Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 0,67 Mb.
səhifə44/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Uçotu Standartı
Bu Standart asılı və ya törəmə müəssisə kimi deyil, birgə müəssisə kimi müəyyən edilən təşkilat iştirak payı sahiblərinin maliyyə hesabatlarının hazırlanması üçün tətbiq etməli olduqları təcrübəni müəyyən edir.

Mühasibat uçotunun hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan və tətbiq edən təşkilat bu standartı birgə müəssisə tərəfindən həyata keçirilən əməliyyatların növündən və ya formasından asılı olmayaraq, sahibkar və investorların birgə müəssisələrdə iştirak paylarının və onların maliyyə hesabatlarında birgə müəssisələrin aktiv, öhdəlik, mənfəət və xərclərinin uçotu üçün tətbiq etməlidir. Lakin o, sahibkarların aşağıdakı birgə nəzarət edilən təsərrüfat subyektlərində olan iştirak payına tətbiq edilmir:



  1. Riskli kapital növlü təşkilatlar, və ya

  2. Birgə fondlar, investisiya paylı fondlar və analoji strukturlar, o cümlədən investisiya əlaqəli sığorta fondları
“Birja əməliyyatları üzrə gəlirlər” üzrə 9 №-li Milli Mühasibat Uçotu Standartları

Bu Standartın məqsədi birja əməliyyatlarından və hadisələrindən yaranan gəlirin mühasibat uçotunda əks etdirilməsi qaydasının müəyyən edilməsindən ibarətdir.

Gəlir təşkilata gələcəkdə iqtisadi səmərənin daxil olması və onların etibarlı əsasda qiymətləndirilməsi ehtimalı olduqda tanınır. Hazırkı Standart bu meyarların yerinə yetirildiyi və gəlirin tanındığı halları müəyyənləşdirir.

İctimai sektora məxsus təşkilatlar həm birja, həm də qeyri-birja əməliyyatlarından gəlirlər əldə edə bilər. Birja və qeyri-birja əməliyyatlarını fərqləndirmək üçün əməliyyatın formasını deyil, mahiyyətini nəzərdən keçirməlidır.

Mühasibat uçotunun hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan təşkilat bu Standartı aşağıdakı birja əməliyyatları və hadisələri nəticəsində yaranan gəlirlərə tətbiq edir:



    1. xidmətlərin göstərilməsi;

    2. Malların satışı;

    3. faiz, royalti və dividentlər gətirən təşkilat aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi.


“Hiperinflyasiya Şəraitində Maliyyə Hesabatları üzrə” 10 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standartın məqsədi hiperinflyasiya şəraitində maliyyə hesabatlarının təqdim edilməsi üçün qəbul olunacaq metodların müəyyən olunmasıdır.

Bu Standart əməliyyat valyutası hiperinflyasiya şəraitində olan iqtisadiyyatın valyutası olan təşkilatın ilkin maliyyə hesablarına, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına tətbiq edilməlidir.

Təşkilat büdcə ilə müqayisəni asanlaşdırmaq məqsədilə büdcəyə dair müvafiq məlumatları özünün maliyyə hesabatlarına daxil edərsə, o zaman

sözügedən büdcə məlumatları da bu standarta uyğun olaraq yenidən təqdim edilməlidir.

Bu Standart inflyasiyanın hiperinflyasiyaya keçirdiyi mütləq dərəcəni müəyyən etmir. Maliyyə hesabatlarının bu Standarta uyğun olaraq nə vaxt yenidən təqdim edilməli olduğunun müəyyən olunması subyektiv qərardır. Hiperinflyasiyanın mövcud olduğunu ölkənin iqtisadi şəraitinin xarakteristikaları göstərir. Bu xarakteristikalara digərləri ilə yanaşı, aşağıdakılar aiddir:


  1. əhali, ümumiyyətlə, vəsaitlərini qeyri-monetar aktivlərində və ya nisbətən möhkəm xarici valyutada saxlamağa üstünlük verir. Yerli valyutada olan pul məbləğləri, alıcılıq qabiliyyətinin saxlanması məqsədilə, dərhal investisiya olunur;

  2. əhali, ümumiyyətlə, pul məbləğlərini yerli valyutada deyil, nisbətən möhkəm xarici valyutada nəzərdən keçirir. Qiymətlər də həmin valyutada göstərilə bilər;

  3. kreditlə alış və satış əməliyyatları kreditin verildiyi müddət ərzində, hətta bu müddət qısa olsa da, gözlənilən alıcılıq qabiliyyətinin düşməsini kompensasiya edəcək qiymətlər əsasında həyata keçirilir;

  4. faiz dərəcələri, əmək haqları və qiymətlər qiymət indeksinə bağlıdır;

  5. üç illik məcmu inflyasiya dərəcəsi 100%-ə yaxın və ya ondan artıqdır.

Hiperinflyasiya şəraitində olan eyni ölkənin valyutasında hesabat verən bütün büdcə təşkilatları bu Standartı eyni tarixdən tətbiq etməsi yaxşı olardı. Buna baxmayaraq, bu Standart, valyutasından hesabat verdiyi ölkədə hiperinflyasiyanın mövcud olduğunu göstərdiyi hesabat dövründən başlayaraq, istənilən büdcə təşkilatlarının maliyyə hesabatlarına tətbiq olunur.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Tikinti müqavilələri” üzrə 11 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standartın məqsədi tikinti müqavilələri ilə bağlı gəlir və xərclərin uçot qaydalarının təyin edilməsindən ibarətdir.

Bu Standart:


  1. tikinti müqavilələri kimi təsnifləşdirilməli olan əməliyyatları müəyyən edir;

  2. müqavilə xərclərinin və uyğun olduğu təqdirdə müqavilə gəlirlərinin tanınması və açıqlanması üçün baza müəyyən edir.

Bu Standart işlərin başlandığı və bitirildiyi tarixlərin, adətən, ayrı-ayrı hesabat dövrlərinə təsadüf etdiyi tikinti müqavilələrinə tətbiq edilməlidir.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Ehtiyatlar” üzrə 12 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standartın məqsədi ehtiyatların uçot qaydalarının müəyyən edilməsindən ibarətdir. Ehtiyatların uçotunda əsas məsələ onlara çəkilən məsrəflərin aktiv kimi tanınmalı olan və gələcək dövrlərdə onların satışınadək aktiv kimi saxlanılan dəyərin müəyyən edilməsidir.

Bu Standart ehtiyatlara çəkilən məsrəflərin mümkün xalis satış dəyərinə qədər azaldılması hallarını müəyyənləşdirir.

Hazırkı Standartda ehtiyatların ilkin dəyərinin müəyyənləşdirilməsi üçün istifadə edilən hesablama üsullarına dair göstərişlər təqdim olunur.

Mühasibat uçotunun hesablama metodu əsasında maliyyə hesabatları hazırlayan və təqdim edən təşkilat bu Standartın tətbiqi ilə bağlı Şərhlər və Tövsiyələrdəki əlavə şərtləri nəzərə almaqla, Standartın tələblərinə uyğun olaraq ehtiyatları uçota almalıdır.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.




“İcarə” üzrə 13 №-li Milli Mühasibat Uçotu Standartı

Hazırkı Standartın məqsədi həm icarəçi, həm də icarəyə verən subyekt üçün maliyyə və əməliyyat icarəsi ilə əlaqədar tətbiq olunacaq müvafiq uçot siyasətinin və məlumatın açıqlanması qaydalarının müəyyən edilməsindən ibarətdir.

Hazırkı Standart aşağıda qeyd edilmiş icarə növlərindən başqa, bütün digər icarə növlərinin uçotuna tətbiq etməlidir:


  1. faydalı qazıntı, neft, təbii qaz və digər bərpa olunmayan təbii ehtiyatların kəşfiyyatı və ya istifadəsi ilə bağlı icarə müqavilələri;

  2. kinofilmlər, videoyazılar, tamaşalar, əlyazmalar, patentlər və müəllif hüquqları kimi obyektlər üzrə lisenziya razılaşmaları.


“Balans hesabatı tarixindən sonrakı hadisələr” üzrə 14 №-li Milli Mühasibat Uçotu Standartları

Bu Standartın məqsədi aşağıda qeyd edilənləri təyin etməkdir:

  1. təşkilatın hesabat tarixindən sonrakı hadisələri nəzərə almaqla maliyyə hesabatlarına düzəlişləri nə vaxt etməli olduğunu;

  2. təşkilatın maliyyə hesabatlarının dərc edilmək üçün təsdiq olunduğu tarix və hesabat tarixindən sonrakı hadisələr haqqında məlumatı açıqlamasını.

Bu Standart, həmçinin hesabat tarixindən sonrakı hadisələr fəaliyyətin fasiləsizliyi prinsipinin uyğun olmadığını göstərərsə, təşkilatın maliyyə hesabatlarını fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən hazırlamamasını tələb edir.

Bu Standart büdcə təşkilatlarına, bələdiyyə orqanlarına və büdcədənkənar fondlara tətbiq edilir.

Mühasibat uçotunu tənzimləyən qüvvədə olan normativ-hüquqi aktlar ilə bu Milli Mühasibat Uçotu Standartı arasında ziddiyyət yarandığı halda, Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı tətbiq edilir.


“Maliyyə Alətləri: Məlumatın Açıqlanması və Təqdim edilməsi” üzrə 15 №-li Milli Mühasibat Uçotu Standartı

Bu standart:


  1. maliyyə vəziyyətinə dair hesabatda tanınan maliyyə alətlərinin təqdimatı üçün tələblər müəyyən edir;

  2. maliyyə vəziyyətinə dair hesabatda tanınan maliyyə alətləri barədə açıqlanmalı olan məlumatları müəyyən edir;

  3. maliyyə vəziyyətinə dair hesabatda tanınmayan maliyyə alətləri barədə açıqlanmalı olan məlumatları müəyyən edir.

Bu Standartda müəyyən edilən maliyyə alətlərinin təqdimatı ilə bağlı tələblər aşağıdakıları əhatə edir:

  1. maliyyə alətlərinin aşağıdakı bölgü üzrə təsnifləşdirilməsini:

    • öhdəliklər və xalis aktivlər/kapital;

    • müvafiq iştirak payının, dividend, gəlir və xərclər.

  2. maliyyə aktivləri və maliyyə öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməli olduğu şərtlər.

Bu Standartda müəyyən edilən maliyyə alətlərinin təqdimatı ilə bağlı açıqlama tələbləri aşağıdakıları əhatə edir:

  1. təşkilatın maliyyə alətlərinə aid olan gələcək pul vəsaitləri hərəkətlərinin məbləğinə, müddətinə və başvermə ehtimalına təsir edən amillərə dair məlumat;

  2. alətlər üçün tətbiq edilən uçot siyasətləri;

  3. təşkilat tərəfindən istifadə olunan maliyyə alətlərinin xarakterinə və miqyasına dair məlumat;

  1. onların hansı maliyyə məqsədlərinə xidmət etməsi;

  2. onlarla bağlı olan risklər və müvafiq risklərin idarə edilməsi üzrə rəhbərliyin siyasətləri.


“Daşınmaz əmlaka investisiyalar” üzrə 16 №-li Milli Mühasibat Uçotu Standartı

Bu Standartın məqsədi investisiya məqsədli daşınmaz əmlak üzrə uçot qaydasını və əlaqədar açıqlama tələblərini müəyyən etməkdən ibarətdir.

Maliyyə hesabatlarını mühasibat uçotunun hesablama metodu əsasında hazırlayan və təqdim edən təşkilat bu Standartı daşınmaz əmlaka investisiyaların uçotu, o cümlədən icarəçinin maliyyə hesabatlarında maliyyə icarəsi kimi uçota alınan icarəyə götürülmüş investisiya məqsədli daşınmaz əmlakın qiymətləndirilməsi və əməliyyat icarəsi çərçivəsində icarəçiyə verilmiş investisiya məqsədli daşınmaz əmlakın icarəyə verənin maliyyə hesabatlarında qiymətləndirilməsi zamanı tətbiq edilir.



“Torpaq, tikili və avadanlıqlar” üzrə 17 №-li Milli Mühasibat Uçotu


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin