88
5. Redaksiya xərcləri;
6.
Ümumnəşriyyat xərcləri;
7. Satış xərcləri;
8. Çıxdaşdan itkilər.
Müəlliflik və bədii qrafik işləri üçün ödənilən qonorarlar
nəşriyyat müqaviləsi, əmək müqaviləsi, qonorarların
müəyyən
edilməsi üçün aparılan hesablamalar məbləğin ödənilməsi üçün
hesab kimi ilk sənədləşmələrdən istifadə edilir.
Poliqrafiya işlərinə sərf edilən xərcləri nəşr məhsulunun
maya dəyərində yüksək xüsusi çəkiyə malikdir. Onların plan-
laşdırılan həcmi ədəbiyyat buraxılışının tematik planından, nəş-
rin bədii-qrafik rəsmiləşdirilməsi planından və nəşrə hazırlan-
masının müqavilə qiymətindən çıxış edilərək təyin edilir. Lakin
nəşriyyatın poliqrafiya işlərinə sərf etdiyi faktiki xərclərin həc-
mi nəşriyyatda və poliqrafiya müəssisələrində istehsalın texniki
hazırlıq səviyyəsindən asılıdır və əhəmiyyətli dərəcədə onunla
şərtlənir.
İstehsalın texniki hazırlığının səmərəli təşkili yeni texni-
kanın tətbiqinə, mövcud standartlara, texniki şərtlərə, texnoloji
təlimatlara və mütərəqqi texnikanın tətbiqinə şərait yaradır və
təmin edir ki, bu da nəticə etibarı ilə sifarişlərin hazırlanması-
nın nəşriyyat-poliqrafiya tsiklini uzunluğunu ixtisar edir və
nəşriyyat və poliqrafiya işlərinə xərclərin azaldılması
ilə nəti-
cələnir.
Poliqrafiya işlərində xərcləri uçota almaq üçün müvafiq
ilk sənədlərdən (müqavilə, müqavilə qiymətinin razılaşdırılma-
sına dair protokol, ödəniş hesabı, hesab faktura, tirajı
təhvil
vermək üçün qaimə və s.) istifadə edilir.
Poliqrafiya işlərinə sərf edilən xərclər nəşriyyatın müha-
sibatlığında aşağıdakı yazılışla rəsmiləşdirilir:
Debet 201 “İstehsal məsrəfləri”
Kredit 431, 531 “Malsatanlar və podratçılarla hesablaş-
malar”
89
İstehsal xarakterli işlərin dəyəri nəşriyyatın uçotunda De-
bet 202 “İstehsal məsrəfləri”, debet 721 “İnzibati xərclər”, Kre-
dit 431, 531 “Malsatanlar və podratçılarla hesablaşma” hesabı.
Material xərcləri aşağıdakı yazılışda rəsmiləşdirilir:
Debet 202 “İstehsalat məsrəfləri”
Debet 711 “Kommersiya xərcləri”
Kredit 201 “Material ehtiyatları”
İstehsal prosesində əmələ gələn qaytarılmalı atqıntılar
nəşriyyatın material məsrəflərinin məbləğini azaldır.
Debet 201 “Material ehtiyatları”
Kredit 202 “İstehsalat məsrəfləri”
Redaksiya xərclərinin nomenklaturasına aşağıdakı xərc-
lər daxildir:
1. İdarəetmə heyəti işçilərinin saxlanılması xərcləri;
2. Redaksiyanın istehsalat heyətinin saxlanılması xərclə-
ri;
3. İşlərin emalı və rəsmiləşdirilməsi üzrə xərclər;
4. Orijinal-maketlərin satın alınmasına və texniki işlərinə
xərclər;
5. Əsas vəsaitlərin amortizasiyası;
6. İstehsal təyinatlı əsas vəsaitlərin təmir xərcləri;
7. Əsas vəsaitlərin saxlanılması xərcləri;
8. Sair xərclər.
Nəşr – poliqrafiya müəssisəsinin
idarəetmə heyətinin və
ümumnəşriyyat heyətinin saxlanılması eləcə də ümumtəsərrü-
fat məsrəfləri “Ümumnəşriyyat xərcləri” maddəsində uçota alı-
nır. Ümumnəşriyyat xərcləri 11-ci cədvəldə verilmiş nomenk-
laturaya uyğun olaraq 721 N-li “İnzibati xərclər” sintetik hesa-
bında uçota alınır.
Nomenklaturaya aşağıdakı xərc maddələri daxildir:
1. İnzibati – idarə xərcləri;
2. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərin amortizasiya-
sı;
90
3. Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərin təmiri və
saxlanılması xərcləri;
4. Sair ümumtəsərrüfat xərcləri;
5. Ümumtəsərrüfat qeyri-məhsuldar xərcləri.
Ümumnəşriyyat xərclərinin analitik uçotu başvermə yer-
ləri üzrə müvafiq köməkçi cədvəllərdə aparılır.
Ay ərzində 721 N-li hesabın debetində cəmlənən xərclər,
ayın axırında nəşriyyat məhsulları istehsalına sərf edilən məs-
rəflərin tərkibinə daxil edilir:
Debet 202 “İstehsal məsrəfləri”
Kredit 721 “İnzibati xərclər”
Nəşriyyat – poliqrafiya müəssisəsi məhsulunun tam maya
dəyərinin elementlərindən biri də satışla əlaqədar olan xərclər-
dir.
Satışla bağlı olan xərclərin uçotu 11-ci cədvəldə verilmiş
nomenklatura maddələrinə uyğun olaraq 711 N-li “Kommersi-
ya xərcləri” sintetik hesabında aparılır.
Cədvəldə əks etdirilmiş bütün xərclər ay ərzində 711 N-li
hesabın debetində cəmlənir və ayın sonunda satışın maya dəyə-
rinə silinir (satılmış və yüklənib yola salınmış məhsula düşən
hissə):
Debet 701 “Satışın maya dəyəri”
Kredit 711 “Kommersiya xərcləri”
Dostları ilə paylaş: