Abbasilər Xilafəti Büveyhilərin dövründə Artıq 9-ci əsrin sonunda dövlət torpaqlarını mənimsəyən Bağdaddan uzaq vilayətlərin hakimləri müstəqil dövlətlər yaratmağa başladı. Yerli feodalların separatçılıq meylləri, xalq kütlələrinin ərəb ağalığına qarşı mübarizəsi ilə üst-üstə düşürdü ki, bu həmin bu feodallar tərəfindən öz məqsədləri üçün istifadə edilirdi. Yerli, Mərakeşdə İdrisilər(788–985), İfrikiyyədə Əqləbilər(800–909), Samanilər (875–999), Qəznəvilər və bir çox başqa daha xırda feodallar müstəqil idilər. Misirdə həm də Fələstin və Suriyanı tabe etmiş Tulunilər(868–905) hakim idi(Bu ölkələrin hamısı Abbasi Xilafətinə bağlı idilər, lakin müstəqil hakimiyyətə malik idilər).
Səlcuqlular İmperiyası və Abbasilər Xilafəti Səlcuqlular 1055-ci ildə Bağdadı alandan sonra Abbasi xəlifələri ilə hakimiyyət bölgüsünü apardılar. Belə ki Səlcuqlular, artıq Buveyhilər zamanından dünyəvi hakimiyyət əllərindən alınan xəlifələrin xeyir duası ilə hakimiyətə gəlsələr də, xəlifələr ancaq əsasən dini rəhbər hesab edilirdilər. Bütün dünyəvi və deməli əsas siyasi hakimiyət böyük orduya malik Səlcuqluların əlində idi.
Səlcuqların təsirinin artdığını hiss edən xəlifələr onlarla vuruşdular və sonda onları məğlub edə bildilər və Səlcuqlu Sultanı III Tuğrulun başçısı Bağdada göndərildi.
Səlcuqlular İmperiyası və Abbasilər Xilafəti Hülakülər Ərəb Xilafətinə son qoydular. Nizarilərin işini bitirib, Hülakü Bağdad xəlifəsi Möstəsimdən boyun əyməyi tələb etdi. Xəlifə, ona qarşı çıxarılası qüvvəsi olmasa da, yekəxanalıqla monqolların ultimatumunu rədd etdi. Xəlifənin əyyanları arasında bu məsələ barədə yekdil fikir yox idi. Bundan başqa əl-Möstəsim muzdlu qoşunun məvacibini verməkdən imtina etdi, buna görə də o buraxılmışdı. Fəthəddin ibn Kərranın komandanlığı altında Abbasilərin səhra ordusu Dəclənin qırağında Baycu tərəfindən məğlub edildi. 1258-ci ilin əvvəlinə doğru Hülakü, Baycu və Kit Buğa Bağdadın dövrəyə alınmasını bitirdilər. Divardələn və daş atan maşınların işə salınmasından sonra şəhərə hücum etdilər. Fevralın ortasında Bağdad monqolların əlində idi. Şəhərin döyülməsində , (Hülakünün böyük arvadı Duqquz –xatunun xahişiylə) xristianlara və yəhudilərə aman edildi, həm də monqollar onlara öz müttəfiqi kimi baxırdı. Təslim olan əl-Möstəsim, Abbasi xəlifələrinin gizli xəzinəsini təhvil verməli oldu, sonra isə, 20 fevralda edam edildi. Həmin mərhələdə Uruktu noyon Ərbil şəhərinin alınması üçün göndərildi. Onun hakimi Tac əd-Din Salaya monqollara tabe oldu, ancaq qalanı müdafiə edən kürdlər boyun əyməkdən imtina etdi. Uzun mühasirə uğur gətirmədi, Ancaq yay istisi kürdləri Ərbili tərk etməyə məcbur etdi, və onu monqolların müttəfiqi Mosul atabəyi Bədr əd-Din Lulu tutdu.
Nəticələr Abbasilər Xilafətinin süqutu müasirlərinə sarsıdıcı zərbə olmuşdu. Tarixçilər bu hadisəni dünyanın axırı ilə müqayisə edirdilər, Bağdad az qala 500 il ərzində öz əvvəlki qüdrətini bərpa edə bilmədi. Şəhərin alınmasında xüsusi canfəşanlıq göstərən xristian erməni və gürcülərin, eləcə də səlibçi dəstələrinin iştirakı Bağdadın əhalisinin kütləvi soyqırıma məruz qalmasına gətirdi. Bəzi məlumatlara görə 2 mln əhalisi olan şəhərin əhalisinin əksəriyəti öldürülmüş və əsir aparılmışdı. Ərəb Xilafəti zamanı yaradılmış misilsiz maddi və mənəvi irs məhv edilmiş və talanmışdır.