1
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Magistratura mərkəzi
“Materialşünaslıq” kafedrası
Fənnin adı
: “Şüşə materiallar texnologiyası”
Mövzu
9
:
Şüşəbişirmə sobalarının növləri
Mühazirəçi:
k.e.n. dosent S.İ.Abbasova
MÜHAZİRƏNİN PLANI
1.
Şüşənin dibçəkli sobalarda bişirilməsi.
2.
Şüşənin vanna sobalarında bişirilməsi.
3.
Elektrik sobaları.
4.
Bişmə prosesinə nəzarət.
İstifadə olunan ədəbiyyatlar
1.
Технология стекла. Под ред.И.И.Китайгородского, М., _ 1961.
2.
Технология строительного и технического стекла и шлакоситаллов. Стройиздат,
1983.
3.
Химическая технология стекла и ситаллов. Под ред. Н.М.Павлушкина, М.,
Стройиздат, 1983._ 432с.
BAKI-2022
2
Şüşənin bişməsi müxtəlif konstruksiyalı, qazla yaxud elektrik qızdırıcılı sobalarda
aparılır. Qazla işləyən sobalara dibçəkli və vanna sobaları, elektrik qızdırıcılı sobalara
müqavimət sobalarını və yüksək tezlikli sobalar aiddir. İş rejiminə görə vanna sobaları dövri
və fasiləsiz, dibçəkli sobalar isə ancaq dövri işləyir.
Qızdırılma üsuluna görə qazla (alovlu) işləyən dibçəkli və vanna sobalarını, elektrik
sobalarını və yüksək tezlikli sobaları, alovlu-elektrik sobalarını və s. fərqləndirirlər. Hazırda
əksəriyyət qaz sobaları ucuz, təmiz və yüksək kalorili yanacaq olan təbii qazla işləyir, az
hallarda mazut, kerosin istifadə olunur.
Müxtəlif növlü sobaların işi onların məhsuldarlığı, faydalı iş əmsalı və şüşənin
bişməsinə istilik sərfi ilə xarakterizə olunur. Faydalı iş əmsalı şüşənin bişməsinə sərf olunan
istiliyin ümumi istilik sərfinə nisbətini göstərir. Sobaların f.i.ə. kifayət qədər geniş hədlərdə
dəyişir. Dibçəkli sobaların f.i.ə. 6-8 %, dövri işləyən vanna sobalarında
15%,
fasiləsiz
işləyən vanna sobalarında
17-28%, elektrik sobalarında isə 60% təşkil edir. Qalan istilik
hovuzun mühafizə səthi, odluq, kanallar vasitəsilə itirilir, tüstü qazları ilə aparılır.
Müasir vanna sobalarının məhsuldarlığı gündə 400
t və daha çox şüşə, elektrik
sobalarında isə 80 tona qədər olur.
Şüşə bişirməyə istilik enerjisi sərfi dibçəkli sobalarda 1 kq üçün 40000 kC-dan çox,
vanna sobalarında isə 7200-14000 kC təşkil edir.
Hər bir sobanın
işi istilik sərfindən, qazların tərkibi və təzyiqindən asılı olaraq
müəyyən rejimlə xarakterizə olunur. Sobanın ayrı-ayrı zonaları üzrə temperaturdan asılı
olaraq istilik sərfi müəyyənləşdirilir. Sobadakı qazların tərkibi və təzyiqi yanan yanacağın
və havanın sərfindən, havanı
çəkmə intensivliyindən, şixtanın tərkibindən,
eyni zamanda
yanacağın növündən asılıdır.
Yanma şəraitindən asılı olaraq sobada qazların tərkibi dəyişə bilər. Yanma
məhsullarında CO
2
, CO, O
2
, H
2
O, SO
2
və digər qazlar müşahidə edilir. Qaz atmosferinin
xarakteri CO və O
2
–nin qatılığına əsasən təyin edilir: oksidləşdirici- O
2
2%; reduksiyaedici
– CO – 0,3÷0,4%; neytral – CO=0%.