Bakı şəhəri Nizami Rayon Məhkəməsinə İddiaçı: Ramin Nuriyev Vahid oğlu (aze 17831186) Ünvan



Yüklə 20,68 Kb.
tarix10.05.2022
ölçüsü20,68 Kb.
#57284
Iddia Ərizəsi. Ramin Nuriyev vs Elektro MMC


Bakı şəhəri Nizami Rayon Məhkəməsinə
İddiaçı: Ramin Nuriyev Vahid oğlu (AZE 17831186)

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 5A

Tel: 050 211 39 38
İddiaçının nümayəndəsi və vəkili: Abbasova Nurcan İsaq qızı

Ünvan: Bakı şəhəri, Moskva prospekti, Bina 82

Tel: 055 346 77 73
Cavabdeh: “Elektro” MMC (VÖEN2903740261)

Ünvan: Bakı şəhəri, Nizami rayonu


İDDİA ƏRİZƏSİ

(alqı-satqı müqaviləsinin etibarsızlığı)
Məlumat üçün bildirirəm ki, Ramin Nuriyev (bundan sonra iddiaçı) “Elektro” MMC-yə (bundan sonra cavabdeh) məxsus mağazadan 1500 manata kondisioner almışdır və ona satıcı tərəfindən müəyyən istisnalar nəzərə alınmaqla məhsula alındığı tarixdən sonra 1 il müddətində zəmanət verildiyi barədə zəmanət talonu təqdim olunmuşdur.Təqdim olunan talona görə zəmanət aşağıdakı səbəblərdən dəyən zərəri əhatə etmir:

- məhsuldan sui-istifadə və fiziki zorakılıq;

- səhv əməliyyat və ya təlimatda qeyd olunduğu kimi istismar təlimatlarına əməl edilməməsi;

- Satıcının xidmət personalından başqa hər hansı quraşdırıcı tərəfindən düzgün olmayan quraşdırma və ya səhv tətbiq;

- səhv və ya düzgün olmayan texniki qulluq və ya məhsula qulluq edilməməsi (o cümlədən, heç bir məhdudiyyət olmadan İllik Xidmət və filtrlərin təmizlənməsi);

- həddindən artıq istiliyə, rütubətə və ya qeyri-normal korroziyaya məruz qalma;

- icazəsiz/qeyri-standart, qüsurlu və ya uyğun gəlməyən hissələrin istifadəsi;

- Satıcının xidmət personalı istisna olmaqla, məhsulda təmir, modifikasiya və ya digər işlər;

- səhv gərginlik, icazəsiz elektrik birləşmələri, gərginliyin dəyişməsi.

Lakin alıcı kondisoneri bir həftə istifadə etdikdən sonra işləməyi dayandırmışdır, buna görə də Elektro MMC-yə məlumat verib onlardan kondisoneri təmir etməyi tələb etmişdir. “Elektro” MMC onu zəmanətlə təmir etsə də, 3 gün sonra yenidən dayanmışdır.


Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 571.3-cü maddəsinə əsasən, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Beləliklə cavabdeh kondisionerdə olan zədə barədə alıcıya məlumat vermədiyi üçün müqavilə etibarsız sayılır.

Digər tərəfdən həmin məcəllənin 581.1 və 581.2-ci maddəsinə əsasən də müqavilə etibarsız sayılır. Belə ki həmin maddəyə əsasən, 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Lakin cavabdehin iddiaçıya təqdim etdiyi məhsul yararlı olmadığı üçün dəfələrlə istifadəsini dayandırmışdır.

Həmçinin bu məcəllənin 582.2.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. Əşyanın 1 illik qarantiya müddəti olsa da, kondisioner istifadəsini dayandırmış, cavabdeh tərəfindən birinci dəfə təmir edilməsinə baxmayaraq, 3 gün sonra yenidən istifadəsini dayandırmışdır.

Eyni zamanda həmin Məcəllənin 587.2-ci maddəsində göstərilənlərə əsasən də müqavilə etibarsızdır. Həmin maddəyə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

Faktiki olaraq cavabdehin təqdim etdiyi kondisionerdə dəfələrlə aşkar edilən və aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlar olmuşdur. Cavabdeh isə qüsurlu əşyanı lazımi keyfiyyətli əşya ilə əvəz etməmişdir.

Cavabdeh həmçinin bu məcəllənin 588.2-ci maddəsini də pozmuşdur. Beləki həmin maddəyə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Faktiki hallara görə əşyanın yararsız vəziyyətdə olmasının səbəbi zəmanət talonunda göstərilən istisna hallarla bağlı deyil.

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-151-ci maddələrini rəhbər tutaraq Məhkəmədən


XAHİŞ EDİRİK:

İddiaçı Ramin Nuriyev ilə “Elektro” MMC arasında alqı-satqı müqaviləsinin ləğv olunmasını və kondisionerin qiyməti olan 1500 (min beş yüz) manat məbləğində pulun, 30 manat dövlət rüsumunun cavabdeh “Elektro” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edəsiniz.



İddia ərizəsinə əlavə edilən sənədlərindən siyahısı:

  1. Iddia ərizəsinin surəti – 2 nüsxə

  2. İddiaçının şəxsiyyət vəsiqəsinin surəti

  3. Etibarnamə;

  4. Vəkil orderi

  5. Dövlət rüsumunun ödənilməsi barədə qəbz.

6. Zəmanət talonu
İmza: Abbasova Nurcan İsaq qızı

25.04.2022
Yüklə 20,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin