Xüsusi güc üsulu
Hesabatı aparılan bina üçün işıqlanma norması, işıqlandırıcının növü və asma hündürlüyü, işıqlandırılan sahə nəzərə alınmaqla xüsusi güc norması Po təyin edilir (əlavə 9).
Elektrik işıqlandırılması üçün sərf olunacaq hesabat gücü təyin edilir.
Phes = Po·S, Vt,
burada Po– xüsusi güc norması, Vt/m2;
S – hesabatı aparılan binanın sahəsi, m2.
Hesabatın nəticələrinə əsasən binanın xarakteri və növünə görə asılacaq işıqlandırıcı seçilir və orada quraşdırılan lampanın gücü PL təyin edilir
Nöqtə üsulu
Hesabatı aparılan binanın planı çəkilir və planda verilmiş işıqlandırıcıların yerləşdirilməsi göstərilməklə mümkün həndəsi ölçülər göstərilir.
Dostları ilə paylaş: |