Mühazirəçi: k e. n dosent S.İ. Abbasova MÜhaziRƏNİn plani


Elektrik və alovlu elektrik sobalar



Yüklə 56,11 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix16.12.2023
ölçüsü56,11 Kb.
#183319
növüMühazirə
1   2   3   4   5
Elektrik və alovlu elektrik sobalar
Şüşə bişirmək üçün elektrik sobaları alovlu sobalarla müqayisədə bir sıra üstünlüklərə 
malikdirlər: sobanın işçi kamerasında yanacağın yanma məhsullarının və kameradan çıxan 
qazlarla aparılan istilik itkisinin olmaması; şüşəbişirmə prosesi üçün optimal istilik 
rejiminin yaradılması; şüşə kütləsindən və şixtadan uçucu birləşmələrin itkisinin azalması 
və s. Elektrik sobalarının əsas üstünlüyü - soba qurğusunun sadəliyi və ucuzluğudur. 
Onlarda qaz-generator qurğusu, regenerator, kanal, klapan və tüstü boruları yoxdur. Bu cür 
sobalarda müəyyən sahədə istiliyin ayrılmasının qarşısını almaq, yaxud onu sobanın bütün 
həcmi boyu bərabər şəkildə yaymaq olar. Onlarda ərintinin temperaturu avtomatik olaraq 



tənzimlənir, temperaturu 3000°C-dək çatdırmaq olur. Bu sobaların f.i.ə. 60%-ə yaxındır. 
Elektrik sobalarının məhsuldarlığı 150-160t/gündür. Onlar istənilən növlü şüşənin 
istehsalında istifadə olunur. Bundan başqa, elektrik sobalarının istifadəsi zamanı istehsalat 
mədəniyyəti daha yüksək, xidmət personalı alovlu qızdırıcılı sobalarla müqayisədə daha 
azdır. Xidmət müddəti 5 il və daha çoxdur. 
Elektrik sobaları istiliyin ötürülmə prinsipinə görə 3 qrupa bölünür: birbaşa qızdırılan 
müqavimət sobaları, dolayı yolla qızdırılan müqavimət sobaları və yüksəktezlikli sobalar. 
Ən geniş istifadə olunan birbaşa qızdırılan müqavimət sobaları olub, sənayedə bir çox 
şüşələrin bişirilməsində tətbiq edilir. İkinci və üçüncü qrup sobalar xüsusi mühit yaxud 
başqa xüsusi şərait tələb edən xüsusi şüşələrin dibçəklərdə bişirilməsi üçün istifadə olunur. 
Yüksək tezlikli birbaşa qızdırma sobalarında istilik induksiya cərəyanı hesabına şüşə 
kütləsinin özündən ayrılır, dolayı yolla qızdırılan sobalarda isə cərəyan şüşə kütləsindən 
kənar induksiyalanır. Laboratoriya şəraitində şüşə liflərin, kvars şüşəsinin istehsalı üçün 
tətbiq edilən dolayı və birbaşa hərəkətli müqavimətli elektrik sobaları daha geniş 
yayılmışdır. 
Birbaşa qızdırılan müqavimət sobalarına vannalı bişirmə sobaları da aiddir. Burada 
müqaviməti şüşə kütləsinin özü göstərir. Cərəyan elektrodların köməyi ilə gətirilir. 
Rəngsiz şüşənin elektrik sobalarında bişməsi zamanı əsas çətinlik - elektrodların həll 
olması nəticəsində şüşə kütləsinin rənglənməsinin qarşısını almaqdır. Son dövrlərdə şüşə 
kütləsinin təsirinə qarşı yüksək davamlılığa malik SnO
2
əsasında elektrodlardan istifadə 
olunur. 
Kombinə edilmiş qaz-elektrik sobalarında alovlu odluqlarla yanaşı hovuzun yan 
divarlarında şəffaflaşma zonasında şüşə kütləsində batırılmış elektrodlar bərkidilmişdir. Bu 
da odadavamlı hörgüyə zərər vermədən şüşə kütləsinin şəffaflaşma zonasında 
temperaturunu əhəmiyyətli dərəcədə artırmağa imkan verir. Şüşənin həcmi çıxımı gündə 
3000-5000kq/m
3
, yəni qaz sobaları ilə müqayisədə 30-50% çoxdur. Bu sobalar tara 
şüşəsinin və şüşə liflərin istehsalı üçün tətbiq edilir. 




Yüklə 56,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin