1.İnşaat saxsıları-bunlara adi və deşikli kərpicləri, saxsı plitələri, kanalizasiya borularını və s. göstərmək olar.
2.İncə saxsılar-əsasən farfor-fayans məmulatları, vannaları,
laboratoriyada işlənən saxsı qablar.
3.Xüsusi saxsılar-radio və aviasiya sənayesində,cihazqayırmada işlədilir.
4.Odadavamlı saxsılar-bu saxsılar 1000 -dən yüksək temperaturda öz xassələrini dəyişmir. Onlardan yüksək temperaturda işləyən sobaların daxili hissəsini örtmək üçün istifadə edilir.
5.Üzlük saxsıları-bu saxsılar binaların daxili və xarici divarlarını örtmək üçün istifadə edilən saxsılardır.
Saxsı sənayesi üçün tələb olunan xammalı 2 qrupa bölmək olar:
1.Plastik materiallar- Bu materialları su ilə qarışdırdıqda ona istənilən formanı vermək olar və həmin formanı quruduqda, yaxud bişirildikdən sonra saxlaya bilər. Plastik xammalara misal gildir.Gilin tərkibinə daxil olan əsas mineral kaolinitdir: Al2O3 SiO2 2H2O
2.Qeyri-plastik materiallar.Bunlara kvars-SiO2, maqnezit-MgCO3, dolomit-MgCO3 CaCO3, çöl şpatları-(K Na)2O Al2O3 SiO2 və s. aiddir.
. Saxsı istehsalı aşağıdakı mərhələlərdən ibarətdir: 1.Xammalın hazırlanması
2.Saxsı kütləsinin hazırlanması
3. Saxsı kütləsinin formalaşdırılması
4.Formalaşdırılmış saxsı kütləsinin qurudulması
5.Qurudulmuş saxsı kütləsinin bişirilməsi
6.Forma üzərinə naxışlar salınması, boyanması,bədii tərtibatı
1.Xammalın hazırlanması-dedikdə onun zənginləşdirilməsi, xırdalanması, üyüdülməsi, qarışdırılması, nəmləndirilməsi nəzərdə tutulur.
2.Saxsı kütləsinin hazırlanması-dedikdə xammalın müəyyən miqdar su ilə xüsusi qarışdırıcılarda qarışaraq xəmirə bənzər kütlənin alınması nəzərdə tutulur.