KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
42
lazımi sərəncamlar verə , kitabxanaların həll etməli olduqları vəzifələrin
dairəsini müəyyən edə bilər.
Dünya dövlətlərinin kitabxana qanunvericiliyi öz xarakterinə və
məzmununa görə cəmiyyətin qanunvericilik aktlarından əsaslı şəkildə fərq-
lənir. Azərbaycanda kitabxana qanunları əhalini kitabxana kitabı ilə tam
şəkildə təmin etməyin yollarını və vasitələrini, bütün tip və növdən olan kitab-
xanaların vəzifələrini, funksiyalarını və cəmiyyətin həyatında yerini müəyyən
edir. Bu kitabxana qanunları, bütövlükdə ölkənin kitabxana sisteminin inkişa-
fının və fəaliyyətinin oxşar prinsiplərini və zəruri şərtlərini təyin edən sənəd-
lərdir. Kitabxana qanunları demək olar ki, bütün ölkələrdə qəbul edilmişdir.
Kitabxana qanunlarında, cəmiyyət quruculuğunda kitabxanaların sosial funk-
siyaları və vəzifələri müəyyən edilir, kitabxanaların yerləşdirilməsinin vahid
ümumdövlət prinsipləri və onların açılması normativləri, xalqa kitabla xid-
mətin əlaqələndirilməsi yolları, vahid sistem kimi kitabxana işinə rəhbərliyin
fərmanları irəli sürülür.
1920-ci il noyabrn 3-də RSFSR-də “Kitabxana işinin mərkəz-
ləşdirilməsi” haqqında dekret qəbul edildi. Bütün kitabxanalar qanun üzrə
hamının istifadə edə biləcəyi müəssisələr elan edildi və vahid kitabxana şəbə-
kəsində birləşdilər. Dekret kitabxana şəbəkəsinin inkişafının planauyğunluğu
və kitabxana işinə mərkəzləşdirilmiş dövlət rəhbərliyi kimi mühüm və
prinsipial müddəaları əks etdirmişdir. Tarixdə ilk dəfə olaraq kitab təchizinin
mərkəzləşdirilmiş ümumdövlət sistemi müəyyən edildi.
Bütün sonrakı dövrlər dekretin əsas müddəalarının nə qədər düzgün və
həyati olduğunu göstərdi. Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində ki-
tabxana işinin təşkilinin bəzi formaları (məsələn, kənddə qiraət komalarının
tədricən stasionar kitabxanalara keçməsi, əhalinin müxtəlif təbəqələrinə kitab-
la xidmətin tənzimlənməsi, kitabxanaların yeni tiplərinin meydana gəlməsi
və s.) təsərrüfat və mədəni quruculuq vəzifələrinə uyğun olaraq öz şəklini də-
yişmişdir, lakin bu dekretin çox mühüm müddəaları bizim günümüzə qədər öz
prinsipial əhəmiyyətini saxlamışdır.
1929-cu ildə avqustun 30-da UİK (b) MK “Kitabxana işinin yax-
şılaşdırılması haqqında” qərar qəbul etdi. Kitabxana işinin təşkili sahəsində
dönüş bu qərardan başlandı. Qərarda kitabxana işinin təşkili sahəsində dönüş
bu qərardan başlandı. Qərarda kitabxana işinin qeyri qənaətbəxş qiymət-
ləndirilmiş əhaliyə mədəni xidmətin yüksəldilməsi problemi ortaya qoyul-
muşdur. Qərarda ölkədə kitabxanaların mədəni mərkəzə çevrilməsi, geniş
əhali kütləsinin ölkədəki quruculuq işlərinə cəlb olunmasında fəallıq
göstərilməsi tələb edilirdi.
1934-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi “SSR İttifaqında kitab-
xana işi haqqında” qərar qəbul etdi. Öz əhəmiyyətinə görə bu qərar mədəniy-
yətin inkişaf müvəffəqiyyətlərinin və ölkədə qərarlaşmış yeni şəraiti nəzərə
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
43
almaqla kitabxana işinin təşkilinə dair mühüm müddəaları təsdiq etmiş II
kompleks qanunvericilik sənədi idi. Bu qərarda kitabxanalardan hamının
istifadə edə bilməsi, kitabxanaların yeni növlərinin yaradılması prinsipinin
əməli şəraitdə həyata keçirilməsinin zəruriliyi bir daha qeyd edilmiş, kitab-
xana işinə rəhbərlik edən orqanların dəqiq sistemi müəyyən edilmiş, kitabxana
fondlarının komplektləşdirilməsinin yaxşılaşdırılması tədbirləri göstərilmişdir.
Kitabxanaların maddi bazasının möhkəmləndirilməsinə və kadrların hazırlan-
masının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilmişdir.
1959-cu il sentyabr ayının 22-də ölkədə kitabxana işinin vəziyyəti və
onun daha da yaxşılaşdırılması tədbirləri haqqında qərar qəbul etdi. SSRİ-də
kitabxana işinin yeniləşməsi bu qərarla başlandı. Qərarda tələb olunur ki,
yaxın 2-3 il ərzində hər bir yaşayış məntəqəsində kitabxanalar təşkil edilməli,
kitabxana kitabları hər bir ailənin istifadəsinə verilməlidir. Etiraf etmək
lazımdır ki, həmin illərdən başlayaraq ölkədə və respublikamızda kitabxana
işi yeni inkişaf mərhələsinə qədəm qoydu və sovet oxucusu dünyanın ən çox
mütaliə edən və kitabxana ilə müntəzəm əlaqə saxlayan oxucusuna çevrildi.
1966-cı ildə SSRİ Mədəniyyət Nazirliyi və ümumittifaq həmkarlar ittifaqı
mərkəzi şurası ilə birlikdə “Kütləvi kitabxanalar şəbəkəsində təşkilinin nümu-
nəvi qaydaları” adlı sənəd qəbul etdi. Burada bütün müttəfiq respublikalarda
kütləvi kitabxanaların vahid şəbəkəsinin qaydaları öz əksini tapmışdır. Onu
kitabxana işinin hüquqi təminatı sahəsində postsovet məkanında qəbul edilən
starateji əhəmiyyətli qərar hesab etmək olar.
1974-cu il may ayının 8-də qəbul edilmiş “Zəhmətkeşlərin kommunist
tərbiyyəsində və elmi - texniki tərəqqidə kitabxanaların rolunun artırılması
haqqında” adlanan bu qərar ölkədə kitabxana işinin daha da inkişaf et-
dilirlməsinə imkan yaratmışdır. Qərarda 1974-1980-ci illərdə dövlət kütləvi
kitabxana şəbəkəsinin mərkəzləşdirilməsi nəzərdə tutulurdu. 1980-ci ildə
Azərbaycanda kütləvi kitabxana şəbəkəsinin mərkəzləşdirilməsi başa çat-
mışdır. Həmin ilin göstəricisinə görə Azərbaycanda 69 mərkəzləşdirilmiş
kitabxana sistemi (MKS) yaradılmışdır.
1977-ci ilin yanvarında Dövlət İdarələrarası Kitabxanaçılıq Komis-
siyasının 2-ci iclasında “1976-1980-ci illərdə ölkədə kitabxana işinin inki-
şafının əsas istiqamətləri” adlı layihə bəyənilmişdir. Bu layihəni respub-
likalarda uğurla genişləndirmək məqsədilə tədbirlər planı işlənib hazır-
lanmışdır.
1984-cü ildə “SSRİ-də kitabxana işi haqqında əsasnamə” qəbul edildi.
Ölkə tarixində ilk dəfə təsdiq olunan bu əsasnamə bütün tip və növdə olan
kitabxanaların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Onların məq-
sədini, vəzifəsini, funksiyalarını konkretləşdirirdi.
1988-ci ildə Sov. İKP MK “İnformasiya cəmiyyəti konsepsiyasının işlə-
nib hazırlanması haqqında” qərar qəbul etdi. Lakin bu qərarda informasiya
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
44
cəmiyyəti məsələsinə kitabxanalardan kənarda baxılmasına cəhd göstərildi ki,
bununda kökündən yalnış olması sonrakı dövrdə üzə çıxdı.
Müstəqillik illərində kitabxana işinin hüquqi təminatı baxımından
Mədəniyyət haqqında qanun, Kitabxana işi haqqında qanun, Kitabxana quru-
culuğunun Dövlət Proqramı Azərbaycan kitabxanalarının hüquqi bazasının
formalaşmasına əsaslı təsir göstərmişdir. Bunun əsasında respublikada kitab-
xana işinin hüquqi bazası formalaşmışdır. Kitabxanaların fəaliyyətinin təkmil-
ləşdirilməsində Azərbaycanda kitabxana işinin hüquqi bazası prioritet təşkil
edir.
ƏDƏBİYYAT
1.
Kitabxana işinə dair normativ aktlar. Bakı: M.F.Axundov adına
Milli Kitabxana. 2004. 50 s.
2.
Xələfov A.A. XXI əsrin əvvələrində Azərbaycanda kitabxana işinin
əsas inkişaf istiqamətləri: Dərs vəsaiti. Bakı: 2006. 106 s.
3.
Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik III his. I h. Bakı:
2001. 398 s.
ON THE HISTORY OF THE LAW
E.Y.AHMADOV
SUMMARY
The paper presents regulatory acts and laws on library work on
different stages of development.
ИЗ ИСТОРИИ БИБЛИОТЕЧНОГО ЗАКОНOДАТЕЛЬСТВА
Е.Ю.АХМЕДОВ
РЕЗЮМЕ
В статье даны нормативных акты, указы о библиотечном деле на
разных этапах.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
45
İNFORMASİYANIN TƏSNİFATI
P.F.KAZIMİ
Bakı Dövlət Universiteti
Məqalədə informasiyanın təsnifatı müxtəlif istiqamətlərdə araşdırılır.
Kitabxanaların məlumatın toplanması, qorunması və istifadəyə verilməsində
vacib rolu həm tarixi, həm də müasir informasiya anlamında göstərilir.
İnsan cəmiyyəti yarandığı andan konkret informasiyalarla yanaşı,
informasiyanın ümumi xassə və xüsusiyyətlərini öyrənmək məqsədi ilə çox
sayda tədqiqatlar aparmış və nəzəriyyələr yaratmışdır. Təsadüfi deyil ki,
dünyanın üç böyük dini öz əsas kitablarında bu problemə mühüm yer
vermişdi. Quranın ilk nazil olmuş “Ələq” surəsi informasiyanın əldə etmək
vasitəsin olan oxumağı, elm öyrənməyi insanlar üçün zəruri olduğunu ifadə
edir. İncil kitabı informasiyanın təzahür formalarından biri olan “kəlam”
haqqında Yəhyanın müjdəsində deyir “Əzəldən kəlam mövcuddur, kəlam
Allahda olub və kəlam Allah olub” deyir. Belə bir yanaşma Tövratda da öz
əksini tapmışdır. İ.Ş.Yuzvişin “Основы информациологии” kitabında da
informasiya kainatın ümumi qenerativ əsasıdır, deyərək kainatın və canlı
aləmin yaranışının informasiyadan doğduğunu iddia edir. Informasiyanın
təsnifləşdirilməsi istəyi çox qədimlərdən başlanmasına baxmayaraq XX əsrin
60-cı illərində dünya elminin xüsusi diqqətini cəlb etməyə başladı. İlk dəfə
Yaponiyada informasiyalaşdırılmış cəmiyyət modelinin müvəffəqiyyəti mütə-
xəssisləri bu problemə həm nəzəri, həm də praktik aspektlərdən yanaşaraq
analız etməyə sövq etdi. İnformasiya imkanları geniş olan ABŞ 60-cı illərin
sonu 70-ci illərin əvvəllərindən başlayaraq Yapon informasiyaloji sistemini
qəbul və inkişaf etdirməyə başladı.
İnformatikada informasiya təbiətdə və cəmiyyətdə bizi əhatə edən
obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlu-
matlar olub, onların qeyri-müəyyənliyini aradan qaldırır.
Hər bir informasiya konkret verilənlər əsasında yaradılır. Verilənlər
material aləmdə baş verən hadisələrın siqnal formasında qeydiyyatıdır.
Verilənin informasiya olması üçün onun məlumata çevrilmə metodu məlum
olmalıdır. Əks təqdirdə verilən informasiya hesab edilmir və istifadəçi üçün
heç bir əhəmiyyət kəsb etmir. Məsələn, kağız üzərində yazı verilən olmasına
baxmayaraq, oxumağı bacarmayan insan üçün o, informasiya deyil. Bu ba-
xımdan informasiya verilənlərin və adekvat metodlarının qarşılıqlı əlaqəsinin
məhsulu olub, istifadəçi tərəfindən “başa düşülən”, istifadəçinin müəyyən
qərarların qəbul edilməsi, digər funksiya və hərəkətlərin yerinə yetrilməsi
üçün əhəmiyyətli olan verilənlərdir [16].
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
46
İnformasiya dinamik xarakterə malikdir. O, statik obyekt olmayıb, dina-
mik olaraq zamandan asılı olaraq dəyişir və obyektiv verilənlərlə subyektiv
metodların qarşılıqlı təsiri zamanı, başqa sözlə, informasiya prosesi zamanı
mövcud olur. Belə ki, verilənlər real siqnalların qeydiyyatı olduğundan öz
təbiətinə görə obyektivdir, metodlar isə konkret subyekt - insan tərəfindən
hazırlanan alqoritmə əsaslandığına görə subyektivdir. Bu səbəbdən eyni bir
verilən istifadə olunduğu metodun adekvatlığından asılı olaraq konkret anda
müxtəlif informasiya daşıya bilər [16].
İnformasiya maddi daşıyıcılar olan fiziki obyektlərdən, sosial, psixoloji
proseslərdən kənarda mövcud ola bilməz. İnformasiyanın varlığı məhz onun
hərəkətindədir. Daimi hərəkətdə olması ilə informasiya insanların tələbatını
ödəməklə onların qarşılıqlı münasibətlərinin və əlaqələrinin tənzimlənməsində
mühüm rol oynayır.
İnformsiyanın bir dinamik obyekt kimi digər maddi obyektlərdən
fərqləndirən xüsusiyyətləri onun əsas xassələrində ifadə olunur. Bu xassələr,
ilk növbədə informasiyanın keyfiyyət və kəmiyyət ölçülərini müəyyən edir.
İnformsiyanın keyfiyyət ölçüləri materiyanın hərəkət formalarından, insan-
ların düşüncə tərzindən, cəmiyyətlərin müxtəlifliyindən asılı olaraq müxtəlif
ola bilər [16].
İnformasiyalar təzahür formalarına, mübadilə üsuluna, zaman müd-
dətində dəyişməsinə görə, ötürülmə rejiminə və üsuluna görə fərqlənir.
İnformasiyanın təzahür forması verilənə tətbiq olunan çevirmə metodu ilə
müəyyən olunur. İnformasiyaları təyinatına görə elmi-texniki, sosial, biolji
və s. qruplarda təsnifləşdirmək olar [16].
Görkəmli Rus alimi R. F. Abdeev informasiyanı iki istiqamətdə-
informasiyanın növünə və informasiyanın strukturlarına görə təsnifləşdirir.
Onun fikrincə informasiyanı həm növünə və həm də strukturuna görə 3 böyük
qrupda qruplaşdırmaq olar. Belə ki, informasiyanı növünə görə aşağıdakı
kimi:
1)
Qeyri - üzvi təbiətdə baş verən proseslərə xass fiziki informasiya;
2)
Canlı təbiətdə baş verən və onun strukturunu müəyyən edən bioloji
informasiya;
3)
İnsan cəmiyyətində fərdlər arasında kommunikasiya prosesi zamanı
ötürülən sosial informasiya;
İnformasiyanı strukturuna görə isə aşağıdakı kimi qruplaşdırmaq olar:
1)
Qeyri üzvi təbiətdə təbii meydana gələn informasiya strukturları.
2)
Üzvi təbiətdə təbii meydana gələn informasiya strukturları.
3)
İnsanların məqsədyönlü fəaliyyəti nəticəsində yaradılmış süni
informasiya strukturları. Bunu ikinci təbiət və ya noosfera da
adlandırırlar.
İ. Ş. Yuzvişin də informasiyanı iki formada təsnifatlaşdırır:
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
47
1)
Kainatın təbii informasiyası. Bura daxildir.
Özünə münasibət və özünüifadə.
Kainatın özünüifadə informasiya qenezesi.
İnformasiya prosesləri.
İnformasiya resurları.
Personal enerqo bioloji informasiya resursları.
Enerqobioloji informasiya prosesləri.
İnformasiya hadisələri.
İnformasiya qanunları.
İnsan yaddaşındakı biliklər.
2)
İnsan tərəfindən yaradılmış süni informasiya. Buraya daxildir.
İnformasiyaloji proses. (Qeyd edək ki, kitabxanalar da bu
prosesdə iştrak edir).
İnformasiyaloji resurslar. (Qeyd edək ki, müxtəlif kitabxana
fondları da İnformasiyaloji resurslara aiddir).
İnformasiyaloji texnologiyalar. (Qeyd edək ki, kitabxana-
informasiya texnologiyaları informasiyaloji texnologiyalara
aiddir).
İnformasiyaloji eksperimentlər. (Kitabxanalarda da o cüm-
lədən)
İnformasiyaloji ideya və metodlar. (Kitabxanalarda da o
cümlədən)
İnformasiyaloji müharibələr. (Kitabxana fondlarını əhatə edir)
Dövlətin İnformasiyaloji qalxanı. (Kitabxana siyasətinin həyata
keçirilməsi zamanı istifadə olunur)
İnformasoloji enerqobioloji texnologiyalar.
İnformasoloji kompyuter texnologiyalrı. (Kitabxana fəaliy-
yətində tətbiq olunur)
İnformasiyaloji texniki vasitələr. (Kitabxana fəaliyyətində tət-
biq olunur)
İnformasiyaloji hüquqi fəaliyyət. (Kitabxanaların fəaliyyətini
tənzim edir.)
Kitablarda olan biliklər.
Dünyanın vahid rəqəmsal informasiya mühiti. (Kitabxanaların
lokal və inteqral sistemlərə daxil olması ilə)
Göründüyü kimi R.Q.Abdeyevin ikinci bloka daxil etdiyi bütün istiqamətlər
kitabxana fəaliyyətinin müxtəlif istiqamətləri ilə səsləşir. Deməli kitabxanalar
cəmiyyətin noosferini təşkil edir.
Beləliklə, bir çox alimlərin informasiyanı ilkin olaraq iki hissəyə,
təbii və süni informasiya kütləsinə bölünməsini müşayiət edirik. Süni in-
formasiya kütləsini noosfer adlandıranlar çox olmuşdur. Noos - qədim Yunan
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
48
dilində insan şüuru deməkdir. Uyğun olaraq noosfera - insan şüuru sferası
kimi anlaşılır. Bu termin B.İ.Vernadskinin 1927-ci ildə Sarbon universitetində
etdiyi mühazirədən sonra Fransız riyaziyyatçısı və filosofu Eduard Lerua tərə-
findən elmi dövriyəyə daxil edilmişdi. Noosferin böyük bir informasiya
kütləsini sosial informasiya təşkil edir.
İ.Panarin sosial informasiyanı xarakterizə edərək, ilkin olaraq onu ahətə
etmə dərəcəsinə və davam etmə müddətinə görə aşağıdakı kimi təsnif edir:
Ahətə etmə dərəcəsinə :
1)
Milli;
2)
Reqional;
3)
Kontinental;
4)
Qlobal.
Davam etmə müddətinə görə:.
1-
Qısamüddətli
2-
Ortamüddətli
3-
Uzunmüddətli
İnformasiya məzmununa görə - pozitiv, neqativ və neytral ola bilər.
İnformasiyanın çatdırılması məqsədlərinə görə - inandırmaq, təsir etmək, əks
reaksiyanın ifadəsi, kompromentasiya, yeni dəyərlərin yaradılması kimi də
təsnifləşdirmək olar. İnformasiya KİV, xüsusi xidmətlər, qeyriformal əlaq-
ələr, diplomatik mənbələr, biznes strukturlar vasitəsi ilə çatdırıla bilər və
müvafiq olaraq, çatdırılması üsuluna görə təsnifatlaşdırıla bilər .
V.T.Afanasev “Sosial informasiya” kitabında onun tiplərini və
növlərini müəyyənləşdirir [2]. Sosial informasiyanın tiplərini:
1.Keçmiş haqqında.
2. Hazırki zaman haqqında.
3. Gələcək haqqında, buraya isə
a) proqnostik b) planlı
Sosial informasiyanın növlərini:
1.İstiqamətinə görə;
a) Harizontal
b) Vertikal.
2.Sərhədlərinə görə:
a) daxili
b) xarici.
təsnifləşdirir.
T. Əliyevin “İnformasiyanın iqtisadiyyatı” [13] əsərində müəssisənin idarə
edilməsi aspekində informasiyanın təsnifatı verilir. Bu təsnifatın 9-cu böl-
məsində faydalı, yalan və artıq informasiya kimi ümumiləşmə diqqətimizi cəlb
edir. Təqdim olunan yalan informasiyanı
1. Dez informasiya.
KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№ 1 (4) 2011
49
2. Səhv informasiya.
3. Epizotik informasiya kimi təsnif etmək olar. Əgər dezinformasiya
məqsədyönlü dövriyəyə buraxılırsa, səhv informasiya məlumatın yaranması,
ifadəsi və ötürülməsi zamanı baş verə bilən yanlışlıq, qeyri peşəkarlığın nəti-
cəsi ola bilər. Epizodik informasiya korparativ maraqlardan tam ötürülməyə
bilər və ya müxtəlif məqsədlər daşıyır.
Sovet Hakimiyyəti illərində iki qrup informasiya dəyərli hesab edilirdi.
Siyasi və ideoloji informasiya və normativ texniki sənədlərin ifadə etdiyi texni
informasiya idi. Birinci qrup dövlət və ideoloji təhlükəsizliyin təməli olduğu
üçün daha çox dövlət qayğısına məruz qalırdı. Həmin dövrdə Avropa ölkələri
informasiyanı əsasən iki qrupa bölürdü. Kütləvi və xüsusi informasiya kimi
müəyyənləşən bütöv informasiya kütləsinin birinci hissəsi tam bazar münasi-
bətlərinin ixtiyarına verilmişdi. İkinci qrup informasiya siyasi ideoloji preori-
tetləri iqtisadi preoritetlər müəyyənləşərək dövlət dəstəyinə malik idi. Bu elmi
texniki tərəqqini təmin edən xüsusi təyinatlı informasiya idi. 70-80-ci illərdə
ABŞ və Avropa ölkələrinin informasiyalaşması prosesində xüsusilə, dünya
ölkələrində isə qismən böyük həcmdə dezinformasiya kütləsi məqsədəuyğun
şəkildə dövriyəyə daxil edildi. Qərb və Şərq blokları arasında ideoloji qarşı-
durma zamanı siyasi və ideoloji dezinformasiya fonunda aparılan informasiya
müharibəsi ilə yanaşı texnokratik informasiyanın da tərkibi qarışdırılırdı.
Müasir dövrdə qlobal informasiya xaosunu idarə etmək məqsədi ilə çox
sayda beynəlxalq və regional təşkilatlar yaranmış və fəaliyyət göstərmək-
dədirlər.
İnformasiya cəmiyyəti şəraitində informasiya dəyər yaradan faktordur.
Bu baxımdan respublikamızda informasiyanın iqtisadiyyatı aspektində təd-
qiqatlar təqdirəlayiq haldır.
İ.İ.Yuzvişin informasiyanın təsnifatını verərkən elm və fəaliyyət sahə-
lərini bütünlüklə ümumiləşdirərək qruplaşdırır və ardıcıl sadalayır. Bu zaman
informasiyanın nə mahiyyətinə, nə də tarixi təcrübəyə əhəmiyyət vermir.
Ondan fərqli olaraq bir qrup digər rus alimləri informasiyanın mahiyyətinə
vararaq abstrakt informasiya, dez informasiya, sənədli informasiya və mötəbər
informasiya kimi kateqoriyalar müəyyənləşdirirlər. Müasir dövrün tələbləri
çərçivəsində informasiyanın təhlükəsizıiyi kimi problemlər gündəmə çıxır.
İnformasiya təhlükəsizliyi dövlət təhlükəsizliyi, milli maraqlar və dövlət
maraqları kimi son dərəcə vacib vəzifələrin fonunda baxılır və araşdırılır.
T. L. Partika və İ. İ. Popov informasiya təhlükəsizliyini üç istiqamətdə.
1) Şəxsiyyətin təhlükəsizliyi; 2) Cəmiyyətin təhlükəsizliyi; 3) Dövlətin
təhlükəsizliyi kimi qruplaşdırır və hər üç istiqaməti geniş şərh edir. Bu
istiqamətdə informasiya silahı anlayışına aşağıdakı kimi tərif müəyyənləşdirir.
“İnformasiya silahı məhv etmək vasitəsidir, informasiya massivlərinin
oğurlanması və ya təhrif edilməsi, informasiyadan istifadəni məh-
|