V.
Ağac konstruksiyalı materiallarının keyfiyyətinin
laboratoriya üsulu ilə ekspertizası
Ağac-inşaat materialların keyfiyyətinin ekspertizası zamanı tətbiq olunan
metodlardan biri də laboratoriya metodudur. Bu metodla ağacın bir sıra fiziki-
mexaniki xassələri, həmçinin kimyəvi xassələri ekspertizadan keçirilir.
Laboratoriyada xassələrin keyfiyyəti normativ texnuku sənədlərə əsasən təyin
olunur. Buraxılış işimdə bəzi xassə göstəricilərinin ekspert qiymətləndirilməsi işdə
öz əksini tapmışdır. Bunlara əsasən aşağıdakılar aiddir:
Ağacların rütubətinin təyini.
Ağacın rütubəti onun möhkəmliyinə, xüsusi çəkisinə və başqa xassələrinə
təsir edir. Rütubəti təyin etmək üçün 20x20x30mm ölçüdə nöqsansız ağac
nümunəsi götürüb, tozdan və çirkdən təmizlədikdən sonra çəkisi məlum olan kip
qapaqlı byüksə yerləşdirərək 0,001q dəqiqliklə çəkirlər. Byüksi nümunə ilə
birlikdə quruducu şkafda yerləşdirib 100-105
0
c hərarətdə sabit cəkiyə qədər
qurudurlar. Bir sıra təkrar çəkməklə sabit çəkini müəyyən edirlər. Birinci çəkini
yumşaq ağac cinslərində 6 saatdan, bərk ağac cinslərində isə 10 saatdan sonra
aparırlar; təkrar çəki isə hər iki saatdan bir aparılır. Hər çəkidən qabaq nümunə
olan byüksü qruducu şkafda qapağını bağladıqdan sonra eksikatorda otaq
hərarətində soyudurlar. İki çəki arasındakı fərqi 0,002q olduqda sabit çəki alınmış
hesab olur. Rütubəti faizlə aşağıdakı düsturla hesablayırlar:
100
1
1
m
m
m
W
(1)
Burada W – ağacın rütubəti, %-lə;
m – qurudulmadan əvvəl nümunənin çəkisi, q-la;
m
1
– qurudulduqdan sonra nümunənin çəkisi, q-la.
32
Üç paralel tədqiqat aparılır və onlardan rütubətliyin orta kəmiyyətini qəbul
edirlər. Ağacların rütubətliyi (%-lə) təzə kəsilmiş ağac üçün 35 və daha çox,
havada qurudulmuş 15-20 və otaqda qurudulmuş 8-13 olmalıdır. Ağacların
standart üzrə rütubətliyi isə 15% hesab edilir.
Dostları ilə paylaş: |