Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu


Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı



Yüklə 109,82 Kb.
səhifə25/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
bim imt sual cavab (1) yeni

30.Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) üzv ölkələrə uyğun normalarla kredit verməklə yanaşı, kasıb ölkələrə də qrantlar ayırır.Xüsusi layihələr üçün ayırılmış kreditlər və qrantlar cox vaxt müəyyən sektorlarda və eləcə də iqtisadiyyatda yeni və daha böyük dəyişikliklərlə əlaqələndirilir.Məsələn, sahilboyu ərazilərdə ekoloji sabitliyi qorumaq üçün ayırılmış kreditlər yeni ekoloji təşkilatların yaraması ilə bərabər, çirklənmənin qarşısını almaq üçün yeni üsulların tapılması ilə də nəticələnir.
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA) isə özəl sektora investisiya daxil edir və bu investisiyaların təminatçısı rolunu oynayır.
Yuxarıda qeyd edildiyi kimi , Dünya Bankı Qrupu BMT-in ixtisaslaşmış qurumlarından biridir və onun 185 üzvü vardır.Təşkilatın baş qərargahı Vaşinqtonda yerləşir.Ənənəyə uyğun olaraq , Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır.Prezident 5 illik müddətə seçilir və nəzarəti həyata keçirir.

Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı, BİYB ing. International Bank for Reconstruction and Development ) — beynəlxalq maliyyənin daha bir mühüm təşkilatı. BİYB 1944-cü ildə Beynəlxalq Valyuta Fondu ilə bir vaxtda yardılmışdı.
BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Bankının qərargahı Vaşinqtonda yerləşir. Əsasən Dünya Bankının məqsədi aşağıdakıları əhatə edir:

  • üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardımçı olmaq;

  • xarici maliyyə qaynaqlarından daxilolan investisiya vəsaitləri ilə üzv ölkəri təmin etmək;

  • ölkələrin xarici dövlət borcu mexanizmni normal hala gətirmək və bu yöndə meydana çıxan əsaslı çətinlikləri aradan qaldırmaq;

  • ölkələr üçün daha sərfəli investisiya mənbələrini müəyyən etmək və beynəlxalq iqtisadi tarazlığı təmin etmək;

  • üzv ölkələrin yerli şirkətlərinin maliyyə mənbələrinə yaranan ehtiyacın aradan qaldırılması və s.

Bu maliyyə qrumu öz tərkibində Beynəlxalq İnkişaf Assosiasiyası (BİA); Beynəlxalq Maliyyə Korporasiyası (BMK); İnvestisiya Zəmanəti üzrə Çoxtərəfli Agentlik (İZÇA)-yi birləşdirir.


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin