1.lampaya hava verən kanal; 2.lampalar; 3.arabacıq;4. hava;5.baca
Soba 3 zonadan-qızdırılma, yanma, soyudulma zonasından ibarətdir. Yandırılma zonasına lampalar vasitəsilə qaz yanacaq verilir.Yanacaq hava ilə qarışaraq yanır və saxsı məmulatın formalaşması üçün lazım olan 1250-1500 temperatur yaradılır.Arabacıq məmulatla birgə I zonaya daxil olur, yandırılma zonasından gələn yanacaq qazları ilə qızır və II zonaya keçir. Orada lazım olan temperatura qədər qızır, axırıncı zonada öz temperaturunu havaya verib soyuyur, isinmiş hava isə yandırma zonasına verilir.
6.Bişirilmiş hazır məmulat üzərinə müxtəlif naxışların salınması ,yaxud bədii tərtibatı müxtəlif üsullarla həyata keçirilir.Məqsəd məmulata dekorativ forma vermək,yaxud onu ətraf mühitin təsirindən qorumaqdır.
İnşaat kərpici İnşaat kərpici saxsı növünə aid edilir və 3 cür olur:
1.Adi inşaat kərpici – bu kərpic tərkibi 53-81%SiO2, 7-23%Al2O3, 2-8%Fe2O3, 14%CaO, az miqdar MgO və qələvi metal oksidlərindən ibarət olan gildən hazırlanır. Gilə az miqdar qum və ya şamot əlavə edilir. Kərpic 1050-1100 -də bişirilir. Adətən,250,120,65 mm ölçülü kərpiclər hazırlanır. Belə kərpiclər tunel sobalarda bişirilir.
2.Silikat kərpici-Bu kərpic prinsip etibarı ilə saxsı kimi bişirilmir. O,əhəng və qum qarışığından hazırlanır. Formalaşmış saxsı kütləsi avtoklavda 8 atmosfer təzyiqi altında buxarla emal olunur. Bu zaman əmələ gələn karbonatlar və hidrosilikatlar qumun bir-birinə yapışmasına səbəb olur.
3.Odadavamlı kərpic-metallurgiyada, kimya sənayesində, maşınqayırma və energetikada, sobaların daxili divarını örtmək üçün və s.geniş tətbiq olunur. Odadavamlı saxsılar aşağıdakı xassələrə malik olmalıdır.
1.Odadavamlılığa-heç bir dəyişikliyə uğramadan yüksək temperatura tab gətirmək.
2.İnşaat möhkəmliyinə-yəni yüksək temperaturda mexaniki təsirlərə-sıxılmaya,dartılmaya,əyilməyə və s. qarşı möhkəm olmaq.