960.Termiki yanıqlar neçə dərəcəyə bölünür?
A) 4
B) 2
C) 3
D) 5
E) 6
Yanıqdan sonra toxuma qatlarında gedən dəyişikliyə görə yanıqlar 5 dərəcəyə bölünür I, II, III A, III B, IV.
Ədəbiyyat:B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 291-292
961. Hansı yanıqlar səthi yanıqlara aiddir?
A) I
B) I və II
C) I,II,III A
D) I- III
E) I-II-III B
I,II.III A dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bu zaman epitelial hüceyrənin sağ qalması hesabına dərinin epitelləşməsi mümkündür.
Ədəbiyyat:В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175
962. Yanıqların infuzion müalicəsində hansı növ məhlullar istifadə edilir?
A) Dezintoksikasion təsirli
B) Zülal tərkibli
C) Duz tərkibli
D) Polyarlaşmış
E) Antihistamin təsirli
Yanıqların infuzion müalicəsində ağırlaşmaların və zəhərlənmələrin qarşısını almaq üçün dezintoksikasion təsirli maddələr istifadə edilir.
Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.239-241 Москва 1988
Dostları ilə paylaş: |