Kurs: 2 Qrup: 722a Tələbə


Əməyin ödənilməsinin təşkilinin əsasları



Yüklə 73,52 Kb.
səhifə4/12
tarix05.12.2022
ölçüsü73,52 Kb.
#72341
1   2   3   4   5   6   7   8   9   ...   12
səbuhi insan resursları

5. Əməyin ödənilməsinin təşkilinin əsasları
Müəssisələrdə və təşkilatlarda əməyin təşkili dedikdə əmək prosesində adamların və texnikanın birləşməsinin konkret forma və üsulları başa düşülür. Əməyin təşkilinin məzmunundan və həll olunması vəzifələrindən irəli gələn bir sıra istiqamətləri (ünsürləri) ayırırlar. Onlardan əsasları:
- Əmək bölgüsü və əmək kooperasiyası;
- Əməyin normalaşdırılması;
- İş yerinin təşkili və ona xidmət;
- Heyətin seçilməsi və onun inkişafı;
- Əmək şəraitinin yaxşılaşdırılması;
- İş vaxtından səmərəli istifadə, əmək rejiminin və istirahətin optimallaşdırılması;
- Əmək proseslərinin səmərəlləşdirilməsi;
- Əmək intizamının möhkəmləndirilmsi;
Müəssisədə əməyin təşkilində əmək haqqı, onun ödənilməsi xüsusi rola malikdir və məlumdur ki, insan istehsal prosesinə iqtisadi düşüncə ilə yaşamaq üçün qazanc məqsədi ilə daxil olur. Əmək haqqı ( əməyə görə gəlir) eyni zamanda istehsal alətləri ilə insanı birləşdirən həlqə olmaqla əməyin səmərəli təşkilinin amilidir(ünsürüdür). Əməyin təşkilinin bu və ya digər variantının müəyyən edilməsində iqtisadi məqsədəuyğunluq müəyyən qədər istehsalın səmərəliliyini, əmək məhsuldarlığının yüksəldilməsini, heyyətin məşğulluğunun səmərəli-yinin, bərabər əmək gərginliyini, avadanlıqdan, digər maddi ehtiyatlardan daha yaxşı istifadə olunmasını və s. təmin edir.
Beləliklə, əməyin təşkili müəssisələrdə istehsalın təşkilinin mühüm tərkib hissəsidir. Müəssisədə ictimai əməyin təşkili bir çox kompleks tədbirlərin məcmusunu nəzərdə tutur. Bu tədbirlər istehsal proseslərinin təşkilində iş qüvvəsindən səmərəli istifadə olunmasına yönəldilməklə bərabər istehsalın smərəliliyinin yüksəldilməsi də təmin etməlidir. Nəzərdə tutulmuş tədbirlər cəmiyyət miqyasında da həyata keçirilir.
Əməyin cəmiyyətdə təşkili sanitar-gigiyenik normaları müəyyənləşdirir, ictimai əmək sərfinə qənaət olunmasının bütün mənbələrindən geniş istifadə olunmasını təmizləyir və qabaqcadan müəyyən edir. Bu mövzunun vəzifəsi istehsal sistemində əməyin təşkilinin mahiyyətinin və yerini göstərməkdir. Əməyin təşkili anlayışının mahiyyətini açmaqla onun əsas amillərini xarakterizə edərək baş verən dəyişiklikləri izah etmək, əməyin təşkilinin inkişaf meylini, səmərəli forma və üsullarının haqqında təsəvvür yaratmaqdan ibarətdir.
Kənd təsərrüfatı müəssisələrində istifadə olunan əmək məsarifi norması öz konkret formasında vaxt norması, istehsal norması və xidmət norması istehsal işçilərinin vaxt norması həddinə uyğun gəlir İstehal norması və xidmət norması – vaxt normasından törəyən kəmiyyətdir.
Ayrıca götürülmüş təşkilatda əmək fəaliyyəti daхili normativ sənədlərin qəbul edilməsi yolu ilə tənzimlənir. Onların ən mühümlərinə kollektiv müqavilə, fərdi əmək müqavilələri (kontraktları), mülki-hüquqi müqavilələr, normativ aktlar və s. daхildir.
Kollektiv müqavilə dedikdə, işə götürənin və əmək kollektivinin və onun qərarı əsasında həmkarlar ittifaqı təşkilatlarının arasında yazılı formada bağlanan, müəssisə daхilində əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən hüquqi sənəd nəzərdə tutulur. Kollektiv müqavilələrin bağlanmasının və yerinə yetirilməsinin hüquqi əsasları AR_nın Əmək Məcəlləsi ilə tənzimlənir.
Fərdi əmək müqavilələri (kontraktları) dedikdə, müəssisələrdə vətəndaşların fərdi qaydada işəgötürəndə əmək münasibətlərinə girməsi və ya onlara хitam verilməsi, bu münasibətlərin şərtlərinindəyişdirilməsi qaydalırını tənzimləyən hüquqi sənəd başa düşülür. Fərdi əmək müqavilələri (kontraktları) Əmək məcəlləsi ilə tənzimlənir.
Təşkilat müəyyən işlərin yerinə yetirilməsi üçün tam ştata qəbul etmədən, mülki-hüquqi müqavilələr üzrə işçi işə qəbul edə bilər.
Normativ aktlara təşkilatın rəhbəri tərəfindən təsdiq olunmuş əməyin ödənilməsi sistemi, mükafatlandırma sistemi, daхili intizam qaydaları haqqında əsasnamələr və daхili sənədlər aiddir.


Yüklə 73,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin