Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət


Bədii  üslub  –  şeir  dili,  nəsr  dili  və  dramaturgiya  dili



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə133/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   166
2015-332

Bədii  üslub  –  şeir  dili,  nəsr  dili  və  dramaturgiya  dili 
formalarında özünü göstərir. 
Şeir dili – müəyyən ahəngə, ölçüyə və bölgüyə malik olan və 
qafiyələnən dildir. Məsələn,  
 
 
Başına döndüyüm gülüzlü sona,  
 
 
Ömrümün ilk çağı yadıma düşdü: 
 
 
Şairlər oylağı bizim tərəflər,  
 
 
Tərlanlar oylağı yadıma düşdü. 
(S.Vurğun) 
Nəsr  dili  –  müəyyən  süjetə  malik  olan  təhkiyənin  –  hekayə, 
povest, romanın dilidir. Məsələn: 
Musa  dayı  iti  və  sərt  bir  hərəkətlə  üzünü  bizə tərəf  çevirib, 
heyrətlə  əvvəlcə  mənə,  sonra  Humaya,  sonra  yenə  mənə  baxdı. 


 
187 
Sanki  kişi  Yer  üzündə  görünməmiş  qəribə  bir  şey  eşitmişdi. 
Birdən  barıt  kimi  açılaraq,  dəyirmanın  şırıltısını  batıran  qəzəbli 
səslə mənim üstümə qışqırdı:… 
(İ.Əfəndiyev) 
Dramaturgiya  dili  –  monoloq  və  dialoqlardan  ibarət  olan 
səhnə əsərinin dilidir. Məsələn: 
Böyükbəy: (Şahnazın  əlindən tutaraq).  Mənim əziz bacımın 
kefi necədir? 
Şahnaz: Şükür Allaha, qardaş, yaxşıyam, axşam gəlib-gedən 
çox olduğu üçün soruşa bilmədim. Sənin Peterburq səfərin necə 
keçdi? 
Böyükbəy: Səfərim o qədər də fərəhli olmadı. Peterburq bu 
saat qazan kimi qaynayır. Hər yerdə inqilab havası duyulur.  
(İ.Əfəndiyev) 
 
Bədii üslub başqa üslublarla müqayisədə daha qədim və daha 
zəngin  sayılır.  Başqa  üslubların  formalaşması,  ədəbi  dil  norma-
larının müəyyənləşməsində bədii üslub həmişə aparıcı olmuşdur. 
Ədəbi  dildə  normanın  yeniləşməsi,  ümumxalq  dili  vahidlərinin 
yazılı dilə gəlişi bədii üslubdan başlanır. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin