http://www.amu.edu.az
16 iyun 2016-cı il
Bütün analar kimi sən də oğul böyütdün,
Gecələr səhərədək Allaha dua etdin.
- İlahi, tək balamı sən özün hifz et, dedin,
Yerin, göyün bəlasın ondan uzq et dedin ...
Sən hardan biləydin ki, yer-göy bəlası deyil,
Erməni bəlasından,
Çörəyimizi yeyən nankor “dost” davasından
O, uzaq olmayacaq, oğlun şəhid olacaq?!..
Sən hardan biləydin ki,
Özü öz ayağıyla, ata yurdun tərk edib
Hərbi xidmətə gedən,
O mərd, cəngavər oğlun
Günlərin bir günündə, qərənfillər içində,
Çiyinlərdə gələcək?!
Mən sənə nə söyləyim?
Necə təsəlli verim?
Axı mən də bilirəm, o sənin mərd oğlundu,
Bir gecədə ağaran saçında dən oğlundu.
Ağlama söyləmirəm,
Ancaq bunu deyirəm,
- O getdi ki, yurdumuz
Bir də düşmən görməsin.
O getdi ki, körpələr
Atasız böyüməsin.
O getdi ki, gəlinlər
Bir də ərsiz qalmasın.
Analar oğul deyib,
Kədərdən ağlamasın.
Getdi ki, Xocalıda
O qiyamət gecəsi,
Qırılan körpələrin,
Şaxtada donub qalmış
Dəhşətli mənzərəsi,
Yaralı anaların
Tük ürpədən naləsi,
Heç vaxt unudulmasın,
Tarixlərə yazılsın.
O getdi ki, Şuşada
Yenə məclis qurulsun.
Üzeyirin, Bülbülün,
Xan qızı Natəvanın
Bizdən küsmüş ruhları
Evlərinə qayıtsın ...
O getdi ki, heç bir vaxt
Vətənin göylərinə
Qara bulud çökməsin.
O getdi ki, heç bir gənc
Özü kimi dünyadan
Bir də nakam köçməsin!
Bir də nakam köçməsin!
İradə Rza
Xarici dillər kafedrasının müəllimi
“Təbib” qəzetinin kollektivi Milli
Kitabxananın əməkdaşı Məmməd
Məmmədova əzizi
Məhəmməd həkimin
vəfatından kədərləndiyini bil dirir və
dərin hüznlə başsağlığı verir.
Azərbaycan dili kafedrasının
əməkdaşları kafedranın dosenti
Xuraman xanıma qardaşı
Dostları ilə paylaş: