953.Ümumi təsirli, zəhərli maddələrlə zədələndikdə ilk tibbi yardım zamanı hansı tədbir aparılmır?
A) Zədə alana əlehqaz geyindirilir
B) Antibiotiklər, dezensibilizəedici maddələr ,transfuzion terapiya aparılır
C) Antidot yeridilir
D) Süni tənəffüs verilir
E) Zədələnmə ocağında çıxarılır
Antibiotiklər, desensibilizəedici preparatlar, transfuzion terapiya ixtisaslaşdırılmış yardım zamanı ocaqdan kənarda, tibb müəssisəsində təyin olunur və aparılır.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 258
954.Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə hansı növ şok baş verir?
A) Hemorragik
B) Travmatik
C) Hemotransfuzion
D) Kardiogen
E) Hipovolemik
Travmatik şok – mexaniki travmalar zamanı baş verir.Hemorragik şok – massiv qanitirmələr zamanı yaranır. Kardiogen şok cərrahi müdaxilələr zamanı baş verir.Hipovolemik şok orqanizmin kəskin susuzlaşması nəticəsində yaranır. Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə isə hemotransfuzion şok baş verir.
Ədəbiyyat: Ф.И.Камаров «Военно-медицинская подготовка» Москва1989 стр 387
Dostları ilə paylaş: |