Mühazirəçi: k e. n dosent S.İ. Abbasova MÜhaziRƏNİn plani


Şüşənin dibçəkli sobalarda bişirilməsi



Yüklə 56,11 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix16.12.2023
ölçüsü56,11 Kb.
#183319
növüMühazirə
1   2   3   4   5
Şüşənin dibçəkli sobalarda bişirilməsi
Dibçək tipli sobalardan xüsusi şüşələrin istehsalında istifadə olunur. Bu sobaların 
tətbiqi az miqdarda, yüksək keyfiyyətli, dəqiq tərkibə və verilmiş xassələrə malik şüşələrin 
bişirilməsi zamanı özünü doğruldur. Bu sobalar əsasən işçi kamerada yerləşdirilmiş
içərisində şüşə kütləsi bişirilən dibçəklərdən ibarətdir. Yüksək keyfiyyətli optik şüşələr, 
texniki və xüsusi şüşələr almaq üçün dibçək tipli sobalardan istifadə olunur. 
Dibçək tipli sobaların əsas hissəsi dibçəklərin yerləşdiyi işçi kameradır. Sobada 1-dən 
6-10-dək dibçək yerləşə bilər. Dibçəklər odadavamlı qablar olub, həcmi 100-1000 kq 
qədər olur. 
Fasiləli iş rejimi, işçi kamerasının həcmindən tam istifadə edilməməsi dibçək tipli 
sobaların məhsuldarlığını artırmağa imkan vermir (1-6 t/gün) və yanacağın xüsusi sərfini 
artırır. 
Dibçək tipli sobalarda şüşənin bişirilməsi aşağıdakı əməliyyatlardan ibarətdir: 
dibçəklərin hazırlanması, şixtanın yüklənməsi və bişirilməsi, şəffaflaşma, qarışdırılma, 
istehsal. 
Odadavamlı dibçəklər xüsusi sobalarda 1000-1200°C temperaturadək yandırılır. Sonra 
onlar qızdırılmış vəziyyətdə dibçəkli sobaların özündə şüşənin bişmə temperaturundan 20-
50°C yüksək temperaturda tam yandırılır. Şüşəyədavamlılığını artırmaq üçün yeni dibçəklər 
içəridən əridilmiş şüşə qırıntısı təbəqəsi ilə örtülür (minalanır). 
Təzə dibçəkdə ilk bişirmə qırıntının artıq miqdarında aparılır. Şixta bir dəfəyə əridilmiş 
qırıntının üzərinə tökülür. Növbəti bişirmə zamanı şixta 2-3 dəfəyə dibçəyin mərkəzinə 
yüklənir. Şixtanın bişməsini tezləşdirmək üçün onu qaynar dibçəklərə yükləmək lazımdır. 
Temperatur rejimini elə seçmək lazımdır ki, ilk mərhələ intensiv keçsin. Bunun üçün soyuq 
hava keçən bütün pəncərələri kip bağlamaq lazımdır. Soba nə qədər qaynar olarsa, şüşə 
kütləsi daha yaxşı qaz qabarcıqlarından təmizlənir. Şəffaflaşma zamanı sobanın temperaturu 
daha 20-30°C qaldırılır və 15-30 dəqiqədən sonra bir neçə dəfə sıxılmış hava ilə şüşə 



kütləsində təlatüm yaradılır, bundan sonra sobada temperatur maksimum qaldırılır və şüşə 
kütləsinin qaz qabarcıqlarından tam azad olması üçün bu temperaturu saxlayırlar. Dəmir 
qaşıqla şüşə kütləsindən nümunə götürülür. Əgər nümunədə qabarcıqların sayı 2-dən çox 
olmazsa, sobada temperatur hər bir şüşə növü və soba üçün quraşdırılmış soyuma rejiminə 
uyğun olaraq yavaş və bərabər şəkildə azaldılmağa başlanır. 
Optiki və bəzi texniki şüşələrin istehsalında şüşə kütləsini ortalaşdırmaq və 
şəffaflaşdırmaq üçün mexaniki qarışdırıcılar tətbiq edilir. Qarışdırılma odadavamlı vintli 
qarışdırıcılarla (çox vaxt pərli) həyata keçirilir. 
Şüşə kütləsi şəffaflaşma və soyuma vaxtı, optiki şüşənin istehsalı zamanı isə şixtanın 
bişməsi vaxtı qarışdırılır. Mexaniki qarışdırılma ən çox optiki şüşənin istehsalı üçün 
xarakterik olub, əvvəllər onun texnologiyasının əsas göstəricisi hesab olunurdu. Lakin 
hazırda şüşənin bircinsliyinin artırılmasının bu üsulu fasiləsiz hərəkətli vanna sobalarında 
vərəqə şüşənin kütləvi istehsalı zamanı da tətbiq edilir.
Qarışdırılma sürəti hər bir hal üçün ayrıca təyin edilir. Şüşə kütləsindən qabarcıq və 
köpüklərin çıxması üçün dövrü olaraq qarışdırıcı dayandırılır, sonra yenə işə salınır. 
Şəffaflaşma zamanı qarışdırıcının fırlanma sürəti 20-dən 60 dövr/dəq-dək artırılır, əksinə 
soyuma zamanı isə 8-10 dövr/dəq-dək azalır. Optiki şüşənin ümumi bişmə müddəti 24-48 
saatdır. 
Şüşə dibçəklərdən şüşəüfürmə boruları yaxud qaşıqla, eyni zamanda qəlibə yaxud 
yayma stoluna tökülməklə hasil edilir. Əgər hasilat zamanı şüşə kristallaşarsa, kristallardan 
təmizlənir.
Hasilatın sonunda damarlı və qabarcıqlı şüşə qalıqları dibçəkdən kənarlaşdırılır. 
Çox dibçəkli sobalarda eyni zamanda kimyəvi tərkiblərinə görə fərqlənən müxtəlif 
şüşələrin bişirilməsi məsləhət görülmür. Belə ki, bir şüşənin bişməsi üçün lazım olan şərait 
digərinin bişməsini pisləşdirə və ləngidə bilər. Məsələn, qurğuşunlu və bir neçə rəngli şüşə 
oksidləşdirici mühitdə, əksər rəngli şüşələr isə reduksiyaedici mühitdə bişirilir. 



Şüşə kütləsinin keyfiyyəti dibçəklərin keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. 
Dibçəklərin termiki davamlılığının və şüşəyə davamlılığının kifayət qədər olmaması şüşə 
kütləsində qüsurların yaranmasına səbəb olur. 

Yüklə 56,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin