5.İlyas Əfəndiyevin Hökümdar və qızı pyesində tarixilik
5.İlyas Əfəndiyevin “Hökümdar və qizı” pyesində tarixilik Milli Kökə, klassik irsə bağlı bir sənətkar ömrü yaşamış İ.Əfəndiyevin Dramaturji fəaliyyəti Azərbaycan mədəniyyətində fərqli hadisə Sayılır. Onun dramaturgiyasının əsas məziyyətlərini tarixilik,Müasirlik və novatorluq təşkil edir. Yarandığı dövrün həyat Həqiqətlərini əks etdirən əsərləri öz dövrünün sərhədlərini belə Aşmaqla uzunömürlü olmuş və bununla müasirlik qazanmışdır. O, lirik-psixoloji dram ənənəsini səhnəyə gətirmiş ilk Dramaturqdur.
Dramaturqun yaradıcılığının əsas ana xətlərindən biri Tarixi mövzuda yazdığı dramlardır. İlyas Əfəndiyev sovet Dövründə (“Xurşudbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Mahnı dağlarda qaldı” və b.) də tarixi mövzulara Müraciət etməklə milli azadlıq hərəkatına həsr olunmuş İbrətamiz, dəyərli sənət inciləri yaratmış, eləcə də müstəqillik Dövründə yaxın və uzaq tariximizi əks etdirən əsərlər yaratmaqla “tariximiz taleyimizdir” prinsipinə əməl etmiş, tarixi həqiqətləri sənətin gücü ilə, böyük ustalıq və zəhmətlə bədii həqiqətlərə Çevirə bilmişdir. Bu həqiqətlər dövrün tarixini dərk etməkdə heç Də tarix kitablarından az rol oynamır. Yaradıcılığının son İllərində - müstəqillik dövründə də tarixi mövzulara müraciət Etmiş İ.Əfəndiyevin “Tənha iydə ağacı” (1991), “Dəlilər və Ağıllılar” (1992), “Hökmdar və qızı” (“Qarabağnamə”, 1994) Kimi pyesləri tamaşaya qoyulmuşdur ki, bu mövzuları yalnız Keçmişin deyil, həmçinin gələcəyin ədəbi problemlərini əks Etdirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
İlyas Əfəndiyevin tarixi mövzuda yazdığı əsərlərdə milli Varlığımızın, tariximizin bədii inikasını görürük. 1990-cı il 20 Yanvar faciəsinin günahsız qurbanlarına ithaf olunmuş “Hökmdar və qızı” (1994) pyesi dramaturqun 1996-cı ildə Tamaşaya qoyulmuş sonuncu pyesidir. Tarixi gerçəklik əsasında Yazılmış “Hökmdar və qızı” faciəsi XIX əsrin ortalarında Azərbaycanın rus ordusu tərəfindən işğal olunması ərəfəsində Baş vermiş ictimai-siyasi olaylar kontekstində Qarabağ xanı İbrahimxəlil xanın həyat və fəaliyyətinə həsr edilmişdir. Pyesdə Hadisələr tarixilik baxımından XIX əsrin əvvəllərinə aid olsa da, əsərin məzmunu bu günümüzlə səsləşir, “ümummilli birlik”, “azadlıq”, “müstəqillik”, “bölünməzlik” əsərin başlıca ideyasını Təşkil edir.
Azərbaycanın bütövlüyü ideyasının bədii həlli olan bu əsərdə müəllif Qarabağ hökmdarı İbrahimxəlil xan obrazı ilə yanaşı onun xanımı Səltənət bəyim, qızları Ağabəyim və Tubu xanım və oğlu Əbülfət ağa, ağıllı vəzir Nəvvab, Gəncə xanı Cavad xan və onun igid oğlu İrəvan xanı Hüseynqulu xan, Naxçıvan xanı Kəlbəli xan, Çingizxan və Əmir Teymur Nəslindən olan azəri türkü Saday Şirxan oğlu, erməni-rus Birliyini təmsil edən general Zubov, rus ordusunun mayoru Lisanoviç, Qarabağ məliyi Ohan yüzbaşı, çar generalı Sisianov, Erməni koxası Vanya, Haykanuş və b. Obrazlar silsiləsi Yaratmışdır.
Tarixi dram və xronika janrında olan “Hökmdar və qızı”Pyesində tarixi həqiqətlərə uyğun olaraq göstərilir ki, İbrahimxəlil xan ölkənin mənafeyi naminə sevimli qızı Ağabəyim ağanı milliyyətcə türk, lakin fars şovinizminə xidmət Edən İran hökmdarı Fətəli şah ərə verir. Ona görə ki, o, Azərbaycna xanlıqlarının birləşdirilməsində, vahid dövlət Yaratmaqda İbrahimxəlil xana kömək etsin. İbrahim xan bu Qohumluğun mənasını qızına da izah edir. Azəri türkü Saday Şirxan oğlu İbrahimxəlil xandan bəylik rütbəsi almışdı və onun Şairə qızı Ağabəyim xatunla qarşılıqlı sevgisi vardı. Ağabəyim Ağa Vətən mənafeyi naminə öz sevgisindən əl çəkərək şahın Hərəmxanasına getməyə razılıq verir. Saday Şirxan oğlunun Çingizxan və Əmir Teymur nəslindən olduğunu bəyan etməsi isə Milli genetik yaddaşın önə çəkilməsinə xidmət edir
Şah sarayında diplomatiya ilə də məşğul olan Ağabəyim Ağa İranla Qarabağ xanlığı arasında isti münasibətlərin Yaranmasına nail olur. Müəllif göstərir ki, Ağabəyim ağa İngiltərə kraliçası və Napoleonun arvadı ilə də məktublaşır.
Çar generalı Sisianov, erməni koxası Vanya, general Zubov, Qarabağ məliyi Ohan yüzbaşı, Haykanuş mənfi planda İşlənmiş surətlər arasında yer alır. Vanya ikiüzlü, yaltaq, Aravuran, satqındır, ruslara bələdçilik edir, məlik rütbəsinə çatır, Var-dövlət sahibinə çevrilir. Vanya Cavad xanla İbrahim xanın,Fətəli şahla İbrahim xanın arasını vurmaqdan ötrü əlindən gələni Edir, dəridən-qabıqdan çıxır. Erməni-rus birliyini təmsil edən General Zubovla Qarabağ məliyi Ohan yüzbaşı arasındaqəsbkarlıq sazişi bağlanır. Rus ordusundakı erməni generallarına Arxalanan Ohan üçün ailə şərəfi belə əhəmiyyətsizdir. Böyük Erməni dövləti yaratmaq, öz mənfur niyyətini həyata keçirmək Üçün arvadını rus ordusunun generalı Lisanoviçə calamaqla Mənəvi dəyərlərdən də asanlıqla keçə bilir. O, şər qüvvələrin Etalonudur. Ermənilərin şovinist xarakteri göstərilmiş, bəd Niyyətləri ifşa olunmuş “Hökmdar və qızı” pyesində yüzbaşı Vanya ilə onun arvadı Haykanuş arasındakı söhbət bu Baxımdan diqqəti cəlb edir:
“Haykanuş: Gah ruslarla işləyirsən, gah türklərlə, gah İranlılarla. Bir gün də keçəcəksən türklərin cənginə, boğazını Üzüb tullayacaqlar kim bilir hansı dərəyə. Axı türklər bizə Neyləyir? Oturmuşuq arxayınca ev-eşiyimizdə... Heç kəs Bizə gözün üstə qaşın var demir. İbrahim xan səni yüzbaşı Elədi...
Vanya: Haykanuş, bilirəm Xankəndli Hacı Mehdinin Oğlu Xasaya aşiq olduğun üçün həmişə türklərin tərəfini Saxlayırsan... Karapet keşiş olmasaydı, gedəcəkdin ona ərə... Onlar da səni döndərib edəcəydi müsəlman... Haykanuş: (acıqla) Lap yaxşı eləyərdim... Karapet Keşişi Allah öldürsün.
Vanya: Mayor Lisaneviçin səndən yaman xoşu gəlir. Mən də dedim “peşkəşdir sizə”.
Haykanuş: Neynirəm onu, ağrım ürəyinə, donuza Oxşayır.
Vanya (gülür): Haykanuş, donuz ətinin kababını Məndən çox yeyirsən, amma özünü pisləyirsən?
Haykanuş (nazlana-nazlana): General olsaydı, başqa Məsələ.
Vanya: Haykanuş, pillə-pillə də... Əvvəl mayor, sonra General (gülür).
Haykanuş: Kül başına, yaman da kişimişsən...
Vanya: Haykanuş, siyasət lazımdır, ruslar bizim din bir Köməyimizdir.
Sonra Vanya Haykanuşun Xasaya gözü düşməsinə irad Bildirir, deyir ki, türklər bizim dədə-baba düşmənimiz sayılır. Sırtıqcasına “mənim – Banazurlu Vanyanın bu gün erməni Xalqı üçün elədiyi işlərə görə iki yüz il bundan sonra gələn Övladlarımız onun ruhuna dua eləyəcəklər”- deyir.
“Hökmdar və qızı” əsərinin əsas ideya xəttini açmağa Kömək edən bu söhbət əsasında bir çox gizli mətləblər Aydınlaşır, müəllif Azərbaycan xalqının tarixi faciələrini Qoynunda bəsləyib yer verdiyi ermənilərin nanəcibliyindən, Nankorluğundan, bədniyyətindən qaynaqlandığını diqqət Mərkəzinə gətirir.
Azərbaycan torpaqları uğrunda iki nəhəng imperiya Rusiya ilə İran arasında müharibə gediyi zaman ümummilli Birlik yaranmır, İbrahimxəlil xanın uğursuz siyasəti nəticəsində Azərbaycanın bütövlüyü ideyası həyata keçmir. Belə bir tarixişəraitdə müstəqil xanlıqlardan ibarət Azərbaycan xanları birləşə Bilmədikləri üçün Rusiya Azərbaycan torpaqlarını bir-bir zəbt Edir.
İlyas Əfəndiyev pyesdə İbrahimxəlil xanla Cavad xan Arasında olan ayrılığı – müstəqillik və təhkimçilik mövqeyini Qarşılaşdırır. Əsərdə Cavad xanın müstəmləkə əleyhinə apardığı Mübarizə qabarıq şəkildə verilmişdir. Öz xalqının istiqlalı Uğrunda Gəncə xanı Cavad xanın ailə üzvləri, o cümlədən oğlu Hüseynqulu xan arvadı Tubu xanımla birlikdə ruslara qarşı Mərdlikə vuruşur, şəhid olurlar.
“Hökmdar və qızı” faciəsinin sonunda vaxtilə güclü Azərbaycan-türk dövləti yaratmağı düşünən İbrahimxəlil xanın Monoloqu son dərəcə təsirli, gələcək nəsillər üçün ibrətamiz və düşündürücüdür:
Ah mən aldanmışam. Mən xalqıma xəyanət etmişəm... İndi mənim ruhum gələcək nəsillər qarşısında nə cavab verəcək?