Mövzu: Abbasilər xilafətində xalq hərəkatları və onların nəticələri.
BAKI 2023 Abbasilər xilafəti (750–1258) — Ərəb Xilafətində Əməvilərdən sonra hakimiyyətə yiyələnmiş Abbasilər sülaləsinin yaratdığı orta əsr feodal-teokratik dövləti. Eləcə də bəzən Bağdad xilafəti adlandırılır. Abbasi xilafətinin tərkibinə ərəb ölkələri, Qafqaz, Azərbaycan və İran(9-cu əsrin əvvəlinə qədər), Orta Asiyanın cənubu, Misir, eləcə də Şimali Afrika(9-cu əsrə qədər) və Hindistan daxil idi. Müstəqil dövlət kimi 750-ci ildən 945-ci ilə, Buveyhilər tərəfindən işğal edilənə qədər mövcud olub. Buveyhilər Bağdadda onun 1055-ci ildə Səlcuqlular tərəfindən alınmasına qədər ağalıq edib. Abbasi xilafəti adı altında həm də, Bağdadda (762–1258), onun Elxanilər tərəfindən alınmasından sonra isə Qahirədə, onun Osmanlılar tərəfindən 1517-ci ildə alınmasına qədər məmlük sultanlarının yanında mövcud olmuş, müsəlman teokratik dövlət quruluşu forması nəzərdə tutulur.Abbasilər dövlətinin 8-ci əsrinə 14, 9-cu əsrinə 12,10-cu əsrinə 10 hökmdar düşür.
Abbasilər xilafəti, əlində həm ruhani, həm də dünyəvi hakimiyyəti birləşdirən xəlifənin başçılığı altında olan bir dövlətdir. Dayaqları ərəb tayfaları olan Əməvilər xilafətindən (661–750) fərqli olaraq, Abbasilər xilafəti daha çox, bu dövlətə daxil olan müxtəlif ölkələrin feodallarının maraqlarını ifadə edirdi. İlk Abbasilər dönəmində 8–9-cu əsrlərdə iranlı feodallar xüsusi önəm daşımağa başladılar, ərəb tayfa aristokratiyası isə öz müstəsna mövqelərini itirdi. Abbasilər xilafətində əsas təsərrüfat sahəsi suvarmaya əsaslanan əkinçilik idi, əsas istehsalçı isə təhkimli vəziyyətə salınan kəndli idi. Köçəri və oturaq maldarlıq əkinçilikdən sonra mühüm idi.
Torpaqların mühüm hissəsi formal olaraq dövlətin mülkiyyəti hesab olunurdu. Bunun əsasında xəzinə əkinçilərdən torpaqdan və dövlətin suvarma sistemindən yararlanma haqqı kimi vergi yığırdı. Dövlətin torpağının bir hissəsi iqta kimi hərbi xidmətinin təminatı kimi feodallara verilirdi. Tədricən renta iqtası, torpaq iqtasına çevrildi və erkən həm də sonrakı dövrlərdə şərti torpaq mülkiyəti olaraq ömürlük benefisidən irsi lenə çevrildi. Xüsusi ilə torpağı, feodala məhsulun 50% və daha çox qədərini ödəmək şərti ilə, icarəyə götürən kəndlilərin vəziyəti ağır idi.