Bəybala xankiŞİyev şahrza əLİyev


-10 №-li “Digər qısamüddətli debitor borcları” subhesabında



Yüklə 0,67 Mb.
səhifə57/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

111-10 №-li “Digər qısamüddətli debitor borcları” subhesabında yuxarıdakı subhesablara aid edilməyən, sifarişçi tərəfindən 12 ay müddətində ödənilməsi gözlənilən təşkilatın fəaliyyəti ilə bağlı yaranmış digər qısamüddətli debitor borclarının hərəkəti uçota alınır.
    1. Material və sair ehtiyatların uçotu

Ehtiyatların uçotu Hesablar Planının 12-ci maddəsində əks etdirilir. Bu maddədə təşkilatın birja və qeyri-birja fəaliyyətinin həyata keçirilməsi ilə bağlı alınmış və istehsal, xidmət prosesində sərf edilmiş xammal və materiallar, məsrəflər, digər ehtiyatlar barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu maddə aşağıdakı hesablardan ibarətdir:



  1. №-li “Material ehtiyatları”;

  2. №-li “İstifadə olunmuş məsrəflər”;

  3. №-li “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”; 124 №-li “Hazır məhsul”;

125 №-li “Satış məqsədilə saxlanılan digər aktivlər”; 126 №-li “Digər ehtiyatlar”;

127 №-li “Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər”.



  1. -li “Material ehtiyatları” hesabında hesabat tarixində təşkilat tərəfindən saxlanılan istehsal, xidmət prosesində istifadə olunmuş xammal, yarımfabrikatlar, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, qablaşdırma materialları və digər material ehtiyatlarının hərəkəti barədə ümumiləşdirilmiş məlumatlar uçota alınır.

Material ehtiyatları alındıqda 121 №-li hesabın müvafiq subhesablarının debeti, 301, 302, 309 №-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

Material ehtiyatlarının silinməsi 122-3 №-li subhesabın debeti və 121 №-li hesabların müvafiq subhesablarının kreditində əks etdirilir.

Bu hesab üzrə aşağıdakı subhesablar açılır:


    1. №-li “Xammal” subhesabında alınmış və xidmət (istehsal) prosesində istifadə edilmiş xammalın hərəkəti uçota alınır.

    2. №-li “Materiallar” subhesabında ərzaq məhsulları, dərman və sarğı materialları, maşın və avadanlıqların ehtiyat hissələri, kimyəvi maddələr, metallar (elektrometallar, radiometallar və digər metallar), metal məmulatlar, ləvazimatlar,

bakteriyalı preparatlar, vaksinlər, tikinti materialları, xidməti müddəti bir ildən az olan əşyalar, (xidmət) istehsal prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə xidmətin (məhsulun) dəyərinə keçirən və bu prosesdə natural formasını saxlamayan sərvətlər, sanitar-texniki materiallar, elektrotexniki materiallar (mallar), elmi-tədqiqatların obyekti olan müvafiq materiallar və material kimi uçota alınan digər qiymətlilər.

    1. №-li “Qablaşdırma materialları” subhesabında təşkilatın xidmət (istehsal) prosesində məhsulların (malların) qablaşdırılması üçün istifadə olunan qablaşdırılma əşyalarının, həmçinin, qaytarılası və dəyişdiriləsi taraların (çəlləklər, bidonlar, yeşiklər, şüşə qablar, butulkalar və sair) hərəkəti uçota alınır.

Büdcə idarələri öz fəaliyyətlərinin gedişində tikinti və təsərrüfat materialları, ərzaq məhsulları, dərmanlar, sarğı materialları, tədris və elmi-tədqiqat təyinatlı materiallar, yanacaq və yağlama materialları və s. kimi külli miqdarda maddi qiymətlilər sərf etməli olur. Bu materiallar kənardan satın alınır, daşınır, saxlanılır və fəaliyyətin müxtəlif ehtiyaclarına sərf edilir. Hər bir müəssisə özünün təhsil, elmi-tədqiqat və digər fəaliyyətlərindən, bu fəaliyyətin xüsusiyyətindən asılı olaraq zəruri material ehtiyatlarının tərkibini, ehtiyat normasını və eləcə də müəssisənin maddi-texniki təchizatını planlaşdırır.

Büdcə idarələrində material ehtiyatlarından qənaətlə və səmərəli istifadə edilməsi onların uçotunun düzgün təşkilindən çox asılıdır.

Material ehtiyatlarının uçotunun əsas vəzifələri bunlardan ibarətdir:


  • materialların qorunub saxlanması, anbarlarda və bilavasitə istifadə olunduğu yerlərdə hərəkəti üzərində nəzarət;

  • materialların hərəkəti üzrə baş verən əməliyyatların öz vaxtında və düzgün sənədləşdirilməsi;

  • müəyyən edilmiş ehtiyat və məsarif normalarına riayət edilməsinə, daxili ehtiyatları aşkara çıxarmaq, artıqlıq və kəsirləri vaxtında müəyyən etmək üzərində nəzarət;

  • materialların anbarlarda saxlanması üzərində nəzarət;

  • materialların əldə edilməsi üzrə başqa idarə, təşkilat, müəssisə və şəxslərlə hesablaşmalar üzərində nəzarət.

Material ehtiyatları hesablarında istehsalat (tədris) emalatxanalarının məmulatları, yardımçı kənd təsərrüfatı (tədris) məhsulları, quraşdırılası avadanlıqlar, tikinti materialları, elmi-tədqiqat işlərində, laboratoriya sınaqlarında uzun müddət istifadə edilən materiallar, təsərrüfat müqavilələri üzrə elmi-tədqiqat işləri üçün xüsusi avadanlıqlar, cavan və kökəldilməkdə olan heyvanlar elmi, tədris və başqa məqsədlər üçün materiallar, ərzaq məhsulları tibbi materiallar və sarğı vasitələri, təsərrüfat materialları və dəftərxana ləvazimatları, yanacaq və sürtkü materialları, yemlər, tarlalar, yolda olan materiallar, maşın və avadanlıqlar üçün ehtiyat hissələri və sair materiallar uçota alınır.

Bütün yuxarıda göstərilənlərlə birlikdə xammallar, əsas və köməkçi materiallar, yanacaq, alınmış yarımfabrikatlar, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, məhsulların (malların) qablaşdırılması və daşınması üçün istifadə olunan taralar və digər material ehtiyatları uçotda onların faktiki maya dəyəri üzrə əks etdirilir.

Material ehtiyatlarının faktiki maya dəyəri, malsatanların kreditə verdikləri həmin ehtiyatlar üçün faizləri, təchizat, xarici iqtisadi təşkilatlara ödənilən əlavələr (üstəliklər), komisyon haqları, mal birjaları xidmətlərinin dəyəri, gömrükxana rüsumu, kənar təşkilatların qüvvələri ilə həyata keçirilən daşınma, saxlanma xərcləri və sair xərclər də daxil olmaqla onların alınmasına çəkilən xərclərdən (əlavə dəyər vergisi çıxılmaqla) asılı olaraq müəyyən edilir.

İstehsala silinən material ehtiyatlarının faktiki maya dəyəri ehtiyatların qiymətləndirilməsinin metodlarından biri ilə (orta maya dəyəri üzrə, vaxta görə birinci alınanların maya dəyəri üzrə, vaxta görə sonuncu alınanların maya dəyəri üzrə) müəyyənləşdirilir.

Material ehtiyatları uçotunun əsas vəzifələri aşağıdakılardan ibarətdir: bütün maddi qiymətlilərin qorunmasından; hərəkətinin və düzgün istifadəsinin

təminatından; ehtiyat və xərclərin təyin olunmuş normasına riayət edilməsindən; təyin olunmuş qaydada satılası, istifadə olunmayan materialların vaxtında müəyyən edilməsindən; idarənin anbarında olan qalıq haqqında dəqiq məlumat alınmasından.

Maddi qiymətlilərin qorunub saxlanması və onların uçotunun düzgün təşkilini təmin etmək məqsədilə idarənin anbar uçotunu lazımi qaydada aparmaq zəruridir. Maddi qiymətlilər xüsusi düzəldilmiş otaqlarda (anbarlarda) mühafizə olunmalıdır. Maddi qiymətlilərin anbarlarda yerləşdirilməsi qaydası, onların qəbulu verilməsi və inventarizasiya edilməsi üzrə əməliyyatların sürətliliyini təmin etməlidir. Maddi qiymətlilərin qəbulu, qorunması və buraxılmasına cavabdehlik idarənin rəhbərinin əmri ilə təyin edilmiş müəyyən maddi-məsul şəxsə həvalə edilir. Bu şəxslər dəyişilən və ya məzuniyyətə göndərilən zaman anbar inventarizasiya olunmalı və idarənin rəhbərinin təsdiq etdiyi qəbul təhvil aktı tərtib olunmalıdır.

Maddi qiymətlilərin mühafizə olunduğu yerlər zəruri çəkisi avadanlıqlarla, ölçü cihazları ilə, ölçü taraları və digər nəzarət aparatları ilə təmin olunmalıdır.

Materialların, malların və məhsulların analitik uçotu (anbarda və istismarda – maddi-məsul şəxslərdə olanda) əmlakın (qiymətlilərin) uçot kartı f № 1 Q-də əks etdirilir.

İdarənin (müəssisənin) bütün növ əmlakının uçotunu əmlakın (qiymətlilərin) uçot kartı f № 1 Q-də aparmaqla uçotu xeyli sadələşdirmək mümkündür. Bu inventarizasiya zamanı işçi qruplarına xeyli kömək edir və idarənin işini asanlaşdırır.

Mühasibatlıq sistematik olaraq anbarda olan material qiymətlilərinin daxil olmasına və xərclənməsinə nəzarət edir, həmçinin materialların uçotu üzrə qeydlərini anbarın qeydləri ilə üzləşdirir.

Mədaxil üzrə materiallar və yeyinti məhsulları uçot registrləri ilkin sənədlərin (hesablar, aktlar və s.) əsasında yazılır. İlkin sənədlərdə material və yeyinti məhsulları kim tərəfindən daxil olmuşdur, adı, növü, miqdarı (çəkisi), qiyməti, məbləği, anbara daxil olduğu tarix, bu qiymətliləri qəbul edən maddi- məsul şəxsin imzası və başqa lazımi göstəricilər öz əksini tapmalıdır.

Malsatanın sənədlərinin göstərişlərində uyğunsuzluq olduğu hallarda (səhv olduqda, mal çatışmadıqda və s) malsatanın, alıcının və marağı olmayan təşkilatın nümayəndələrinin iştirakı ilə üç nüsxədə akt tərtib edilir və istifadəçilərə təqdim edilir. Münaqişəli hallar qüvvədə olan qanunvericilik aktları ilə tənzimlənir.

Materiallar anbardan idarə rəhbərinin təsdiq etdiyi sənədlər üzrə verilir.

Materialların verilməsi üçün aşağıdakı sənədlər tələb olunur.
Qiymətlilərin buraxılış tələbnaməsi f № 5 Q təsərrüfatdaxili alıcı (sex, şöbə və başqaları) tərəfindən tərtib edilir və idarə rəhbərliyinin razılığı alındıqdan sonra anbara təqdim edilir. Anbardar tələb olunan qiymətlilərin qalıqlarını anbarda yoxlayaraq, imkan daxilində alıcının tələbini ödəyən və buraxılan qiymətlinin miqdarını yazı ilə göstərir.

Qaimə f № 5 Q həm təsərrüfatdaxili, həm də kənara (alıcılara və sifarişçilərə) buraxılan eyni zamanda həm təsərrüfatdaxili, həm də kənardan (malsatan və podratçıdan) daxil olan qiymətlilər üçün tərtib olunur və lazımi imzalarla təsdiq edildikdən sonra istifadəçilərə təqdim edilir.

Müalicə-profilaktik idarələrə verilən yeyinti məhsullarının tibbi ləvazimatların və sarğı vasitələrinin hərəkətinin uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təlimatı ilə müəyyən edilmiş sənədlər üzrə həyata keçirilir.

Anbar uçotunu aparan məsul şəxs hər ay “Qiymətlilərin buraxılış tələbnaməsi” f № 5 Q və Qaimə f № 2 Q ilə anbardan məxaric etdiyi əmlakı “Memorial-order f № 4MO”-da qruplaşdıraraq yekunlaşdırır və mühasibata

hesabat verir. Kənardan “Malsatan və podratçıdan” anbara qaimə f № 2Q ilə mədaxil edilmiş qiymətlilər “Memorial order f № 3MO”-da qruplaşdırılaraq yekunlaşdırır və mühasibata hesabat verir. Mühasib anbarın həm mədaxili, həm də məxarici üzrə memorial-orderləri qəbul etdikdən sonra qiymətlilərin müvafiq subhesablarda əks olunmasının doğruluğunu və ümumiyyətlə, anbar hesabatının doğruluğunu yoxlayır və təhvil alır.

Yanacaq və sürtkü materialları üzrə maddi-məsul şəxs yanacaq və sürtkü materiallarının məsarifini avtomobillərin yol vərəqələrinə əsasən hesablayır. Yanacaq və sürtkü materialları hər bir növ avtomobil üçün təyin olunmuş normalar əsasında hesablanır. Yanacaq və sürtkü materialları üzrə maddi-məsul şəxsə yol vərəqələri əsasında “Yanacaq və sürtkü materiallarının məsarifi cədvəli f №1 YSM” tərtib edir və vaxtlı-vaxtında mühasibata təqdim edir.

Material və yeyinti məhsullarının hesabdan silinməsi onların alınma qiyməti ilə, eyniadlı material və yeyinti məhsulları müxtəlif qiymətlərə alınarsa, orta qiymətlə həyata keçirilir.

Həm boş, həm də içərisində maddi qiymətlilər olan qaytarılası və ya dəyişdiriləsi taralar (çəlləklər, bidonlar, yeşiklər, butulkalar və s.) müvafiq qrup və ya növə görə, malsatanın hesabında göstərilən qiymət üzrə uçota alınır.

Taraların uçotu, qorunması, qaytarılması, alınması, satılması, silinməsi və

s. müvafiq normativ sənədlərlə tənzimlənir.


Bir qayda olaraq material ehtiyatları istifadə prosesinə daxil olana qədər anbarlarda saxlanılır. Materialların hər cür itki və xarab olmadan kifayət qədər qorunması anbar təsərrüfatının təşkilindən asılıdır. Material anbarları örtülü, yarımörtülü və açıq meydançalardan ibarətdir. Büdcə idarələrində material anbarları əsasən örtülü və materialların saxlanması üçün qurulmuş binalardır. Bu binaların içərisi materialların xarakterinə uyğunlaşdırılmış rəflər, taxçalar, şkaflar və qutularla təchiz olunur və bu saxlanma yerləri sıra ilə nömrələnir. Saxlanma yerlərinin nömrələri materialların anbar uçotu kartoçkalarında qeyd edilir. Eyni

zamanda yerlərin üzərinə materialın nomenklatura nömrəsi, adı, ehtiyat norması, növü, çeşidi və ölçüsü göstərilir.

Material anbarları kifayət qədər çəki və ölçü alətləri, qaldırıcı və daşıyıcı arabacıqlar və sair alət və avadanlıqlarla təmin edilir.

Anbarlara materialların qəbulu, saxlanması və buraxılması üçün cavabdeh olan maddi-məsul şəxslər təyin olunur. Həmin şəxslərə fərdi qaydada tam fərdi cavabdehlik barədə müqavilə tərtib edilir.

Materiallar anbarda elə yerləşdirilməlidir ki, onların qəbulu və buraxılmasının sürəti və maneəsizliyini təmin etsin. Əgər müəssisədə bir neçə anbar vardırsa, bu anbarlar nömrələnməli, bütün sənədlər üzərində müvafiq anbarların nömrələri göstərilməli və materialların anbar uçotu analitik qaydada hər bir anbar üzrə ayrılıqda aparılmalıdır.

Anbara material qəbulu hesabnamələrə, materialların qəbulu aktlarına, qaimələrə, əmtəə-nəqliyyat qaimələrinə maddi-məsul şəxsin həmin materialları qəbul etməsi barədə imza etməsi ilə rəsmiləşdirilir.

Anbarlarda materialların analitik uçotu maddi-məsul şəxslərin özləri tərəfindən anbar kitablarında aparılır. Anbar uçotu kitabı istifadəyə verilməmişdən əvvəl mühasibatda səhifələri nömrələnir, axırıncı səhifədə həmin kitabda nömrələnmiş səhifələrin (vərəqlərin) sayı göstərilir, baş mühasibin imzası və müəssisənin dairəvi möhürü ilə təsdiq olunur. Anbar uçotu kitabı maddi-məsul şəxsə təhtəlhesab verilir. Həmin kitabda materialın hər bir növü üçün ayrıca hesab açılır. Hesabın başlığında materialın adı, ölçüsü, ölçü vahidi, hər vahidinin qiyməti və ehtiyat norması göstərilir. Bu kitabda materialların uçotu ancaq cinsi ifadədə miqdarca aparılır. Hesab açılarkən birinci sətirdə dövrün əvvəlinə material qalığı göstərilir.

Gündəlik olaraq ilk sənədlər əsasında maddi-məsul şəxs həmin kitabda materialların qəbulu və buraxılması barədə qeydiyyat aparır. Hər bir mədaxil və ya məxaric əməliyyatından sonra material qalığının miqdarı göstərilir.

Anbardan material buraxılması müəssisə və təşkilat rəhbəri tərəfindən təsdiq edilmiş sərəncamverici və icraedici (təsdiqləyici) sənədlər əsasında icra edilir. Materialların məxarici sənədlərini məzmunu və təyinatına görə iki qrupa – birdəfəlik və icmal sənədlərə bölmək olar.

Birdəfəlik sənədlərə anbardan materialların təkrar olunmayan, kənara və yaxud bir anbardan digərinə buraxılması üçün tərtib olunan sənədlər aiddir.

İcmal sənədlərə eyni anbardan və eyni alıcı tərəfindən təşkilatın ehtiyacları üçün sistematik olaraq təkrarlanan material buraxılışı əməliyyatları üçün tərtib edilən sənədlər daxildir.

Vaxtaşırı olaraq (ongünlük, yarımaylıq və müstəsna hallarda aylıq) maddi- məsul şəxslər anbarlarda materialların hərəkəti barədə mühasibata hesabat təqdim edir. Hesabatda hesabat dövrünün əvvəlinə anbarda material qalığı, dövr ərzində mədaxil və məxaric dövrünün sonuna anbarda material qalığı göstərilir. İki nüsxədə tərtib edilən hesabata materialların hərəkəti barədə bütün ilk sənədlər əlavə olunur. Mədaxil və məxaric sənədləri üzrə ayrıca siyahı (reyestr) tərtib edilir. Mühasibatlıqda maddi-məsul şəxsin hesabatı anbar kitabı ilə birlikdə yoxlanılır, lazımi düzəlişlər edildikdən sonra hesabatın birinci nüsxəsi ilk sənədlərlə birlikdə mühasibatlıq tərəfindən qəbul edilir, hesabatın ikinci nüsxəsinə mühasib hesabatı və ona əlavə olan sənədləri yoxlayıb qəbul etdiyi barədə imza edir və həmin nüsxə maddi-məsul şəxsdə qalır.

Qismən çox miqdarda və müxtəlif tərkibdə material ehtiyatlarından istifadə edən müəssisələrdə materialların hərəkətinin uçotunun operativ-mühasibat (qalıq) metodundan istifadə olunması tövsiyə edilir. Eyni zamanda bu metoddan tabelikdə olan bir sıra təşkilatlara xidmət edən mərkəzləşdirilmiş mühasibatlıqda da istifadə edilməsi məqsədəuyğundur.

Materialların uçotunun operativ-mühasibat (qalıq) metodunun mahiyyəti ondan ibarətdir ki, burada materialların kəmiyyətcə analitik uçotunun aparılmasında əvvəllər mövcud olan paralelçilik və bir-birini təkrarlama qaydası ləğv edilir. Materialların anbar uçotu bilavasitə mühasibatlığın operativ nəzarəti altında aparılır. Mühasibatlıqda isə materialların sintetik uçotu aparılır. Bu metod materialların uçotunun yaxşılaşdırılmasını, materialların hərəkəti üzərində operativ mühasibat nəzarətinin gücləndirilməsini və materialların uçotu üzrə uçot qeydiyyatlarının ixtisar edilməsini təmin edir. Bu materialların uçotunun operativlik və dəqiqlik səviyyəsini yüksəldir uçot işçilərinin əməyinə qənaət edilməsi üçün şərait yaradır.

Materialların uçotunun operativ-mühasibat metodu şəraitində materialların növlər üzrə analitik uçotu ilk sənədlər əsasında maddi-məsul şəxslər tərəfindən materialların anbar uçotu kartoçkalarında aparılır. Bu kartoçkalar hər bir material növü üzrə mühasibatda açılır və xüsusi qeydiyyat kitabında nömrələnərək imza etdirilməklə maddi-məsul şəxsin istifadəsinə verilir.


  1. -li “İstifadə olunmuş məsrəflər” hesabında təşkilat tərəfindən məhsul istehsalı və ya xidmətin göstərilməsi üçün tələb olunan bütün birbaşa və dolayı məsrəflər əks etdirilir. Belə məsrəflərə xammalın, materialların və birdəfəlik qablaşdırma materiallarının istifadəsi, aktivlərin amortizasiyası, əmək haqqı, sərf olunan su, qaz, elektrik enerjisi və məhsul istehsalı və ya xidmətin göstərilməsi üzrə sair məsrəflər aiddir. Bu hesab üzrə aşağıdakı subhesablar açılır:

122-1 №-li “İstifadə olunmuş mallar”; 122-2 №-li “İstifadə olunmuş xammal”;

122-3 №-li “İstifadə olunmuş materiallar”; 122-4 №-li “İşçi heyətinə məsrəflər”;

122-5 №-li “Aktivlərin amortizasiyası”; 122-9 №-li “Sair məsrəflər”.


    1. -li “İstifadə olunmuş mallar” subhesabında təşkilatın xidmət (istehsal) prosesində istifadə olunmuş mallarının hərəkəti uçota alınır. Alınmış

mallar istifadə olunduqda 122-1 №-li subhesabın debeti və 121 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

    1. -li “İstifadə olunmuş xammal” subhesabında təşkilatın xidmət (istehsal) prosesində istifadə olunmuş xammalın hərəkəti uçota alınır. Alınmış xammal istifadə olunduqda 122-2 №-li subhesabın debeti və 121 №-li hesabın krediti üzrə mühasibat yazılışı verilir.

    2. -li “İstifadə olunmuş materiallar” subhesabında təşkilatın xidmət (istehsal) prosesində istifadə olunmuş materiallarının hərəkəti uçota alınır. Alınmış materiallar istifadə olunduqda 122-3 №-li subhesabın debeti və 121,126

№-li hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir.

    1. -li “İşçi heyətinə məsrəflər” subhesabında təşkilatın xidmət (istehsal) fəaliyyəti ilə bağlı işçi heyətinə əməyin ödənişi üzrə və ona bərabər tutulan digər məbləğlərin hərəkəti uçota alınır. İşçi heyətinə əməyin ödənişi üzrə və ona bərabər tutulan digər məbləğlər hesablandıqda 122-4 №-li subhesabın debeti və 307 №-li hesabın, 308-2 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

    2. -li “Aktivlərin amortizasiyası” subhesabında təşkilatın öz mülkiyyətində olan və icarəyə verilən aktivlər üzrə hesabat dövrü ərzində müəyyən olunmuş qaydada amortizasiyanın hərəkəti uçota alınır. Hesabat ilinin sonunda (dekabr ayının sonuncu iş günü) hesablanmış amortizasiya məbləği 122-5 №-li subhesabın debeti, 232, 235, 237, 242 №-li hesabların kreditində əks etdirilir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin