Silikatlar haqqında ümumi məlumat Silikat sənayesi bir neçə müstəqil sənaye növlərinə bölünür:
1.Saxsı məmulatlar istehsalı 2.Yapışdırıcı maddələr 3.Şüşə istehsalı sənayesi Silikat texnologiyası dedikdə- tərkibində SiO2 olan müxtəlif minerallar və onların qarışığının süni yolla alınması, minerallar və onların qarışığından müxtəlif məmulatların hazırlanması, şüşə və şüşə məmulatların istehsalı nəzərdə tutulur.
Silikat sənayesi üçün xammal olaraq dağ süxurları, əhəngdaşı, tabaşir, dolomit, kvars qumu, çöl şpatı, nefelin və s. işlədilir.
Silikat sənayesinin əsas məhsullarından sement, şüşə, kərpic, örtük materialları, elektrik,istilik və səsi izolə edən materiallar, kimyəvi davamlı materiallar, radio, televiziya və optika sənayesi üçün lazım olan məmulatlar, kimyəvi qablar,məişət əşyaları və s.daha çox işlədilir.
Silikat sənayesinin əsas texnoloji prosesləri aşağıdakılardır: 1.Xammalın xırdalanması, üyüdülməsi və qarışdırılması.Bu əməliyyatlar texnoloji proseslər üçün ümumidir.
2.Əmələ gələn şixtanın yüksək temperaturda emalı. Bu əsas mərhələdir. Bu mərhələdə mineralların sintezi və şüşə kütləsinin əmələ gəlməsi başa çatır.
3.Şixtanın diqqətlə qarışdırılması, formalara tökülməsi, formaların qurudulması.
İstehsal olunan məmulatın xarakterindən aslılı olaraq digər mərhələ və proseslər də mövcuddur.
Saxsı istehsalı Tətbiq sahələrindən asılı olaraq saxsı məmulatlar bir neçə qrupa bölünür: