Bilal Həsənli Nazilə Abdullazadə


bitkin parçalarda fasilə, məntiqi vurğulu sözlərin, ifaçılıq vəzifəsinin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə114/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

bitkin parçalarda fasilə, məntiqi vurğulu sözlərin, ifaçılıq vəzifəsinin, 
nitqin tonu, tembri, oxuda intonasiyanın aldığı çaların müəyyənləşdirilməsi)
tapşırığı verilir. 

Səlma 
(Qapı önündə oturub pək düşüncəli görünür, iki dəqiqə sonra qalqıb
yüzünü göy səmtinə tutar. Sinirli və həyəcanlı bir səslə) 
 
Ey mərhəmət kanı, ey ulu Tanrı! 
Ey yerlərin, göylərin hökmdarı! 
İnayət qıl, yoq başqa bir havadar, 
Yalnız varım-yoqum tək bir oğlum var. 
Ah, Qanpolad!.. Nuri-didəm, evladım! 
Üç ay var ki, məktubunu almadım. 
Üç ay var ki, taqət qalmamış bəndə, 
Gözüm yollarda, intizar içində. 
Hər gecə gördüyüm qanlı röyalar 
Göstərir ki, qorqulu bir xəbər var. 
Bir yıldan fəzlədir hər ay, hər on beş 
Xayır, xayır, oğlum vəfasız deyil 
Məktub yollardı, eylərdi sipariş. 
Niçin o şimdi olsun böylə qafil? 
Lakin bəni məhv edər bu intizar, 
Gündən-günə qəlbimdə şübhə artar. 
(İsmətin gəldiyinə diqqət edərək) 
Ah, gəliyor İsmət, nasıl da məhcub! 
Qız deyil, bir mələkdir... 
İsmət 
(Gülər yüzlə) 
İştə məktub! 
Səlma 
Kimdən, quzum? 
İsmət 
Qanpoladdan. 


197 
Səlma 
Kim verdi? 
 
İsmət 
Qomşumuz, Qorqmaz oğlu Müslim verdi. 
Səlma 
Nasıl Qanpoladım? 
İsmət 
Şükür, sap-sağlam... 
Səlma 
Gəlmiyormu? 
İsmət 
Məktubda yazmış tamam. 
Səlma 
Ah, gözəl İsmətim, otur evdə sən, 
Bir az təkbaşına çalğı çal, əylən. 
Bən də şimdi məktubda hər nə varsa 
Oqutdurub tez gəlirim... 
İsmət 
Pək əla. 
(Səlma gedər) 
 
II 
İsmət 
(Kəndi kəndinə) 
Of! Qanpolad kim bilir şimdi nerdə? 
Bən burda yalnız, o, qürbət ellərdə. 
Bir yıl əvvəl nişanlandım bən ona, 
Tale o gündən düşman olmuş bana. 
Artıq onsuz hər şey gözümdə məhzun, 
Bir an həyatımdan olmadım məmnun. 
İştə bahar olmuş, hər yer gülümsər, 
Quşlar civildəşir, bülbüllər ötər, 
Açılmış hər yanda güllər, çiçəklər, 
Qızlar, oğlanlar sevişir, seyr edər. 
Bəzənmiş bir gəlin kibi kainat, 
Fəqət bənim qəlbim açılmaz, heyhat!.. 
(Qapıyı açıb içəri girər. Bir az sonra Orxan ilə İzzət bir tərəfdən çıqar.) 
 
Orxan 
İzzət, İzzət! Sən bir tərəfdə bəklə, 
Saqın! İsmət səni görməsin hələ. 


198 
İzzət 
Kim bilir! Bəlkə hiç o yoqdur evdə. 
(Bu sırada qarmon səsi eşidilir.) 
 
Orxan 
İştə qarmon səsi! Odur əlbəttə. 
Odur, o!.. Baq, nasıl ruhlu bir çalğı? 
 
İzzət 
Əvət, məhzun gönül, məhzun musiqi. 
Orxan 
Ah, qız nə qız! Sultanlara layiqdir, 
Fəqət zalım Qanpolada aşiqdir. 
Hər gün xəbər tutar gedib-gələndən, 
Onun adı bir an düşməz dilindən. 
Zavallı! Kəndi hüsnündən xəbərsiz, 
Bilmiyor ki, eşqində divanəyiz! 
Bilməm ona nasıl dərd anlatmalı, 
Yalnız yalvarmalı, ya qorqutmalı. 
Kəndisi arqasız, yoqsuldur gərçi 
Lakin o qızda bir böyüklük var ki, 
Hər zaman rast gəlsəm ruhum sarsılır, 
Dilim söz söyləməkdən aciz qalır. 
İzzət 
Orxan, sən bir yigidsən! Düşün bir az, 
Billah, bu hal sana əsla yaraşmaz. 
Orxan 
Pəki nə yapmaq gərək? 
İzzət 
Bıraq varsın, 
Qız kəndisi gəlsin sana yalvarsın. 
Orxan 
Xayır, bu iş mümkün deyildir haşa! 
Bən dərdimi açıb da başdan-başa 
Eşqimi söylərim, riza göstərsə 
Xoşbaxt olur... 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin