11.5. Qeyri-
yetkin münasibətlər
Regional siyasi strukturun qeyri-
sabitliyi iştirakçı-döv-
l
ətlərin münasibətlərinin qeyri-yetkinliyi ilə də bağlıdır. Burada
söhb
ət müvafiq cəmiyyətləri yaxınlaşdıran məqamların, onlar
ara
sında lazımi kooperativ təcrübənin olmamasından gedir.
Dövl
ətlərin cəmiyyətləri arasında kooperativ təcrübənin ol-
maması regional təhlükəsizlik münasibətlərinə xeyli qeyri-sabit-
lik elementi g
ətirir. Bu onunla əlaqədardır ki, belə təcrübənin
olmaması şəraitində tərəflər onlar üçün ümumi olan problemə
dair bir-
birinin hansı addımlar atacağı barədə əminliyə malik
deyildir. Bu is
ə tərəflər arasında münasibətlərdə qeyri-müəy-
y
ənliyin, etibarsızlığın və nəticədə dövlətlərarası münasibətlərdə
ge
niş yayılmış təhlükəsizlik dilemmasının yaranmasına gətirib
çıxarır.
172
|