Bəybala xankiŞİyev şahrza əLİyev


Cəmi qısamüddətli aktivlər



Yüklə 0,67 Mb.
səhifə60/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

Cəmi qısamüddətli aktivlər sətri üzrə yekun məbləğlər “Maliyyə vəziyyəti haqqında hesabat” formasının müvafiq olaraq 5-ci və 7-ci sütunlarında əks etdirilir.
    1. Uzunmüddətli aktivlər üzrə maliyyə vəziyyəti haqqında hesabat

Uzunmüddətli aktivlər aşağıdakı maddələr üzrə ümumiləşdirilmiş məlumatları əhatə edir:

Sair uzunmüddətli maliyyə aktivləri;

Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər; Qeyri-maddi aktivlər;

Sair uzunmüddətli qeyri-maliyyə aktivləri.

Sair uzunmüddətli maliyyə aktivləri” maddəsində 222 №-li “Verilmiş uzunmüddətli borclar”, 223 №-li “Digər uzunmüddətli investisiyalar”, 224 №-li “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” sintetik hesablarında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir.

Torpaq, tikili və avadanlıq və digər uzunmüddətli aktivlər” maddəsində 231 №-li “Torpaq, tikili və avadanlıq”, 233 №-li “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər”, 234 №-li “Bioloji aktivlər”, 236 №-li “Daşınmaz əmlaka investisiyalar”, 238 №-li “Daşınmaz əmlaka investisiyalar üzrə kapitallaşdırılmış məsrəflər” sintetik hesablarında əks etdirilən məbləğlərdən 232

№-li “Torpaq, tikili və avadanlığın amortizasiyası”, 235 №-li “Bioloji aktivlərin amortizasiyası”, 237 №-li “Daşınmaz əmlaka investisiyaların amortizasiyası” sintetik hesablarında uçota alınan məbləğlər çıxılmaqla hesabat dövrünün əvvəlinə və sonuna təqdim olunan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. 231 №-li “Torpaq, tikili və avadanlıq”, 232 №-li “Torpaq, tikili və avadanlığın amortizasiyası” 234 №-li “Bioloji aktivlər”, 235 №-li “Bioloji aktivlərin amortizasiyası” sintetik hesablarında uçota alınan qalıq məbləğləri həmin hesablar üzrə açılmış müvafiq

subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Qeyri-maddi aktivlər” maddəsində 241 №-li “Qeyri-maddi aktivlər”,

243 №-li “Qeyri-maddi aktivlər üzrə kapitallaşdırılmış məsrəflər” sintetik hesablarında əks etdirilən məbləğlərdən 242 №-li “Qeyri-maddi aktivlərin amortizasiyası” sintetik hesabında uçota alınan məbləğlər çıxılmaqla hesabat dövrünün əvvəlinə və sonuna təqdim olunan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”ın 4-cü və 6-cı sütunlarında əks etdirilir. 241 №-li “Qeyri-maddi aktivlər”, 242 №-li “Qeyri-maddi aktivlərin amortizasiyası” sintetik hesablarında uçota alınan qalıq məbləğləri həmin hesablar üzrə açılmış müvafiq subhesabların qalıq məbləğlərinin cəmindən ibarətdir.

Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” maddəsində 251 №-li “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” sintetik hesabında hesabat dövrünün əvvəlinə və sonuna uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğləri göstərilir. Həmin məbləğlər müvafiq olaraq “Maliyyə vəziyyəti haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin