Kurs: 2 Qrup: 722a Tələbə


Əməyin motivləşdirilməsinin idarə edilməsi



Yüklə 73,52 Kb.
səhifə5/12
tarix05.12.2022
ölçüsü73,52 Kb.
#72341
1   2   3   4   5   6   7   8   9   ...   12
səbuhi insan resursları

5. Əməyin motivləşdirilməsinin idarə edilməsi

Müasir dövrdə ən vacib problemlərdən biri əməyin motivləşdirilməsinin idarə edilməsidir. Bunun üçün əsas məsələ müəyyən modellər əsasında idarəedici təsir vasitələrindən istifadə olunmasıdır. Ən vacib məsələlərdən biri əməyin stimullaşdırılmasının bu problemlə bağlı ümumi konsepsiya ilə yanaşı, onun istehsal amilləri ilə əlaqələndirilməsidir. Bu zaman əmək fəaliyyətinin həm obyektiv, həm də subyektiv amillər üzrə determinasiya olunmasının böyük əhəmiyyəti vardır. Burada ən əsas məsələlərdən biri həmin obyektiv və subyektiv amillərin bir-birinə təsir mexanizminin müəyyən edilməsidir. Yalnız belə olduqda əmək fəaliyyətinin motivləşdirilməsinin əsas şərtlərini və yollarını konkretləşdimıək olar. Burada əmək fəaliyyətinin motivləşdirilməsinə işçilərin psixologiyası baxımından da yanaşmağın böyük əhəmiyyəti vardır. Çünki əmək fəaliyyəti sferasındakı situasiya xeyli dərəcədə şəxsiyyətin psixologiyası, emosional vəziyyəti ilə şərtlənir.


Əmək fəaliyyətinin motivləşdirilməsinin idarə olunması kompleks problemlərlə-insan fəaliyyətinin tələbat, mənafelər, sosial normalar və sosial fəallıq səviyyəsi ilə bağhdır. Lakin insan fəaliyyəti ilə bağlı olan bu komponentlərin vəhdətli halında tədqiq olunma səviyyəsi olduqca aşağıdır. Bunun üçün birinci növbədə motivləşdirmənin sosial mahiyyətinin çoxcəhətli olmasının nəzərə alınması əsas şərtlərdən biridir. Əmək fəaliyyətinin sosial mahiyyəti onun müxtəlif mənafelər, tələbatlar, dəyərlər meyli və sosial normalar əsasında aşkara çıxır. Çünki mənafelərin fəaliyyət amili kimi çıxış etməsi, obyektiv və subyektiv amillərin transformasiya edilməsi bilavasitə insan şüuru ilə şərtlənir, demək burada obyektiv amillərin determinasiya olunmasının subyektiv fəaliyyətə keçməsi mürəkkəb sosial proseslərlə bağlı olur, əslində bu motivləşdirmə deməkdir.
"Motiv" və "motivləşdirmə" bir-biri ilə əlaqədar olan anlayışlardır. Motiv işçinin, şəxsiyyətin fəaliyyətinin əsl mahiyyətini dərk etməsi prosesidir, fəaliyyətin iqtisadi və sosial determinasiya olunmasının bir növ nəticəsidir. Motivləşdirmə isə əmək fəaliyyətinə təsiretmə sistemidir. Bu baxımdan əməyin motivləş- dirilməsi aşağıdakı cəhətlərlə, proseslərlə bağlıdır:
1) Əməyin determinasiya olunması mexanizminin bir ünsürü kimi çıxış etməsi. Bu, əmək fəaliyyəti növünün seçilməsi, əmək fəaliyyətinə başlanması, müəyyən məqsədlər sistemi ilə bağlıdır.
2) Əməyin determinasiya edilməsi mexanizmlərinin qarşılıqlı münasibəti kimi. Burada əmək fəaliyyətinin obyektiv və subyektiv qaydada determinatlaşması başa düşülür.
3) Motivləşdirmə əmək subyektinin xassəsi kimi. Burada əməyə sövqetmənin şüurlu əsaslan və əmək fəaliyyətinin tənzimləyiciləri nəzərdə tutulur. Əmək subyektinin yuxanda göstərilən xassələri öz növbəsində aşağıdakılarla bağlıdır:
a) tələbatın dərk edilməsi;
b) dərk edilmiş mənafelərin qiymətləndirilməsi, seçilməsi və ranjirovka edilməsi;
c) mənafelərin dərk edilməsi;
ç) əmək fəaliyyətinin mənasının müəyyənləşməsi;
d) fəaliyyətin proqramlaşdırılması və onun sosial normalarla və digəi* determinasiya amilləri ilə müqayisə edilməsi. Bu ona görə vacibdir ki, motivləşdirmə prosesi və onların modelləri bir-biri ilə qarşılıqlı şəkildə əlaqədardır və müxtəlif əmək fəaliyyəti üçün eynimənalı xarakter daşımırlar. Bu baxımdan motivləşdirmə mexanizminin ünsürlərinin dəqiqləşməsi və əmək fəaliyyəti məqsədlərinin konkretləşdirilməsi son dərəcə vacibdir.
Əmək fəaliyyəti motivlərinin idarə edilməsi başqa sahələrdə olduğu kimi burada da obyektiv və subyektiv determinantların nəzərə alınmasını tələb edir. Əmək fəaliyyətinin bu səpkili determinantları
Bu baxımdan əmək fəaliyyətinin motivləşdirilməsinə fasiləsiz, tsiklik bir proses kimi yanaşmaq lazımdır; çünki bu, fəaliyyət növünün seçilməsindən tutmuş bütün motivlər, tələbatlar və mənafelər sistemini əhatə edir.
Burada həmçinin əmək fəaliyyəti ilə bağlı olan üç komponentin-tələbat, mənafe və motivləşdirmənin vəhdət halında götürülməsinin prinsipial əhəmiyyəti vardır. Çünki bunların vəhdətliyi həm pozitiv fəaliyyət meyli formalaşdırır, həm fəaliyyət üçün sağlam ruhlu başlanğıc yaradır və həm də əməyin, işin səmərəsini, keyfiyyətini təmin edir.
Əməyin motivləşdirilməsi yalnız sırf idrak, dərketmə əhəmiyyətinə malik olan bir problem deyildir. Motivləşdirmə əmək məhsuldarlığına, buraxılan məhsulun keyfiyyətinə, işçilərin peşə-ixtisas hazırlığına müsbət təsir edir. Bunu həm əmək fəaliyyətinin rəqəmlərlə ifadə olunmuş nəticələrinə, həm də sosialpsixoloji baxımdan əməyə münasibəti səciyyələndirən əlamətlərə görə müəyyən etmək olar. Bunun üçün burada birinci, işçinin əmək fəaliyyətinə daxil olması, ikinci, onun konkret əmək davranışı, üçüncü, onun əmək fəaliyyətinin qiymətləndirilməsi üzrə ölçülmə meyarlarından mühüm bir metod kimi istifadə edilir. Burada iki variant və iyirmi əlamət nəzərə alınır. Qiymətləndirmədə isə üç meyardan (keyfiyyətin, fəallığın qiymətləndirilməsi və kombinələşmiş qiymətləndirmə) istifadə edilir və amillər üzrə təhlil aparılır.


Yüklə 73,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin