825.Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?
A) Çoxmomentli əməliyatı başa çatdırmaq
B) Xəstəni sağaltmaq
C) Diaqnozu dəqiqləşdirmək
D) Xəstənin vəziyyətini yüngülləşdirmək
E) Bir neçə orqanda əməliyyat aparmaq
Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
826. Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyətin verilməsi daha məqsədəuyğundur?
A) Ayaq üstə
B) Qarnı üstə, uzanmış
C) Oturaq
D) Arxası üstə, uzanmış
E) Sol tərəfi üstə üstə uzanmış
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Dostları ilə paylaş: |