Bilet 1 Elektrik dövrələrinin elementləri


Bilet 9 1/. Cərəyan, gərginlik və gücün ölçülməsi



Yüklə 0,68 Mb.
səhifə53/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   49   50   51   52   53   54   55   56   ...   106
elekson

Bilet 9

1/. Cərəyan, gərginlik və gücün ölçülməsi

Kəmiyyətdən asılı olaraq dövrənin elektrik cərəyanının şiddəti milliampermetrlərlə (əgər cərəyanın qiyməti amperin minlik hissəsini təşkil edirsə), ampermetrlərlə və kiloampermetrlərlə (əgər cərəyanın qiyməti min amperi təşkil edirsə) ölçülür.



Sabit cərəyanı - maqnitoelektrik, elektromaqnit və elektrodinamik tipli cihazlarla, dəyişən cərəyanı isəmaqnitoelektrikdən başqa bütün tip cihazlarla ölçmək olar.

Hər hansı bir dövrənin sahəsində elektrik cərəyanının şiddətini ölçmək üçün ölçülən cərəyan cihazdan axmalıdır. Odur ki, onu, ölçülən dövrəni qırmaqla, ardıcıl qoşurlar

Ampermetrin özünün müqaviməti (cihazın sarğısının daxili müqaviməti) dövrənin iş rejiminə dəyişiklik verilməməsi üçün böyük olmamalıdır.

Əgər ölçülən cərəyan şiddəti verilən PA2 ampermetrinin buraxılabilən ölçü hüdudundan artıq deyilsə onu yük dövrəsinə ardıcıl qoşurlar

Əgər dövrədəki cərəyan şiddəti verilən ampermetrin buraxılabilən qiymətindən artıqdırsa, onda ölçmə zamanı Rş şunt (sabit cərəyanda) və ya CT cərəyan transformatoru (dəyişən cərəyanda) istifadə olunur.

Cərəyan transformatoru (şək. 3) elektrotexniki poladın nazik vərəqlərindən (qalınlığı 0,35...0,5 mm) yığılmış qapalı maqnit keçiricisindən və birinci və ikinci tərəf üçün iki dolaqdan ibarətdir. Birinci dolağı (Лl və Л2 sıxacları) dövrədə yükə ardıcıl qoşurlar, ikinci tərəfı isə (И1И2 sıxacları) - ölçmə cihazlarına: ampermetrlərə, voltmetrlərə, sayğaclara.




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin