Bilet 1 Elektrik dövrələrinin elementləri


Şək. 5. ДРТ lampasının qoşulma sxemi



Yüklə 0,68 Mb.
səhifə47/106
tarix02.01.2022
ölçüsü0,68 Mb.
#43776
1   ...   43   44   45   46   47   48   49   50   ...   106
elekson

Şək. 5. ДРТ lampasının qoşulma sxemi
Ardıcıl LL drosseli dövrəyə qısa müddətli qoşulmuş C2 kondensatoru ilə rezonans konturu təşkil edirlər.

Rezonans nəticəsində, qidalanma gərginliyi ilə müqayisədə, drossel və C2 kondensatorunda gərginlik təxminən 2 dəfə artır. Bu, lampada qövslü boşalmanın alışması üçün kifayətdir. Cərəyan keçirən lövhə kiçik tutumlu C3 kondensatoru vasitəsi ilə elektrodların birinə birləşdirilmişdir. C1 kondensatoru sxemin güc əmsalını 0,92...0,95 sərhədində yüksəltmək üçündür.



ДРТ lampasında elektrik enerjisi aşağıdakı kimi çevrilir: UB şüalanma – 18%, İQ şüalanma – 15%, görünən şüalar – 15%, itkilər – 52%. ДРТ lampası hər şeydən əvvəl ultrabənövşəyi şüalanma mənbəyidir. ДРТ lampalarının spektrində dalğa uzunluğu 570nm-dən artıq görünən şüalanmalar iştirak etmir.

Lampanın şüalanma seli ətraf mühitdəki havanın temperaturu, kvars kolbanın üzərinə çökmüş və yüksək temperaturda onun şəffaflığını pozan havadakı sərt hissəciklərdən asılıdır. Kvars şüşənin spektrin UB hissəsində şəffaflığının azalması ДРТ lampasının işləmə müddətini təyin edir. Gücü 230, 400, 1000 Vt olan lampaların işləmə müddəti 1500...3000 saatdır.

Lüminoforlu qövslü civəli ДРЛ tipli lampaların iki kolbası vardır (şək. 6, b). Xarici şüşə kolba 7 içəridən 8 lüminoforla örtülmüşdür. Burada lüminoforun vəzifəsi UB şüalanmanı dalğasının uzunluğu 570nm-dən yüksək olan qırmızı rəngli şüalanmaya çevirməkdir. Lüminoforun tərkibindən asılı olaraq bu şüalanmanın payı lampanın ümumi selində 6...10% təşkil edir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin