MÖvzu 8: BİLİKLƏRİn təQDİm ediLMƏSİNİn produksion modeli Plan



Yüklə 52.78 Kb.
tarix25.01.2017
ölçüsü52.78 Kb.
MÖVZU 8: BİLİKLƏRİN TƏQDİM EDİLMƏSİNİN PRODUKSİON MODELİ

Plan

1. Biliklərin produksion modellərinin təsviri

2.Produksion modellərdə nəticə

3. Produksiyanın aktivləşdirmə sistemləri

4. Biliklərin produksion modelinin üstütnlükləri və çatışmazlıqları

5. Həllin nəticəsi ilə idarəetmə strategiyaları


1. Biliklərin produksion modellərinin təsviri

Öz məğzinə görə biliklərin produksion modelləri məntiqi çıxışlara yaxındır ki, bu da verilənlərin məntiqi nəticəsi prosedurlarının təşkili üçün imkan yaradır. Digər tərəfdən isə biliklərin produksion modellərini məntiqi modellərlə müqayisədə baxsaq, birincilər bilikləri daha tez əks edirlər ki, bu da danınmaz üstünlükdür. Bunun üçün biliklərin produksion modelləri süni intellekt sistemlərində biliklərin təqdim edilməsinin əsas vasitələrindən biridir.

Ənənəvi biliklərin produksion modelləri aşağıdakı əsas elementlərdən ibarətdir:

1. produksiya sisteminin biliklər bazasını təqdim edən qaydalar (və ya produksiyalar) toplusu;

2. ilkin faktları və ya ilkin faktlardan nəticə qaydalarına müvafiq yeni faktların saxlanılması üçün nəzərdə tutulmuş işçi yaddaş;

3. nəticə qaydalarına uyğun olan faktlardan yeni faktların yaradılmasına imkan verən məntiqi nəticə mexanizmi.

Produksiya sisteminin biliklər bazasını təqdim edən qaydaların hər biri şərti və son hissədən ibarətdir. Şərti hissə ya bir ya da konyuksiya ilə birləşən bir neçə faktlardan ibarətdir. son hissədə işçi yaddaşın doldurulması üçün lazım olan faktlar yerləşir (əgər qaydanın şərti hissəsi doğrudursa).

“Produksiya” termini amerikan logiki Emil Leon Posta məxsusdur. Posta görə produksiya qismində onun yalnız indi nüvə adlanan hissəsi çıxış edirdi (, ƏGƏR А ONDA В).

Ümumi haldaproduksiya belə ifadə olunur:

.

Burada İ – produksiyanın adı və ya istifadə edilir.



Q produksiyanın tətbiqi sferasını xarakterizə edir. Biliklərin ayrı-ayrı sferalara bölünməsi məsələnin həllinin axtarışı zamanı zamana qənaet etməyə imkan verir. Məsələn, produksiyaların bir hissəsi yeməyin hazırlanma prosesini təsvir edir, digəri – marşrutun seçimini və s.

Produsiyanın əsas elementi – onun nüvəsidir. . Produksiyanın nüvəsinin interpetasiyası implikasiya işarəsinin sagında və solunda nə durduğundan asılıdır. Produksiyanın nüvəsinin adı oxunuşu belədir: ƏGƏR A, ONDA B. Nüvənin daha mürəkkəb konstruksiyaları sağ tərəfdə alternative seçimi icazə verirlər, məsələn, ƏGƏR ONDA , YOXmplikasiya üçün doğA . İpmlikasiyanın əsası (şərt A) ansedent, слеHствие (hərəkət, ) isə konsekvent adlanır.

İpmlikasiya üçün doğruluq cədvəli:
A

И И И


И Л Л

Л И И


Л Л И

P produksiyanın nüvəsinin tətbiqi şərtidir. Adətən P məntiqi ifadə kimi təqdim olunur. P “doğru” qiymətini alanda, produksiyanın nüvəsi aktivləşir. Əgər P yalandırsa, onda produksiyanın nüvəsi istifadə oluna bilməz. Məsələn, əgər “PULLARIN MÖVCUDLUĞU; ƏGƏR X ŞYASINI ALMAQ İSTƏYİRSƏNSƏ, ONDA KASSAYA ONUN QİYMƏTİNİ ÖDƏ VƏ ÇEKİ SATICIYA VER” produksiyasında nüvənin tətbiqi şərti yalandırsa, nüvənin tətbiqi mümkün deyil.

N produksiyanın postşərtlərini təsvir edir. O yalnız produksiyanın nüvəsi realizə olandan sonra aktivləşir. Produksiyanın postşərtləri B-nın realizasiyasında sonra yerinə yetirilən hərəkət və prosedurları təsvir edir.Məsələn, mağazada hansısa əşyanın alınışından sonra malların siyahısını bir vahid qədər azaltmaq lazımdır. N-in nüvənin realizasiyasından sonra dərhal yerinə yetirilməsi zəruri deyil.

Əgər sistemin yaddaşnda produksiyanın bir toplusu saxalnılırsa, onda onlar produksiyalar sistemini təşkil edir. Produksiyalar sistemində onların idarəedilməsinin xüsusi prosedurları verilməlidir ki, onların köməyilə seçilmiş produksiyaların aktualizasiyası yerinə yetirilir.
2. Produksion sistemlərdə nəticə

Produksiya sistemlərinin yerinə yetirilməsinin iki üsulu mövcuddur: bilavasitəli və geri.

Blavasitəli nəticə verilənlərlə idarə olunan və ya aşağı istiqamətli adlanır. Belə sistemlərdə axtarış ilkin verilənlərdən (faktlardan) nəticələrə doğru gedir. Yəni məlum faktlardan ibarət olan A şərtləri yoxlanılır və elə pruduksiyalar aktivləşir ki, onlar üçün A doğrudur. Bundan sonra işçi yaddaşa orta qiymətlər yazılır ki, B nəticəsi alınmayana qədər onlar üçün əlavə faktlar kimi çıxış edir.

Geri nəticə məqsədlərlə idarə olunan və yuxarıya doğru adlanır. Belə sistelərdə hipotezası irəli sürülür,sonra isə bu hipotezanı təsdiq edən orta faktlarının axtarışı gedir. Sonra işçi yaddaşa orta nəticələr kimi qəbul olunan orta faktları yazılır. Əgər qəbul edimiş B hipotezası A məlum faktlara gətirirsə, onda o, son nəticəhesab olunur.

Bundan başqa ikiistiqamətli sistemlər mövcuddur.

Bilavasitəli nəticədən aşağıdakı təsadüflrdə istifadə etmyə tövsiyyə olunur:



  • Məsələnin quruluşunda ilkin məlumatların çoxusu veriləndə;

  • Məqsədlərin çoxlu sayı lakin faktların istifadə üsularının az miqdarı olanda;

  • Məqsəd və ya hipotezi formalaşdırmaq çətin olanda.

Geri nəticədən aşağıdakı təsadüflrdə istifadə etmyə tövsiyyə olunur:

Axtarışın məqsədivəya hipotea məsələnin quruluşunda aydındır və ya asanlıqlaformulə oluna bilər (məsələn, riyazi teoremlərin sübutu zamanı);

Qaydaların böyük sayı olanda ki,onlar alınmış faktlar əsasında artan nəticə və məqsədləri yaradırlar;

İlkin verilənlər QQŞ-ya məlum olanda. (Məsələn, ilkin tibbi diaqnoz verilir, sonradan ona aid simptomlar faktlar axtarılır).


3. Produksiyaların aktivizasiya sistemləri
Bir neçə produksiyanın eyni zamanda təbiqi şərtinin yerinə yetirilməsində qoyulan məqsədə tez nail olunmaq üçün aktivlənən produksiyanın seçim dilemması meydana gəlir. Bu məsələnin həlli produksiyaların aktivizasiya sisteminə aiddir.

Produksiyaların idarəsinin bir neçə strategiyasını gətirək.

1. “Kitab yığını” prinsipi. Tez-tez istifadə edilən produksiya ən faydalıdır ideyasına əsaslanır. Hazır produksiyalar sanki “yığın” təşkil edir ki, burada nizam keçmişdə produksiyaların istifadəsinin tezliyi ilə təyin edilir. “Yığının” ən yuxarısında qalanlara nisbətən daha tez-tez istifadə edilən produksiya yerləşir. Doğru şərtlərlə olan produksiyalarin bəzi toplusundan elə produksiya və ya produksiyalar seçilir ki, onların istifadə tezliyi maksimaldır. İdarəetmənin bu prinsipi o vaxt yaxşıdır ki, bu produksiya müsbət qiymətlərlə eyni situasiyalarda artıq tətbiq olunub. Belə geri əlaqədə olan “kitablar yığını” üsulu ətraf mühitdə yaranan məsələlərə adaptasiya olunan öyrətmə proseduruna çevrilə bilər. Əgər produksiyalar nisbətən bir-birindən müstəqildirlərsə “kitablar yığını” prisipi ilə idarəetmə məqsədəuyğundur.

Dərinliyə axtarış prinsipi. Altməqsəd qismində həllin axtarışında məsələnin təsvirinin daha detallı səviyyəsinə uyğun olanı seçilir. Məsələn, diaqnoz aparan sistem məlum simptomlar əsasında müəyyən xəstəlik haqqında təklif sürərsə, o, sürülən hipotezi sübut və ya rədd edənəcən xəstəliyi dəqiqləşdirən əlamətləri və simptomları haqqında sorğu aparacaq.

3. Eninə axtarış. Eninə axtarış zamanı isə sistem detalizasiyanın bir səviyyəsinə aid olan şərtləri (təsnifat əlamətlərii) təhlil edir, sonra daha detallı səviyyəyə keçir. Məsələn, detalizasiyanın bir səviyyəsində olan bütün simptomları təhlil edəcək, hətta onlar müxtəlif xəstəliklərə aid olsalar da, və yalnız sonra növbəti səviyyədən olan simptomlara keçəcək.

4. Ən uzun şərt prinsipi (dərinliyə axtarışın bir növü). Hazır produksiyalar arasında eləsinin seçimindən ibarətdir ki, onun nüvəsinin yerinə yetirilməsinin “ən uzun” şərti doğrudur. Bu prinsip “sağlam düşüncə” prinsipinə əsaslanır o mənada ki, situasiyaların dar çərçivəsinə aid olan xüsusi qaydalar situasiyaların geniş çərçivəsinə aid olan ümümi qaydalardan daha vacibdir, çünki situasiya haqqında daha çox məlumatları qeyd edirlər. Bu prinsipin istifadə qaydasının mürəkkəbliyi ondan ibrətdir ki, “xüsusi-ümumi” nisbətinə görə şərtləri bir-birinə daxil etməklə nizamlamaq lazımdır. Bu prinsip əsasında idarəetmə elə sistemər üçün əlverişlidir ki, onlarda biliklər bazası “xüsusi-ümumi” tipli əlaqələrlə iyerarik ağac təşkil edir.

5. Metaproduksiyalar prinsipi. Produksiyalar sisteminə xüsusi metaproduksiyaların daxil etmə ideyasına əsaslanır ki, onların vəzifəsi hazır produksiyalar toplusundan birmənalı olmayan seçim imkanı ilə idarəetmənin təşkilidir. Metaproduksiyaların istifadə misalı:

ƏGƏR “hava yaxşıdır” VƏ “qar yağır”

ONDA “çöldə istirahət” olan produksiyaları “içəridə istirahət” produksiyalardan daha tez aktivləşdirmək lazımdır.

Metaproduksiyada yazılan şərt qismində aktivləşdirilən produksiyalar toplusundan olan müəyyən produksiyaların istisnası haqqında bəzi mülahizə də çıxış edə bilər.

6. Dekompozisiya prinsipi (məsələləri altməsələlərə bölmə). Produksiyalar dəstinə bölməni nəzərdə tutur.

7. Prioritet seçim prinsipi. Produksiyalara olan statik və ya dinamik prioritetlərin daxil olunması ilə əaqədardır. Statik prioritetlər verilən problem oblastında produksion qaydaların vacibliyi haqqında məlumatlar əsasında formalaşa bilərlər. Bu məlumatlar ekspertlər tərəfindən verilən informasiyadır. Dinamik prioritetlər produksiyalar sistemin fəaliyyəti prosesində işlənilirlər və müəyyən parametrləri əks edirlər.

8. Adlar əsasında idarəetmə. Bəzi sistemə daxil olan produksiyaların adları üçün müəyyən formal qramatikanın verilməsinə əsaslanır ki, bu da hazır produksiyalar frontunun darlaşdırılmasını və ondan növbəti prodksiyanın seçimini təchiz edir.

Məsələn, qoyproduksiyalarsistemi 4 sadə prouksiyalarla təqdim olunub:

(а) ;

(b) ;

(c) ;

(d)

Əgər A yerinə yetirilirsə, onda aktivləşən produksiyalar toplusuna (a) və (c) adlı produksiyalar daxil olunur, əgər B və D yerinə yetirilirsə, onda (b) və (c) adlı produksiyalar. Bu cür qeyri-müəyyənliyin aradan götürülməsi üçün produksiyaların adlarına bəzi qrammatika daxil ola bilər: (а)(в); (б)(в); (б)(г). Onda əgər hansısa zamanda (c) və ya (d) adlı produksiya yerinə yetirilmişdirsə, onda yeni produksiyalar yerinə yetirilməyəcək (çünki yeni produksiyaların yerinə yetirilməsi yeni faktların doğruluğuna gətirib çıxarmayacaq). Lakin əgər hansısa zamanda (a) adlı produksiya yerinə yetirilmişdirsə, onda sonradan (c) adlı produksiyanı yerinəyetirmək lazımdır (çünki (b)-nın yerinə yetirilməsi yeni faktların doğruluğuna gətirib çıxarmayacaq, (d) produksiyasının tətbiqi isə (c) produksiyanın nəticəsini təkrarlayacaq).
4. Biliklərin produksion modelinin üstünlükləri və çatışmazlıqları

Biliklərin produksion modelinin üstünlükləri

1. insan biliklrinin çoxhissəsi produksiyalar şəklində yazılıb.

2. Ayrı-ayrı qaydaların yaradılması və anlanılmasının sadəliyi.

3. Biliklər bazasının (produksiyalar toplusunun) doldurulmasıvəmodifikasiyasının sadəliyi.

4. Məntiqi nəticə mexanizmin sadəliyi.

5. Produksiyalar sisteminin sferalara bölünməsi (dekompozisiya) resurslardan səmərəli istifadə edsinəil və həllin axtarışına ayrılan zamanın azaldılmasına imkan verir.

6. Qeyri-monoton məntiqinəticənin realizasiya və əksmənalı faktların işlənilməsi imkanı.

7. Qaydaların parallel və asinxron işlənilməsi imkanı.
Biliklərin produksion modelinin çatışmazlıqları

1. Produksion sistemlərin quruluşunun nəzəri əsaslanmasının olmaması. Onların qurulmasında əsasən evristik üsullardan istifadə edilir.

2. 1-ci çatışmazlıqdan irəli gələn mülahizə. Produksiyaların sayı çox olduqda qaydaların əksməənalılığın və sistemin işinin korrektliyinin yoxlanılması proseduru yüksək dərəcədə mürəkkəbləşir. Bunun üçün də produksiyaların miqdarı ki, onlarla real informasiya sistemləri işləyir, 1000-dən artq deyil.

3. 2-ci çatışmazlıqdan irəli gələn mülahizə. Sistemin düzgün olmayan fəaliyyətinə gətirib çıxaran biliklər bazasına asanlıqla ciddi ziddiyyətlərin daxil edilmə imkanı.


Misal. “Restoran” (restorana getmə) predmet oblastında biliklərin təqdim edilməsinin produksion modelini qurmaq.

Həll prosesinin təsviri.

1. Məsələnin məqsəd hərəkətlərinin (həllərin) təyini.

2. İlkin və son vəziyyətlər arasında orta hərəkətlərin və ya hərəkətlərin zəncirinin təyini.

3. Hər hərəkət üçün şərtlərin təyini. Hərəkətlərin nizamlanması.

4. Qoyulan məsələdən irəli gələrək zəruriyyət baxımından konkretikanın əlavə edilməsi.

5. Hərəkətlərin alınmış nizamını və produksiyalarda onlara müvafiq şərtləri dəyişdirmək.

6. Produksiyalar arasında əlaqələri izləyərək onların düzgün quruluşunun yoxlanılması üçün zəncirlərini yazmaq.

Addımların bu toplusu hərəkəti nəticədən ilkin vəziyyətə doğru nəzərdə tutur.


Həlli.

1. Restoranlarda yerinə yetirilən mütləq hərəkət – yemək поглощение və onun ödənişidir. Deməli, artıq iki qarçılıqlı əlaqədə olan və ardınca gələn məqsəd hərəkəti – “yeməyi yemək” və “ödəmək” – mövcuddur.

2.Yeməkdən əvvəl restorana getmək, ofisiantı gözləmək və sifarış etmək lazımdır. Bundan başqa, hansı restorana getməkseçimini etmək lazımdır. Yeni ara hərəkətlərin zəncirini alırıq: “restoranın seçimi, vəora yol”, “ofisianta sifariş etmək”.

3. Restorana getməmişdən əvvəl, əmin olmaq lazımdır ki, pulun zəruri miqdarı vardır. Restoranın seçimi bir çox səbəblərlə şərtlənə bilər, biz sahə əlamətini götürək – hansı daha yaxındırsa, ora da gedək. Müxtəlif restoranlarda müxtəlif insanlar işləyir, bundan başqa müxtəlif restoranlar müxtəlif mətbəxlərdə ixtisaslaşır, bunun üçün də sifariş edilən yeməklər də fərqlənəcək. Beləliklə, əvvəlcə restoranın seçilməsinə, sonra onun xarakterizə edilməsinə imkan verən hərəkətlər gəlir, sonra isə sifarış,yemək və ödəmə.

4. Qoy misalda iki restorana baxılır: «Вкусная еда» və «Вкуснятина». Birincisi pabdır və orada sifarişləri ikincisinə nisbətən daha tez gətirirlər, ikincisi – pizzeriyadır. Birincisində ofisiant Sergey, ikincisində isə Marina işləyir. Pyotr – müştəridir.

5. yuxarıda göstərilənləri “ƏGƏR, ONDA” tipli cümlələrə dəyişmək olar


Əgər subyekt yemək istəyirsə və onun kifayət qədər pulu vardırsa onda subyekt restorana gedə bilər.

Əgər subyekt «Вкусная еда» restoranına nisbətən «Вкуснятина» restoranına yaxındırsa, onda subyekt «Вкуснятина» restoranına gedir.

Əgər subyekt «Вкуснятина» restoranına gedirsə, və bu restoranda ofisiant Marina işləyirsə, onda subyektdən sifarışı Marina qəbul edir

Əgər subyekt «Вкусная еда» restoranına gedirsə, və bu restoranda ofisiant Sergey işləyirsə, onda subyektdən sifarışı Sergey qəbul edir

Əgər subyekt yeməkləri seçibsə və subyektdən sifarişi Marina qəbul edibsə, onda sifarişi 20 dəq. sonra gətirəcəklər.

Əgər subyekt yeməkləri seçibsə və subyektdən sifarişi Sergey qəbul edibsə, onda sifarişi 10 dəq. sonra gətirəcəklər.

Əgər sifariş edilən yeməyi 20 dəq. sonra və ya sifariş edilən yeməyi 10 dəq. sonra gətirəcəklrsə, onda subyekt yeməyə başlaya bilər.

Əgər subyekt yeməyi yeyə bilərsə, yeməkdən sonra sifarışı ödəməlidir.


Bu işarələri qəbul edək: faktlar üçün (F), hərəkətlər üçün (H), prodeuksiyalar üçün (P):

Subyekt=Pyotr;

F1=subyekt yemək istəyir;

F2=subyektin kifayət qədər pulu vardır;

F3=subyekt «Вкуснятина» restoranına nisbətən «Вкусная еда» restoranına yaxındır;

F4=«Вкуснятина» restoranında Marina işləyir;

F5=«Вкусная еда» restoranında Sergey işləyir;

F6= subyekt yeməkləri seçib;

H1= subyekt restorana gedə bilər;

H2= subyekt «Вкусная еда» restoranına gedir;

H3= subyekt « Вкуснятина» restoranına gedir;

H4=subyektdən sifarişi Marina götürür;

H5=subyektdən sifarişi Sergey götürür;

H6=sifarişi 20 dəq. sonra gətirəcəklər;

H7=sifarişi 10 dəq. sonra gətirəcəklər;

H8=yeməkdən sonra sifariş ödənilməlidir.


Produksiyalar üçün prioritetləri qeyd edək (mötərzədə vergüldən əvvəl prioritetin yüksəkliyi göstərilib).

P1(4 , Ф1 и Ф2)= H1;

P2(5 , Ф3 и H1)= H2;

P3(4 , не Ф3 и H1)= H3;

P4(3 , H3 и Ф4)= H4;

P5(3 , H2 и Ф5)= H5;

P6(2 , H4)= H6;

P7(2 , H5)= H7;

P8(1 ,H6 или H7)= H8.

Produksiyalar arasında əlaqləri əks etmək üçün qrafa nəzər yetirək





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə