968. Qansaxlayıcı jqut düzgün qoyulduqda ətraflarda hansı hal baş verir?
A) Venoz qanaxma davam edir
B) Ətraf avazıyır,göyərir, jqutdan aşağı nəbz təyin edilmir
C) Ətraf göyərir, venoz qanaxma davam edir
D) Jqutdan aşağı nəbz təyin edilmir
E) Jqutdan aşağı nəbz təyin edilir
Jqutu ətrafa bir neçə dəfə dolandırmalı, bu zaman rezin elə dartılır ki, periferiyada nəbz itir. ətraf avazıyır. Qanaxma dayanır.
Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
969.Hansı qanaxmalarda bərk sarğı qoyulur?
A) Qarışıq
B) Arterial
C) Xarici
D) Venoz
E) Bazu arteriyasından qanaxma
Venoz qanaxmalarda qanın təzyiqi aşağı olduğundan , qan zəif surətlə axır. Yara yerinə bir neçə qat bint qoyulur və bərk bağlanır.
Ədəbiyyat: .М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 139-140
970. Don vurmuş nahiyənin qan dövranını bərpa etmək üçün hansı ilk tibbi yardım göstərilir?
A) Spirtli pambıqla (silmək) sürtmək
B) Quru əllə (silmək) sürtmək
C) Davamlı ovuşdurmaq
D) Yodla silmək
E) Bütün metodlardan istifadə etmək
Donmuş nahiyyə spirtlə isladılmış pambıqla ehtiyatla silinir, yüngül masaj edilir. Məqsəd həmin nahiyyədə temperatur və qan dövranı bərpa etməkdir.
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 177-178
Bölmə VI
971. Psixomotor oyanıqlıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatdan istifadə olunur?
A) Kodein
B) Pirasetam
C) Analgin
D) Aminazin
E) Kofein
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.
Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453
972. Bir çox psixi xəstələrdə yeməkdən imtina və yedizdirməyə müqavimət zamanı tibb bacısının taktikası necə olmalıdır?
A) Başqa qida növü təklif etməli
B) Qaşıqla yedizdirməli
C) Xəstə yeməyə özü təşəbbüs etməsini gözlməli
D) Xəstəni süni qidalandırmalı
E) İştahartırıcı dərmanları verməli
Yeməkdən imtina və yedizdirməyə müqavimət zamanı tibb bacısı xəstəni zond vasitəsi ilə süni qidalandırmalıdır.
Ədəbiyyat:N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.467
Dostları ilə paylaş: |