladimir MİNORSKİY, Tarixi-Təbriz, (Trc. Ə. Karəng), s. 10, Tehran 1337. 

266


 BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 246; ONULLAHİ, həmin əsər, s. 41.  

267


 Yenə orada

268


 ONULLAHİ, həmin əsər, s. 42. 

269


 BAKUVİ, Təlxisü’l-Asar, s. 87; ONULLAHİ, həmin əsər, s. 42. 

270


 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 198.   

271


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 79. 

müdafiəçilərinin  bu  razılaşmadan  sonra  döyüş  yerlərini  tərk  etməsindən  sui-istifadə 

edərək  şəhərə  qoşun  yeritmişdi.  Bir  həftə  boyunca  tatarlar  Təbrizdə  qətl  və  qarət 

törətmişdilər. 12 gün sonra Toxtamış xanın ordusu ikinci dəfə Təbrizi zəbt etmişdi. Bu 

iki hücum vaxtı əhalidən 10 min nəfər öldürülmüş və 100 min nəfərə yaxını əsir edilib 

aparılmışdı

272


.  Qaraqoyunlu  hökmdarı  Kəmaləddin  Qara  Yusif  (1389-1421)  də  Təbrizi 

paytaxt  şəhəri  kimi  seçmişdi.  Təbriz  onun  oğlu  Cahanşahın  (1438-1467)  dövründə  də 

sərhədləri Xorasandan Şam diyarına, İran körfəzindən Qafqaza qədər olan Azərbaycan 

dövlətinin paytaxtı olmuşdu. Elmi və mədəni tərəqqiyə böyük əhəmiyyət verən, Həqiqi 

təxəllüsü ilə çox gözəl türkcə və farsca şerlər yazan Cahanşahın özü də yüksək intellekt 

sahibj hömdar  idi. O, Təbrizin tikilib abadlaşması üçün çox iş görmüş, Göy məscid və 

mədrəsə  kompleksini

273


  və  Müzəffəriyyə  mədrəsələrini  inşa  etdirmişdi.  Cahanşah 

dövrün məşhur alimi Cəlaləddin Dəvvanini Müzəffəriyyə mədrəsəsinə müdərris təyin 

etmişdi.  Cahanşahın  xanımı  da  Təbrizdə  böyük  bir  məscid  və  mədrəsə  inşa 

etidirmişdi

274

.  Azərbaycan  Ağqoyunlu  imperatorluğu  dövründə  də  Təbriz  müsəlman 



şərqinin  böyük  elm  və  mədəniyyət  mərkəzlərindən  biri  olmuşdu.  Uzun  Həsən 

mücahidliyi  ilə  yanaşı  elm,  mədəniyyət  və  sənətə  böyük  diqqət  yetirən  hökmdar  idi. 

Cəlaləddin  Dəvvani  özünün  ‚Əxlaqi-Cəlali‛  adlı  əsərini  imperator  Uzun  Həsənə  ithaf 

etmişdi.  Alimin  ‚Ərznamə‛  adlı  risaləsi  isə  Ağqoyunlu  dövləti  ordusuna  həsr 

olunmuşdu.  Tarixçi  Əbu  Bəkr  Tehrani,  riyaziyyatçı  Mahmud  Can,  fəqih  və  ədib  Qazi 

Məsihəddin  İsa  Savəci,  ilahiyyatçı  Cəlaləddin  Dəvvani,  riyaziyyatçı  Əli  Quşçu,  tarixçi 

İdris Bidlisi, fizik Muhəmməd ibn Mənsur hökmdar Uzun Həsənin yaxın ətrafında olan 

və Təbrizdə yaşamış dövrün məşhur alimləri idilər

275

.  


Ağqoyunlular  dövründə  də  Təbriz  şəhərində  çox  sayıda  ictimai  və  iaşə  binaları, 

mədrəsələr,  məscidlər,  karvansaraylar,  hamamlar  inşa  edilmişdi.  XVII  əsrdə  Təbrizdə 

olmuş  türk  səyyahı  Övliya  Çələbi  bu  şəhərdə  47  mədrəsə,  7  darü’l-hədis  və  bir  neçə 

darü’l-qurranın  fəaliyyət  göstərdyini  qeyd  etmişdi

276

.  Səyyah,  Cahanşah  mədrəsəsinin 



                                                 

272


 ONULLAHİ, həmin əsər, s. 67; MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 350.  

273


 MİNORSKİY, Tarixi-Təbriz, s. 85. 

274


 İsmail Hakkı UZUNÇARŞILI, Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri, s. 181, 186, Ankara 1988. 

275


 UZUNÇARŞILI, həmin əsər, s. 225. 

276


 ÖVLİYA ÇƏLƏBİ, Səyahətnamə, s. 250. 

Təbrizin ən gözəl və böyük mədrəsəsi olduğunu qeyd etmişdir

277


. Bu da onu göstərir ki, 

inşasının  üzərindən  iki  əsrdən  çox  vaxt  keçməsinə  baxmayaraq  Cahanşah  məscid  və 

mədrəsə  kompleksi  öz  ehtişamını  qoruyub  saxlaya  bilmişdi.  Lakin  Övliya  Çələbinin 

qeydlərindən məlum olur ki, Səfəvilər dövründə Təbrizin, eləcə də Azərbaycanın digər 

şəhərlərindəki  elm  ocaqlarında  elmi  və  intellektual  səviyyə  qat-qat  aşağı  düşmüşdü. 

Bunun birinci səbəbi həmin bu dövrün Osmanlı dövlətinin çiçəklənmə dövrünə təsadüf 

etməsidir.  XV əsrin birinci yarısı, xüsusilə də XVI əsrin əvvəllərindən etibarən Misirin 

də  Osmanlı  dövlətinə  birləşdirilməsindən  sonra  başda  İstanbul  olmaqla  Anadolunun 

böyük  şəhərləri  alimlər,  mədəniyyət  və  incəsənət  xadimləri  üçün  cazibə  mərkəzinə 

çevrilmişdi. İslam dünyasının dörd bir tərəfindən, o cümlədən Azərbaycandan Osmanlı 

torpaqlarına  yüzlərlə  alim  və  mütəfəkkir  gedərək  buradakı  tədris  müəssisələrində 

fəaliyyət  göstərməyə  başlamışdılar.  Bu  dövrdə  elm  xadimlərinin  Azərbaycanı  tərk 

etməsinin  əsas  səbəblərindən  biri  də  Səfəvilərin  İran  və  Azərbaycanda  hakimiyyətə 

gəlməsidir. Səfəvilər ən yaxşı halda təzyiq və təqiblər nəticəsində  sünni din xadimləri 

və  alimlərin  ölkəni  tərk  etməsinə  nail  olurdular.  Bir  sıra  hallarda  isə  Səfəvilərin  şafi’i, 

hənəfi kimi sünni fiqh məzhəblərinə mənsub alimlərə qarşı törətdikləri qanlı qətliamlar 

alimlərin öz vətənlərini tərk edərək Osmanlı, Misir Məmlüklü və Şeybanilər dövətlərinə 

pənah  aparmalarına  səbəb  olurdu.  Lakin  Səfəvilər  şiəliyin  dövlətinin  rəsmi  məzhəbi 

elan  edilməsinindən  sonra  ciddi  bir  problemlə  qarşılaşmışdılar.  Problem  ondan  ibarət 

idi  ki,  Azərbaycanda,  eləcə  də  İranda  bu  məzhəb  sahəsində  dini  ədəbiyyat  və  alimlər 

yox deyiləcək qədər az idi

278


. İbnü’l-Mütəhhərin ‚Qəvaidü’l-İslam‛ adlı kitabı xaricində 

təbliğat  xarakterli  dini  ədəbiyyat  yox  idi.  Bu  səbəblə  də  Səfəvilər Livanın  Cəbəli-Amil 

və  İraqın  cənub  regionlarından  şiə  ərəb  alimlərini  Azərbaycana  dəvət  etmişdilər

279


Təbrizdə  ilk  şiə  mədrəsəsini  XVI  əsrin  əvvəllərində  livanlı  Nurəddin  Əli  əl-Amili  əl-

Kərəki  (öl.  1534)  qurmuşdu

280


.  Bəhaəddin  əl-Amili,  şeyx  Hüseyn  əl-Amili,  Mir  Əbü’l-

Qasım Fəndəriski həmin bu dövrdə xaricdən Təbrizə gəlmiş din xadimləridir

281



                                                 



277

 Yenə orada

278

 Shahı AHMADOV, Azerbaycan’da Şiîliğin Yayılma Süreci, s. 102, Ankara 2005. 



279

 Yenə orada

280

 Yenə orada



281

 AHMADOV, həmin əsər, s. 102-105. 



Azərbaycanın qədim şəhərlərindən olan Tiflis (Suğdabil) orta əsrlərdə yetişdirdiyi elm 

və  mədəniyyət  xadimləri  ilə  məşhur  olmuşdu.  əl-İdrisi  (1100-1165)

282

,  əl-İstəxri  (X 



əsr)

283


,  Zəkəriyya  əl-Qəzvini

284


  və  Hüdudü’l-Aləm  müəllifi

285


  Tiflisin  Arranın 

şəhərlərindən  biri  olduğunu  qeyd  etmişdirlər.  Süyuti  ‚ət-Tiflisi‛  nisbəsi  haqqında 

məlumat  verərkən  yazır  ‚...Azərbaycanın  bəldələrindən  olan  Tiflisə  aid  edilir‛

286


İbnü’l-Əsir  də  Tiflisin  Azərbaycanın  sonuncu,  yəni  sərhədyanı  şəhərlərindən  biri 

olduğunu  qeyd  etmişdir

287


.  Əslində  Azərbaycana  məxsus  olan  Tiflisin  Kür  çayının 

cənubunda  qalan  hissəsidir.  İndi  olduğu  kimi  orta  əsrlərdə  də  Tiflis  Kür  çayı  ilə  iki 

qismə ayrılırdı

288


. Çayın cənubunda qalan qismi müsəlman, şimalında qalan hissəsi isə 

xristian Tiflisi idi. Əbdürrəşid Bakuvi yazır: ‚Şəhərdən Kür çayı axır. Əhalisi müsəlman 

və  xaçpərəstlərdir.  Kürün  bir  sahilində  əzan  deyilir,  digər  isə  kilsə  zəngləri  çalır‛

289


Mənbələrdə şəhərin sol sahili, yəni azərbaycanlılar yaşayan qismi Tiflis deyil, Suğdabil 

şəhəri  kimi  tanıdılır.  Yaqut  əl-Həməvi

290


  və  Əhməd  əl-Bəlazuri  Suğdabil  şəhərinin 

Tiflisin  cənubunda,  Kür  çayı  sahilində  olduğunu,  şah  I  Xosrov  Ənuşirvanın  (531-579) 

bu  şəhəri  bina  edib  abadlaşdırdığını  qeyd  edir.  Şəhərin  Suğdabil  adlanması  isə  I 

Xosrovun  buraya  Soğddan  (Soqdiana)

291

  farsdilli  əhalini  köçürüb  məskunlaşdırması 



səbəbiylə olmuşdu

292


.  

Osman  ibn  Əffanın  (ا)  hakimiyyəti  dövründə  (644-656)  Həbib  ibn  Məsləmə  əl-Fıhri  (ا) 

Tiflisi  fəth  edərək  əhalisi  ilə  cizyə  müqabilində  əhdnamə  bağlamışdı

293


.  722-ci  ildə 

Əməvilərin  cənubi  Qafqaza  təyin  etdikləri  vali  Cərrah  ibn  Abdullah  əl-Həkəmi  Tiflis, 

Girdiman,  Samsxa  (Cavaxetiya),  Şavşat  daxil  olmaqla  Gürcüstan  əhalisi  ilə  Həbib  ibn 

Məsləmə  ilə  bağladıqları  əhdnamənin  şərtlərinə  uyğun  olaraq  yeni    əhdnamə 

                                                 

282


 İDRİSİ, Nüzhətü’l-Müştaq, s. 34-35. 

283


  İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 67. 

284


 QƏZVİNİ, Asarü’l-Bilad, s. 476-477.  

285


 ANONİM, Hüdudü’l-Aləm, s. 120-123. 

286


 SÜYUTİ, Lübbü’l-Lübab, s. 43. 

[

٢ٍ٤ِلرُا



...

ٕاع٤تنلأت كِت ً٤ِلذ ٠ُا حِٜٔٓ

]

   


287

 İBNü’l-ƏSİR, Lübab, C. II, s.218. 

[

٢ٍ٤ِلرُا


...

ٕاع٤تنلأ قلات ٖٓ جكِت هـآ ً٤ِلذ ٠ُا حثٍُ٘ا ٙمٛ

]

 

288



 İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 477. 

[

 ّهٌُا هٜٗ اٜت



 ...

حػقهت ةِت ٠ِػ ١هع٣ٝ نٌٞٔشٝ جى٘عت ْش اٜوش٣ ً٤ِلذ ح٘٣كٔت

]

 

289



 BAKUVİ, Təlxisü’l-Asar, s. 118 

290


 YAQUT əl-HƏMƏVİ,  Mu’cəm, C. IV, s. 305. 

[

َ٤تكـص



 :

هٌُا هٜٗ ٠ِػ ح٘٣كٓ

 ّ 

 ٍقاؼُا ٕاٝهش ٞٗأ ٟهًٍ اٛا٘ت ً٤ِلذ حُاثه ٢ههشُا ةٗاظ ٖٓ 



...

يناك ءا٘تأ ٖٓ كـصُا َٛأ ٖٓ آٞه اُٜىٗأ

]

 

291



 Qədim Soqdianaya (və ya Suquda) indiki Tacikistan, Özbəkistanın Buxara və Səmərqənd daxil olmaqla Fərqanə 

vilayəti və Əfqanıstanın şimalı daxil idi.   

292

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 275; Həmçinin bax: BÜNYADOV, Azərbaycan VII-IX Əsrlərdə, s. 174.  



293

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 213, 284. 



bağlamışdı

294


.  Lakin  bu  fəth  qalıcı  olmamış,  həm  Əməvilər  dövründəki  daxili 

ziddiyətlər,  həm  də  cənubi  Qafqazda  davam  edən  ərəb-xəzər  müharibələri  səbəbiylə 

Tiflisin fəthi gecikmişidi. 736-cı ildə Tiflis xilafətə birləşdirilmişdi. Bu tarixdən etibarən 

Tiflis  xəlifələrin  təyin  etdikləri  valilər  tərəfindən  idarə  edilmişdi.  852-ci  ildə  Yusif  ibn 

Muhəmməd əhdnamə şərtlərini yerinə yetirməməsi səbəbiylə Ərməniyyə hakimi Aşot 

oğlu  Baqratı  həbs  edərək  Bağdada  göndərmişdi.  Bu  hadisədən  sonra  Baqratın  qardaşı 

oğlunun  ətrafında  toplanan  bir  qrup  erməni  əyanı  qiyam  qaldırmış  və  Yusif  ibn 

Muhəmmədi  öldürmüşdülər.  Bu  işdə  onlara  bəzi  yerli  müsəlman  əyanlar  da  kömək 

etmişdilər

295


.  Bu  hadisədən  sonra  xəlifə  Mütəvəkkil  (847-861)  türk  komandan  Buğa  əl-

Kəbiri  böyük  bir  ordu  ilə  cənubi  Qafqaza  göndərmişdi.  Buğa  əl-Kəbir  qiyamçı  erməni 

əyanlarını  məğlub  edərək  onların  çoxunu  qılıncdan  keçirmişdi.  Daha  sonra  Tiflisə 

yaxınlaşan Buğa əl-Kəbir əmir Zirək ət-Türkiyə Kür çayını keçib şəhəri tam mühasirəyə 

almağı tapşırmışdı. Suğdabil hakimi İshaq ibn İsmayıl ibn Şueyb qaladan çıxaraq  əmir 

Zirək ət-Türki ilə danışıq aparmağa cəhd etmişdi. Lakin Zirək ət-Türki onu və oğlunu 

yaxladıb edam etdirmişdi. Buğa əl-Kəbirin əmri ilə İshaq ibn İsmayılın şam ağacından 

tikilmiş  sarayı  və  qəsri  yandırılmışdı

296

.    İshaq  ibn  İsmayılın  babası  Şueyb  Əməvilərin 



məvlası  olmuşdu.  Bu  hadisə  nəticəsində  853-cü  ildə  Tiflisdə  Şueybilər  sülaləsinin 

hakimiyyəti sona  çatmışdı. 853-880-ci  illərdə Şeybanilər sülaləsi, 880-1062-ci  illərdə  isə 

əmir  Cə’fər  ibn  Əlinin  nəslindən  olan  Cə’fərilər  sülaləsi  Tiflis  müsəlman  əmirliyini 

idarə  etmişdilər.  1122-ci  ilə  qədər  Böyük  Səlcuqlu  dövlətinə  aid  olan  Tiflis  həmin  il 

gürcü çarı IV Davidin (1089-1125) ordusu tərəfindən zəbt edilmişdi

297


.  

Eyni  adlı  gölün  sahilində  yerləşən  Urmiyə  şəhəri  orta  əsr  ərəb  müəllifləri  tərəfindən 

Zərdüştün  vətəni  hesab  olunurdu

298


.  İbn  Xordadbeh  Urmiyəni  Zərdüştün  şəhəri 

adlandırmışdı

299

.  Yaqut  əl-Həməvi  Urmiyənin  Azərbaycanın  qədim  və  böyük 



şəhərlərindən  biri  olduğunu,  həmçinin  məcusilərin  peyğəmbəri  Zərdüştün  Urmiyalı 

                                                 

294

 Yenə orada



295

 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. VII, s. 56-57. 

296

 Əbu Cə’fər Muhəmməd ibn Cərir TƏBƏRİ, Tarixi-Təbəri, C. XIV, s. 6042, Tehran 1383; İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix



C. VII, s. 56-57. 

297


 BÜNYADOV, Azərbaycan Atabəyləri Dövləti, s. 19-20. 

298


 VƏLİXANLI, həmin əsər, s. 98. 

299


 Məsalikü’l-Məmalik, s. 38.

دشقنو ح٘٣كٓ ح٤ٓنُأٝ



]

  


olduğunu  qeyd  edir

300


.  H.  617-ci  (1220)  ildə  Urmiyədə  olduğunu  bildirən  müəllif 

Urmiyəni gözəl havası və suyu, bol meyvə və tərəvəzi olan şəhər kimi təsvir edir. Lakin 

atabəy Özbəyin zəifliyindən ötrü bu şəhərin lazımi qayığını görə bilmədiyini yazır

301


. XI 

əsrin  əvvəllərində  Urmiyə  gölü  ətrafı  oğuz  qəbilələrinin  daha  sıx  məskunlaşdığı  ərazi 

idi.  Həmidullah  Qəzvini  Urmiyə  gölünün  şimal-qərbində  yerləşən  Xoy  şəhərini  təsvir 

edərkən Xoyun türklərin diyarı kimi tanındığını qeyd etmişdir

302

. 1030-cu ildə Urmiyə 



civarından  hərəkətə  keçən  oğuz  süvariləri  şərqi  Anadoluda  ermənilərin  məskun 

olduqları  ərazilərə  ələ  keçirərək  bol  qənimətlə  Azərbaycana  qayıtmışdılar.  İbnü’l-Əsir 

bu  hadisəni  təsvir  edərkən  yazır  ki,  bu  hərbi  səfər  vaxtı  o  qədər  çox  əsir  alınmışdı  ki, 

kölə  bazarlarında  ‚ən  gözəl  cariyənin  qiyməti  5  dinar  idi,  oğlan  kölələrin  isə  üzünə 

baxan  yox  idi‛

303


.  Bənzər  bir  hadisə  də  1048-ci  ildə  baş  vermişdi.  Həmin  ilin  sentyabr 

ayında  Böyük  Səlcuqluların  Azərbaycan  valisi  İbrahim  Yınal  Bizans  və  gürcülərin 

birləşmiş  ordusunu  Ərzurum  yaxınlığında  ağır  məğlubiyyətə  uğratmışdı.  Gürcü 

ordusunun  komandanı  Liparit  əsir  alınmışdı.  İbrahim  Yınal  gürcülərin  300  min  dinar 

əvəzində Liparitin azad edilməsi təklifini rədd etmişdi. İbnü’l-Əsirin yazdığına görə bu 

döyüşdən  sonra  İbrahim  Yınalın  ordusu  Azərbaycana  10  min  araba  qənimət  və  100 

mindən çox əsirlə qayıtmışdı

304


.  

Urmiyədən cənubda yerləşən Uşnuh Azərbaycanın qədim şəhərlərindən biridir. Yaqut 

əl-Həməvi bu şəhərdə olduğunu, onun Ərbil yolu üzərində olduğunu, Ərbillə arasında 

5 günlük, Urmiyə ilə Uşnuh arasında isə 2 günlük məsafə olduğunu yazır

305

. İbn Hövqəl 



və əl-İstəxrinin əsərlərində bu şəhərin adı Uşnuhü’l-Azəriyyə kimi qeyd olunmuşdur

306


.  

İbn  Hövqəlin  yazdığına  görə  Varsan  Beyləqandan  daha  böyük  şəhər  idi.  Müəllif 

Varsanın  qala  divarları  ilə  əhatə  olunduğunu,  əhalisinin  çox,  ərazisinin  geniş  və 

əmtəəsinin  bol  olduğunu,  Varsanda  mehmanxanaların  olduğunu  qeyd  etmişdir

307



                                                 



300

 Mu’cəm, C. I, s. 154. 

[

ٕاع٤تنلأت حٔ٣كه حٔ٤ظػ ح٘٣كٓ ٌْا ح٤ٓنأٝ



...

يٞعُٔا ٢ثٗ دشقانو ح٘٣كٓ

]

 

301



 Yenə orada. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 98. 

302


 Nüzhətü'l-Qülub, s. 86-87. 

303


 İBNü’l-ƏSİR, Kamil fi’t-Tarix, C. IX, s. 301. 

304


 Yenə orada, s. 414. 

305


 YAQUT əl-HƏMƏVİ, Mu’cəm, C. I, s. 203.  

306


 İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 289; İSTƏXRİ, Məsalik, s. 73. Həmçinin bax: VƏLİXANLI, həmin əsər, s. 102. 

307


 İBN HÖVQƏL, Surətü’l-Ərz, s. 299. 

[

هظارٓٝ اًاهاٌٞاٝ اًلاٛا هصًاٝ ػٍكاٝ ٕاوِ٤ثُا ٖٓ هثًا ح٘٣كٓ ٢ٛٝ ٕاشنٝ



 ,

 ٍأؼُا ٖٓ ناثٌُا ٕكُٔات ٌٕٞ٣ آ اٜتٝ

نٌٞ اٜ٤ِػ مقا٘لُاٝ

]

 



Məqdisi

308


,  Məs’udi

309


,  İdrisi

310


,  İbn  Xordadbeh

311


  kimi  müəlliflər  Varsanın  Araz  çayı 

sahilində  olduğunu  qeyd  etmişdirlər.  Bəlazuri  Varsan  şəhərinin  Azərbaycan  valisi 

Mərvan  ibn  Muhəmməd  tərəfindən  inşa  etdirilib,  ətrafında  möhkəm  qala  divarları 

tikdirdiyini  və  ətrafındakı  torpaqları  dirçəltdiyin  qeyd  edir.  O,  həmçinin  Varsanda 

körpü  olduğunu  da  qeyd  etmişdir

312


.  Görünür  Varsan  şəhərinin  qala  divarları  və 

istehkamları kifayət qədər möhkəm imiş. Çünki 731-ci ildə Varsan qalasını mühasirəyə 

alan  xəzərilər  şəhəri  uzun  müddət  mühasirədə  saxlasalar  da  onu  ələ  keçirə 

bilməmişdilər.  Əməvilərin  Azərbaycan  valisi  Səid  ibn  Əmr  əl-Hərəşinin  şəhər 

müdafiçilərinin  köməyinə  gəlməsi  xəzərilərin  oradan  uzaqlaşmalarına  səbəb 

olmuşdu


313

.  Yaqut  əl-Həməvi  Varsandan  Araz  çayı  vadisinə  2  fərsəx  (11,37  km), 

Varsanla  Beyləqan  arasında  isə  7  fərsəx  (39,79  km)  məsafə  olduğunu  qeyd  edir

314


.  İbn 

Hövqəl  Beyləqandan  Varsana  7,  Varsandan  Bəlhəbə  7,  Bəlhəbdən  Bərzəndə  7, 

Bərzənddən  Ərdəbilə  15  fərsəx  (85,27  km)  məsafə  olduğunu  yazır

315


.  İstəxri  də  eyni 

məlumatı  verir

316

.  İbn  Xordadbeh  Bərdə  ilə  Varsan  arasında  8  mənzil  (181,92  km) 



məsafə  olduğunu  qeyd  edir

317


.  V.  Minorskiy  belə  hesab  etmişdir  ki,  Altan  adlı 

xarabalıqlar  Varsan  şəhərinə  aiddir

318

.  N.  Vəlixanlı  da  bu  fikirlə  razıdır  ki,  Daşburun 



dəmir  yolu  stansiyası  yaxınlığındakı  Altan  xarabalıqları  qədim  Varsan  şəhərinə 

aiddir


319

.  İndiki  Saatlı  rayonunun  Varxan  kəndinin  adı  və  coğrafi  mövqeyi,  yəni  Araz 

çayı  kənarında  yerləşməsi  qədim  Varsan  şəhərinin  bir  zamanlar  məhz  burada 

yerləşdiyi  düşünməyə  əsas  verir.  Varxan  kəndi  ilə  Bərzənd  arasındakı  80-90  km-lik 

məsafədə  də  mənbələrin  verdiyi  məlumata  təqribən  uyğun  gəlir.  Varxandan  bir  neçə 

km  aralı,  Araz  çayının  sol  sahilində  İmişli  rayonunun  Bəcirəvan  kəndinin  olması  da 

mənbələrdəki  Bacərvan  şəhərini  xatırladır.  Mənbələrin  verdiyi  məmulatına  görə 

                                                 

308

 Əhsənü’t-Təqasim, s. 185;  



309

 Əbü’l-Həsən Əli əl-MƏS’UDİ, Tənbih və’l-İşraf, s. 20, Beyrut 1981 

310

 Nüzhətü’l-Müştaq, s. 35. 



311

 Məsalikü’l-Məmalik, s. 54. 

312

 BƏLAZURİ, Fütuhü’l-Büldan, s. 294.



جهط٘ه ٕاشنٝ دٗاً

...

حؼ٤ظ ُٚ خناصك اٜ٘صؼٝ اٜظنأ ا٤ؼأٝ محمد ٖت ٕاٝهٓ اٛا٘ثك 



 ]

 

313



 Əhməd İBNü’l-Ə’SƏM əl-Kufi, Fəthlər Kitabı, (Trc. Z. Bünyadov), s. 27, Bakı 1995. 

314


 Mu'cəmü'l-Büldan, C. V, s. 556-557. 

315


 Surətü’l-Ərz, s. 299. 

316


 İSTƏXRİ, Məsalikü’l-Məmalik, s. 76. 

317


 İBN XORDADBEH, Məsalikü’l-Məmalik, s. 39. 

[

يٌٌ ٢ٗأش حَػلهت ٠ُئ ٕاشنٝ ٖٓ



]

 

318



 İstoriya Şirvana i Derbenta X-XI vekov, s. 109. 

319


 VƏLİXANLI, həmin əsər, s. 103. 

Varsanla  Bacərvan  bir-birinə  yaxın  şəhərlər  olmuşdular

320


.  Digər  tərəfdən  qədim 

Beyləqanın  xarabalıqlarının  yerləşdiyi  Örənqaladan  Daşburuna  38-39  km,    Varxan 

kəndinə  isə  68  km  məsafə  olması  V.  Minorskinin  ehtimalını  gücləndirir.  Daşburunla 

Bərzənd kəndi arasındakı məsafə də 70 km-dən bir qədər çoxdur. Bu da V. Minorskinin 

öz  təxminində  yanılmadığını  göstərir.  Bununla  belə  qədim  Varsanın  yerinin  dəqiq 

müəyyənləşdirilməsi üçün arxeoloji tədqiqatların aparılması zəruridir.  

İlk  İslam  fütahtı  dövründə  adına  mənbələrdə  rast  gəlinməyən  Xalxal  haqqında  Yaqut 

əl-Həməvi  öz  əsərində  məlumat  vermişdir.  Müəllif  Qəzvindən  7,  Ərdəbildən  isə  2 

günlük  uzaqlıqda  olan  bu  şəhəri  Gilan  vilayəti  ilə  həmsərhəd,  dağlar  qoynunda  səfalı 

və  gözəl  təbii  şəraitə  malik  bir  yer  kimi  təsvir  etmişdi.  Yaqut  əl-Həməvi  Xalxal 

ətrafındakı dağlarda bir sıra alınmaz qalaların olduğunu bildirmişdir

321


. Ondan bir əsr 

sonra, XIV əsrin əvvəllərində Xalxal haqqında məlumat verən Həmidullah Qəzvini isə 

Xalxalın bir vaxtlar kifayət qədər böyük şəhər olduğunu, indi isə yüzə yaxın məzra ilə 

əhatə  olunmuş  kəndi  xatırlatdığını  qeyd  edir

322

.  Güman  ki,  Azərbaycanın  digər 



şəhərləri,  o  cümlədən  Avrasiyanın  böyük  bir  qismindəki  yaşayış  məskənləri  kimi, 

Xalxal da moğol vəhşətindən öz payına düşəni almışı. 

Azərbaycanın  qərbində,  Anadolu  torpaqları  ilə  səmsərhəd  ərazidə  yerləşən  Xoy 

şəhərinin  adına  ilk  dövr  müsəlman  tarixçilərin  əsərlərində  rast  gəlinir.  Yuxarıda  qeyd 

etdiyimiz  kimi,  Xoy  Səlmas  ilə  birlikdə,  Azərbaycanda  əhalisi  İslamı  ilk  qəbul  edən 

şəhərdir. 639-cu ildə İyaz ibn Ğənəm (ا) Xoy və Səlmas ətrafındakı ərazilərə hərbi yürüş 

təşkil etmişdi. əl-Vaqidi (747-823) bu səfər vaxtı Xoy və Səlmas əhalisinin əksəriyyətinin 

İslamı  qəbul  etdiklərini  qeyd  etmişdir

323

.  Yaqut  əl-Həməvi  (XIII  əsr)  Xoyun  möhkəm   



qala divarları ilə müdafiə olunan, torqağı məhsuldar, bol meyvəli və yaşıllıq  içində bir 

şəhər olduğunu, ‚əl-xüvəyyiə‛ adlı ilə məşhur olan paltarın bu şəhərdə tikildiyini qeyd 

etmişdir

324


.  Əbdürrəşid  Bakuvi  də  Xoyu  bol  sulu,  nemətləri  çox  olan  şəhər  kimi  təsvir 

etmişdi


325

.  Həmidullah  Qəzvini  Xoy  şəhərini  təsvir  edərkən  şəhərin  ətrafının  6500 

                                                 

320


 Bax: İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 20, QƏZVİNİ, Nuzhətü’l-Qülub, s. 91. 

321


 Mu’cəmü’l-Büldan, C. III, s. 145. 

322


 QƏZVİNİ, Nüzhətü’l-Qülub, s. 84. 

323


 VAQİDİ, Fütuhü’ş-Şam, C. II, s. 169. 

324


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. III, s. 182. 

[

ح٣ٞفُا با٤صُا ٢٤ُئ ةٍ٘٣



]

 

325



 Təlxisü'l-Asar, s. 121. 

addım  olduğunu,  şəhərə  suyun  Səlmas  ətrafındakı  dağlardan  axıb  gəldiyini 

yazmışdır

326

. Müəllif həmçinin xoyluların ağ bənizli və zahirən gözəl insanlar olduğunu 



bildirmiş, Xoyun türklərin diyarı kimi tanındığını qeyd etmişdir

327


Yaqut  əl-Həməvi  Azərbaycanın  böyük  olmayan  Xunə  şəhir  haqqında  məlumat 

verərkən  Marağa  ilə  Zəncan  arasında,  Zəncandan  iki  günlük  məsafədə  yerləşən  bu 

şəhərin  adını  ‚Xunəc‛  kimi  yazsa  da  ‚Xunə‛  kimi  yazılmasının  daha  doğru  olacağını 

da  qeyd  etmişdi

328


.  Müəllif  bu  şəhərin  həmçinin  ‚kağız  istehsalçıları‛  mənasını  ifadə 

edən  Kağezkonan  da  adlandığını  bildirmiş,  əhalinin  öz  şəhərinin  Xunə 

adlandırılmasından  xoşlanmadıqlarını  yazmışdı

329


.  Həmidullah  Qəzvini  Xunə  ilə 

Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafə olduğunu qeyd etmişdi

330

. Yuxarıda Xunə 



adını  necə  Xunəc  formasına  düşdüyünü  açıqlamışdıq.  Xunə,  yəni  qədim  azəricədə  ev 

mənasını ifadə edən bu şəhərin adına nisbə tərtib edilərkən ‚Xunəgi‛, ərəbcə yazılışı ilə 

‚Xunəci‛ formasını almışdır. 

Əcaibü’d-Dünya  müəllifi  Sürmari  haqqında  məlumat  verərkən  deyir:  ‚Sürmari 

Ərməniyyə  ilə  sərhəddə,  Araz  çayı  kənarındakı  qayanın  üzərində  yerləşən  qaladır.  O 

vilayətdə  ondan  daha  müstəhkəm  yer  yoxdur.  Şəhərdə  evlər,  binalar,  bazarlar 

mövcuddur. Bu şəhərdə türklər yaşayır. Bol və bərəkətli şəhərdir. Əhalisi cəsur və din 

uğrunda vuruşan müsəlmanlardır. Şəhərin ətrafındakı yerlər də türklərin əlindədir‛

331


Mənbələrdə ‚əs-Sürmari‛ nisbəli alimlərə rast gəlsək də burada bioqrafiyaları haqqında 

məlumat  vermədik.  Çünki  İbnü’l-Əsir  öz  əsərində  Sürmari  adlı  digər  bir  yaşayış 

məntəqəsinin  Buxara  yaxınlığında  olduğunu  qeyd  etmiş  və  ‚əs-Sürmari‛  nisbəsini 

daşıyan  şəxslərin  oralı  olduğunu  bildirmişdi

332


.  Yaqut  əl-Həməvi  müasiri  olan  İbnü’l-

Əsirdən  fərqli  olaraq  hər  iki  Sürmari  haqqında  məlumat  vermiş,  bunlardan  birinin 

Tiflislə  Əxlat  arasında  qala,  digərinin  isə  Buxara  yaxınlığında  kənd  olduğunu  qeyd 

etmişdir


333

.  Mənbə  müəllifləri  isə  bioqrafiyalarını  yazdıqları  ‚əs-Sürmari‛  nisbəli 

                                                 

326


 Nüzhətü'l-Qülub, s. 86-87. 

327


 Yenə orada

328


 Mu’cəmü’l-Büldan, C. III, s. 181. 

329


 Mu’cəmü’l-Büldan, C. III, s. 180. 

330


 Nüzhətü’l-Qülub, s. 83. 

331


 ANOMİM, Əcaibü’d-Dünya, s. 212. 

332


 İBNü’l-ƏSİR, Lübab, C. II, s. 114. 

333


 Mu’cəmü’l-Büldan, C. IV, s. 79. 

alimlərin  hansı  Sürmaridən,  Azərbaycan  yoxsa  Türküstan  Sürmarisindən  olduqların 

qeyd etmədikləri üçün biz də bunda tərəddüd etdik.  

Orta  əsr  müəllifləri  Zəncanın  Azərbaycan  şəhəri  olduğunu  qeyd  edərək  ölkənin 

cənubunun  bu  vilayətlə  sona  çatdığını  bildirmişdirlər.  Cəmaləddin  əl-Himyəri  öz 

əsərində  yazır  ‚Zəncan  Azərbaycanın  bəldələrindən  (rayonlarından)  biridir‛

334


.  Əbü’l-

Fida  öz  əsərində  Azərbaycanın  cənub  sərhədlərini  qeyd  edərkən  xəttin  Zəncandan 

Dinəvər, Hulvan, Şəhrəzur, Dəclə sahilinə oradan da Ərməniyyəyə uzandığını yazır

335


.  

Yuxarıda  adlarını  sadaladığımız  Azərbaycan  şəhərləri  irəlidə  haqqında  bioqrafik 

məlumat  verəcəyimiz  alimlərin  yaşadıqları,  yetişdiləri  və  ya  əslən  mənsub  olduqları 

şəhərlərdir.  Lakin  mənbələrdə  burada  haqqında  məlumat  verdiklərimizdən  başqa 

onlarla irili-xırdalı orta əsr Azərbaycan şəhərlərinin adlarına rast gəlmək olar. Bulardan 

Şəki, Qəbələ, Şəmkir (Mütəvəkilliyyə), Ucan, Dehxərriqan, Cabrəvan, Bacərvan, Bəlhəb, 

Bəzz, Bəsva, Nəriz, Orduabad, Firuzabad,  Gəzəc, Novdiz, Dəşti, Şiz (Təxti-Süleyman), 

Bərzə,  Gərgər,  İzz,  Saysavan,  Sincan,  Xunalıq  (Xınalıq),  Xutta,  Əndərab,  Naftan, 

Kərnənin adlarını çəkmək olar

336


.  

 

 



 

 

 



 

 

 



 

 

 



                                                 

334


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 368. 

[

ٕاعٗىُا



....

ٕاع٤تنلأ ْ٤ِهئ ٖٓ كِت 

]

 

335



 İmadəddin ƏBÜ’L-FİDA İsmayıl ibn Əli, Təqvimü’l-Büldan, (Nşr. M. Reinaud-De Slane McG.), s. 387, Paris 1840.   

336


 Bu şəhər, qəsəbə və qalalar haqqında bax: VƏLİXANLI, həmin əsər, s. 85-115. 

Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin