Bəybala xankiŞİyev şahrza əLİyev


№-li “Yolda olan pul köçürmələri” hesabında



Yüklə 0,67 Mb.
səhifə55/104
tarix02.01.2022
ölçüsü0,67 Mb.
#38265
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   104
Büdcə təşk. Uçot və Hesabat - Dərslik - 2013 WORD

102 №-li “Yolda olan pul köçürmələri” hesabında yolda olan pul vəsaitləri barədə ümumiləşdirilmiş məlumatların hərəkəti uçota alınır.

Bu hesabda baş təxsisat sərəncamçılarının köçürdüyü, lakin hələ təşkilatlara çatmamış pul vəsaitlərinin hərəkəti əks etdirilir. Bu zaman, 102 №-li hesabın debeti və 111 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.

Dövlət büdcəsindən maliyyələşən təşkilatın hesabına yolda olan pul köçürmələri üzrə daxil olan məbləğlər 103 №-li hesabın müvafiq subhesabların debeti və 102 №-li hesabın kreditində əks etdirilir.


  1. -li “Bankda olan hesablaşma hesabları” sintetik hesabda təşkilatın birja və qeyri-birja fəaliyyəti ilə bağlı əldə olunmuş pul vəsaitlərinin hərəkəti uçota alınır.

Dövlət büdcəsindən maliyyələşən təşkilatın hesablarında vəsaitlərin hərəkəti üzrə əməliyyatların uçotu memorial order № 2-də aparılır.

Hesabat dövrünün sonuna 103 №-li sintetik hesab üzrə qalıq xəzinədarlıq orqanlarının hesablarındakı təxsisat qalıqlarına uyğun gəlməlidir.

Bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər:


    1. №-li “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin ödənilməsi üçün pul vəsaitləri”;

    2. №-li “Kapital qoyuluşu üzrə dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclərin ödənilməsi üçün pul vəsaitləri”;

    3. №-li “Başqa (sair) büdcələr hesabına xərclərin ödənilməsi üçün pul vəsaitləri”;

    4. №-li “Tapşırıqlar üzrə məbləğlər”; 103-5 №-li “Xüsusi vəsaitlər”;

103-6 №-li “Vergilər, rüsumlar və cərimələr”; 103-7 №-li “Büdcədənkənar fondlar”;

    1. №-li “Valyutada olan pul vəsaitləri”;

    2. №-li “Dövlət büdcəsinin yerli xərclərinin ödənilməsi üçün pul vəsaitləri”;

    3. №-li “Kapital qoyuluşu üzrə dövlət büdcəsindən yerli xərclərin ödənilməsi üçün pul vəsaitləri”.

    1. -li “Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin ödənilməsi üçün pul vəsaitləri” subhesabında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təşkilatlarının pul vəsaitlərinin hərəkəti uçota alınır.

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təşkilat tərəfindən dövlət büdcəsindən vəsaitin alınması üçün baş təxsisat sərəncamçısına sifariş təqdim edildikdə 111-10 №-li subhesabın debeti və 334 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.

Baş təxsisat sərəncamçılarından alınmış vəsaitlər 103-1 №-li subhesabın debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Baş təxsisatçılar tərəfindən maliyyələşmələr geri çağırıldıqda 103-1 №-li subhesabların krediti üzrə və 111-10 №-li subhesabın debeti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, maliyyələşmələrin geri çağırılması üzrə məbləğlər

334 №-li hesabın müvafiq subhesablarının debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Kreditor borclarının və öhdəliklərin ödənilməsi ilə bağlı əməliyyat üzrə mühasibat yazılışları 103-1 №-li subhesabın kreditində və müvafiq hesabların (301, 302, 304, 305, 306, 307, 308, 309, 311) debetində əks etdirilir.


    1. -li “Kapital qoyuluşu üzrə dövlət büdcəsindən mərkəzləşdirilmiş xərclərin ödənilməsi üçün pul vəsaitləri” subhesabında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərdən maliyyələşən kapital qoyuluşlarının və digər tədbirlərin (əgər kapital qoyuluşlarının uçotu xərc smetasının yerinə yetirilməsi üzrə vahid balansda həyata keçirilərsə) maliyyələşdirilməsi məqsədilə büdcə vəsaitlərinin hərəkəti uçota alınır.

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təşkilatı tərəfindən kapital qoyuluşları və digər tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən vəsaitin alınması üçün baş təxsisat sərəncamçısına sifariş

təqdim edildikdə 111-10 №-li subhesabın debeti və 334 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.

Baş təxsisat sərəncamçılarından alınmış vəsaitlər 103-2 №-li subhesabın debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Baş təxsisatçılar tərəfindən maliyyələşmələr geri çağırıldıqda 103-2 №-li subhesabların krediti üzrə və 111-10 №-li subhesabın debeti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, maliyyələşmələrin geri çağırılması üzrə məbləğlər

334 №-li hesabın müvafiq subhesabının debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Kapital qoyuluşlarının və digər tədbirlər üzrə məsrəflərin ödənilməsi 103-2

№-li subhesabın krediti və müvafiq hesabların (101, 301, 302, 304, 305, 306, 307,

308, 309, 311, 335, 401, 402, 403, 405) debetində uçota alınır.



    1. -li “Başqa (sair) büdcələrin hesabına xərclərin ödənilməsi üçün pul vəsaitləri” subhesabında təşkilatın digər büdcələrdən alınmış vəsaitlər, kapital ayırmaları kimi qeyd olunmamış köçürmələrin, habelə digər təşkilatlardan köçürmələrin hərəkəti uçota alınır.

Təşkilat tərəfindən başqa (sair) büdcələrin hesabına vəsaitin alınması rəsmiləşdirildikdə 111-2 №-li subhesabın debeti və 623, 624, 625 №-li hesabların müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.

Başqa (sair) büdcələrin hesabına alınmış vəsaitlər 103-3 №-li subhesabın debeti və 111-2, 111-10 №-li subhesabların kreditində uçota alınır.

Başqa (sair) büdcələrin hesabına kreditor borclarının və öhdəliklərin ödənilməsi ilə bağlı əməliyyat üzrə mühasibat yazılışları 103-3 №-li subhesabın kreditində və müvafiq hesabların (101, 301, 302, 304, 305, 306, 307, 308, 309,


  1. debetində əks etdirilir.

    1. -li “Tapşırıqlar üzrə məbləğ” subhesabında təşkilatın tədris müəssisələrində təhsilini bitirdikdən sonra iş yerinə təyinat almış gənc mütəxəssislərlə hesablaşmaların aparılması, tədris müəssisələrinə göndərdiyi tələbə və şagirdlərin təqaüdünün ödənilməsi, qiyabi təhsil alan tələbələrə metodiki ədəbiyyat və dərs ləvazimatlarının əldə edilməsi, habelə işçilərə mükafat və

birdəfəlik yardım verilməsi üçün digər müəssisə və təşkilatlardan alınmış vəsaitlər uçota alınır.

Tapşırıqlar üzrə məbləğlər müəyyən edildikdə 111-2 №-li subhesabın debeti və 611-2 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.

Təşkilatın göstərdiyi pullu xidmətlərə görə (qara və əlvan metal qırıntısının toplanması, digər növ təkrar emala yararlı olan xammalın toplanması və təhvil verilməsi, şagirdlərin qazandıqları vəsait hesabına dərslik fondunun yaradılması, həmçinin, birdəfəlik yardım və mükafat ödənişləri üçün, daxil olan məbləğlər üçün daxil olan məbləğlər) alınmış vəsaitlər 103-4 №-li subhesabın debeti və 111-2 №-li subhesabın kreditində əks etdirilir.

Tapşırıqlar üzrə qaytarılmış istifadə olunmamış məbləğlər 103-4 №-li subhesabın kreditində və 111-2 №-li subhesabın debetində uçota alınır. Eyni zamanda, maliyyələşmələrin geri çağırılması üzrə məbləğlər 611-2 №-li subhesabın debeti və 111-2 №-li subhesabın kreditində əks etdirilir.

Kreditor borclarının və öhdəliklərin ödənilməsi ilə bağlı məbləğlərə 103-4

№-li subhesabın krediti və müvafiq hesabların (101, 301, 302, 304, 305, 306, 307,



308, 309, 311) debeti üzrə mühasibat yazılışı verilir.

    1. -li “Xüsusi vəsaitlər” subhesabında xüsusi vəsaitlər smetasının yerinə yetirilməsi ilə əlaqədar əməliyyatlar üzrə (tikinti işlərinin aparılmasından, əməliyyat icarəsindən, ümumtəhsil fondunun yaradılması üçün büdcədən, təsərrüfat təşkilatlarından və digər orqanlardan daxil olmuş, günü uzadılmış məktəblərdə və məktəb nəzdindəki internatlarda uşaqların yedizdirilməsi üçün daxil olmuş, ali və orta ixtisas təhsil müəssisələrinin və elmi-tədqiqat idarələrinin maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsinə yönəldilən, elmi-tədqiqat işlərinin aparılması, habelə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq alınmış) pul vəsaitlərinin hərəkəti uçota alınır.

Təşkilatın xüsusi vəsaiti müəyyən edildikdə mühasibat yazılışları aşağıdakı kimi verilir:

    • malların satışına görə 111-1 №-li subhesabın debeti və 611-1 №-li subhesabın krediti;

    • tikinti işlərinin aparılmasına görə 111-3 №-li subhesabın debeti və 611-3

№-li subhesabın krediti;

    • əməliyyat icarəsinə görə 111-6 №-li subhesabın debeti və 611-5 №-li subhesabın krediti;

    • təşkilatın adi birja fəaliyyətinə aid olunan sair işlərin görülməsinə görə 111-10 №-li subhesabın debeti və 611-6 №-li subhesabın krediti;

    • digər xidmətlərin göstərilməsinə görə 111-2 №-li subhesabın debeti və 611-2 №-li subhesabın krediti.

Xüsusi vəsaitlər üzrə daxil olmuş məbləğlər 103-5 №-li subhesabın debeti və 111 №-li hesabın müvafiq subhesablarının krediti üzrə əks etdirilir. Xüsusi vəsaitlər üzrə kreditor borcları və öhdəliklər ödənildikdə 103-5 №-li subhesabın krediti və sintetik hesabların (101, 301, 302, 304, 305, 306, 307, 308, 309, 311) müvafiq subhesablarının debeti üzrə mühasibat yazılışları verilir. Xüsusi vəsaitlər üzrə geri qaytarılmış məbləğlər 103-5 №-li subhesabın kreditində, 111 №-li hesabın müvafiq subhesabının debetində uçota alınır. Eyni zamanda, 611 №-li hesabın müvafiq subhesablarının debeti və 111 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışları verilir.

    1. -li “Vergilər, rüsumlar və cərimələr” subhesabında ödənilmiş vergilərin, rüsumların, alınmış və ödənilmiş dəbbə pullarının (cərimə, penya) və digər maliyyə sanksiyalarının hərəkəti uçota alınır. Vergilərin, rüsumların, alınmış və ödənilmiş dəbbə pullarının (cərimə, penya) və digər maliyyə sanksiyalarının təşkilatdan qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsi tələb edildikdə 741, 742, 743 №-li hesabların debeti və 308 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir. Vergilər, rüsumlar, alınmış və ödənilmiş dəbbə pulları (cərimə, penya) və digər maliyyə sanksiyaları təşkilat tərəfindən ödənildikdə 308 №-li hesabın müvafiq subhesabının debeti 103-6 “Vergilər, rüsumlar və cərimələr” subhesabının krediti ilə müxabirləşir. Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada

vergilərin, rüsumların, alınmış və ödənilmiş dəbbə pullarının (cərimə, penya) və digər maliyyə sanksiyalarının təqdim edilməsi zamanı 111-7 №-li hesabın debeti və 631-4 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir. Təşkilatın hesabına digər təşkilatlar tərəfindən alınmış və ödənilmiş dəbbə pulları (cərimə, penya) və digər maliyyə sanksiyaları 103-6 “Vergilər, rüsumlar və cərimələr” subhesabının debeti və 111-7 №-li hesabın kreditində əks etdirilir.

    1. -li “Büdcədənkənar fondlar” subhesabında dövlət büdcəsindən maliyyələşən təşkilatlara qanunvericiliklə müəyyən olunmuş qaydada verilmiş təşkilatın adi qeyri-birja fəaliyyətinə aid olunmaqla sair gəlirlər kimi uçota alınan büdcədənkənar fondların hərəkəti əks etdirilir.

Büdcədənkənar fondlar qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edildikdə 111-10 №-li subhesabın debeti və 334 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.

Təşkilatın hesabına köçürülmüş büdcədənkənar fondlar üzrə məbləğlər 103-7 №-li subhesabın debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Büdcədənkənar fondlar üzrə istifadə edilməmiş məbləğlər geri qaytarıldıqda 103-7 №-li subhesabın krediti üzrə və 111-10 №-li subhesabın debeti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, geri qaytarılmış məbləğlər 334 №-li hesabların müvafiq subhesablarının debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Büdcədənkənar fondlar üzrə kreditor borclarının və öhdəliklərin ödənilməsi ilə bağlı əməliyyat üzrə mühasibat yazılışları 103-7 №-li subhesabın kreditində və müvafiq hesabların (301, 302, 304, 305, 306, 307, 308, 309, 311) debetində əks etdirilir.

Büdcədənkənar fondlar üzrə gəlirin xərclərdən artıq olan hissəsi təşkilatın müvafiq fond hesablarında əks etdirilir. Bu zaman 801 №-li hesabın debeti 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesablarının krediti ilə müxabirləşir.

Təşkilatın fond hesablarında olan gəlirlər üzrə məbləğlər istifadə edildikdə 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesablarının debetində və 103-7

№-li subhesabın kreditində əks etdirilir.

Büdcədənkənar fondlar üzrə gəlir hesabına yaradılmış fond hesablarının istifadə edilməmiş qalıqları hesabat ilinin sonunda büdcəyə qaytarıldıqda 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesabların debetində 103-7 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.



    1. -li “Valyuta hesabı” subhesabında təşkilatın valyuta hesablarında olan xarici valyuta vəsaitlərinin hərəkəti uçota alınır.

Təşkilatın xarici valyutada həyata keçirilən əməliyyatlar üzrə hesablanmış gəlirləri 111 №-li hesabın müvafiq subhesablarının debeti və 611, 631 №-li hesabların müvafiq subhesablarının krediti üzrə əks etdirilir.

Birja və qeyri-birja fəaliyyəti ilə bağlı təşkilatın hesabına valyutalar daxil olduqda 103-8 №-li subhesabın debeti və 111 №-li hesabın müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışları verilir.

Təşkilat tərəfindən alınmış valyutalar 103-8 №-li subhesabın debeti və 103

№-li hesabın müvafiq subhesablarının kreditində uçota alınır.

Valyuta hesabındakı qalıq üzrə müsbət məzənnə fərqinin məbləği 103-8

№-li subhesabın debeti və 631-8 №-li subhesabların krediti üzrə əks etdirilir, mənfi məzənnə fərqinin məbləği isə bu subhesablar üzrə mənfi ədədlərlə göstərilir və ya müvafiq olaraq 631-8 №-li subhesabların debeti və 103-8 №-li subhesabın krediti üzrə əks etdirilir.

Eyni zamanda bu məzənnə fərqləri üzrə aşağıdakı mühasibat yazılışları

verilir:


  • müsbət məzənnə fərqləri müəyyən edildiyi hallarda 631-8 №-li hesabın

debeti və 801 №-li hesabın müvafiq subhesabının krediti üzrə;

  • mənfi məzənnə fərqləri müəyyən olunduğu hallarda 801 №-li hesabın müvafiq subhesabının debeti 631-8 №-li hesabın krediti üzrə.

Banklardan nağd şəkildə alınmış xarici valyuta məbləğləri 103-8 №-li subhesabın kreditində və 101 №-li hesabın debetində uçota alınır. Nağd şəkildə xarici valyutanın mədaxili və məxaricinin uçotu ayrıca tərtib olunmuş kassa kitabında aparılır. 103-8 №-li subhesab üzrə pul vəsaitlərinin hərəkətinin uçotu

müvafiq xarici valyutada pul vəsaitlərinin saxlanması üçün kredit təşkilatlarında açılan hər bir hesab üzrə manatla aparılır.



    1. -li ”Dövlət büdcəsinin yerli xərclərinin ödənilməsi üçün pul vəsaitləri” subhesabında dövlət büdcəsinin yerli xərclərdən maliyyələşən təşkilatların pul vəsaitlərinin hərəkəti uçota alınır.

Dövlət büdcəsinin yerli xərclərdən maliyyələşən təşkilatı tərəfindən dövlət büdcəsindən vəsaitin alınması üçün baş təxsisat sərəncamçısına sifariş təqdim edildikdə 111-10 №-li subhesabın debeti və 334 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir.

Baş təxsisat sərəncamçılarından alınmış vəsaitlər 103-9 №-li subhesabın debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir. Baş təxsisatçılar tərəfindən maliyyələşmələr geri çağırıldıqda 103-9 №-li subhesabların krediti üzrə və 111-10 №-li subhesabın debeti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, maliyyələşmələrin geri çağırılması üzrə məbləğlər 334 №-li hesabın müvafiq subhesablarının debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Kreditor borclarının və öhdəliklərin ödənilməsi ilə bağlı əməliyyat üzrə mühasibat yazılışları 103-9 №-li subhesabın kreditində və müvafiq hesabların (301, 302, 304, 305, 306, 307, 308, 309, 311) debetində əks etdirilir.

Dövlət büdcəsindən alınmış vəsaitlər üzrə gəlirin xərclərdən artıq olan hissəsi təşkilatın müvafiq fond hesablarında əks etdirilir. Bu zaman 801 №-li hesabın debeti 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesablarının krediti ilə müxabirləşir.

Təşkilatın fond hesablarında olan dövlət büdcəsindən alınmış gəlirlər üzrə məbləğlər istifadə edildikdə 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesablarının debetində və 103-9 №-li subhesabının kreditində əks etdirilir.

Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına yaradılmış fond hesablarının istifadə edilməmiş qalıqları hesabat ilinin sonunda büdcəyə qaytarıldıqda 533, 535 və ya 541 №-li hesabların müvafiq subhesablarının debetində 103-9 №-li subhesabın krediti üzrə mühasibat yazılışı verilir.



    1. -li “Kapital qoyuluşu üzrə dövlət büdcəsindən yerli xərclərin ödənilməsi üçün pul vəsaitləri” subhesabında dövlət büdcəsinin yerli xərclərdən maliyyələşən kapital qoyuluşlarının və digər tədbirlərin (əgər kapital qoyuluşlarının uçotu xərc smetasının yerinə yetirilməsi üzrə vahid balansda həyata keçirilərsə) maliyyələşdirilməsi məqsədilə büdcə vəsaitlərinin hərəkəti uçota alınır. Dövlət büdcəsinin yerli xərclərdən maliyyələşən təşkilatı tərəfindən kapital qoyuluşları və digər tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsindən vəsaitin alınması üçün baş təxsisat sərəncamçısına sifariş təqdim edildikdə 111-10

№-li subhesabın debeti və 334 №-li hesabın müvafiq subhesabının krediti üzrə mühasibat yazılışı verilir. Bu məqsədlə baş təxsisat sərəncamçılarından alınmış vəsaitlər 103-10 №-li subhesabın debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Baş təxsisatçılar tərəfindən maliyyələşmələr geri çağırıldıqda 103-10 №-li subhesabların krediti üzrə və 111-10 №-li subhesabın debeti üzrə mühasibat yazılışı verilir. Eyni zamanda, maliyyələşmələrin geri çağırılması üzrə məbləğlər

334 №-li hesabın müvafiq subhesabının debeti və 111-10 №-li subhesabın kreditində əks etdirilir.

Kapital qoyuluşlarının və digər tədbirlər üzrə məsrəflərin ödənilməsi 103- 10 №-li subhesabın krediti və müvafiq hesabların (101, 301, 302, 304, 305, 306,

307, 308, 309, 311, 335, 401, 402, 403, 405) debetində uçota alınır.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin