Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Hafiz Əbu Bəkr Firuz Bərdici



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

Hafiz Əbu Bəkr Firuz Bərdici 

Hədis hafizi, həmçinin ərəb filologiyası sahəsində mütəxəssis idi. İbnü’s-Səlah (öl. 1245) 

‚Ülumu’l-Hədis‛

448


  adlı  əsərini  qələmə  alarkən  onun  risalələrindən  faydalanmışdı

449


Ölüm tarixi məlum deyil. Təqribən IX-X əsrlərdə yaşamışdır.  

 

Əbu Əli Həsən ibn Əbü’l-Həsən Bərzəndi 

                                                 

445

 İbrahim CANAN, Kutubi-Sitte, Tercüme ve Şerhi, C. V, s. 44, Akçağ Yayınları 2004;  BUXARİ, Səhih, Cihad bölümü, 



5/21;  MÜSLİM,  Səhih,  Əmarət  bölümü,  hədis  Nr.  1877;  TİRMİZİ,  Sünən,  Fəzailu’l-Cihad,  hədis  Nr.  1643;  NƏSAİ

Sünən, Cihad bölümü, hədis Nr. 3109. (

 ٍَاَه ٌَََِّْ َٝ ِْٚ٤ََِػ ُ َّللَّا ٠ََِّص ِّ٢ِثَُّ٘ا  َْٖػ َُْٚ٘ػ ُ َّللَّا َ٢ ِظ َن ٍيُِآَ َْٖت  ًَََٗأ ٖػ

(

 اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣  َْٕأ  ُّة ِؽُ٣ َحََّ٘عُْا َُُـْكَ٣ ٌكَؼَأ آَ



 ِحَٓا َهٌَُْا  ِْٖٓ ٟ َهَ٣ أَُِ ٍخا َّهَٓ  َهْشَػ َََرْوُ٤َك اَ٤ُّْٗكُا ٠َُِئ َغ ِظ ْهَ٣  َْٕأ ٠َََّ٘ٔرَ٣ ُك٤َِّٜشُا  َّلاِئ ٍءْ٢َش  ِْٖٓ  ِض ْنَ ْلأا ٠ََِػ آَ َُُٚ َٝ) 

446


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 410.  

447


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. II, s. 218. 

448


 Şeyx Təqiyəddin Əbu Əmr Osman ibn Əbdürrəhman ibnü’s-Səlah Şəhrizuri (1181-1245) tanınmış mühəddis idi. 

Bir sıra əsərlələrlə yanaşı Ülumu’l-Hədis (Hədis Elmləri) adlı əsərin müəllifi idi.  

449

 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 61. 



Hədis ravisi idi. Təbəristanın Amul şəhərində Əbdürrəhman ibn Quyerş əl-Hərəvidən 

hədis dinləmişdi. Hafiz Əbu Əhməd Abdullah ibn Ədiy əl-Cürcani (890-976) də ondan 

hədis dinləmiş və nəql etmişdir

450


. IX-X əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Həsən Əli ibn Muhəmməd Bərzəndi 

Qari idi. Qur’ani-Kərimin qiraət və təcvidini Əbu Əli Həsən ibn Süleyman əl-Antakidən 

(öl. 1009) öyrənmişdi

451

. Əbü’l-Həsən Əli Bərzəndinin ölüm tarixi məlum deyil. O, X-XI 



əsrlərdə yaşamışdır. 

 

Əbü’l-Qasım Budeyl ibn Əli ibn Budeyl Bərzəndi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih,  həmçinin  hədis  ravisi  idi.  Bağdadda  qazi  Əbu  Təyyib 

ət-Təbəri, Əbu Muhəmməd Həsən Cəvhəri və şeyx Əbu İshaq Şirazinin tələbəsi olmuş, 

ondan  şafi’i  fiqhini  öyrənmişdi.  Aşağıda  haqqında  məlumat  verdiyimiz  Əbu  Mənsur 

Saleh  Bərzəndinin  atası  idi.  Əbu  Talib  əl-Əş’əri,  Əbu  İshaq  əl-Bərməkidən  hədis 

dinləmiş və nəql etmişdi. Təbriz şəhəri qazisi olan Əbü’l-Qasım Bərzəndi öz sahəsində 

dərin  elmi  biliyə  malik,  xoş  söhbətli,  ünsiyyətcil  insan  kimi  tanınmışdı.  Səduq,  yəni 

doğru sözlü, səmimi və mötəbər mühəddislərindən  biri  idi. H. 475-ci  (1082)  ildə vəfat 

etmişdi


452

.  


 

Əbu Mənsur Saleh ibn Budeyl ibn Əli ibn Budeyl Bərzəndi 

Hədis  ravisi  idi.  Atası  Bağdada  gəlmiş,  burada  məskunlaşmış  və  Əbu  Mənsur  Saleh 

Bərzəndi  də  Bağdadda  dünyaya  gəlmişdi.  Əbü’l-Qənaim  Əbdüssəməd  ibn  Əli  əl-

Mə’mun,  Əbu  Mənsur  Bəkr  ibn  Muhəmməd  ibn  Heydərdən  hədis  dinləmişdi.  Əbü’l-

                                                 

450


 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. I, s. 215-216. 

451


 Şəmsəddin Muhəmməd İBNü’l-CƏZƏRİ, Qayətü’n-Nihayə fi Təbəqatü’l-Qurra, s. 741, Beyrut 2006. 

452


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 115, 415; SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. X, s. 36; ƏSNƏVİ, Təbəqatu’ş-

Şafi’iyyə,  C.  I,  s.  116.  Cəmaləddin  Əsnəvi,  Yaqut  əl-Həməvidən  fərqli  olaraq  onun  künyəsini  ‚Əbü’l-Qasım‛  deyil 

‚Əbü’l-Həsən‛ olaraq qeyd etmişdi. 



Qasım  ər-Ruveydəşti  əl-İsfəhani  ondan  hədis  dinləmiş  və  nəql  etmişdi.  Əbu  Mənsur 

Saleh Bərzəndi h. 493-cü il şaban ayında (iyun 1100) Bağdadda vəfat etmişdi

453

 



 

İmam Şəmsəddin Əbu Tahir Zəki ibn Hüseyn ibn Ömər əl-Xərrəqi

454


 Beyləqani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Şəmsəddin  Əbu  Tahir  Beyləqani  582-ci  ildə  (1157) 

Beyləqanda  dünyaya göz  açmışdı.  O,  Fəxrəddin  ər-Razinin  tələbəsi  olmuş,  ondan  elm 

öyrənmək  məqsədiylə  doğma  şəhərini  tərk  edərək  Xorasana  getmişdi.  Təhsilini  başa 

vurduqdan  sonra  Beyləqana  qayıtmışdı.  Sonra,  ehtimal  ki,  moğolların  dağıdıcı 

hücumları  vaxtı,  Misirə  köçmüş  və  orada  yaşamışdı.  Daha  sonra  Yəmənin  Ədən 

şəhərinə  getmişdi.  Ədəndə  və  sonra  Məkkədə  bir  müddət  qaldıqdan  sonra  Misirə 

qayıtmış  və  İsgəndəriyyə  şəhərində  yaşamışdı.  O,  Misirə  qayıdanda  onu  izdihamlı 

insan  kütləsi  qarşılamışdı.  Şəmsəddin  Əbu  Tahir  Beyləqani  qazilik  vəzifəsinə  təyin 

edilmiş  və  uzun  müddət  bu  işdə  çalışmışdı.  O,  əmisi  oğlu  Əbu  Əhməd  Zəki 

Beyləqaniyə  vəfatından  sonra  ailəsi  ilə  birlikdə  Ədənə  köçməyi  vəsiyyət  etmişdi

455


Onun ölüm tarixi 1259-1260-cı illərə təsadüf etir.   

 

Əbu Əhməd Zəki ibn Həsən ibn Ömər Beyləqani 

Şafi’i məzhəbinə mənsub mütəkəllim və fəqih idi. H. 582-ci ildə (1186) anadan olmuşdu. 

Fiqh üsulu və kəlam elmlərində dərinləşmişdi. Fəxrəddin Razinin

456


 tələbələrindən biri 

olmuşdu.  Müəyyəd  ət-Tusidən  hədis  dinləmiş,  Fəxrəddin  Muhəmməd  ibn  Əbu  Bəkr 

Nəvqanidən  fiqh  elmini  öyrənmişdi.  O,  Fəxrəddin  Muhəmməd  Nəvqaninin  yanında 

Əbu  Hamid  Qəzzalinin  ‚əl-Vəciz‛  adlı  əsərini  oxumuşdu.  Bundan  başqa  imam 

                                                 

453


  SƏM’ANİ,  Kitabü’l-Ənsab,  C.  I,  s.  215-216;  YAQUT  əl-HƏMƏVİ,  Mu’cəmü’l-Büldan,  C.  I,  s.  115,  415;  BAĞDADİ, 

Təkmilətü'l-İkmal, C. I, s. 251. 

454


 Himyəri ‚Xərrəq‛in Beyləqanda bir məhəllə adı olduğunu qeyd etmişdir. Bax: Nisbə ilə’l-Məvazi’, C. I, s. 273. 

455


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143. 

456


  Fəxrəddin  Əbu  Abdullah  Muhəmməd  ibn  Ömər  ər-Razi  (1149-1209)  İranın  Rey  şəhərində  anadan  olmuş, 

Əfqanıstanın Herat şəhərində vəfat etmişdi. Bütün dövrlərin məşhur təfsir alimi, böyük mütəfəkkir idi. Atası Reydə 

xətib  idi,  cümə  xütbələrini  oxuyurdu.  Təhsilini  dövrün  ən  tanınmış  alimlərindən  almışdı.  Daha  sonra  səyahətə 

çıxmışdı.  Xarəzmdə  mö’təzilə  məzhəbinə  mənsub  alimlərlə  elmi  diskussiyalar  aparmış,  onları  dəfələrlə  məğlub 

etmiş,  sultan  Əlaəddin  Xarəzmşah  ona  böyük  ehtiram  göstərməsinə  baxmayaraq  Xarəzmi  tərk  etməyə  məcbur 

edilmişdi. Guri hökmdarı sultan Qiyasəddin onu öz ölkəsinə dəvət etmiş, Heratda onun üçün mədrəsə tikdirmişdi. 

Heratda ifrat şiə cərəyanı olan kərramilərlə girişdiyi elmi mübahisələrdə qalib gəldiyi üçün burada da sıxışdırılmış 

və  bir  müddət  Heratı  tərk  etməyə  məcbur  olmuşdu.  Lakin  Razi  özünün  dərin  biliyi  ilə  getdiyi  hər  yerdə 

hökmdarlarlardan rəğbət görür, ətrafına çox sayıda tələbə kütləsi toplaşırdı. Fəxrəddin Razi müxtəlif elm sahələrinə 

aid 40-dan çox əsərin müəllifidir. Onun yetişdirmələri arasında çox sayıda azərbaycanlı alim vardı.   



Muhəmməd ibn Yəhya Nişapuri və əllamə Qütbəddin İbrahim ibn Əli Əndəlusidən də 

müxtəlif  elm  sahələrinə  dair  bilikləri  öyrənmişdi

457

.  Əbu  Əhməd  Zəki  Beyləqani 



həmçinin  varlı  tacir  idi.  H.  636-cı  ildə  (1239)  ticarət  məqsədiylə  Dəməşqə  səyahət 

etmişdi. O, köçüb Yəməndə məskunlaşmış, uzun ömür sürmüş və h. 675-ci ildə (1276) 

Ədən  şəhərində  vəfat  etmişdi

458


.  Ədəndəki  mədrəsələrdən  birində  müdərris  olan  Zəki 

Beyləqani  vəsərsəlik  hüququ  sahəsindəki  dərin  biliyi  ilə  yanaşı  riyaziyyat,  fiqh,  fiqh 

üsulu,  hədis,  cədəl,  məntiq  kimi  elm  sahələrində  dövrün  tanınmış  mütəxəssislərindən 

biri  olmuşdu.  Ədəndə  onun  dərslərində  çox  sayıda  tələbə  iştirak  edirdi.  Nurəddin 

Əbü’l-Həsən  Haşimi,  Əhməd  ibn  Muhəmməd  əl-Hərrazi,  Əbü’l-Xeyr  ibn  Mənsur 

Şəmmaxi, İsmayıl əl-Hədrami onun tələbəsi olmuşdular

459

. Yafi’i (öl. 1367) öz əsərində 



onun  sultanla  mübahisə  etdiyini,  bu  mübahisədən  sonra  köçüb  Yəməndə 

məskunlaşdığını  qeyd  edir.  Lakin  müəllif  onun  hansı  sultanla  və  hansı  mövzuda 

mübahisə  etdiyini  bildirmir.  Yafi’i  özü  əslən  Yəmənli  idi,  gəncliyi  və  tələbəlik  illəri 

Ədəndə  keçmişdi.  Ehtimal  ki,  bu  hadisə  xeyli  məşhur  hadisə  olmuşdur  və  Yafi’i 

təfərrüatına  varmadan  qısaca  bunu  öz  əsərində  qeyd  etmişdi.  Cəmaləddin  Abdullah 

Himyəri  isə  onun  əmisi  oğlu  Şəmsəddin  Əbu  Tahir  Beyləqanin  vəsiyyətinə  əməl 

edərək, Misir Məmlüklü  sultanı Müzəffər Seyfəddin Qutuzun (1259-1260) hakimiyyəti 

dövründə,  özünün  və  əmisi  oğlunun  ailəsi  ilə  birlikdə  Misirdən  Yəmənə  köçdüyünü 

qeyd  etmişdir

460


.  Sultan  Müzəffər  Qutuzun  cəmi  1  il  hakimiyyətdə  qaldığını  nəzərə 

alaraq  bu  hadisənin  də  1259-1260-cı  illərdə  baş  verdiyini  təxmin  etmək  olar.  Lakin 

Himyəri  onun  və  ya  əmisi  oğlunun  hakimiyyət  dairələri  ilə  aralarında  hər  hansı  bir 

ziddiyət  olduğundan  söhbət  açmır.  Bəhaəddin  Cəndi  öz  əsərində  Əbu  Əhməd  Zəki 

Beyləqani və əmisi oğlunun Misirdəki bəzi fəqihlərlə, xüsusilə də bir qazi ilə, aralarında 

dərin ziddiyətlər olduğunu, bu səbəbdən bu iki əmi oğlunun müxtəlif vaxtlarda Misiri 

tərk edərək Yəmənə köçdüklərini qeyd etmişdir. Bundan başqa Bəhaddən Cəndi sultan 

                                                 

457

 Cəmaliddin Muhəmməd İBNü’s-SABUNİ, Təkmilətü’l-İkmalü’l-İkmal fi’l-Ənsab, (Nşr. M. Cavad), s. 55, Bağdad 1957; 



HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 143. Bəzi mənbələrdə alimin babasının adı ‚Ömər‛, bəzilərində isə ‚İmran‛ kimi 

qeyd edilmişdir.  

458

 İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. V, s. 632; Abdullah ibn Əsəd əl-YAFİ’İ, Miratü’l-Cənan və İbrətü’l-Yəqzan, C. II, s. 



580,  Beyrut  1997;  ƏSNƏVİ,  Təbəqatu’ş-Şafi’iyyə,  C.  I,  s.  133.  Əsnəvi  onun  h.  676-cı  ildə  (1277)  vəfat  etdiyini  qeyd 

etmişdir.  

459

 HİMYƏRİ, yenə orada; Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, Dürərü’l-Kaminə fi Əyanü’l-miəti’s-Saminə, C. II, s. 



84, Heydərabad 1929. 

460


 HİMYƏRİ, yenə orada.  

Müzəffər  Qutuzun  imam  Şəmsəddin  Əbu  Tahir  Zəki  Beyləqaniyə  dərin  hörmət 

bəslədiyini,  hətta  tez-tez  elmi  mövzularda  onun  fikirlərinə  müraciət  etdiyini,  Yəmənə 

köçəndən  sonra  da  onu  yenidən  Misirə  dəvət  etdiyini  yazır

461


.  Digər  tərəfdən 

Şəmsəddin  Əbu  Tahir  Beyləqaninin  hansı  səbəbdən  belə  bir  vəsiyyət  etdiyi  də  sual 

doğurur.  Ehtimal  ki,  sultan  Müzəffər  Qutuzun  ölümündən  (1260)  sonra  Əbu  Əhməd 

Zəki Beyləqani Misir Məmlüklü sarayı tərəfindən göstərilən himayədən məhrum olmuş 

və Yəmənə getmək məcburiyyətində qalmışdı.  

 

Müəyyinəddin Əbu Əli Əyyub ibn Əhməd ibnü’l-Əziz Beyləqani 

Təsəvvüf əhlinə mənub mühəddis idi. Çox sayıda hədisi, tarixi hadisəni və şerləri əzbər 

bilirdi


462

. İbnü’l-Fuvati Müəyyinəddin Əli Beyləqaninin yaşadığı dövr və ya ölüm tarixi 

haqqında heç bir məlumat verməmişdir.   

 

Qazi Üməyyədəddin Əbü’l-Fərəc Məs’ud ibn Əhməd ibn Mahmud Beyləqani 

Şafi’i məzhəbinə mənsub fəqih, Beyləqanın əyan və əsilzadə ailəsinə mənsub möhtərəm 

şəxslərindən biri idi. Bütün Arranda fəziləti, fiqh elmindəki dərin biliyi ilə tanınmışdı. 

Həmçinin  öz  dövrünün  görkəmli  ədibi  idi.  İbnü’l-Fuvati  h.  657-ci  ildə  (1259)  Əhərdə 

onun  ərəbcə  yazdığı  gözəl  bir  qəzəli  dinlədiyini  bildirmiş  və  həmin  qəzəli  əsərində 

qeyd etmişdi

463


:  

 ٍٚ٘ؽت بِٞوُا ٠ُا ء٢ٍ٣ هٔه  

Ay qəlbləri öz gözəlliyi ilə bəzəyir 

 ُْوٍٗ ٝ ُّػٍٗ ٙهظاٗ ْوٍت ٝ    

Baxanın korluğu da buna mane deyil 

ٙن ْٞٗ ٝ ة٤غهُا ٖصـُا ٝ ْ٣هً  

Ceyran kimi dik duruşun, şux qamətinlə  

ٍُْثُٔاٝ ُٚٓاٞه ٝ ٚظاؽُأ    

Diqqətin, baxışın və nurlu təbəssümünlə 

طٜثٔت ىاظن ٖٓ اًآٞ٣  ُخىك لا  

Sənin rizanı qazandığım gün sevincdən uçdum 

ّأٌأ يثؼ ة٣مؼذ ٖٓ  ُدً٘ ٕا  

Sən mənə sevgimdən ötrü əzab versəndə 

                                                 

461

 CƏNDİ, Süluk fi Təbəqati’l-Üləma və’l-Müluk, C. I, s. 439-441. 



462

 BÜNYADOV, ‚Vidnıye Deyateli Azerbaydjana v Soçinenii İbn al-Fuvati‛, s. 61-67. 

463

  Kəmaləddin Əbü’l-Fəzl  Əbdürrəzzaq  ibn  Əhməd  İBNü’l-FUVATİ,  Məcməü’l-Adab    fi  Mu’cəmü’l-Əlqab,  C.  IV/2,  s. 



954-955, (Nşr. M. Cavad), Dəməşq 1963. 

Alimin  ölüm  tarixi  qeyd  olunmamışdır.  Qazi  Üməyyədəddin  Məs’ud  Beyləqani 

təqribən XII-XIII əsrlərdə yaşamışdır.  

 

Əbu Cə’fər Muhəmməd ibn Həsən Beyləqani 

Mühəddis  idi.  Azərbaycan  Atabəyləri  dövründə  müksir

464

  mühəddislərdən  biri  kimi 



tanınmışdı.  O,  Qəzvində  Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Quttan  əl-Farsinin  (öl. 

1231) tələbəsi olmuş, ondan hədis dinləmiş və hədis elmlərini öyrənmişdi

465

. Əbu Cə’fər 



Beyləqaninin ölüm tarixi qeyd olunmamışdır. Alim XII-XIII əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Məali Əbdülməlik ibn Əhməd ibn Əbdülməlik ibn Əbdikan Beyləqani 

Mühəddis idi. Hədis dinləmək məqsədiylə Xorasan və İraqa səyahət etmişdi. Bağdadda 

Əbu Cə’fər Muhəmməd ibn Əhməd ibnü’l-Məsləmə, Əbu Bəkr Muhəmməd ibn Əhməd 

əl-Qazidən,  Nişapurda  Əbu  Bəkr  Muhəmməd  ibn  Yəhya  əl-Müzəkkidən  hədis  elminə 

dair  bilikləri  öyrənmiş,  hədis  dinləmişdi.  Əbü’l-Məali  Əbdülməlik  Beyləqani  bəlağətli 

nitq söyləyir və gözəl xəttələ yazı yazırdı. O, mömin insan idi, çox oruc tutur, çox ibadət 

edirdi. Alim doğma şəhəri Beyləqanda yaşamış və h. 496-cı ildə (1103) Beyləqanda vəfat 

etmişdi

466


.   

 

Şeyx Əbü’l-Fəzl Hibətullah ibn Əbü’l-Qasım ibn Hibətullah ibn Yaqub Beyləqani 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  fütuvvət  şeyxi  idi.  H.  521-ci  ilin  məhərrəm  ayında 

(yanvar 1127) anadan olmuşdu. Həcc ziyarətindən sonra Bağdada gəlmiş və bu şəhərdə 

qalmışdı. Gözəl əxlaq sahibi, xoşrəftar insan idi. Şeyx Əbu’n-Nəcib Sührəvərdinin dostu 

idi  və  fütuvvət  təşkilatına  onun  vasitəsi  ilə  daxil  olmuşdu.  Bağdad  mühəddislərindən 

hədis dinləmişdi. Bir neçə dəfə Bağdadı tərk etmiş, sonra yenidən bu şəhərə qayıtmışdı. 

Fütuvvət təşkilatına mənsub şeyxlər Abbasi xəlifələri tərəfindən müəyyən bir tapşırıqla 

İslam  coğrafiyasının  müxtəlif  yerlərinə  göndərilirdilər.  Ehtimal  ki,  fütuvvət  əhlinə 

                                                 

464

 Müksir-çox hədis nəql edən mühəddis və ya ravi. Həmçinin nəql etdiyi hədislərin sayı 1000-dən çox olan səhabə 



də müksir hesab olunur. Daha ətraflı məlumat üçün bax: AYDINLI, Hadis Istılahları Sözlüğü, s. 110. 

465


 RAFİ’İ, Tədvin, C. I, s. 259. 

466


 YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. II, s. 137-138; SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 292-293; SEYRƏFİNİ, 

Müntəxəb, s. 392. 

mənsub digər şeyxlər kimi, Əbü’l-Fəzl Hibətullah Beyləqani də müəyyən bir missiyanı 

icra etmək üçün Bağdadı tərk etmişdi. H. 548-ci ildə (1153) Bağdaddan getmiş, h. 564-cü 

ildə (1169) yenidən bu şəhərə qayıtmışdı. Təyin olunduğu qazilik vəzifəsini icra etmək 

üçün yenidən Bağdadı tərk etmiş və h. 599-cu ildə (1203) 3-cü dəfə Bağdada gəlmişdi. 

Ölüm tarixi h. 604-cü ildən (1208) sonraya təsadüf edir

467


  

Həkim ibn İbrahim ibn Həkim əl-Ləkzi əl-Xınalıqi Dərbəndi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  idi.  Əslən  indiki  Quba  rayonunun  Xınalıq  kəndindən 

olan  alim  fəziləti,  abidliyi,  salehliyi  və  nəcibliyi  ilə  tanınmışdı.  Bağdad  Nizamiyyə 

mədrəsəsində təhsil almış, Əbu Hamid Qəzzalinin

468


 tələbəsi olmuşdu. İmam Müvəffəq 

ibn Əbdülkərim əl-Hərəvidən də dərs almışdı. Bir çox mühəddisdən hədis dinləmişdi. 

Dinlədiyi hədisləri qeyd edirdi. Ömrünün son iki ilini Buxarada yaşamış və h. 538-ci il 

şəvval ayının 12-si (17 aprel 1144) vəfat etmişdi

469

.   


 

Hilal ibn Harun ibn Muhəmməd ibn Şərih Dərbəndi 

Mühəddis  idi  və  yaşadığ  dövrün  tanınmış  mühəddislərindən  olan  Əbu  Bəkr 

Muhəmməd  ibn  İbrahim  İsfəhaninin  dostu  idi.  Əhməd  ibn  Saleh  Qəzvinidən  hədis 

dinləmiş və nəql etmişdi. Mühəddis Əhməd ibn Cə’fər Yəzdi ondan hədis dinləmiş və 

dinlədiyi  hədisləri  qeyd  etmişdir

470


.  Ölüm  tarixi  məlum  deyil.  Təqribən  XI  əsrdə 

yaşamışdır.  

 

Əbu Bəkr Muhəmməd ibn Əhməd ibn Hüseyn Dərbəndi 

Mühəddis  idi.  Qəzvində  Əbü’l-Həsən  Əli  ibn  Muhəmməd  ibn  Quttandan  (öl.  1231) 

hədis dinləmişdi

471


. Ölüm tarixi məlum deyil. XIII əsrdə yaşamışdır. 

 

                                                 



467

 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 103.  

468

  Əbu  Hamid  Muhəmməd  ibn  Muhəmməd  Qəzzali  (1058-1111)  əslən  Xorasanın  Tus  şəhərindən  idi.  Böyük 



Səlcuqlular dövrünün məşhur alimlərindən və mütəfəkkirlərindən biri olmuşdur. O, şafi’i məzhəbinə mənsub fəqih 

olsa da kəlam, hədis, əxlaq kimi mövzularda bir sıra əsərin müəllifidir.  

469

 SƏM’ANİ, Kitabü’l-Ənsab, C. II, s. 394-395; ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. I, s. 256.   



470

 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 158. 

471

 RAFİ’İ, Tədvin, C. I, s. 66. Əbdülkərim Rafi’i onun nisbəsini ‚əl-Babi‛ kimi qeyd etmişdir. 



Muhəmməd ibn Əbu İmran Dərbəndi 

Yaşadığ  dövrün  tanınmış  hədis  alimlərindən  biri  idi.  Təhsil  almaq  üçün  Dərbənddən 

Bərdəyə  getmiş  və  burada  mühəddis  İsmayıl  ibn  Müslüm  Xarəzmi  ilə  görüşüb  onun 

dərslərində  iştirak  etmişdi.  Muhəmməd  Dərbəndi  Bərdə  şəhərindəki  bir  sıra  hədis 

alimlərindən  hədis  dinləmişdi.  İbn  Hirarə  ləqəbi  ilə  tanınmış  Bərdəli  məşhur  hədis 

hafizi  əllamə  Əbü’l-Həsən  Muhəmməd  Bərdəi  (öl.  959)  Muhəmməd  Dərbəndinin 

tələbələrindən  olmuş,  ondan  hədis  dinləyib  nəql  etmişdi

472


.  Ölüm  tarixi  məlum  deyil. 

IX-X əsrlərdə yaşamışdır.  

 

Şeyx İmadəddin Əbü’l-Fəzl Muhəmməd ibn Cəbrayıl ibn Əbü’l-Fəvaris ibn Cəbrayıl 

ibn Əhməd ibn Əli ibn Xalid Dərbəndi 

Mühəddis idi. H. 581-ci ilin rəbiələvvəl ayında (iyun 1185) Qahirədə anadan olmuşdu. 

Misir  və  Şam  diyarının  tanınmış  mühəddislərinin  tələbəsi  olmuşdu.  Yaşadığı  dövrdə 

Əyyubilər  dövlətində  məşhur  mühəddislərdən  biri  olmuş,  əl-Müfəzzəl  ləqəbi  ilə 

tanınmışdı. Alim h. 17 zilqədə 650-ci ildə (19 yanvar 1253) Qahirədə vəfat etmişdi

473


.  

 

Şeyx İzzəddin Muhəmməd ibn Muhəmməd ibn Adəm ibn İbrahim Dərbəndi 

Dəməşqdə  əl-Əməvi  camesinin  müəzzini  idi

474


.  Mömin  və  saleh  insan  idi.  Onun  atası 

şeyx  Şəmsəddin  Muhəmməd  Dərbəndi  də  Suriyanın  tanınmış  zöhd  əhlindən  idi. 

İzzəddin  Muhəmməd  Dərbəndi  Dəməşqdəki  Təvavisiyyə  xanəgahında  qalır,  burada 

ibadətlə məşğul olurdu. O, həm də ədib və şair idi. Nəzm və nəsr formasında yazılmış 

bəzi  ədəbi  əsərlərin  müəllifi  idi.  Şeyx  İzzəddin  Dərbəndi  h.  21  zilhiccə  734-cü  ildə  (22 

avqust  1334)  yaşadığı  xanəgahda  vəfat  etmiş  və  Babü’s-Səğir  qəbristanında  dəfn 

edilmişdi

475


.   

 

Şeyx Əli ibn Muhəmməd ibn Muhəmməd ibn Adəm ibn İbrahim Dərbəndi 

                                                 

472


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 58. 

473


 MƏQRİZİ, Kitabü’l-Müqəffa, C. V, s. 479-450. 

474


 Səlahəddin Muhəmməd İBN ŞAKİR əl-Kutubi, Fəvatü’l-Vəfayat, (Nşr. M. Əbdülhəmid), C. II, s. 174, Qahirə, 1951. 

475


  Əbdülqadir  ibn  Muhəmməd  ən-NUEYMİ  əd-Diməşqi,  Daris  fi  Tarixi’l-Mədaris,  C.  II,  s.  130,  (Nşr.  Şəmsəddin 

İbrahim), Beyrut 1990. 



Şafi’i  məzhəbinə  mənsub  mühəddis  idi.  Şeyx  İzzəddin  Muhəmməd  Dərbəndinin  (öl. 

1334) oğlu olan Əli Dərbəndinin təvəllüd tarixi h. 690-cı ildən (öl. 1291) əvvələ təsadüf 

edir.  İlk  təhsilini  dünyaya  gəldiyi  Dəməşq  şəhərində  almışdı.  O,  da  atası  kimi  bir 

müddət  Dəməşqdəki  əl-Əməvi  camesinin  müəzzini  olmuş,  sonra  elm  təhsili  üçün 

səyahətə çıxmışdı. Şeyx Ömər ibnü’l-Qəvvas, şeyx Nəcməddin ibnü’l-Həcci və Əhməd 

ibnü’l-Əsakirin  tələbəsi  olmuş  onlardan  hədis  dinləmişdi

476

.  Ölüm  tarixi  məlum  deyil. 



XIII-XIV əsrlərdə yaşamışdır.  

 

Əbü’l-Qasım Maymun ibn Ömər ibn Muhəmməd Dərbəndi 

Öz dövrünün tanınmış fəqih və mühəddislərindən biri idi. Əbu Həfs Ömər ibn Hüseyn 

əl-Əzcidən  hədis  dərsləri  almışdı.  Hafiz  Əbu  Tahir  əs-Süləfi  İsfəhani  (1083-1181)  öz 

əsərində Dərbənddə olarkən Əbü’l-Qasım Maymun Dərbəndi ilə görüşüb ondan hədis 

dinlədiyini  qeyd  etmişdi.  Yenə  Əbu  Tahir  əs-Süləfinin  qeydlərindən  Əbü’l-Qasım 

Maymunun Dərbənddə fəqih və fətva mərcii olduğunu öyrənirik

477


. Alimin ölüm tarixi 

məlum deyil. XI-XII əsrlərdə yaşamışdır. Hafiz Əbu Tahir əs-Süləfi öz əsərində Əbü’l-

Qasım Dərbəndidən dinlədiyi aşağıdakı hədisi qeyd etmişdir: 

Abdullah ibn Əmr ibnü’l-Əs (ا) dedi: Rəsulullah (م) buyurdular ki: ‚Arzu və istəkləriniz 

mənim gətirdiyimə (İslama, Qur’ana) bağlı, tabe olmadıqca sizin heç biriniz iman etmiş 

sayılmazsınız‛

478



 



Əbu İshaq İbrahim ibn Musa ibn Fərəh Dərbəndi  

Hənəfi məzhəbinə mənsub fəqih və mühəddis idi. Alim ailəsində dünyaya gəlmiş və ilk 

təhsilini atasından almışdı. Daha sonra təhsil almaq üçün səyahətə çıxmış və Xorasana 

getmişdi.  Əfqanıstanın  Herat  şəhərindəki  mədrəsələrdə  təhsil  almış,  Əbü’l-Fəth  əl-

                                                 

476


 Əhməd ibn Əli İBN HƏCƏR əl-Əsqəlani, İbnai’l-Ğumr bi Əbnai’l-Umr, C. II, s. 73, Heydərabad 1968.  

477


 ƏBU TAHİR İSFƏHANİ, Ərbəinü’l-Büldaniyyə, s. 177-178; BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 358. 

478


 BAĞDADİ, Təkmilətü'l-İkmal, C. I, s. 358.   

ٍ  ٍ ٍٚت دجظ أُ اًاؼثذ ٙاٞٛ ٌٕٞ٣ ٠رؼ ًْكؼأ

]

 

[



ٖٓإ٣ لا . İmam Nəvəvi və Nəsr ibn İbrahim 

əl-Müktəsi  bu  hədisin  səhih  isnadla  nəql  edildiyini  bildirmişdilər.  Ətraflı  məlumat  üçün  bax: 

http://www.taimiah.org/Display.asp?pid=2&t=book17&f=nawa-0041.htm

  


Hənəfinin  tələbəsi  olmuşdu

479


.  Ölüm  tarixi  məlum  deyil.  Təqribən  XI-XII  əsrlərdə 

yaşamışdır. 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin