644. Bərk sarğılara hansı sarğı aiddir?
A) Kolloid sarğı
B) Yapışqanlı sarğı
C) Leykoplastrlı sarğı
D) Gips sarğısı
E) Bint sarğısı
Bədənin sınmış hissəsinə tam rahatlıq vermək üçün gips sarğılarından istifadə edilir.
Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
645.Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?
A) Qan üç qatlı, plazma isə şəffafdır
B) Plazma çəhrayı rəngdədir
C) Plazma şəffafdır
D) Plazma bulanlıq, fibrin lopalar şəklindədir
E) Plazma sarı rəngdə, şəffafdır
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, topalarla sapa və çöpəbənzər liflər və qan laxtaları rast gəlinir.
Ədəbiyyat:B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
Dostları ilə paylaş: |