Səviyyə vericiləri maye və dənəvər materialların, məsələn dən, qum və sairənin səviyyəsinin nəzarəti üçün istifadə olunur.
Üzgəcli vericilər (şək. 7 , a və b) 1 üzgəc və səviyyənin qiymətini elektrik kəmiyyəti – müqavimət (şək. 7, a) və cərəyana (şək. 7, b) çevirən 2 elementdən ibarətdir.
Optik vericiləri işıqlanmanın dəyişməsinə təsirlənən avtomatika elementi kimi istifadə olunur.
Fotorezistor (şək. 9 ), şüşə lövhə 1 üzərinə kükürdlü qurğuşun, vismut, kadmium kimi 2 yarımkeçirici maddələrdən nazik lay yayılmışdır. Bu lay işıqkeçirən lakla 3 örtülür. Yrımkeçirici layın əks üzünə metallik elektrodlar 5 bərkidilir. Şüşə lövhə plastmas çərçivəyə 4 qondarılır. İşığın təsirindən yarımkeçiricidə azad elektronların miqdarı artır və onun elektrik keçiriciliyini artırır.
5// Elektrik dövrələrində parallel birləşmə hesabatları
Dostları ilə paylaş: |