Orta Əsrlərdə Yaşamış azərbaycanli aliMLƏR


Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvi



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə46/50
tarix21.04.2017
ölçüsü4,41 Mb.
#14979
1   ...   42   43   44   45   46   47   48   49   50

 

Əbu Bəkr Hüseyn ibn Əli ibn Yəzdanyar Urməvi 

Şafi’i məzhəbinə mənsub vaiz və fəqih idi. Haqqında məlumat verən mənbələrdə onun 

təsəvvüfdə özünə xas yolu olduğu qeyd edilmişdir. İbn Yəzdanyar adı ilə şöhrət tapmış 

bu  şəxs  fiqh,  hədis  və  təfsir  elmlərində  öz  dövrünün  tanınmış  alimlərindən  olmaqla 

yanaşı zahid, abid və vəra’ sahibi insan idi

1735


. İbn Yəzdanyar mənəvi tərbiyə və irşadın 

İslamın  təməl  prinsiplərinə  uyğun  və  həmahəng  olmalı  olduğu  barədə  fikirlər 

səsləndirirdi. Öz müasiri olan bəzi ifrat cərəyanlara mənsub şəxslərin İslama zidd olan 

hal,  hərəkət  və  sözlərini  kəskin  şəkildə  tənqid  edən  İbn  Yəzdanyar  bu  mənada 

bidətçilərə  qarşı  mübarizə  aparmışdı.  Buna  görə  də  özü  ilə  eyni  dövrdə  yaşamış  bəzi 

şəxslərin tənqid və təzyiqlərinə məruz qalmışdı

1736

.  


İbn  Yəzdanyar  ifrat  cərəyanlara  mənsublarını  tənqid  etməkdə  məqsədini  belə  izah 

edirdi:  ‚Siz  mənim  onlar  haqqında  danışdığımı  eşidirsiniz.  Allaha  and  olsun  ki,  bu 

sözləri  sadəcə  onlara  yazığım  gəldiyi  üçün  deyirəm.  İdrak  sahibi  olan  bir  qrup  insan 

sözlərimin qiymətinin anladı. Əsl məqsədim  onları bu saxtakarların əlindən xilas edib 

Haqqın  yolunu  göstərməkdir.  Sözlərimdəki  məqsəd  bundan  ibarət  idi‛

1737


.  İbn 

Yəzdanyar  bəzi  ifrat  cərəyan  mənsublarını  tənqid  edərkən  belə  deyirdi:  ‚Bir  yandan 

tövbə  və  istiğfar  edir,  digər  tərəfdən  günah  işləməyə  davam  edirlər.  Belə  olarmı?  Bir 

                                                 

1733

 KƏHHALƏ, yenə orada. Buradakı son iki əsər Fəxrəddin Razinin ‚əl-Məhsul‛ adlı əsərinin ixtisarı və şərhi idi.  



1734

  Siracəddin  Urməvinin  ‚Kitab  Təkmilətü’t-Təhrir  və’t-Təqrir‛  adlı  əsəri,  eləcə  də  digər  əsərləri  ilə  bağlı  ətraflı 

məlumat üçün bax: NƏSİROV, XIII Yüzyıl Başlarında Anadolu-Azerbaycan İlişkileri, s. 176-179. 

1735


  Əbu  Əbdürrəhman  Muhəmməd  SÜLƏMİ,  Təbəqatü’s-Sufiyyə,  (Hzr.  Ə.  Şərbas),  s.  140-141,  Qahirə  1998; 

Əbdülvəhhab ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, (Trc. A. Akçiçek), C. I, s. 472-473, İstanbul 1968; Əbdülbaqi GÖLPINARLI, 



Mövlana Cəlaləddin, s. 115-116, İstanbul 1959. 

1736


 SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473; CAMİ, Nəfəhatü’l-Üns, s. 231-

232; Əbü’l-Qasım Əbdülkərim QÜŞEYRİ, Risalə fi İlmü’t-Təsəvvüf, s. 137, Qahirə 1986. 

1737

 SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473. 



yandan tövbə edib bir yandan günahlara davam edən şəxs tövbənin dadından məhrum 

qalar‛


1738

İbn  Yəzdanyara  görə  yüksək  əxlaqa  sahib  olmanın  ilk  şərti  həya  sahibi  olmaqdır



1739

Özünün  zöhd  anlayışını  İbn  Yəzdanyar  belə  ifadə  etməkdə  idi:  ‚İnsanlarla  ünsiyyəti 



xoşlayırsansa  əsla  Allahla  ünsiyətdə  olmağa  tamah  salma.  Boş  və  lüzumsuz  şeyləri 

xoşlayırsansa  əsla  Allah  eşqinə  tamah  etmə‛

1740

.  İbn  Yəzdanyara  görə  hədis  alimləri 



Muhəmmədin (م) sünnəsinin gözətçiləridirlər

1741


.  

İbn  Yəzdanyar  özü  də  tez-tez  tənqid  və  təzyiqlərə  məruz  qalırdı.  Bir  dəfə  Bağdadda 

ikən  onu  sınamaq  və  utandırmaq  üçün  məsciddə  və’z  etməsi  istənmişdi.  Ehtimal  ki, 

onlar  İbn  Yəzdanyarın  ərəb olmadığı  üçün  ərəbcə  və’z  etməkdə  çətinlik  cəkəcəyini  və 

ya ləhcəsi ilə gülünc vəziyyətə düşəcəyini düşünmüşdülər. Məscidin kürsüsünə qalxan 

İbn Yəzdanyar ‚əcəm kimi yatıb ərəb kimi oyandım‛ deyə sözə başlayaraq fəsih ərəbcə 

ilə  bəlağətli  və’z  etmiş,  onu  çətin  vəziyyətə  salmaq  istəyənləri  utandırmışdı

1742


.  Əbu 

Bəkr Hüseyn ibn Yəzdanyar Urməvi h. 332-ci ildə (944) vəfat etmişdir

1743

.  


İbn Yezdanyarın qələm aldığı hər hansı bir əsəri müəyyən etmək mümkün olmamışdır. 

Lakin  onunla  yaxın  qohumluq  əlaqəsinin  olduğunu  güman  etdiyimiz  Əbu  Cə’fər 

Muhəmməd  ibn  Hüseyn  ibn  Əhməd  İbn  Yəzdanyar  adlı  şəxsin  müəllifi  olduğu 

‚Rəvzətü’l-Müridin‛  və  ‚Kitabü’s-Söhbə  məə’s-Sufiyyə‛  adlı  əsərlər  İstanbulda, 

Köprülü  əlyazma  əsərlər  kitabxanasında  saxlanılır.  ‚Rəvzətü’l-Müridin‛in  bir  nüsxəsi 

də ABŞ-nın Princeton universitetinin kitabxanasında saxlanılır. Bu nüsxənin üzü Qasım 

ibn Nasir ibn Salman adlı müstənsix tərəfindən h. 28 rəcəb 728-ci ildə (26 sentyabr 1383) 

köçürülüb  başa  çatdırılmışdır.  Eyni  əsərin  h.  980-ci  ildə  (1572)  üzü  köçürülmüş  bir 

nüsxəsi də Paris milli kitabxanasında mühafizə edilir

1744


.  

İbn  Yəzdanyar,  sonrakı  əsrlərdə  İslam  coğrafiyasında  geniş  tərəfdar  kütləsinə  sahib 

olan,  fütuvvət  məfkurəsinin  müəllifi  hesab  olunur.  Onun  vəfatından  sonra  fütuvvətlə 

                                                 

1738

 SÜLƏMİ, yenə orada; ŞƏ’RANİ, yenə orada



1739

 ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 472-473. 

1740

 QÜŞEYRİ, Risalə, s. 137. 



1741

 SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; CAMİ, Nəfəhatü’l-Üns, s. 231-232. 

1742

 BAKUVİ, Təlxisü’l-Asar, s. 81; TƏRBİYƏT, həmin əsər, s. 178; GÖLPINARLI, həmin əsər, s. 116.  



1743

 SÜLƏMİ, Təbəqatü’s-Sufiyyə, s. 140-141; ŞƏ’RANİ, Təbəqatü’l-Kübra, C. I, s. 473. 

1744

 DE SLANE, həmin əsər, 261. 



bağlı  çox  sayıda  əsər  qələmə  alınmışdır.  Fütuvvətin  ilk  pilləsi  mürüvvətdir  (mərdlik, 

igidlik).  Fütuvvətin  mürüvvət  anlayışına  görə  bu  yola  qədəm  qoyan  şəxs  hər  şeydən 

əvvəl  şəhvət  və  qəzəb  kimi  pis  xüsusiyyətlərdən,  duyğu  və  düşüncələrdən  nəfsini 

təmizləməli, özünü ali və ülvi hisslərə təchiz etməli idi. İkinci pillə lətafət idi ki, bu da 

iffət, şücaət və ədalət kimi  əxlaqi keyfiyyətlərlə təchiz olmağı  ifadə edirdi. Fütuvvətin 

üçüncü  və  ən  ali  pilləsi  vəlayətdir.  Fütuvvət  əhlinə  görə  vəlayət  dünyəvi  ləzzətləri 

ayağının altına alıb, onlardan qurtulmaq mənasını ifadə edirdi

1745


.  

Fütuvvət  əhli  məfkurələrində  özlərinə  Əli  ibn  Əbu  Talibi  (ا)  və  Əshabi-Kəhfi  nümunə 

götürməkdə idilər. Bunu da Rəsulullahın (م) Əli ibn Əbu Talibə (ا) xitabən dediyi ‚Sən 

bu ümmətin gəncisən (igidisən)‛ (Əntə fəta həzihi’l-ümmə) sözünə əsaslandırırdılar

1746



Fütuvvət  əhlinə  görə  tövbə  iffət  və  saleh  əməlin  başlanığıcı  idi.  Fütuvvət  mənsubu 



təkəbbür  və  ücubdan  uzaq  olmalı  idi.  Onlara  görə  təvazö  qəzəbin  qarşısında  sədd  və 

şücaətin  ilk  şərti  idi

1747

.  Fütuvvət yoluna  qədəm  qoyan  şəxs  müəyyən  təlim  və  tərbiyə 



mərhələlərindən keçməli idi. Bunlar sıra ilə hidayət, nəsihət və vəfa mərhələləri idi

1748


Fütuvvət  mənsubu  bu  yoldakı  ən  ali  məqama  elm,  əhval  və  müşahidə  yolu  ilə  çata 

bilərdi.  Onlara  görə  vəlayət  məqamı  fənayi-xilqətdə  sona  çatır  ki,  bu  da  həqiqətin 

gözüdür


1749

İbn  Yəzdanyardan  sonra  fütuvvət  cərəyanının  ən  məşhur  təmsilçisi  Azərbaycanın 



Zəncan şəhərindən

1750


 olan Əxi Fərəc Zəncanidir (öl. 1065). Əbü’l-Abbas Nəhavəndinin 

müridlərindən olan Əxi Fərəc Zəncani ilk əxi zaviyəsini quran şəxsdir. Bir qədər şübhə 

doğursa da Hacı Zeynəlabdin Şirvani və Əlişir Nəvayi öz əsərlərində məşhur fütuvvət 

şeyxi  Şihabəddin  Ömər  Sührəvərdinin  əmisi  və  mürşidi  Əbu’n-Nəcib  Sührəvərdinin 

Əxi  Fərəc  Zəncaninin  müridi  olduğunu,  onun  əlindən  xirqə  geydiyini  qeyd 

etmişdilər

1751

.  Sonrakı  əsrlərdə  Abbasi  xəlifəsi  Nasir  li-Dinillah  (öl.  1225)  fütuvvət 



                                                 

1745


 ANONİM, Tuhfətü’l-İxvan dər Bəyani-Üsuli-Fütuvvət və Adabi-Fityan, (Nşr. M. Damadi), s. 5-9, Tehran 1351. 

1746


 Tuhfətü’l-İxvan, s. 13. 

1747


 Tuhfətü’l-İxvan, s. 27. 

1748


 Tuhfətü’l-İxvan, s. 21-25, 37-40, 44-48. 

1749


 Tuhfətü’l-İxvan, s. 9. ]ﺤﻘﻴﻘﺖ ﺩﺭﻋﻴﻦ ﺧﻠﻴﻘﺖ ﺑﻔﻨﺂ ﺷﻮﺩ ﻣﻨﺗﻬﻰ ﻭ[ 

1750


 HİMYƏRİ, Nisbə ilə’l-Məvazi’, C. I, s. 368. 

1751


  Hacı  Zeynəlabdin  ŞİRVANİ,  Riyazü’s-Səyahə,  s. 91,  365,  Tehran  1339;  NƏVAYİ,  Nəsayimü’l-Məhəbbə,  s.  694.  Şeyx 

Əbu’n-Nəcib Sührəvərdi Əxi Fərəc Zəncaniyə, böyük ehtimalla, intisab silsiləsi ilə bağlıdır, yəni onun müridlərindən 

birinin  müridi  olmuşdur.  Onların  görüşmələri  mümkün  deyil.  Zeynəlabdin  Şirvani  və  Əlişir  Nəvayinin  burada 

yanıldıqlarını  və  ya  əskik  məlumat  nəql  etdiklərini  düşünürük.  Belə  ki,  1097-ci  ildə  dünyaya  gəlmiş  Əbu’n-Nəcib 



təşkilatını  yenidən  formalaşdırmışdı.  İslam  coğrafiyasındakı  bir  çox  hökmdar  bu 

təşkilatın  üzvü  idi.  Bunların  ən  məşhurlarından,  müasirlərinin  ‚uluq  sultan‛ 

adlandırdıqları  Anadolu  Səlcuqlu  hökmdarı  Əlaəddin  I  Keyqubad  (1220-1237)  idi. 

Sultan  Əlaəddin  I  Keyqubad  xəlifə  Nasir  li-Dinillahın  nümayindəsi  kimi  hüzuruna 

gəlmiş  şeyxü’-şüyux  Şihabəddin  Ömər  Sührəvərdinin  vasitəçiliyi  ilə  bu  təşkilata  üzv 

olmuşdu


1752

.  Həmçinin  Azərbaycan  Atabəylərindən  də  bəzilərinin  fütuvvət  təşkilatına 

mənsub olduqlarını düşünürük. Güman ki, atabəy Muhəmməd Cahan Pəhləvan (1175-

1186) və atabəy Osman Qızıl Arslan (1186-1191) fütuvvət təşkilatına mənsub idilər.   

Prof.  Mikayıl  Bayram  haqlı  olaraq  Azərbaycan  və  Anadoluda  fəaliyyət  göstərmiş  əxi 

təşkilatının  mahiyət  etibarı  ilə  Türk  fütuvvət  hərəkatı  olduğunu  qeyd  etmişdir

1753

.  Bu 


təşkilat  üzvlərinin  əksəriyyəti  Anadoluda  Bizans  imperiyasına  və  səlibçilərə  qarşı 

aparılan  mücahidədə  iştirak  edən  könüllülər  idi.  Həmin  dövrün  tarixi  mənbələrində 

‚ğaziyane-Rum‛  (Anadolu  qaziləri)  adlanan  bu  zümrəyə  mənsub  şəxslərin  bir  çoxu 

Türk fütuvvət təşkilatına mənsub əxilər idi

1754

.  


 

Hüsaməddin Həsən Çələbi ibn Əxi Muhəmməd ibn Əxi Türk Urməvi 

Onun ata-babaları Urmiyədən köçüb Konyada məskunlaşmışdılar. Hüsaməddin Həsən 

Urməvi 1220-ci illərdə dünyaya gəlmişdi. Onun atası Əxi Muhəmməd Konyada mənəvi 

nüfuza malik olmaqla yanaşı  sərvət sahibi  insanlardan  biri  idi

1755

. Hüsaməddin Həsən 



Çələbi  fütuvvət  idologiyasının  və  təşkilatının  banisi,  yuxarıda  haqqında  danışdığımız, 

Əbu  Bəkr  Hüseyn  ibn  Əli  ibn  Yəzdanyar  Urməvinin  nəslindən  idi.  Kiçik  yaşlarında 

atasını  itirən  Hüsaməddin  Çələbi  Urməvi  Konyadakı  əxilərin  himayəsində  böyüyüb 

tərbiyə  almışdı.  Yeniyetməlik  illərində  mövlana  Cəlaləddin  Rumi  ilə  tanış  olub  onun 

müridlərindən  biri  olmuşdu

1756


.  Mövlana  Cəlaləddin  Rumi  ‚Məsnəvi‛sini  yazarkən 

                                                                                                                                                             

Sührəvərdinin  1065-ci  ildə  vəfat  etmiş  Əxi  Fərəclə  görüşmələri  mümkün  deyildi.  Şirvani  ilə  Nəvayi  bu  məlumatı, 

böyük ehtimalla, sufi mülliflərin yazdıqları təzkirələrdən nəql etmişdilər. Təsəvvüfdə isə ölmüş bir şəxsdən də, feyz 

yolu ilə, dərs və irşad almaq mümkündür!?. 

 

1752



 ƏFLAKİ, Ariflerin Menkıbeler, C. I, s. 373. 

1753


 Mikail BAYRAM, Ahi Evren ve Ahi Teşkilatının Kuruluşu, s. 129, Konya 1991. 

 

1754



 BAYRAM, həmin əsər, s. 132-133.  

1755


 Neşet ÇAĞATAY, Bir Türk Kurumu Olan Ahilik, s. 97, Ankara 1974. 

1756


 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. II, s. 153. 

Hüsaməddin Həsən Çələbi daim onun yanında olmuş, ustadı bədahətən şe’r deyərkən 

o,  qeyd  etmiş,  beləcə  10-11  il  ərzində  ‚Məsnəvi‛  yazılıb  başa  çatdırılmışdı

1757



Hüsaməddin Urməvi  mövlana Cəlaləddin Ruminin ölümündən sonra onun postnişini 



olmuşdu.  Mövləvilik  bir  təriqət  kimi  Hüsaməddən  Həsən  Çələbinin  şeyxliyi  vaxtı 

formalaşmış, qayda və rituallar onun postnişinliyi dövründə meydana çıxmışdı. O, 12 

sentyabr 1284-cü ildə Konyada ölmüş və Cəlaləddin Ruminin məzarının yanında dəfn 

edilmişdi

1758



 



Fəxrəddin Ömər ibn Müin Urməvi 

Urmiyə  şəhərinin  alimlərindən  idi.  Ehtimal  ki,  bu  şəhərin  qazisi  və  ya  hakimlərindən 

biri  olmuşdur.  Çünki  İbnü’l-Fuvati  onun  məsciddəki  təziyə  və  cənazə  mərasiminə 

şəhərin  alimlərinin,  hakimlərinin  və  qabaqcıl  insanlarının  toplaşdıqlarını,  onu  ədalətli 

insan  kimi  yad  etdiklərini  qeyd  etmişdir.  Fəxrəddin  Ömər  ibn  Mu’in  h.  693-cü  ildə 

(1294) vəfat etmişdir

1759



 



Əllamə Səfiyəddin Muhəmməd ibn Əbdürrəhim ibn Muhəmməd əl-Hindi Urməvi 

Şafi’i  məzhəbinə  mənsub  fəqih  və  mütəkəllim  idi.  h.  644-cü  ilin  rəbiəlaxir  ayında 

(avqust  1246)  Hindistanda  anadan  olmuşdu.  Onun  atası  Azərbaycanın  Urmiyə 

şəhrindən Hindistana köçmüşdü. İlk təhsilini ana tərəfindən babasından almış və onun 

yanında  fiqh  oxumuşduu.  Səfiyəddin  Muhəmməd  Urməvi  h.  667-ci  ilin  rəcəb  ayında 

(mart  1269)  Hindistanı  tərk  edərək  Yəmənə  gəlmişdi.  Yəmən  hökmdarı  Müzəffər  onu 

bir  müddət  qonaq  etmiş  və  ona  ərməğan  olaraq  900  dinar

1760


  vermişdi.  Səfiyəddin 

Muhəmməd  Urməvi  Məkkəyə  gedib  3  ay  orada  qalmışdı.  Həcc  ziyarətindən  sonra  h. 

671-ci ildə (1273) Misirə getmişdi. Misirdə çox qalmayan Səfiyəddin Urməvi dəniz yolu 

ilə Antakiyaya gəlmişdi

1761

. O, Anadolunu gəzmiş Konyada 11 il, Sivasda 5 il, Kayseridə 



                                                 

1757


 Abdülbaki GÖLPINARLI, Mevlana Celaleddin, s. 121, İstanbul 1959.  

1758


 ƏFLAKİ, Ariflerin Menkıbeleri, C. II, s. 189-191. 

1759


 İBNü’l-FUVATİ, Məcməü’l-Adab , C. IV/3, s. 271. 

1760


 Dinar-4,25 gr qızıl pul. Əbdülhəyy Hüseyni bu məbləğin 900, İbn Kəsir isə 400 dinar olduğunu qeyd etmişdir.  

1761


 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 200-201; İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 143; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə 

əl-Kübra, C. IX, s. 102; İBN QAZİ ŞUHBƏ, Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 67. 

isə  1  il  yaşamışdı.  Həmyerlisi  qazi  Siracəddin  Əbü’s-Səna  Urməvi  ilə  görüşmüş  və 

ondan  məntiqə  dair  dərslər  almışdı

1762

.  Konyada  Pənbəfüruşan  mədrəsəsində  dərs 



verən

1763


  Səfiyəddin  Urməvi,  digər  bəzi  fəqihlərlə  birlikdə,  dərvişlərin  şəhərin 

küçələrində  rəbab  kimi  musiqi  alətləri  ilə  çalğı  çalmalarına  etiraz  etmişdi.  Lakin 

Mövlana Cəlaləddin Ruminin məsələyə müdaxilə etməsi ilə dərvişlərin rəbab çalmaları 

qadağan  edilməmişdi.  Mövləvi  salnaməçi  Əflaki  Səfiyəddin  Urməvinin  abid  və  zahid 

insan olduğunu qeyd etmişdir

1764


H. 685-ci ildə (1286) Səfiyəddin Urməvi Anadolunu tərk edərək Dəməşqə getmiş və bu 

şəhərdə məskunlaşmışdı. Səfiyəddin Urməvi burada Atabəkiyyə, Zahiriyyə, Rəvahiyyə, 

Dövliyyə  və  Cəvaniyyə  mədrəsələrində  dərs  vermiş,  fətva  mərcii  olmuşdu

1765

.  Alim 


‚Nihayətü’l-Vüsul  ilə  İlmü’l-Üsul‛,  ‚Zübdətü’l-Kəlam  fi  İlmü’l-Kəlam‛,  ‚əl-Faiq  fi 

Üsuliddin‛, 

‚Risalətü’n-Nəfsiyyə‛

1766


 

və 


‚Risalətü’s-Siniyyə‛ 

kimi 


əsərlərin 

müəllifidir

1767

.   


H. 705-ci ilin rəcəb ayının 8-ci günü (24 yanvar 1306) Dəməşqdə naibü’s-səltənə

1768


 əmir 

Tengizin  hüzurunda  bəzi  alimlər  şeyxülislam  Təqiyəddin  Əhməd  ibn  Teymiyyəni  (öl. 

1328)  müəllifi  olduğu  ‚Əqidətü’l-Vasitiyyə‛  adlı  əsərə  dair  sorğu-sual  etmişdilər. 

Burada sorğu və təhqiqat aparan alimlərin arasında Səfiyyəddin Urməvi də var idi. İbn 

Kəsirin  ifadəsi  ilə  desək  ‚çaydan  su  daşımağa  vərdiş  olanlar  bu  dəfə  dəryaya  rast 

gəlmişdilər‛

1769

. İbn Teymiyyə burada öz fikirlərini uğurla müdafiə etmişdi. Səfiyəddin 



Urməvi onunla uzun müddət mübahisə etmiş, lakin İbn Teymiyyənin bütün mövzulara 

aid suallara dolğun və tətminkar cavablar verməsi qarşısında ‚Sən quş kimi oradan ora, 

buradan bura uçursan, bir az yavaş ol‛ deməkdən başqa söz tapmamışdı

1770


. Səfiyəddin 

Urməvinin  İbn  Teymiyyə  qarşısında  əqaid  mövzusundakı  zəifliyi  hər  halda 

                                                 

1762


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 239; SÜBKİ,  Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 102; İBN KƏSİR,  Bidayə 

və’n-Nihayə, C. XIV, s. 143. 

1763


 ƏFLAKİ, həmin əsər, C. I, s. 323-324. 

1764


 Yenə orada

1765


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 143; SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 102; İBN QAZİ ŞUHBƏ, 

Təbəqatü’ş-Şafi’iyyə, C. II, s. 67; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 600. 

1766


 SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. XXVIII, s. 239; MƏMMƏDOV, Orta Əsr Azərbaycan Filosof və Mütəfəkkirləri, s. 46. 

1767


 KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 1074. 

1768


 Naibü’s-Səltənə-sultanın köməkçisi mənasını ifadə edir. Burada Misir Məmlüklü sultanının Şam vilayətində idari 

işlər üzrə tüm hüquqlu vəkili nəzərdə tutulur.  

1769

 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 88-89. 



1770

 HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 201; İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 334-335. 



ixtisaslaşmadan irəli gəlirdi. Səfiyəddin Urməvi fiqh və kəlam sahəsində dərinləşmişdi. 

Əqaid isə daha çox Qur’an və hədis sahəsində dərin bilik tələb edən sahədir. Mənbələr 

Səfiyəddin  Urməvinin  bu  sahədə  nisbətən  zəif  olduğunu,  Qur’anın  dörddə  birindən 

daha az bir qismini əzbər bildiyi, üstəlik ərəbcə danışarkən dilindəki hind ləhcəsindən 

də  heç  cür  qurtula  bilmədiyini  qeyd  edirlər

1771


.  Səfiyəddin  Urməvi  daha  sonra  İbn 

Teymiyyəni həbsə göndərən məhkəmə heyətinə də daxil edilmişdi

1772



Şəmsəddin Zəhəbi, Səfiyyəddin Urməvinin vəfatından bəhs edərkən ‚o, sələfin yolunda 



idi‛  ifadəsini  işlətmişdir.  Səfiyəddin  Muhəmməd  Urməvi  təsəvvüf  əhlinə  yaxınlığı  ilə 

tanınan kəlam alimi  idi. Buna dair mötəbər mənbələrdə çox sayıda qeyd var. Məsələn 

Əbdürrəhman  Nəimi  onun  Dəməşqin  Atabəkiyyə  mədrəsəsindəki  əşa’ari  kəlam 

alimlərindən  biri  olduğunu  qeyd  etmişdir

1773

.  Bundan  başqa  onun  sıx  bağlı  olduğu 



müəllimi  Siracəddin  Əbü’s-Səna  Urməvi  şeyx  Əvhədəddin  Kirmaninin  (öl.  1238) 

müridi  idi.  Onun  əvhədiyyə  təriqətinə  bağlı  olduğunu  Şəmsəddin  Sivasi  öz  əsərində 

qeyd  etmişdir

1774


.  Bədrəddin  Əyni  əsərində  Səfiyəddin  Urməvinin  h.  702-ci  ildə  (1303) 

Şam  diyarındakı  sufilərin  işləri  üzrə  məsul  vəzifəyə  təyin  edildiyini  yazmışdır

1775

.  İbn 


Kəsir  isə  öz  əsərində  sufilərin  Dəməşqdə  naibü’s-səltənə  əmir  Cəmaləddin  Əfrəmdən 

Səfiyəddin  Urməvini  onlar  üçün  şeyxü’ş-şüyux  vəzifəsinə  təyin  etməsini  xahiş 

etdiklərini və onların bu istəyinin yerinə yetirildiyini qeyd etmişdir

1776


. Yenə İbn Kəsir 

Dəməşqdə  rüfai

1777

  təriqətinə  mənsub  sufilərin  naibü’s-səltənəyə  İbn  Teymiyyə 



barəsində şikayət edərək onun sufilərin rəqs və səma mərasimlərinə mane olmamasını 

tələb  etdiklərini  qeyd  etmişdir

1778

.  Bu  şikayətdən  bir  müddət  sonra  isə  yuxarıda 



haqqında  danışdığımız  elmi  diskussiya  baş  vermiş  və  Səfiyəddin  Urməvi  də  bu 

münazirədə  aparıcı  rol  oynamışdı.  Əgər  ömrünün  sonlarına  doğru  əqidəsini 

                                                 

1771


 İBN HƏCƏR, Dürərü’l-Kaminə, C. II, s. 334-335. 

1772


 SÜBKİ, Təbəqatü’ş-Şafi’iyyə əl-Kübra, C. IX, s. 103. 

1773


 NUEYMİ, Daris fi Tarixi’l-Mədaris, C. I, s. 97. 

1774


  BAYRAM,  Şeyh  Evhaü’d-Din  El-Kirmânî  ve  Menâkıb-Nâmesi,  s.  171.  Mənaqibnamənin  müəllifi,  Siracəddin 

Urməvinin ‚Misirdən Diyari-Ruma (Anadoluya-E. N) gəldiyim vaxt bütün məqsəd və məramım şeyx Əvhədəddinə 

xidmətlə müşərrəf olmaq idi‛ dediyini qeyd etmşidi.  

1775


 ƏYNİ, İqdü’l-Cüman, s. 428. 

1776


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 75. 

1777


  Rüfaiyyə  təriqəti  və  ya  rüfailik-şeyx  Əhməd  Rüfainin  (öl.  1182)  davamçıları  tərəfindən meydana  gətirilmiş  sufi 

təriqəti.  Bu  təriqətə  həmçinin  ‚əhmədiyyə‛  və  ya  ‚əhmədiyyəyi-rüfaiyyə‛  də  deyilirdi.  İbn  Kəsir  öz  əsərində  bu 

təriqəti məhz belə, yəni ‚əhmədiyyə‛ və ‚əhmədiyyəyi-rüfaiyyə‛ şəklində qeyd etmişdir. 

1778


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 88-89; SƏFƏDİ, Ə’yanü’l-Əsr, C. IV, s. 501. 

dəyişməmişdisə  Səfiyəddin  Muhəmməd  Urməvi  sələfin  minhəcinə  deyil,  təsəvvüf 

əhlinə yaxınlığı ilə tanınan kəlam alimi idi. Bununla belə Zəhəbinin verdiyi məlumatın 

da  doğru  olma  ehtimalı  az  deyil.  Səfiyəddin  Urməvinin  sonradan  sələfi-salihin 

mənhəcini  mənimsəmiş  olması  mümkündür.  Çünki  Şəmsəddin  Zəhəbi  Səfiyəddin 

Urməvini  şəxsən  tanıyırdı,  onun  müasiri  idi  və  onlar  eyni  şəhərdə,  Dəməşqdə 

yaşamışdılar. Hətta Zəhəbi Səfiyəddin Urməvinin dəfn mərasimində də iştirak etmişdi. 

Səfiyəddin  Urməvi  h.  29  səfər  715-ci  ildə  (3  iyun  1315)  Dəməşqdə,  Zahiriyyə 

mədrəsəsində vəfat etmişdi

1779

.  


 

Qazi İzzəddin Urməvi 

Qazi  İzzəddin  Urməvi  Anadolu  Səlcuqlu  sultanı  Qiyasəddin  III  Keyxosrovun  (1266-

1284)  hakimiyyəti  dövründə,  1266-cı  ildə  Sivas  şəhəri  qaziliyinə  təyin  edilmişdi.  Qazi 

İzzəddin Urməvi fiqh  və kəlam elmləri sahəsində öz dövrünün tanınmış alimlərindən 

idi

1780


.  O,  Sivas  qaziliyindən  əvvəl  Ağsaray  şəhərində  öz  adı  ilə  tanınan  mədrəsənin 

müdərrisi idi. Bu mədrəsə sonralar Osmanlı imperatorluğunun hakimiyyəti illərində də 

fəaliyyət göstərmişdi

1781


.  

Misir  Məmlüklü  sultanı  Rüknəddin  Zahir  Bəybars  (1260-1277)  bəzi  Səlcuqlu  dövlət 

məmurlarının  təşviqi  ilə  Anadolunu  moğol  işğalından  xilas  etmək  üçün  1276-cı  ildə 

Anadolu  səfərinə  başlamış,  15  aprel  1277-cü  ildə  Əlbistan  ovalığında  baş  verən  döyüş 

Rüknəddin  Bəybarsın  ordusunun  qələbəsi  ilə  başa  çatmışdı.  Todaun  noyan  və  Toku 

ağanın  əmrindəki  10  min  nəfərlik  moğol  ordusunun  6700-ü  məhv  edilmiş,  geri  qalanı 

əsir  götürülmüşdü.  Bu  Əyn-Cəlut  döyüşündən  (3  sentyabr  1260)  sonra  Misir 

Məmlüklərinin  moğollar  üzərindəki  ikinci  böyük  qələbəsi  idi.  Lakin  başda  vəzir 

Muinəddin  Süleyman  olmaqla  bəzi  Səlcuqlu  dövlət  məmurlarının  qətiyyətsizliyi  və 

səbatsızlıqları ucbatından Məmlüklü ordusu Anadoluda möhkəmlənə bilməyərək geri, 

Suriyaya qayıtmışdı. Elxanlı hökmdarı Abaqa xan Misir Məmlüklüləri ilə əməkdaşlıqda 

şübhəli bilinən bir çox Səlcuqlu dövlət məmurunu, o cümlədən qazi İzzəddin Urməvini 

                                                 

1779


 İBN KƏSİR, Bidayə və’n-Nihayə, C. XIV, s. 75-76; İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VI, s. 600. 

1780


 AQSARAYİ, Müsamərətü’l-Əxbar, s. 90 

1781


 UZLUK, Fatih Devrinde Karaman Eyaleti Vakıfları Fihristi, s. 43. 

 


1277-ci ildə edam etdirmişdi

1782


. Bu hadisə ilə əlaqəli edam edilənlərin arasında digər bir 

azərbaycanlı alim Qarahisar (Afyon) qazisi Tacəddin Xoyi də var idi.  

 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin