Filologiya məsələləri – №5, 2014
424
Aytan Gurbanova
The features of artistic portrait
(On stories written in the begining of XX century)
Summary
The article is about the art of portrait. Based on the analysis of many of the
stories written in the early twentieth century, explores the different types of
portraits. The article tells about the 1920- 1930 years of literary portraits narrations.
J. Memmedguluzade, S. Huseyn, Gantemir, G.V. Džemenzeminoi shows how to
create portraits of professionals. Researchers explored various portraiture in the
world literature. Portrait of stories written in the early twentieth century was the era
depicted in typical people. A series of stories written before and after the
Revolution a century played the most characteristic images.
Rəyçi: Professor Şirindil Alışanlı
Filologiya məsələləri – №5, 2014
425
MEHRAM FƏRƏCOVA
AMEA Ədəbiyyat İnstitutu
mehram.faracova @mail.ru
ORXAN VƏLİ POEZİYASINDA FOLKLOR
MOTİVLƏRİ
Açar sözlər: ənənə, folklor, motiv, mənbə, element, inikas
Ключевые слова: традиция, фолклор, мотив, источник, элемент, отражение
Key words: tradition, folk, motive, sourse, elements, reflection
Türk poeziyasında yeni mərhələ yaratmış Orxan Vəli Kanıkın yaradıcılığının
təsirləndiyi bir neçə mənbə var. Bunlardan ən əsas olan isə Qərb şeiri (xüsusilə
fransız şeiri) və türk xalq ədəbiyyatıdır. Hər iki mənbənin onun şeirlərində spesifik
yeri olduğunu qeyd edə bilərik. Yaradıcılığının ilk mərhələsində türk xalq şeirinin
təsirindən əsaslı olaraq bəhs edə bilməsək də, sonrakı mərhələdə bu təsirin izlərinə
aşkar şəkildə rast gəlirik. Tədqiqatçıların bu məsələ ilə əlaqədar mülahizələri
müxtəlifdir:
1.
Bəziləri xalq şeirinin təsirinin Orxan Vəli yaradıcılığında nəzərəçarpacaq
dərəcədə olduğunu göstərir (1,25).
2.
Bəzi tədqiqaqçılar isə bu əlaqənin elə də geniş olmadığını qeyd edirlər ((2,
284), (3,93)).
Orxan Vəli türk xalq şeirinə ümumi baxışları əvvəldən müsbət olub:
yaradıcılığının ilk mərhələsində bu, münasibət olmaqla qalıb; ikinci mərhələdə isə bu
müsbət münasibətin yaradıcılığında təzahürünün şahidi oluruq: “Gözlərin”(4,41),
“Hicrət II”(4,38), “Məzar daşı kitabəsi”(4,47), “İstanbul nəğməsi”(4,71), “Yol
nəğmələri”(4,34), “Birəli şeir”(4,130), “Gəlirli şeir”(4,143) və s.
Orxan Vəli türk xalq şeir ənənəsini öz yaradıcılığında müxtəlif aspekt-lərdən
istifadə edib: forma, dil, mövzu və s. Bu istifadə çox böyük həcmli olmasa da,
şeirlərdə spesifik tərzdə təzahürünü göstərir və şairin yaracılığında əhəmiyyətli bir
qol təşkil edir.
Onun “Gözlərin” adlı şeiri türk xalq ədəbiyyatında lirik növün janrlarından
olan “təkərləmə” (yanıltmac) tərzində yazılıb:
Gözlərim,
Gözlərim nerde?
Şeytan aldı götürdü,
Satamadan gətirdi.
Gözlərim,
Gözlərim nerde? (4,41)
Şairin “Hicrət II” şeiri, ümumilikdə, şifahi ədəbiyyatın xüsusiyyətlərini
daşımasa da, son misralarda müəyyən elementlər var. Hakan Sazyek bunun “fal”dan
Filologiya məsələləri – №5, 2014
426
yararlanma olduğunu qeyd edir: “... bu şeirin səkkizinci misrası falın istifadə
olunduğu cümlə quruluşunu xatırladır” (2,276).
..................
Yol mu, para mı, mektup mu;
Bir düşündüyü var. (4,38)
O. Vəlinin xalq şeirinə marağı bəzən iqtibaslara gətirib çıxarır. “Məzar daşı
kitabəsi III” şeirində bayatının (türk şeirində mani – M.F.) iki misrası olduğu kimi
istifadə edilib:
Yalnız şu beyit kaldı,
Kahve ocağında, el yazısıyle:
“Ölüm Allahın emri,
Ayrılıq olmasaydı”. (4,47)
Şeirdəki “Kendi gitti, ismi bile kalmadı yadigar” misraları da aninimləşmiş
bir misranın təkrarıdır. Rıza Filizok bu şeirin məşhur “Havada bulut yok” nəğ-
məsiylə də yaxın bir oxşarlığının olduğunundan bəhs edir: “ Orxan Vəli əsgərin ma-
cərasını fərdi bir macəra halına gətirə bilmək üçün bu nəğmədəki bəzi ünsürlərdən
yararlanır. Onu
Kışlanın önündə redif sesi var
Bakın çantasına, acep sesi var
Bir cift kundurayla bir de fesi var.
Misralarında olduğu kimi çantasıyla və geyimiylə fərdiləşdirir:
Tüfeğini deppoya koydular,
Esvabını başkasına verdiler.
Artık ne torbasında ekmek kırıntısı,
Ne matrasında dudaklarının izi” (3,107).
O. Vəlinin bu şeirində xalqdan olan bir insanı, bir əsgəri anladarkən xalq
nəğməsindən hansı ölçüdə və nə dərəcədə istifadə etdiyi aydın görünməkdədir.
“Məzar daşı kitabəsi III” şeirindəki folklordan yararlanma usulundan “İstanbul
nəğməsi”ndə də istifadə edir. Lakin buradakı məqam bir az fərqlidir. Əvvəlki şeirdə
bayatının son iki misrasını iqtibas etmişdisə, burada bir nəğməni bütün mətni ilə
şeirin içinə yerləşdirib. Digər fərqli cəhət isə bu iqtibasın işlənmə səbəbidir. Hakan
Sazyek buna belə aydınlıq gətirir: “Əvvəlki şeirdə bir başqasının dünyasını
yansıtmaq məqsədilə işlətdiyi xalq şeirini bu dəfə öz mənəvi aləmini, ruh
vəziyyətini göstərmək niyyətiylə istifadə edir” (2,278).
“İstanbul nəğməsi” şairin xalq nəğmələri üslubunda yazdığı ən əhəmiyyətli
şeirlərdən biridir. Dörd bənddən ibarət şeirin birinci bəndində şair özünü tanıdır:
Filologiya məsələləri – №5, 2014
427
İstanbulda, boğaziçinde,
Bir fakir Orxan Vəliyim;
Velinin oğluyum,
Tarifsiz kederler içinde.
Urumelihisarına oturmuşum;
Oturmuş da bir türkü tutturmuşum: (4,74)
İkinci və üçüncü bəndlərdə bir xalq nəğməsini bütünlüklə iqtibas edir:
“İstanbulun mermer taşları;
Başıma da konuyor, konuyor aman, martı kuşları;
Gözlerimden boşanır hicran yaşları;
Edalım,
Senin yüzünden bu halim”.
...................................................... (4,74)
Dördüncü bənd isə birinci bəndin təkrarıdır.
Rıza Filizok bu şeiri şairin xalq ədəbiyyatı ilə əlaqəsində ən yaxşı nümunə
hesab edir: “Orxan Veli xalq ədəbiyyatından forma, məzmun, mövzu və s. almaqla
onlar vasitəsiylə tamamilə özünəməxsus bir şeir yaratmışdır. Bu, xalq şeirini taqlid
etməkdən, yaxud o şeiri inkişaf etdirməkdən, onun davamı olmaqdan fərqli bir
vəziyyətdir. Bu şeirdəki nəğmə də şairin məqsədinə çatmaq üçün istifadə etdiyi
vasitələrdən biridir” (3,99)
Ümumiyyətlə, bu şeir ətrafında uzun sürən mübahisələr yaratdı. Bir şeirdə
folklordan belə geniş miqyasda istifadə olşunmasını Orxan Vəlinin təsir altında
qalmasıyla əlaqələndirənlər də oldu. Bu şeirə görə onun yaradıcılığını əvvəllər
müsbət qarşılayanlar əleyhinə yazılar yazmağa başladılar ((5),(6,4)).
Bu paradoks münasibət isə Orxan Vəlinin heç bir çərçivəyə, ölçüyə sığmayan
yeni şeirləri və ənənəyə bu qədər yaxın olan şeirləri arasındakı ziddiyyətin özündən
qaynaqlanırdı.
“İstanbul nəğməsi” ənənəyə məxsus olan cəhətlərin fərdi üslubda birləş-
məsinin uğurlu nümunəsi sayıla bilər.
“Yol nəğmələri” şeiri O. Vəlinin türk xalq şeirindən yararlanmanın əhatə
dairəsinə və ölçüsünə görə öndə gələn nümunələrindəndir. Şeirin adı, xalq
nəğmələnin iqtibası (12 nəğmə), ümumi forma tərzi və s. ənənənin şeirdə üstünlüyü
ilə nəticələnir. Bu, şairin ən uzun şeiridir, 174 bənddən ibarətdir. “Dastan kimi” də
adlanan şeirdə şair Anadolu insanını və özünü nəğmələr vasitəsiylə ifadə edərək
nəğmələrdən ibarət bir yolçuluq dastanı yaratmağa çalışıb.
Şeir Hərəkədən başlayıb Zonquldaqda bitən bir yolçuluğun hekayəsidir. O,
yol boyu gördüklərini təsvir edir (bu, müəyyən qədər bizim “səfərnamələri” də
xatırladır – M.F.). Şair gördüklərinin onda yaratdığı, oyandırdığı duyğu və hisslərini
xalq nəğmələrindən yararlanaraq dilə gətirir:
“Herekeden çıktım yola,
Selam verdim sağa sola,
Filologiya məsələləri – №5, 2014
428
Haydi, benim bu dünyaya qarip gelmiş şairim,
Yolun açıq ola!” (4,84)
“Ada yolu kestane
Aman dökülür tane-tane”. (4,85)
.................................
“Uy neyimiş neymiş, aman-aman,
Kaderim böyle imiş,
Yar üstünə yar sevmek, aman-aman,
Ateşten gömleğimiş” (4,89)
.................................
Siyah axar Zonquldağın deresi,
Yüz karası deyil, kömür karası;
Böyle kazanılır ekmek parası”.
Gemiler vardı limanda gemiler
Her biri yeni bir ufuka gider. (4,89)
“Yol nəğmələri” ümumi quruluş baxımından Faruk Nafız Çamlıbelin “Xan
divarları” şerinə də bənzədilir ((2,281),(3,100)). Bənzərliklərlə yanaşı fərqli mə-
qamların da təzahürü olduğunu qeyd etməliyik. F.N. Çamlıbeldə diqqət mərkəzində
təbiət, O.Vəlidə isə insandır. “Xan divarları”nda qoşma janrından, “Yol
nəğmələri”ndə nəğmələrdən istifadə olunub və s.
“Yol nəğmələri”ndən sonra yazılan “Birəli şeir” də xalq ədəbiyyatının forma
baxımından ən çox tətbiq olunduğu nümunə kimi təqdim oluna bilər. Hakan Sazyek
burada “səmai”, “dastan”, “bayatı” elementlərindən istifadə edildiyini göstərir
(3,281). Şeirin “aaba” qafiyə sistemi bayatıdan alınıb. “Amma heca sistemi
“səmai”yə tam uymur, burada 7, 9, 10 hecalı misralar da var (2,281). Rıza Filizok
“kimi” sözü ilə başlayan misralarda xalq şairi Məstinin “İnsan dastanı” adlı şeiri
ilə oxşarlıq olduğunu göstərir (3,108).
Kimi peyğambere inanır; (9)
Kimi saat köstek donanır; (9)
Kimi katib olur, yazı yazar; (10)
Kimi sokaklarda dilenir. (9) (4,130)
Bu şeir, sadəcə, xalq şeir ənənəsindən istifadəyə görə deyil, həm də müəyyən
ictimai motivlərin ironik şəkildə ( ironiya O.Vəli şeirlərinin, demək olar ki,
əksəriyyətini əhatə edir) təzahürü və inikası ilə diqqət çəkir:
Bu düzen böyle mi gidecek?
Pireler filleri yutacak;
Filologiya məsələləri – №5, 2014
429
Yedi nüfuslu haneye
Üç buçuk tayın yetecek? (4,130)
“Birəli şeir” həm quruluş, həm məzmun, həm də müəyyən deyimlərin
istifadəsi aspektindən xalq şeir ənənəsiylə yazılmış digər şeirlərdən fərqli məqama
malikdir: “Xalq şeirindən daima iqtibas üsuluyla istifadə edən şair ilk dəfə olaraq
“Birəli şeir”də onunla tam bir əlaqə qurub” (2,282).
“Gəlirli şeir” də şairin folklor motiv və elementlərindən istifadə etdiyi
şeirlərdən biridir. Yeddi misradan ibarət şeirin birinci, ikinci, dördüncü misralarının
sonunda “nar gəlir”, “yar gəlir” və “dar gəlir” sözlərinin işlənməsi cinas şeirlərin
təsiri və bu təsirin təzahürü kimi dəyərləndirilə bilər:
İstanbuldan ayva da gelir, nar gelir,
Döndüm baktım, bir edalı yar gelir,
Gelir desen dar gelir;
Gün aşırı alacaklılar gelir.
Anam anam,
Dayanamam
Bu iş bana zor gelir. (4,143)
Təbii ki, şair cinas söyləmək üçün bu şeiri yazmayıb. Cinas şairin məqsədinə
çatması üçün işlədilən ədəbi priyomdur. Bu şeirdə də Orxan Vəli yaradıcılığının
əsas prinsiplərindən olan heyrətləndirmə və yanıltmanın aparıcı və hakim mövqeyi,
ilk misralarla son misraların arasında ilk baxışdan uyğunsuzluq kimi görünən
ziddiyyət şairin məqsədinin uğurlu həllini təmin edib.
Orxan Vəlinin bəzi şeirlərində nağıl və əfsanələrdən gələn bəzi elementlər,
ünsürlər də öz inikasını tapıb. Dini mövzuda olan “Buğda” şeiri Yusif-Züleyxa və
Həzrəti Ömərin hekayəsi əsasında yazılıb. Şeir Yusifin qardaşlarının buğda üçün
karvanla yola çıxmasıyla başlayır. “Yusifin qardaşlarının buğda istəmək məqsədiylə
yola çıxmaları Yəhya Bəyin “Yusif-Züleyxa” adlı məsnəvisində:
Bu on kardeş uyup bir karbana
Diyarı Mısra dek oldu revane
Misralarıyla anladılmışdır (3,105).
Şair iknci bənddə yusifin quyuya salınması ilə əlaqəli bir əhvalatdan istifadə edib.
Okundan ayrılmak üzere yay,
Kuyuların ağzı genişledi.
Okundan ayrılmak üzere yay,
Korku ta kemiğime işledi. (4,160)
Daha sonra Həzrəti Ömərin ac uşaqlarını ovundurmağa çalışan anayla bağlı
rəvayətini xatırladan bir dördlük verilir:
Filologiya məsələləri – №5, 2014
430
Eriyecek tencerede kalay,
Çocuklar ağlamasınlar dağda.
Eriyecek tencerede kalay,
Yetişmeyecek Ömer imdada. (4,161)
“Nağıl” və “Yuxu” şairin nağıl motivlərinin istifadə edildiyi şeirləridir.
“Nağıl” şeirində şair uşaqlıq dövrünə duyduğu həsrəti dilə gətirir. Bu həsrətə səbəb
isə uşaq ikən bütün qayğı və problemlərin içində ola-ola qayğısız yaşamaqdır. Nağıl
dinləyəyn Orxan Vəli bu rahatlığın içindədir: o, bir tərəfdən anasına qısılıb, digər
tərəfdən alaylarla “Qaf dağına hərəkət” etməkdədir. Beləcə folklor mövzusu şeirə
folklor ünsürləri gətirib:
Çocuk könlüm qayğılardan azade;
Yüzlerde nur, ekinlerde bereket;
At üstünde mor kaküllü şehzade;
Unutmaya başladığım memleket.
Şakağımda annemin sıcak dizi,
Kulağımda falçı kadının sözü,
Göl başında padişahın üç kızı,
Alaylarla Kafdağına hareket. (4,172)
“Yuxu” şeirində də nağıl motivləri öz inikasını tapıb. Şair iki bəndlik şeirdə
bir neçə nağıldan təsirlənərək lakonik şəkildə istifadə edib. Şeirin ümumi
tendensiyası və şairin yuxudaykən nağıl qəhrəmanlarının yaşadıqlarını görməsi
folklor motivinin maraqlı təzahürüdür:
Üzerinde beni uyutan minder
Yavaş-yavaş girer ılık bir suya,
Hinde doğru yelken açar gemiler,
Bir uyku alemine doğar dünya
Sırça tastan sihirli su içilir,
Keskin Sırat koç üstünde keçilir,
Açılmayan susam artık açılır,
Başlar yolu cennete giden rüya. (4,173)
Maraqlıdır ki, tədqiqatçılar arasında folklorla əlaqəli bu şeirin adını yalnız
Rıza Filizok qeyd edib.
Tədqiqatçılar tərəfindən folklorla əlaqəsi olan şeirlər arasında “Qarmaqarı-
şıq” şeirinin də adı çəkilir. Biz bu nümunəni xalq ənənəsi ilə əsaslı olaraq əlaqəli
hesab etməsək də, R. Filizok bu şeiri nağıl ünsür və motivləriylə zəngin gözəl bir
nümunə kimi təqdim edir (3,106).
Bir okla yaralı kalbim,
Boyacının sandığında;
Filologiya məsələləri – №5, 2014
431
Güvercinin kağıt helvasında;
Sevgilim kayığın burnunda;
Yarısı balık,
Yarısı insan;
İnmiyim?
Cinmiyim?
Benmiyim? (4,58)
Təbii ki, bu şeirdə xalq şeirinin müəyyən elementləri olmasını qəbul edirik
(bax 5-6-cı misra). Amma “Nağıl” və “Yuxu” şeirləriylə müqayisədə burada
folklor motiv və elementləri hakim deyil, sadəcə xatırlatma mövqeyinə malikdir.
Orxan Vəlinin şifahi ədəbiyyatla əlaqəsi həm də başqa aspektdə də öz
bəhrəsini verib. O, Molla Nəsrəddin lətifələrindən 70-ni nəzmə çəkərək “Nasrettin
Hoca hikayeleri” adıyla nəşr etdirib (7).
Əvvəldən də qeyd etmişik ki, Orxan Vəli xalq şeirinə, xalq dilinə hər zaman
rəğbət duysa da, ondan əsaslı şəkildə istifadəyə yaradıcılığının ikinci dövründə
başlamışdır. Əlbəttə, bu istifadənin onun yaradıcılığını əhatə etməsini fikrini
söyləmək absurd olar. Folkloru onun yararlandığı bir mənbə kimi təqdim etmək
daha məntiqlidir.. Belə bir sual meydana gəlir: şair nə üçün buna ehtiyac duyub?
Zənnimizcə, bunun iki səbəbi olub:
1.
Bu, şairin yaradıcılıq manifestində öz əksini tapıb: “ Hər şey kimi şeir də
onların (xalqın – M. F.) haqqıdır, onların zövqünə xitab etməlidir” (4,22)
2.
Digər səbəb isə zaman keçdikcə şeirin həm də gözəlliyə, formaya malik
olması fikrini qəbul edən şairin bunun ən rahat ifadə vasitəsinin xalq dilində və
ənənəsində olduğunu anlamasıdır.
Yaradıcılığının ilk illərində bütün ənənələri inkar edən Orxan Vəli illər
keçdikdən sonra bir müsahibə zamanı əvvəlki kimi şeirlər yazmadığını, xalq
şeirindən istifadə etdiyini etiraf edir: “O zaman şeirin ustalığa əsaslandığını
bilməmişik. Bu gün o şeirlərdən ayrıldıq. Xalq ədəbiyyatından istifadə edirik”(8).
Şairin folklordan istifadəsini fərqli aspektdə şərh edənlər də var. Memet Fuat
xalq ədəbiyyatı ənənəsindən istifadəni Orxan Vəlinin xalqın rəğbətini qazanmaq
üçün əl atdığı yol olduğunu vurğulayır (9,22). Zənnimizcə, bu fikir bir qədər
mübahisəlidir. Orxan Vəli yaradıcılığı boyunca kimə və nəyə görəsə deyil, öz
konsepsiyası ilə hərəkət edib: onun üçün hər şey, həmçinin sənət də sadə insanlar –
xalq üçündür. Onun şeirlərində əl atdığı folklordan istifadə bu konsepsiyaya xidmət
edən ədəbi priyomlardan biridir.
Bütün mülahizələrə yekun vuraraq gəldiyimiz nəticə və müddəalar bunlardır:
1.
Orxan Vəli yaradıcılığının əsas qaynaqlarından biri də türk xalq
ədəbiyyatıdır;
2.
Şair bu qaynaqdan əsaslı şəkildə yaradıcılığının ikinci mərhələsində
yararlanmağa başlayıb;
3.
Bu yararlanma əksər hallarda iqtibas üsuluyla inikasını tapıb (“Məzar
daşı kitabəsi”, “İstanbul nəğməsi”, “Yol nəğmələri”);
Filologiya məsələləri – №5, 2014
432
4.
“Birəli şeir” şifahi xalq ədəbiyyatı motiv və elementlərinin istifadə üsul və
dərəcəsinə görə uğurlu nümunələrdən biri sayıla bilər;
5.
Şair şifahi xalq ədəbiyyatından həm forma, həm mövzu, həm də hazır
mətnlər şəklində (iqtibas) istifadə edib;
6.
Şeirləri arasında dini mövzudan qaynaqlananlar da var (Buğda);
7.
Molla Nəsrəddin lətifələrini ustalıqla nəzmə çəkib;
8.
Şairin folklordan istifadəsinə iki səbəb göstərilə bilər: 1. Şeirin xalqın
zövqünü oxşamalı olduğu üçün; 2. Şeirin gözəlliyinin xalq diliylə ifadəsinin
rahat olduğu üçün;
9.
Orxan Vəlinin şeirlərdə şifahi xalq ədəbiyyatından istifadə onun hər şey
xalq üçün konsepsiyasından irəli gəlib.
Əlavə. Orxan Vəli yaradıcılığında xalq ədəbiyyatının təzahürü
QAYNAQLAR:
1. Меликли Т. Литература Турции:корни и крона. Москва, Русанова,
1998,159cтр.
2. Sazyek Hakan. Cümhuriyet dönemi türk şiirinde Garip Hareketi. Ankara, Akçağ
Yayınları, 2006, 572 səh.
Filologiya məsələləri – №5, 2014
433
3. Filizok Rıza. Şiirimizde halk edebiyatı üzerine notlar. İzmir, Ege Universitesi
Basımevi, 1991, 111 səh.
4. Orhan Veli Kanık. Bütün şiirleri. İstanbul, Yapı Kredi Yayınları, 2008, 247 səh.
5. Oktay Akbal. Vazgeçemediğim üzerine bir konuşma. Vakit qazetesi, 16. 04.
1945.
6. Nurullah Ataç. Halk Şiiri. Varlık, s: 389, 01. 01. 1982
7. Orhan Veli Kanık. Nasrettin hoca hikayeleri. “Üsküp” Nova Makedoniya
Basımevi, 1964, 80 səh.
8. Suat Faik. Rakı şişesinde balık olmak isteyen şair. “Yedi gün”, 02. 02. 1947.
9. Memet Fuat. Çağdaş türk şiiri antolojisi. İstanbul, Adam yayınları, 1991, 651 səh.
10. Bezirci Asım. Orhan Veli. İstanbul, Gözlem yayınları, 1979, 206 səh.
11. http://...//edebialem.com/garip-akimi-hakkinda/html/
12. http://...//türkceliler.com/garip_akimi.html/
Mehram Faradjova
The folk motives in Orkhan Veli’s poetry
Summary
National poems in the works of Orkhan Veli – the founder of a new branch in
Turkish poetry. It is said that the poet used the folk motives in his poetry in the
second half of his creative activity. The author also explains the janres, forms and
characteristic features of the poems of Orkhan Veli with his motives and elements
in them. The reason of Orkhan Veli’s use of folk is also shown here.
Mехрам Фараджова
Фолклорные мотиви в поэзии Орхана Вели
Резюме
Dostları ilə paylaş: |