6
(1550-1600°C və yuxarı) şüşə kütləsinin, buxarın və şixta tozunun təsirinə davamlı
odadavamlı materiallarla örtülür.
Sobanın həcmi bişirmə və soyutma hissələrinə bölünür. Bişirmə hissəsində şüşə kütləsi
bişirilir, soyutma hissəsində isə o istehsaldan əvvəl soyudulur. Soyuducu hissəyə məmulatın
istehsalı üçün qurğu birləşdirilir.
Konveksiyalı (arakəsmə ilə yaxud arakəsməsiz) və axarlı sobaları fərqləndirirlər.
Vərəqə şüşə istehsalı üçün böyük sobalarda bişirmə
və soyutma hissələri
arakəsmələrlə, qaz mühitində
−
ekranla və bişmə rejimini daha yaxşı
tənzimləmək üçün
tavanla bölünür.
Vərəqə şüşə sobalarında bişirmə və soyutma hovuzlarını ayırmaq üçün şüşə kütləsinə
50-80 mm diametrli boru salınır, yaxud sobanın soyutma hissəsində quraşdırılmış
odadavamlılıq qabiliyyətinə malik digər materiallardan istifadə olunur.
Müasir alovlu sobalarda mühəndis A.N.Germanov tərəfindən konstruksiya edilmiş
odadavamlı materialdan
daha uzunömürlü arakəsmə
−
bakor quraşdırılır. Bu arakəsmə
vanna sobasını eyni zamanda həm şüşə kütləsinə görə, həm də qaz mühitinə görə hissələrə
bölünür. Ekran və bakorlu arakəsmələr intensiv olaraq hava ilə soyudulur ki, bu da şüşə
kütləsinin temperaturunu 70-1300°C-dək azaltmağa imkan verir. Bakorlu yanaşma şüşədə
odadavamlığın təsirindən yaranan qüsurların sayını azaldır.
Sobaların təmiri arasındakı maksimal dövr 5-6 ildir.
Dostları ilə paylaş: