2CaSO4 2CaO+2SO2+O2 Yüksək temperaturda közərib bişən material (CaSO4+CaO) soyuduqdan sonra xırdalanır, üyüdülür və su ilə qarışdırdıldıqda bərkiyir. Bərkimə prosesi kalsium-oksidin, kalsium-hidroksidə və kalsium-sulfatın hidrata CaSO4 2H2O çevrilməsi hesabına gedir.Belə materiallar sürtünməyə davamlı olduqları üçün yeraltı tikintilərdə, bütöv döşəmə hazırlanmasında, süni mərmər almaq üçün və s.istifadə olunur.
Maqnezial-sement yapışdırıcı maddələrə kaustik maqnezit MgO və kaustik dolomit MgO+CaCO3+CaO aiddir. Bu yapışdırıcılar maqnezitin MgCO3 və dolomitin CaCO3 MgCO3 yandırılmasından alınır.Yandırma prosesi şaxta tipli və ya fırlanan sobalarda 800-850 -də aparılır.
Alınan material kürəcikli dəyirmanlarda üyüdülür. Başqa yapışdırıcılardan fərqli olaraq su ilə deyil KCl məhlulu ilə qarışdırılır, çünki,suda həll edildikdə bərkiyən materialın möhkəmliyi azalır və bərkimə prosesi yavaş gedir.
Maqnezial yapışdırıcılar onlara əlavə edilən doldurucuları çox yaxşı yapışdırır. Bunun da əsasında ksilolit, fibrolit, itiləyici daşlar və s. hazırlanır.
Ksilolit –ağac ovuntusu maqnezial sementlə qarışdırıldıqdan sonra preslənmiş bərk materialdır. Ondan döşəmələr, pilləkanlar, istilik izolyatorları istehsal olunur.
Fibrolit-istilik və səs keçirməyən inşaat materialıdır, onu almaq üçün ağac sıyrıntıları maqnezial yapışdırıcı ilə qarışdırıldıqdan sonra preslənir və qurudulur.
Hidravlik yapışdırıcı maddələr Bunlara hidravlik əhəngi, müxtəlif növ sementləri və s. göstərmək olar.Ümumi istehsal olunan sementin 50%-ini portland sementi təşkil edir.
Hidravlik yapışdırıcılardan ən çox istifadə olunan portland sementidir.
Müəyyən tərkibli xammaldan bişirməklə alınan klinkerin üyüdülməsi nəticəsində əmələ gələn tozvari yapışdırıcı maddə portlandsement adlanır.Portlandsement xammalının tərkibində 75% əhəngdaşı,25% gil olur.
Xammalı fırlanan sobada yandırıldıqdan sonra kürəciklər şəklində sobadan çıxan və üyüduldükdən sonra portlandsement tozuna çevrilən yarımməhsul portlandsement klinkeri adlanır. Portlandsementin tərkibi müxtəlif minerallar qarışığına uyğun gəlir: