Nümunəvi klinik tapşırıq 1.
45 yaşlı xəstə gündəlik baş ağrısından şikayət edir. Son üç həftədə xəstə gündə iki dəfə baş ağrısı tutmasının olduğunu qeyd edir. Hər tutma 1 saat çəkir və xəstəni yuxudan oyadır. Xəstə bu halın burun tutulmasında olduğu kimi sağ gözdə sulanma və qızartı ilə müşayiət olunduğunu bildirir. Ağrılar kəskindir, əziyyətvericidir və başın sağ tərəfindədir. Nevroloji müayinə norma daxilindədir.
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə üsulu hansıdır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Cavablar
1. Neyrovizualizasiya.
2. Qrupşəkilli (klaster) baş ağrısı.
3. Ca-antaqonistləri, litium preparatları, triptanlar, antikonvulsantlar, oksigen inhalyasiyası.
Ədəbiyyat:
1. Baş ağrılarının differensial diaqnostikası üzrə klinik protokol. – B.: Meqa-Poliqraf MMC, 2012.
2. Baş ağrılarının beynəlxalq təsnifatı, 2-ci nəşr. R.K.Şirəliyevanın redaktorluğu ilə ingilis dilindən tərcümə.
Nümunəvi klinik tapşırıq 2.
Xəstə 68 yaşında kişi ümumi halsıqlıqdan və zəiflikdən şikayət edir.
İki ildir ki, başgicəllənmə, zəiflik, “gözdə qaralma”epizodları, yeriş zamanı silkələnmə əlamətlərinin əmələ gəlməsini qeyd edir.
Axırıncı iki aydır ki, halı pisləşib, qısa müddətli sinkopal hallar qeyd edilir. İki dəfə “təcili yardımda” öz-özünə keçən səyrici aritmiya tutmaları ilə müraciət edib.
Müayinə zamanı: Rənqi cüzi avazımışdır, bradiaritmiya qeyd olunur –ürək vurğularının sayı təxminən 50-58 vurğu/dəq., AT - 160/70 mm. c. süt.
Xəstənin heç bir dərmana allergiyası yoxdur.
EKQ verilir:
Suallar:
1. Diaqnostika taktikası: Ən optimal diaqnostik müayinə metodlar hansılardır?
2. Klinik diaqnoz nədir?
3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
EKQ verilib (Şək.1).
Şəkil 1.
Cavab (Məsələ №2).
1. EKQ-nin sutkalıq Xolter-monitorinqi, EXOKq müayinəsi.
2. Sinus düyününün zəiflik sindromu, Tam köndələn AV –blokada (III dərəcəli). Morqanyi-Adams-Stoks tutmaları.
3. Diaqnoz təsdiqləndikdə süni ritm aparıcısının implantasiyası göstərişdir (kardiostimulyator).
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007.
Dostları ilə paylaş: |