Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə39/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Toplu maliyyə balansı – konkret dövr üçün ölkədə maliyyə vəsaitlərinin yaranma mənbələri və istifadə istiqamətləri barədə məlumatları özündə əks etdirən maliyyə sənədidir.

Büdcə təşkilatı – maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi və Naxçıvan Respublikasının büdcəsi hesabına həyata keçirilən idarə və təşkilatlardır.

Büdcənin tərtibi prosesində iştirak edən təşkilatlar – mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələri, büdcə gəlirlərinin icrasını təmin edən orqanlar, dövlət büdcəsindən maliyyələşən və (və ya) maliyyə yardımı alan təşkilatlar, büdcədənkənar dövlət fondları və vergi ödəyiciləri, zərurət yarandıqda, bələdiyyələrdir.

Milli iqtisadiyyatın inkişaf etməsində, istehsalın stimullaşdırılmasında, həmçinin cəmiyyətin sosial inkişafında dövlət büdcəsinin çox böyük rolu vardır. Dövlət büdcəsinin rolu həm kəmiyyət, həm də keyfiyyət baxımından qeyd olunur. Kəmiyyət təsiri dedikdə hansı istiqamətə nə qədər vəsait yönəldilməsi başa düşülür. Keyfiyyət təsiri isə iki cür təhlil edilir. Bir tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə maliyyə nəzarsəti həyata keçirilir.

Büdcə hər bir ölkədə iqtisadiyyatın ən mühüm tənzimləyicisi kimi çıxış etdiyindən, makroiqtisadi tənzimləmənin ən mühüm elementlərindən biri dövlət büdcəsidir.
Dövlətlə müəssisə, təşkilat, idarə və əhali arasında yaranan maliyyə münasibətləri büdcə münasibətləri adlanır. Büdcə münasibətləri mühüm xüsusiyyətlərə malikdir. Əvvəla, onlar bölgü prosesi zamanı yaranır. Burada dövlət aparıcı iştirakçı olur. İkincisi, bu münasibətlər ümumdövlət tələbatının ödənilməsi üçün mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi ilə əlaqədardır.

Büdcə münasibətləri böyük çoxçeşidliliyi ilə xarakterizə olunur, çünki bu münasibətlər bölgü prosesinin müxtəlif istiqamətləri arasında vasitədir (iqtisadiyyatın müxtəlif sahələri, ictimai fəaliyyət sferası, xalq təsərrüfatı sahələri,


78

(respublika, yerli). Büdcə münasibətlərinin istiqamətlərində təsərrüfatçılığın idarə olunması metodları və əhaliyə sosial-mədəni xidmət göstərilməsindən, həmçinin büdcə münasibətlərinin tarixi inkişaf mərhələlərində yaranan problemlərin dövlət tərəfindən həllindən danışılır.

Büdcə münasibətləri obyektiv münasibətlərə malikdir. Bu, onunla şərtlənir ki, hər il milli sərvətin müəyyən bir hissəsi təkrar istehsalın genişləndirilməsi, əhalinin sosial-mədəni tələbatının ödənilməsi, idarəetmə və müdafiə məsələlərinin həlli üçün dövlətin əlində cəmləşdirilməlidir.

Dövlət büdcəsi aşağıdakı vəzifələri yerinə yetirir:



      1. İctimai məhsulun və milli gəlirin yenidən bölgüsü;

      2. İqtisadiyyatın dövlət tənzimlənməsi və stabilləşdirilməsi;

      3. Sosial siyasətin maliyyə təminatı;

      4. Mərkəzləşdirilmiş pul vəsait fondunun yaradılması və istifadəsinə nəzarət.

Dövlət büdcəsi öz vəzifələrini bölgü və nəzarət funksiyası vasitəsilə həyata keçirir.

Bölgü funksiyası vasitəsilə pul vəsaitlərinin dövlətin əlində cəmləşdirilməsi və ümumdövlət mənafeyinə istifadəsi həyata keçirilir. Bu funksiyanın məzmunu ictimai istehsalın müxtəlif sahələri arasında maliyyə ehtiyatlarının yenidən bölgüsü ilə müəyyən olunur. Maliyyənin digər halqalarından heç biri vəsaitlərin yenidən bölgüsünü büdcə kimi çoxçeşidli (sahələrarası, ərazilərarası və s.) və çoxsəviyyəli (respublika, şəhər və s.) həyata keçirmir. Büdcə daxilolmaları və xərc təyinatlı göstəricilərdə müvafiq olaraq öz əksini tapan büdcə vəsaitlərinin hərəkəti bölgü funksiyasının əsasını təşkil edir.

Nəzarət funksiyası maliyyə vəsaitlərinin dövlətin xəzinəsinə vaxtında və tam şəkildə daxil olmasını, büdcə vəsaitlərinin bölgüsünün düzgün aparılmasını və səmərəli istifadəsini öyrənməyə imkan verir.

İqtisadiyyatın bütün sahələrində pul hərəkətində, alqı-satqı əməliyyatlarında büdcə nəzarəti var, çünki bütün bu əməliyyatlar büdcənin

gəlirlərini təşkil edir. Büdcəni idarə edən hökumət və ya digər orqanlar büdcənin icra olunmasına nəzarət edir. Bu orqanlar büdcənin icrası zamanı hər hansı əyriliyə və ya laqeydliyə yol verməməyə borcludurlar.

Büdcənin nəzarət funksiyası hədd qoymaq və ya məhdudlaşdırma prinsipinə əsaslanır ki, bu da iki baxımdan həyata keçirilir:



  1. zaman baxımından məhdudlaşdırma;

  2. məbləğ və qiymət baxımından məhdudlaşdırma.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin