Mühazirə 11 Silikatlar texnologiyası Plan. Saxsı istehsalı Yapışdırıcı maddələr


Saxsı kütləsinin formalaşdırılması



Yüklə 0,75 Mb.
səhifə3/12
tarix20.11.2023
ölçüsü0,75 Mb.
#165966
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
11 kopyası

3.Saxsı kütləsinin formalaşdırılması-3 üsulla aparılr:
1.Quru
2.Yarımquru
3.Plastik
Quru formalaşdırma zamanı tozvarı kütlə pres altında sıxılıb müəyyən formalara salınır.
Yarımquru üsulda saxsı kütləsinə onun 4-16%-inə qədər su əlavə edilir və yenidən preslə sıxılıb müəyyən formaya salınır.
Plastik üsulla formalaşdırma zamanı xəmirəbənzər kütlə hazırlanır və həmin kütlə müxtəlif tipli maşın və ya preslərlə formalaşdırılır.



1.yükləyici qıf ; 2.vallar ; 3.fırlanan qurğu; 4.presin ucluğu; 5.hamarlayıcı(nəmləndirici); 6.lent halında kütlə; 7.diyircəklər
Plastik üsulla formalaşdırmada lentvari presdən istifadə olunur.Hazır xammal nəmləndirici ilə mexaniki üsulla qarışdırılır.Kütlənin ucluğa hərəkəti zamanı əlavə qarışdırılır,hamarlaşdırılır.Nəmləşdiricidən ucluğa su verilir.Lent kərpic formasında ya əl ilə,ya da kəsici maşınlarla kəsilir.
Bəzi hallarda saxsı kütləsi tökmə üsulu ilə formalaşdırılır.Bu məqsədlə toz halında kütləyə saxsı kütləsi çəkisinin 30-35%-i qədər su əlavə olunur.(sliker-suspenziya), kütlə hazırlanır. Hazırlanmış kütlə (horra)xüsusi formalara tökülüb qurudulur. Formalar gipsdən hazırlanır, gips forma nəmi özünə çəkdiyinə görə kütlə tez bərkiyir. Bu üsulla incə və xüsusi saxsılar hazırlanır.
4.Formalaşdırılmış saxsı kütləsi müxtəlif növ quruducularda (kamera,tunel) qurudulur.
5.Bişirilmə mərhələsi zamanı müxtəlif fiziki-kimyəvi çevrilmələr baş verir. Nəticədə saxsı kütləsi hazır məmulata çevrilərək bərkiyir. Bu mərhələdə temperatur rejimi pozulduqda məmulatda çatlar yaranır, hazır məhsul isə əriyə bilər. Məsələn:adi inşaat kərpici 1050-1100 -də, odadavamlı məmulatlar 1350-1650 -də, turşuyadavamlı məmulatlar 1250-1350 -də, Mg-lu odadavamlı məmulatlar isə 1550-1680 -də bişirilir.
Məmulatın bişirilməsi üçün müxtəlif sobalardan istifadə olunur. Bu sobalardan ən çox yayılanı tunel tipli sobalardır. Bu sobanın uzunluğu 165 m-ə yaxın olur. Sobanın hər iki ucu açıq olur, içərisi bişirmə kanalı adlanır.Bişirmə zonasında yerləşən relslərlə saxsı kütləsi ilə dolu olan arabacıqlar hərəkət edir. Arabacıqlar (vaqonetlər) odadavamlı kərpicdən hazırlanır. Soba qaz yanacaqla qızdırılır. Əmələ gələn yanacaq qazları arabacıqların hərəkətinin əksinə hərəkət edir, sobada müxtəlif temperatur rejimi yaranır. Sobada boşaltma və doldurma prosesləri mexanikiləşdirilmişdir. İş rejimi avtomatik idarə olunur, yanacaq sərfi çox da böyük olmur, çünki yanacaq qazlarının istiliyindən tam istifadə olunur.
Soba 3 zonadan-qızdırılma, yanma, soyudulma zonasından ibarətdir. Yandırılma zonasına lampalar vasitəsilə qaz yanacaq verilir.Yanacaq hava ilə qarışaraq yanır və saxsı məmulatın formalaşması üçün lazım olan 1250-1500 temperatur yaradılır.Arabacıq məmulatla birgə I zonaya daxil olur, yandırılma zonasından gələn yanacaq qazları ilə qızır və II zonaya keçir. Orada lazım olan temperatura qədər qızır, axırıncı zonada öz temperaturunu havaya verib soyuyur, isinmiş hava isə y andırma zonasına verilir.
4



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin