Bilet 9
1/. Cərəyan, gərginlik və gücün ölçülməsi
Kəmiyyətdən asılı olaraq dövrənin elektrik cərəyanının şiddəti milliampermetrlərlə (əgər cərəyanın qiyməti amperin minlik hissəsini təşkil edirsə), ampermetrlərlə və kiloampermetrlərlə (əgər cərəyanın qiyməti min amperi təşkil edirsə) ölçülür.
Sabit cərəyanı - maqnitoelektrik, elektromaqnit və elektrodinamik tipli cihazlarla, dəyişən cərəyanı isəmaqnitoelektrikdən başqa bütün tip cihazlarla ölçmək olar.
Hər hansı bir dövrənin sahəsində elektrik cərəyanının şiddətini ölçmək üçün ölçülən cərəyan cihazdan axmalıdır. Odur ki, onu, ölçülən dövrəni qırmaqla, ardıcıl qoşurlar
Ampermetrin özünün müqaviməti (cihazın sarğısının daxili müqaviməti) dövrənin iş rejiminə dəyişiklik verilməməsi üçün böyük olmamalıdır.
Əgər ölçülən cərəyan şiddəti verilən PA2 ampermetrinin buraxılabilən ölçü hüdudundan artıq deyilsə onu yük dövrəsinə ardıcıl qoşurlar
Əgər dövrədəki cərəyan şiddəti verilən ampermetrin buraxılabilən qiymətindən artıqdırsa, onda ölçmə zamanı Rş şunt (sabit cərəyanda) və ya CT cərəyan transformatoru (dəyişən cərəyanda) istifadə olunur.
Cərəyan transformatoru (şək. 3) elektrotexniki poladın nazik vərəqlərindən (qalınlığı 0,35...0,5 mm) yığılmış qapalı maqnit keçiricisindən və birinci və ikinci tərəf üçün iki dolaqdan ibarətdir. Birinci dolağı (Лl və Л2 sıxacları) dövrədə yükə ardıcıl qoşurlar, ikinci tərəfı isə (И1 və И2 sıxacları) - ölçmə cihazlarına: ampermetrlərə, voltmetrlərə, sayğaclara.
Dostları ilə paylaş: |