Bilet 1 Elektrik dövrələrinin elementləri



Yüklə 0,68 Mb.
səhifə48/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   44   45   46   47   48   49   50   51   ...   106
elekson

3// Közərmə lampaları

Közərmə lampalarını insan fəaliyyətinin bütün sahələrində istifadə edirlər. Buna səbəb onlara qulluq və istismarın sadəliyi, eləcə də nisbətən kiçik dəyəridir.

Elektrik közərmə lampasının əsas hissəsi – közərmə teli, dairəvi en kəsikli volfram simdən hazırlanır.

Közərmə telinin qamaşdırıcı parlaqlığını azaltmaq üçün şəffaf kolbalardan başqa tutqunlaşdırılmış, opal və “süd rəngli” şüşə istifadə edilir. Belə kolbalarda işıq selinin 20%-ə qədəri itir. Bəzi tipli lampalarda kolbanın daxili divarlarında güzgülü və yaxud diffuziya tozlanması şəkilində hazırlanmış əksetdirici nəzərdə tutulur. Közərmə lampalarının işıq texnikası xarakteristikaları közərmə temperaturu ilə sıx bağlıdır. Közərmə telinin işçi temperaturu təkcə volframın ərimə temperaturu ilə məhdudlaşdırılmır. Bu, eləcə də volframın intensiv tozlandırılması ilə bağlıdır. Buxarlanma nəticəsində volfram telinin en kəsikyi azalır, buxarlanmış volfram isə lampanın kolbasına çökərək, onun şəffaflığını azaldır. Volframın tozlandırılmasını azaltmaq uçun közərmə telinin xüsusi konstruksiyası nəzərdə tutulmuşdur. Bundan başqa kolbanı təsirsiz qazlarla (arqon, kripton) doldururlar. Közərmə telinin spiral formasında hazırlanması volframın tozlandırılmasını azaldır. Buna görə lampaların közərmə teli spirallı, bispirallı və üçspirallı hazırlanır. Volframın tozlandırılmasının mənfi təsirini xeyli azaltmaq üçün kolbanın daxilinə dozalaşdırılmış miqdarda yod əlavə edirlər. Bu lampalar haloid adlanır.

Yodun təsir mahiyyəti aşağıdakı kimidir.

Temperatur 300...12000S çatdıqda yod buxarı kolbanın divarları yaxınlığında volfram spiralından ayrılmış hissəciklərlə birləşərək WJ2 volfram yodid yaradır, odur ki, kolbanın divarları yaxınlığında WJ2 konsentrasiyası artır. Diffuziya təsirindən WJ2 kolbanın mərkəzinə hərəkət edir. Közərmə telinin yaxınlığında 1400...16000S temperaturda WJ2 volfram yodid molekulaları parçalanır və volframın atomları közərmə telinə hopur. Ayrılmış yod yenidən qayıtma siklində iştirak edərək, buxarlanmış volframın kolba divarlarında hopmağına mane olur. Haloid lampalarının xarici konstruktiv fərqi – uclarında iki kontakt çıxışı olan kiçik həcmli kvars şüşəsindən hazırlanmış silindrik kolba olmasıdır (şək. 1, c).

Bu lampalarda uzun spirallı közərmə telinin, istismar şərtlərinə xüsusi tələb vardır: xətvarı haloid lampalar mütləq üfuqi vəziyyətdə işləməlidir.

Közərmə lampalarının markaları aşağıdakı kimidir:



HB – normal (ümumi təyinatlı) vakuum;

НГ – normal (ümumi təyinatlı) qazla doldurulmuş;

– normal (ümumi təyinatlı) bispirallı;

НБК – normal (ümumi təyinatlı) bispirallı, kripton qazı ilə doldurulmuş.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin