Baltik xalqları Baltik xalqlar və ya Baltlar


Beşinci respublikanın daxili siyasati



Yüklə 126,98 Kb.
səhifə16/31
tarix02.01.2022
ölçüsü126,98 Kb.
#42494
1   ...   12   13   14   15   16   17   18   19   ...   31
imtahan

Beşinci respublikanın daxili siyasati

Fransada yeni rejim qurulduqdan sonra istehsalın va kapitalın təmərküzləşməsi gücləndi. Bu zaman ölkənin iqtisadi həyatında 10 ən iri inhisarçı birlik mühüm rol oynayırdı. Ölkədəki xüsusi mülkiyyətin təxminan 40%-i onların əlində cəmlənmişdi. Dövlət iqtisadi inkişafa xüsusi qayğı göstərir mülkiyətçilərə əlverişli şərait yaratdı, kreditlər verdi ve fermerlərə yardım proqramını hayata keçirdi. Nəticədə 60-cı illərdə fransız iqtisadiyyatında modernləşdirmə baş verdi. Modernləşdirmənin sürəti xarici ölkələrlə müqayisədə yalnız Yaponiyadan geridə qalırdı.

Modernleşdirmə nəticəsində Fransa inkişaf etmiş çoxsahəli iqtisadiyyatı olan müasir senaye dövlətinə çevrildi. Ölkədə atom, aerokosmik, neft, kimya və aviasiya sənaye sahələri inkişaf etdi. 60-cı illərin ortalarından başlayaraq iqtisadiyyatın strukturunda dəyişiklik edildi. Əmək münasibətləri tənzimləndi. Bütövlükdə 1958-ci ildən 1968-ci ilə qədər sənaye məhsulunun həcmi 60%-dən çox artdı. 

Beşinci respublikanın xarici siyasəti

Şarl de Qoll ümumxalq səsverməsi ilə prezident seçilən kimi ölkəsinin müstəqil xarici siyəsət yeridəcəyini və «Fransanın böyüklüyünü bərpa etmek istiqamətində fəaliyyet göstərəcəyini bəyan etdi. Beşinci respublika illərində hókumətin yeritdiyi xarici siyasətin əsas istiqamətləri:


  • Birincisi, fransız diplomatiyası müstəmləkələrlə münasibətləri qaydaya salmaq üçün ciddi saylər gösterirdi. Müstəmləkələr Fransanın dünya siyasətində rolunun artmasına mane olurdu. Lakin hökumət bu məsələdə qarşıdurmaya getməyərək problemleri dinc yolla həll etməyə çalışırdı. 1960-cı ildə Ekvator və Qərbi Afrika müstəmləkələrinə siyasi müstəqillik verildi. Həmin illərdə Fransa üçün başlıca problem Əlcəzair idi.

  • İkincisi, V respublikanın xarici siyasətində mühüm istigamətlardən biri SSRİ və digər sosialist ölkələri ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi idi. Fransız hökuməti bu ölkələrlə xeyli yaxınlaşdı. Fransa nüvə silahının sınaqlarını qadağan etmək haqqında müqaviləyə qoşulmayaraq sənədin yalnız SSRİ ilə ABŞ arasında imzalanmalı olduğunu bəyan etdi. Şarl de Qoll 1966-cı ilin iyun ayında SSRİ-ye resmi səfər etdi. O, ABŞ-ın Hind-Çindəki təcavüzünü açıqca pislədi. Şarl de Qoll ABŞ-ın Avropadakı təsirini zəiflətmək vəzifəsini yerinə yetirmək üçün Fransanın nüvə dövləti olmasına nail oldu və ölkənin müdafiə qüdrətini artırdı.


Yüklə 126,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin