Beynəlxalq maliyyə fənnindən imtahan suallarının cavabı : Beynəlxalq maliyyənin məzmunu



Yüklə 109,82 Kb.
səhifə26/44
tarix21.05.2023
ölçüsü109,82 Kb.
#118902
1   ...   22   23   24   25   26   27   28   29   ...   44
bim imt sual cavab (1) yeni

31. Beynəlxalq TMB-lar
Beynəlxalq maliyyə təşkilatları — quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlar.
Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur. Yaranma tarixinə görə öncə " Bretton Vuds əkizləri " adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur. Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir. Fəaliyyət sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır:

  • Avropa Kömür-Polad Birliyi;

  • Avropa Pul Fondu;

  • Avropa İnvestisiya Bankı;

  • Avropa Valyuta Əməkdaşlıq Fondu;

  • Avropa Kənd Təsərrüfatızəmanət və istiqamət fondu;

Beynəlxalq maliyyə təşkilatları siyahısı :
Beynəlxalq Pul Fondu ;
Beynəlxalq finans Qurumu;
Beynəlxalq İnkişaf Birliyi;
Birləşmiş Millətlər İnkişaf problemi;
Çoxtərəfli investisiya zəmanəti agentliyi;
İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;
Digər reginal maliyyə təşkilatları :

  • Asiya İnkişaf Bankı ;

  • Afrika İnkişaf Bankı;

  • İslam İnkişaf Bankı;

  • Kariblər İnkişaf Bankı;

  • Orta Amerika İqtisadi İnteqrasiya Bankı;

  • Ərəb Pul Fondu;

  • Avropa Yenidənqurma və İnkişaf Bankı.

Beynəlxalq TMB


TMB-lar yaranma mənbələri və fəaliyyəti elmi ədəbiyyatlarda yaxşı təsvir olunsada bunun ən yeni dövrdə bəzi xüsusiyyətlərini göstərək:

  • TMB-lar pulun (maliyyə vəsaitlərinin) sahibləri ilə investorları arasındakı vasitəçi rolunun güclənməsi, yəni ssuda kapitalının toplanması və hərəkəti işində TMB-ların kredit rolunun artması

  • TMB-ların vasitələrinin hərəkətinin (sahibindən borc alana doğru ) çoxsaylı formaları və kanalları ilə xarakterizə olunan formalaşan dünya maliyyə bazarlarında həlledici rolu

  • TMB-ların kommersiya bankları tərəfindən beynəlxalq ödəmələrin genişmiqyasda yerinə yetirilməsi,onları sərbəst pul vəsaitlərinə cəlb edərək beynəlxalq bazarda qaytarılma müddətlik və ödənişli şərtləri ilə müxtəlif əməliyyatların aparılması üçün universal maliyyə həlqəsi qismində çıxış edir.

  • Yüksək dərəcədə etibarlılığına görə TMB-ların pul sahibləri üçün cazibəli olması.

  • Güman ki,1980-90-cı illərdə 21-ci əsrin başlanğıcında TMB-ların sayının partlayış sürəti ilə çoxalmasının və investisiya vasitələrinin həcmi baxımından bank idarələrinin artımının ümumilikdə üstələməsinin səbəbidə məhz bundandır.

  • İnvestisiyaların səviyyəsini əmanətlərin müvafiq payı ilə şərtləndirilməsini və məhdudlaşdırılmasını ifadə edən milli əmtəələr və yığımlar (investisiyalar) arasındakı məntiqli əlaqədən asılı olmayaraq TMB-lar artımının nisbi müstəqilliyi də bununla izah edilir.

Bütün bunlar bank kapitalının transmilliləşmə prosesinin intensiv inkişafıına dünyanın aparıcı bank idarələrinin bir –birilə çarpazlaşmasına şərait yaradır. Qüdrətli ABŞ transmilli bankın böyük məbləğdə vəsaitləri,BB,Kanada,Avstraliya və Avropanın qiymətli kağızlarla ticarət edən maliyyə təşkilatlarına yatırılması halları çoxalmışdır. Yaponiyanın aparıcı bankları son 10 illik ərzində ABŞ,Qərbi Avropa və Asiyanın kommersiya banklarının və BOMQ-ın səhmlərinə xeyli vəsait qoyulmuşdur. Avropanın TMB – si strateji anlayışlara qoşulmaqla başqa ölkələrin banklarını satın almaqla (o cümlədən İEÖ-ün) Dünyanın ən müxtəlif ölkələrində TMB-ə iri məbləğ vəsait yatırmaqla anoloji hərəkət edir.Məlumatlara görə aktivlərin həcminə görə ən iri banklar və investisiya şirkətlər arasında ABŞ bankları liderlik edir. Ondan sonra, Yaponiya,BB,AFR,İsveçrə,Fransa-nın ,Çin ,Cənubi Koreya və Latın Amerikası ölkələrinin bankları gəlir.Türkiyə,Ərəb,Afrika,Ş.Avropa banklarının rolu da artır.
Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin beynəlmiləlləşdirilməsi, transmilli kapitalın maraqlarının qloballaşması ilə və əvəzlənməsini gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20–25%-nə malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. TMK-lar əsasən XIX əsrin sonlarından başlayaraq geniş inkişaf etməyə başladı.Ancaq TMK-ların tarixi daha qədimdir.İlk beynəlxalq iqtisadi fəaliyyətlə məşğul olmağa başlamış təşkilat "Tamplier ordeni"sayılır.Onlar 1135-cil ildə hələ beynəlxalq səviyyədə bank işiylə məşğul idilər.Ancaq rəsmi şəkildə yaradılmış ilk TMK-a İngiltərənin "East İndia Company" TMK-dır.Bu kompaniya 1600-cü ildə İngiltərənin Hindistanda iqtisadi fəaliyyət göstərməsi üçun kraliça I Yelizavetanın əmriylə yaradılır.Sonralar ABŞ və Avropada kapitalizmin sürətli inkişafı çoxlu sayda TMK-ların yaranmasına səbəb oldu.
Trans Milli Korporasiyaların təşkilatlanması
BMT-nin hesablamalarına görə indiki dünyada 65 min transmilli korporasiya fəaliyyət göstərir. Bu 65 min transmilli korporasiyanın ümumilikdə 850 min xarici filialları mövcuddur və bu transmilli korporasiyalar 75 milyona yaxın insanı işlə təmin etmişdir. Transmilli korporasiyaların filiallarının və ana kompaniyalarının ölkələr üzrə yerləşməsinə diqqət yetirsək görə bilərik ki, ana kompaniyaların əksəriyyəti, yəni 80% sənayecə İEÖ-də yerləşmişdir. Yalnız 19,5% ana kompaniyanın yerləşdiyi ərazi İEOÖ-dir. 0,5% ana kompaniya isə post-sovet məkanında yerləşmişdir. Qız kompaniyaların (yəni xarici filialların) 33%-i İEÖ-də yerləşmişdir. 50% qız kompaniya iqtisadi cəhətdən az inkişaf etmiş ölkələrin (yəni İEOÖ-in) payına düşmüşdür. Yerdə qalan 17% qız kompaniya isə post-sovet məkanında yerləşmişdir. 


Yüklə 109,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin