Kurs: 2 Qrup: 722a Tələbə



Yüklə 73,52 Kb.
səhifə1/12
tarix05.12.2022
ölçüsü73,52 Kb.
#72341
  1   2   3   4   5   6   7   8   9   ...   12
səbuhi insan resursları



Azərbaycan Respublikası Təhsil Nazirliyi
Sumqayıt Dövlət Universiteti

Sərbəst İş



Fakültə: İqtisadiyyat və idarəetmə
Ixtisas: Biznesin idarə edilməsi
Fənn: İnsan Resurslarının İdarə Olunması
Kurs: 2
Qrup: 722a
Tələbə:
Müəllim: Əliyeva Şöhrət

BAKI – 2020



1. Təşkilatda heyətin idarə edilməsi
Ən geniş mənada idarəetmə sabitləşmə və ya onun vəziyyətinin dəyişilməsi məqsədi qarşıya qoyulan hədəfə nail olmaq üçün məqsədyönlü təsiri təşkil edir. İdarəetməyə ehtiyac onu miqyasının artırılması, istehsalın ixtisaslaşma inkişafı ilə yaranır. O, istehsalatda çalışan bir çox insanların fəaliyyətini tənzimləmək və razılaşdırmağa imkan verir.
İdarəetmə – bu təşkilatın məhsul istehsal prosesində əmək kollektivlərinin və ayrı-ayrı işçilərin fəaliyyətinin təşkili və əlaqələndirilməsinə yönəldilmiş insanların xidməti əməyinin göstərilməsidir. O hər şeydən əvvəl insanların birgə fəaliyyətinin təşkili ilə bağlıdır. Həmçinin bu, insanların şəxsiyyət və müəssisəsi arasında münasibətlərin qurulması ilə razılaşdırılmış fəaliyyətin tənzimlənməsi ilə əlaqədardır.
İdarəetmənin hədəfi istehsalın arzu olunan və mümkün vəziyyətinin nailiyyəti üçün iş qüvvəsinin və məhdudlaşdırılmış resursların effektiv istifadəsi ilə nəticələnir. İdarəetmə vaxtı həmişə suallar yaranır: nə, kimə, harada, nə vaxt, nə qədər, nədən? Belə məsələlərin sayı durmadan artır.
Müəssisənin idarə edilməsi iki əsas vəzifələri həll edir:
1. İstehsalın normal gedişini dəstəkləmək, onun dövriliyini və sabitliyi təmin etmək;
2. İstehsalın inkişafını təmin etmək, məhsulun təkmilləşdirilməsi, texniki və texnologiya yeniliklərinin tətbiqi.
İdarəetmə istehsal vəziyyəti haqqında biliklərin və məlumatların mövcudluğunu güman edir. O müəssisənin heyətinin davranışının informasiya proseslərinin və təsirlərin məcmusunu təşkil edir, hansı ki, icrasının nizamı müəyyən qaydalarla və təlimatlarla tənzimlənir. İnformasiyanın analizi əsasında qabaqcadan müəyyən vəziyyətə istehsalın köçürməsi haqqında idarəetmə qərarları müəyyən edilir.
Deməli, qısa desək idarəetmə – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində aşağıdakı məsələlərin həllini nəzərdə tutur :
1. nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək;
2. istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; 3. firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək;
4. hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək;
5. bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək;
6. əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək;
7. optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək;
8. idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək;
9. firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək;
10. firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək;
11. material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək.
Son vaxtlara qədər “heyətin idarəetməsi” anlayışı bizim idarəetmə təcrübəmizdə iştirak etməyirdi. Müəssisənin işçi heyəti muzdla işləyən, keyfiyyət xarakteristikalarına və işə götürən əmək münasibətlərinə malik olan şəxsi heyətdir2 . Bildiyimiz kimi hər təşkilatın idarəetmə sistemləri kadrların idarə edilməsi funksional alt sisteminə malikdir və kollektivin sosial inkişafı üzrə iş həcminin çox hissəsini kadrların idarə edilməsi üzrə bölmənin xətti rəhbərləri yerinə yetirirlər. Kadr şöbəsi təşkilatda kadrların idarəetməsi üzrə əsas struktur bölmədir, hansı ki, işə qəbul və kadrların çıxardılması üzrə, həmçinin təlimin (təhsilin) təşkili üzrə funksiyaların yerinə yetirilməsi, ixtisasın artırılmaları və kadrların yenidən hazırlanması üzrə fəaliyyəti həyata keçirir.
Kadrlar şöbəsi struktur əməyin və əmək haqqının təşkilinin şöbələrindən, əməyin qorunmasının və texniki təhlükəsizliyi, hüquq şöbələrindən və başqa bölmələrdən ayırılmışdır, hansılar ki, kadrların idarəetməsi funksiyalarını yerinə yetirirlər. Təşkilatlarda sosial problemlərin həlli üçün sosial tədqiqatın və xidmətin apardırılması mərkəzləri yaradılır. Heyətin idarə edilməsinin xidmətləri bir qayda olaraq, aşağı təşkilat statusuna malikdirlər, peşəkar yanaşmada zəifdirlər. Buna əsasən onlar heyətin idarəetmə və onun işinin normal şəraitinin təminatı üzrə bir sıra məsələ yerinə yetirmirlər.


Yüklə 73,52 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin